Təməlinə haram qatılmış ev: “Yasamal 33 İnşaat Konstruksiyaları”... .....                     Ət idxalında KƏSKİN AZALMA .....                     NDU-nun dosenti suriyalı alimin elmi məqaləsini OĞURLADI... .....                     “Zaur Baxşəliyevlə barışmaq istəyirəm, vicdan əzabı çəkirəm... .....                     "Ərzaq köhnələndə onu camaata "sırımaq" üçün endirimə qoyurlar..." .....                     Türkiyə ilə əlaqələrin tam tənzimlənməsi Azərbaycanla normallaşmaya müsbət təsir göstərə bilər .....                     “Deputat hədə-qorxu gəldi, maşınımı vurmaq istədilər, üstümə hücum çəkdilər” .....                     Məmur arvadını və ustanı öldürən ömürlük məhkum .....                     Paşinyanın qarşısını alan qüvvələrin ADLARI AÇIQLANDI .....                     Laçında xuliqanlıq edən iki nəfər həbs edildi .....                     Gəncədə işıqlandırma işləri ilə bağlı 2,2 milyon manatlıq tender .....                     Rəqsanə İsmayılova ilə bağlı cinayət işinə xitam verilə bilər? .....                     Ermənistanın yaratdığı AĞRI(DAĞI)LI ƏNGƏL... .....                     Mərkəzi Bankın avtomobillərini bu şirkət sığortalayacaq .....                     Vaşinqton və Moskva "TRİİP" layihəsində anlaşa bilər .....                     Tibb bacısının əri həkimi döydü .....                     Abid Şərifov ölkə gündəmindən danışmaq istəmədi .....                     Ata qızı ilə birgə kürəkəni öldürməkdə ittiham olunur .....                     Azərbaycanlıların Rusiyadan ayağı “kəsilir” .....                     Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır .....                     Gəncədə Prezident sərəncamı niyə icra olunmur? .....                     Parisdən Azərbaycana böyük pislik .....                     Həmkarsız qalan SOCAR işçiləri... .....                     Ramiz Mehdiyev və Rəqsanə AYRICALIĞI... .....                     Qəzetlərin dəfninə niyə belə tələsirik ki?.. .....                     Virtual təhlükəsizlik məsələsi... .....                     "Kapital Bank"ın kartından 7 min manat yoxa çıxdı .....                     Endirim arxasındakı təhlükə: Vaxtı keçmiş məhsulların gizli satışı .....                     ADSEA Zaur Mikayılovun DƏDƏ MALIDIR .....                     Qalmaqallı kolleclə bağlı daha bir iddia .....                     Talıbovların keçmiş ortağı Dövlət Agentliyinə 60 min manatlıq qum-qırmadaş satacaq .....                     İran Xəzərin hüquqi statusu haqqında konvensiyanı ratifikasiya etməyib .....                     Trampın sanksiya zərbəsi Rusiya nəhəngini Azərbaycanı da tərk etməyə məcbur edib .....                     Rəqsanənin borclu olduğu şəxs danışdı .....                     2026-cı il üçün “vahiməli ssenari” .....                     ABŞ-Çin yaxınlaşması Kremlə təzyiqi artırır .....                     "33 yaşım var, 25 yaşlı oğlana ərə getmək istəyirəm" .....                     Elm və Təhsil Nazirliyi “Bestcomp Group” şirkəti ilə 2,1 milyonluq alqı-satqı müqaviləsi bağlayıb .....                     Əli kəsilmiş Xaçmaz sakini ona əlilliyin təyin olunmadığını iddia edir .....                     Ermənistan Rusiyanın bu qətnamə layihəsinin lehinə səs verdi .....                 

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır - MƏQALƏ
Tarix: Bu gün, 09:33 | Çap et

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümü tamam olur. Bu tarix neçə mindən artıq insanı öz sıralarında birləşdirən, milyonlarla təəssübkeşi olan bir təşkilatın fəaliyyətində əhəmiyyətli məqam olmaqla yanaşı, həmçinin ölkəmizin müstəqillik tarixində əlahiddə siyasi hadisədir. Çünki ulu öndər Heydər Əliyevin yaratdığı YAP müstəqillik illərində Azərbaycan dövlətinin qazandığı bütün uğurların müəllifi olan hazırkı iqtidarın komandasını təşkil edən hakim partiya, siyasi mərkəzdir.

Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi irsinin institusional təcəssümüdür 1992-ci il 21 noyabr tarixində YAP-ın təsis konfransının keçirilmişdir. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.

Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda yaratdı, formalaşdırdı və inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.

Yarandığı gündən YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olmuşdur. Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük partiyasıdır. YAP milli maraqlara əsaslanan fəaliyyət göstərməklə ictimai-siyasi proseslərdə mühüm rol oynamış, qarşısına qoyduğu məqsəd və vəzifələri uğurla yerinə yetirmişdir. Ümumiyyətlə, tarixi faktlar və reallıqlar göstərir ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir.

YAP-ın inkişafında ən mühüm əlamətdar hadisələr içərisində cənab İlham Əliyevin partiyanın I Qurultayında Partiya sədrinin müavini, II Qurultayında partiya sədrinin birinci müavini, III Qurultayında isə partiyanın sədri seçilməsi xüsusi yer tutur. Bundan sonra partiya yeni tarixi inkişaf mərhələsinə qədəm qoymuş, onun sosial və intellektual bazası daha da güclənmiş, xüsusilə gənclərin partiyaya üzv olması prosesi daha da sürətlənmişdir. Prezident seçkilərində YAP-ın namizədi kimi cənab İlham Əliyevin qələbə qazanması xalqımızın partiyanın sədrinə olan böyük inam və etimadından irəli gəlmişdir. Azərbaycan Prezidenti, YAP-ın sədri İlham Əliyevin irəli sürdüyü "Müasir, qüdrətli və zəngin Azərbaycan naminə" çağırışı əsasında Azərbaycan davamlı inkişaf yolu ilə irəliləyərək böyük nailiyyətlər qazanmış, regionun aparıcı dövləti kimi dünya birliyində mövqeyini daha da möhkəmləndirmişdir. Azərbaycanın sarsılmaz təməlini təşkil edən Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və müasir dövrün çağırışlarından irəli gələn tələblərə obyektiv, yaradıcı şəkildə yanaşılması ölkəmizin tərəqqisinin əsasında dayanır. Bu proses ümummilli maraqların prioritetliyi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin inkişafı, xalq-hakimiyyət birliyi və demokratik dəyərlərin cəmiyyətdə özünə dərin kök salması kimi xüsusiyyətlərlə xarakterizə olunur.

Cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsində əldə olunmuş uğurlar parlaq təcəssümünü 44 günlük Vətən müharibəsində bir daha sübut etdi. Müharibə dövründə xalqımız Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinin, Müzəffər Ali Baş Komandan kimi qətiyyətli mövqeyinin və prinsipial diplomatik mübarizə apardığının şahidi oldu.

Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşib. Cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına, YAP-a Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən YAP ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir. YAP bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq Azərbaycanın çiçəklənməsinə və dövlətçiliyimizin qüdrətlənməsinə böyük töhfələr verəcək.

Ülvi Salmanov
YAP Abşeron rayon təşkilatının sədr müavini

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təməlinə haram qatılmış ev: “Yasamal 33 İnşaat Konstruksiyaları”... -Rauf Əliyev ölkədə ev tikən yox, ev yıxan kimi tanınır
Bu gün, 10:45
Ət idxalında KƏSKİN AZALMA – Qiymətlər daha da YÜKSƏLƏCƏK?
Bu gün, 10:41
NDU-nun dosenti suriyalı alimin elmi məqaləsini OĞURLADI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:39
“Zaur Baxşəliyevlə barışmaq istəyirəm, vicdan əzabı çəkirəm... - anam da deyir ki...”
Bu gün, 10:33
"Ərzaq köhnələndə onu camaata "sırımaq" üçün endirimə qoyurlar..."
Bu gün, 10:32
Türkiyə ilə əlaqələrin tam tənzimlənməsi Azərbaycanla normallaşmaya müsbət təsir göstərə bilər - Mirzoyan
Bu gün, 10:23
“Deputat hədə-qorxu gəldi, maşınımı vurmaq istədilər, üstümə hücum çəkdilər” - parodist-aktyor Ramil Abdullayevdən ETİRAF
Bu gün, 10:20
Məmur arvadını və ustanı öldürən ömürlük məhkum yenidən məhkəmə qarşısında
Bu gün, 10:18
Paşinyanın qarşısını alan qüvvələrin ADLARI AÇIQLANDI - NƏ BAŞ VERİR?
Bu gün, 10:15
Laçında xuliqanlıq edən iki nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:09
Gəncədə işıqlandırma işləri ilə bağlı 2,2 milyon manatlıq tender - DETALLAR
Bu gün, 10:07
Rəqsanə İsmayılova ilə bağlı cinayət işinə xitam verilə bilər? - AÇIQLAMA
Bu gün, 10:06
Ermənistanın yaratdığı AĞRI(DAĞI)LI ƏNGƏL... - İNCƏLƏMƏ
Bu gün, 10:00
Mərkəzi Bankın avtomobillərini bu şirkət sığortalayacaq - ŞİRKƏT, QALİB
Bu gün, 09:56
Vaşinqton və Moskva "TRİİP" layihəsində anlaşa bilər - ONA GÖRƏ DƏ...
Bu gün, 09:53
Tibb bacısının əri həkimi döydü – GƏNCƏDƏ HADİSƏ
Bu gün, 09:52
Abid Şərifov ölkə gündəmindən danışmaq istəmədi - "Canımın hayındayam..."
Bu gün, 09:48
Ata qızı ilə birgə kürəkəni öldürməkdə ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 09:44
Azərbaycanlıların Rusiyadan ayağı “kəsilir” - AKTUAL
Bu gün, 09:40
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır - MƏQALƏ
Bu gün, 09:33
Gəncədə Prezident sərəncamı niyə icra olunmur? - MÜRACİƏT
Bu gün, 09:04
Parisdən Azərbaycana böyük pislik - 40 təşkilatın “artsax” həyasızlığı
Bu gün, 08:50
Həmkarsız qalan SOCAR işçiləri... - Amma qanun deyir ki...
Bu gün, 07:42
Ramiz Mehdiyev və Rəqsanə AYRICALIĞI... - AXI NİYƏ?..
Bu gün, 07:35
Qəzetlərin dəfninə niyə belə tələsirik ki?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:24
Virtual təhlükəsizlik məsələsi... - HƏLƏ DƏ...
Bu gün, 07:21
"Kapital Bank"ın kartından 7 min manat yoxa çıxdı - 5 aydır vətəndaş qapılarda qalıb
Bu gün, 07:18
Endirim arxasındakı təhlükə: Vaxtı keçmiş məhsulların gizli satışı - NƏ ETMƏLİ?
Bu gün, 07:09
ADSEA Zaur Mikayılovun DƏDƏ MALIDIR - FAKT BUDUR!
Bu gün, 07:07
Qalmaqallı kolleclə bağlı daha bir iddia - BU NƏDİ BELƏ?
Bu gün, 07:02
Talıbovların keçmiş ortağı Dövlət Agentliyinə 60 min manatlıq qum-qırmadaş satacaq - TƏFƏRRÜAT
Bu gün, 06:57
İran Xəzərin hüquqi statusu haqqında konvensiyanı ratifikasiya etməyib - ŞƏRH
Bu gün, 06:44
Trampın sanksiya zərbəsi Rusiya nəhəngini Azərbaycanı da tərk etməyə məcbur edib - Görünəni odur ki...
Bu gün, 06:40
Rəqsanənin borclu olduğu şəxs danışdı - "Onu biz buraxdırdıq"
Bu gün, 06:34
2026-cı il üçün “vahiməli ssenari” – Əhalini nələr gözləyir?
Bu gün, 06:32
ABŞ-Çin yaxınlaşması Kremlə təzyiqi artırır - GƏLİŞMƏ
Bu gün, 06:28
"33 yaşım var, 25 yaşlı oğlana ərə getmək istəyirəm"
Dünən, 18:27
Elm və Təhsil Nazirliyi “Bestcomp Group” şirkəti ilə 2,1 milyonluq alqı-satqı müqaviləsi bağlayıb
Dünən, 18:15
Əli kəsilmiş Xaçmaz sakini ona əlilliyin təyin olunmadığını iddia edir - VİDEO
Dünən, 18:07
Ermənistan Rusiyanın bu qətnamə layihəsinin lehinə səs verdi
Dünən, 18:05
TRAMP YOLU planı olan dövlətin QURU SƏRHƏDLƏRİ bağlı olmamalıdır... - AKTUAL
Dünən, 17:58
ABŞ və Rusiya tezliklə Ukrayna ilə bağlı çərçivə sazişini razılaşdıra bilər - KİV
Dünən, 17:56
Ərdoğan Zelenski ilə görüşüb
Dünən, 17:54
Əməkdar artist Vilayət Eyvazova müraciət ünvanladı - "Bu materialın efirə buraxılması..."
Dünən, 17:14
Şirkətlər sakinləri aldadır: Köhnə ənənə yenə “dəbə” düşüb - AKTUAL
Dünən, 17:06
"Əsəbi adamam, fikrimi cəmləşdirə bilmirəm"
Dünən, 16:48
Sülh prosesinin uğuru Ermənistanın konstitusiya dəyişikliklərinə birbaşa bağlıdır - ONA GÖRƏ DƏ...
Dünən, 16:42
Fəzail və Elçin Ağamalının danışıqları uğursuz oldu - Qalmaqal böyüyür
Dünən, 16:34
Polşada dəmir yolu təxribatında bütün faktlar Rusiya izinə işarə edir - Zelenski
Dünən, 16:30
Kamran Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru