" "Rahat" marketdən aldığımız konfetdir. Bütün hamısının içindən diri qurd çıxdı..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımında Səadət Hüseynova adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir:
"Tulladıq. Ümumiyyətlə, son zamanlar bir dənə təzə konfet tapa bilmirəm... hamısı köhnə çıxır.
Qurd çıxanın da ilk dəfədir görürəm.
Biz pulu elə bil zibillikdən tapırıq ki, nə alırıq tullayaq. Keçən dəfə "Megastore"dan endirimdə konfet aldım: köhnə... yeyiləsi deyildi.
Deməli, bir şey köhnə olanda camaata "sırımaq" üçün endirimə qoyurlar..."









