Əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun ailəsi ilə görüş .....                     "Tələsirik deyə edilən səhv geridönüşü olmayan nəticə yaradır" .....                     “Üzbəüz gələndə əldən-ayaqdan gedirlər, boynuma sarılırlar, amma həyatda əsl aktyordurlar” .....                     YAP-ın yubiley tədbirində Veysəloğlu Şirkətlər Qrupu mükafata layiq görüldü .....                     Təməlinə haram qatılmış ev: “Yasamal 33 İnşaat Konstruksiyaları”... .....                     Ət idxalında KƏSKİN AZALMA .....                     NDU-nun dosenti suriyalı alimin elmi məqaləsini OĞURLADI... .....                     “Zaur Baxşəliyevlə barışmaq istəyirəm, vicdan əzabı çəkirəm... .....                     "Ərzaq köhnələndə onu camaata "sırımaq" üçün endirimə qoyurlar..." .....                     Türkiyə ilə əlaqələrin tam tənzimlənməsi Azərbaycanla normallaşmaya müsbət təsir göstərə bilər .....                     “Deputat hədə-qorxu gəldi, maşınımı vurmaq istədilər, üstümə hücum çəkdilər” .....                     Məmur arvadını və ustanı öldürən ömürlük məhkum .....                     Paşinyanın qarşısını alan qüvvələrin ADLARI AÇIQLANDI .....                     Laçında xuliqanlıq edən iki nəfər həbs edildi .....                     Gəncədə işıqlandırma işləri ilə bağlı 2,2 milyon manatlıq tender .....                     Rəqsanə İsmayılova ilə bağlı cinayət işinə xitam verilə bilər? .....                     Ermənistanın yaratdığı AĞRI(DAĞI)LI ƏNGƏL... .....                     Mərkəzi Bankın avtomobillərini bu şirkət sığortalayacaq .....                     Vaşinqton və Moskva "TRİİP" layihəsində anlaşa bilər .....                     Tibb bacısının əri həkimi döydü .....                     Abid Şərifov ölkə gündəmindən danışmaq istəmədi .....                     Ata qızı ilə birgə kürəkəni öldürməkdə ittiham olunur .....                     Azərbaycanlıların Rusiyadan ayağı “kəsilir” .....                     Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır .....                     Gəncədə Prezident sərəncamı niyə icra olunmur? .....                     Parisdən Azərbaycana böyük pislik .....                     Həmkarsız qalan SOCAR işçiləri... .....                     Ramiz Mehdiyev və Rəqsanə AYRICALIĞI... .....                     Qəzetlərin dəfninə niyə belə tələsirik ki?.. .....                     Virtual təhlükəsizlik məsələsi... .....                     "Kapital Bank"ın kartından 7 min manat yoxa çıxdı .....                     Endirim arxasındakı təhlükə: Vaxtı keçmiş məhsulların gizli satışı .....                     ADSEA Zaur Mikayılovun DƏDƏ MALIDIR .....                     Qalmaqallı kolleclə bağlı daha bir iddia .....                     Talıbovların keçmiş ortağı Dövlət Agentliyinə 60 min manatlıq qum-qırmadaş satacaq .....                     İran Xəzərin hüquqi statusu haqqında konvensiyanı ratifikasiya etməyib .....                     Trampın sanksiya zərbəsi Rusiya nəhəngini Azərbaycanı da tərk etməyə məcbur edib .....                     Rəqsanənin borclu olduğu şəxs danışdı .....                     2026-cı il üçün “vahiməli ssenari” .....                     ABŞ-Çin yaxınlaşması Kremlə təzyiqi artırır .....                 

Azərbaycanlıların Rusiyadan ayağı “kəsilir” - AKTUAL
Tarix: Bu gün, 09:40 | Çap et

Azərbaycan vətəndaşlarının Rusiyaya səfərləri azalıb. Bu ilin 3 rübündə qonşu ölkəyə cəmi 99 min nəfər yollanıb. Müqayisə üçün bildirək ki, ötən ilin eyni zaman kəsimində həmin statistika 144 min nəfər olub. Ümumən 2025-ci ildə Rusiyaya beynəlxalq səfərlərin sayı təxminən 1 milyon azalıb.

“Rusiyada miqrasiya sahəsində baş verən son proseslər, miqrantlara qarşı münasibət və miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ondan xəbər verir ki, bu ölkədə qanunsuz miqrasiya ilə mübarizə şüarı altında çox sərt siyasət yürüdülür. Bu da istər-istəməz, xüsusən MDB ölkələrindən Rusiyaya səfər edən insanlar üçün ciddi çətinliklər yaradır”.

Bu sözləri “Yeni Sabah”a Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Allahverənov deyib.

Onun sözlərinə görə, hazırda Rusiyaya istənilən formada səyahət sərt prosedurlarla müşayiət olunur: “İyunun 30-dan etibarən qüvvəyə minən yeni qaydaya əsasən, Rusiya ərazisinə səfər etmək istəyən şəxslər mütləq QR kodu almalı, bunun üçün səfərə 72 saat qalmış aidiyyəti strukturlara müraciət etməlidir. Ancaq bu o demək deyil ki, həmin şəxs mütləq ölkə ərazisinə buraxılacaq. Çünki Rusiya sərhədçiləri ona giriş izni versə belə, Federal Miqrasiya Xidmətinin əməkdaşları "stop" qoya bilər".

Parlament üzvü vurğulayıb ki, yeni qaydalar xarici ölkə vətəndaşlarında Rusiyaya səfər etməklə bağlı tərəddüdlər yaradır: “Bu, çox sərt qaydalardır və nəticə etibarı ilə insanlar yenə də qeyri-müəyyən vəziyyətə düşmüş olurlar. Əvvəlki illərdə nisbətən daha sərbəst səfərlər və əmək fəaliyyəti ilə məşğul olmaq mümkün idi. İndi demək olar ki, qeyri-mümkündür. Üstəlik, miqrant ailələrindən olan uşaqların məktəbə götürülməsində də məhdudiyyətlər tətbiq olunur. Şəxs rus dilini bilmirsə, məktəbə yolu bağlıdır. Bu kimi şərtlər istər-istəməz miqrantlar üçün Rusiyanı cəlbedici ölkələr siyahısından çıxarır”.

Bu statistika - yəni azərbaycanlıların Rusiyaya axınının azalmasının ölkəmizin iqtisadi həyatına müsbət və mənfi təsirləri nədən ibarət ola bilər? Rusiyaya gedənlərin azalması yeni iş yerlərinin açılmasını qaçılmaz edirmi? Hazırkı reallıq əhalinin sosial həyatına necə təsir edəcək? Rusiya özü niyə miqrant axını ilə bağlı məhdudiyyətlərdə bu qədər maraqlıdır?

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, son illər ərzində Rusiya hökumətinin miqrantlarla bağlı sərgilədiyi siyasət demoqrafik durumu yetərincə acınacaqlı halda olan bir dövlət üçün ən ağılsız və heç bir məntiqlə izah edilə bilməyən addımdır: “Rusiyada keçən ildə 1 milyon 400 min uşaq doğulub və 1 milyon 660 min insan ölüb. Göründüyü kimi, doğumla ölüm sayı arasında fərq bir il üçün 260 min nəfər təşkil edir. Yəni Rusiyada əhalinin sayı hər il 260 min nəfər azalır. Əgər bu sıraya artıq 4 ilə yaxındır Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin ölkənin demoqrafik durumuna vurduğu zərbəni də əlavə etsək, o halda vəziyyətin nə qədər acınacaqlı olduğunu daha aydın görmək mümkündür. Gəlin bu müharibənin Rusiyanın demoqrafik durumuna vurduğu zərbələri əks etdirən rəqəmlərə nəzər salaq. Dörd ilə yaxın davam edən müharibədə Rusiya 1 milyon 200 minə yaxın hərbçi itirib, bu müharibədə 3 milyondan çox insan müxtəlif dərəcəli əlil olub. Bundan başqa, müharibə səbəbindən ölkəni 2,5 milyona yaxın insan tərk edib ki, bunun da böyük əksəriyyəti 25-50 yaşında olan kişilərdir”.

Fikrət Yusifov dedi ki, Rusiyada hər il əhalinin sayının təbii olaraq 260 min nəfər azalması və müharibə səbəbindən ölkənin demoqrafik durumunda yaranmış acınacaqlı durum müəyyən qədər gələn miqrantların hesabına kompensasiya edilirdi: “Belə bir vəziyyətdə miqrantlara qarşı "tələbləri" sərtləşdirən Rusiya hökumətinin ölkənin demoqrafik durumu ilə bağlı hansı hədəfləri reallaşdırmaq istədiyi aydın deyil. Onsuz da müharibə səbəbindən Rusiyada yaranmış ağır iqtisadi vəziyyətə görə bir çox miqrantlar ölkəni öz təşəbbüsləri ilə tərk edib gedirlər. Bu sırada miqrantların inzibati qaydaları sərtləşdirməklə ölkədən yola salınması isə heç anlaşılan deyil".

Ekspertin sözlərinə görə, ötən illə müqayisədə Azərbaycandan Rusiyaya gedənlərin sayının azalması da bu dediyimiz səbəblərdən baş verir: “Bu gün Rusiyada çalışan miqrant müharibədən öncəki səviyyədə qazanc əldə edə bilmir. Təbii ki, Rusiyada müharibənin yaratdığı acınacaqlı iqtisadi durumda orada çalışan miqrantların Azərbaycanda yaşayan ailələrinə və yaxınlarına göndərdikləri pul vəsaitlərinin də həcmi kəskin şəkildə azalıb. Ancaq nə etmək olar, burada Azərbaycan tərəfdən asılı ola biləcək heç nə yoxdur. Azərbaycan hökuməti Rusiyaya miqrant kimi gedib orada iş yeri tapmış, lakin bəlli səbəblərdən geri qayıtmış insanlarımızın işlə təmin edilməsi üzərində düşünməlidir. Nəzərə almaq lazımdır ki, bu insanların sayı yüzlərlə deyil, minlərlə ölçülür”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun ailəsi ilə görüş - FOTOLAR
Bu gün, 11:10
"Tələsirik deyə edilən səhv geridönüşü olmayan nəticə yaradır" - Rövşən Tağıyev
Bu gün, 11:07
“Üzbəüz gələndə əldən-ayaqdan gedirlər, boynuma sarılırlar, amma həyatda əsl aktyordurlar” - Namiq Mənadan Vüqara CAVAB
Bu gün, 11:03
YAP-ın yubiley tədbirində Veysəloğlu Şirkətlər Qrupu mükafata layiq görüldü - FOTO
Bu gün, 10:49
Təməlinə haram qatılmış ev: “Yasamal 33 İnşaat Konstruksiyaları”... -Rauf Əliyev ölkədə ev tikən yox, ev yıxan kimi tanınır
Bu gün, 10:45
Ət idxalında KƏSKİN AZALMA – Qiymətlər daha da YÜKSƏLƏCƏK?
Bu gün, 10:41
NDU-nun dosenti suriyalı alimin elmi məqaləsini OĞURLADI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:39
“Zaur Baxşəliyevlə barışmaq istəyirəm, vicdan əzabı çəkirəm... - anam da deyir ki...”
Bu gün, 10:33
"Ərzaq köhnələndə onu camaata "sırımaq" üçün endirimə qoyurlar..." - NARAZILIQ VAR...
Bu gün, 10:32
Türkiyə ilə əlaqələrin tam tənzimlənməsi Azərbaycanla normallaşmaya müsbət təsir göstərə bilər - Mirzoyan
Bu gün, 10:23
“Deputat hədə-qorxu gəldi, maşınımı vurmaq istədilər, üstümə hücum çəkdilər” - parodist-aktyor Ramil Abdullayevdən ETİRAF
Bu gün, 10:20
Məmur arvadını və ustanı öldürən ömürlük məhkum yenidən məhkəmə qarşısında
Bu gün, 10:18
Paşinyanın qarşısını alan qüvvələrin ADLARI AÇIQLANDI - NƏ BAŞ VERİR?
Bu gün, 10:15
Laçında xuliqanlıq edən iki nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:09
Gəncədə işıqlandırma işləri ilə bağlı 2,2 milyon manatlıq tender - DETALLAR
Bu gün, 10:07
Rəqsanə İsmayılova ilə bağlı cinayət işinə xitam verilə bilər? - AÇIQLAMA
Bu gün, 10:06
Ermənistanın yaratdığı AĞRI(DAĞI)LI ƏNGƏL... - İNCƏLƏMƏ
Bu gün, 10:00
Mərkəzi Bankın avtomobillərini bu şirkət sığortalayacaq - ŞİRKƏT, QALİB
Bu gün, 09:56
Vaşinqton və Moskva "TRİİP" layihəsində anlaşa bilər - ONA GÖRƏ DƏ...
Bu gün, 09:53
Tibb bacısının əri həkimi döydü – GƏNCƏDƏ HADİSƏ
Bu gün, 09:52
Abid Şərifov ölkə gündəmindən danışmaq istəmədi - "Canımın hayındayam..."
Bu gün, 09:48
Ata qızı ilə birgə kürəkəni öldürməkdə ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 09:44
Azərbaycanlıların Rusiyadan ayağı “kəsilir” - AKTUAL
Bu gün, 09:40
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır - MƏQALƏ
Bu gün, 09:33
Gəncədə Prezident sərəncamı niyə icra olunmur? - MÜRACİƏT
Bu gün, 09:04
Parisdən Azərbaycana böyük pislik - 40 təşkilatın “artsax” həyasızlığı
Bu gün, 08:50
Həmkarsız qalan SOCAR işçiləri... - Amma qanun deyir ki...
Bu gün, 07:42
Ramiz Mehdiyev və Rəqsanə AYRICALIĞI... - AXI NİYƏ?..
Bu gün, 07:35
Qəzetlərin dəfninə niyə belə tələsirik ki?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:24
Virtual təhlükəsizlik məsələsi... - HƏLƏ DƏ...
Bu gün, 07:21
"Kapital Bank"ın kartından 7 min manat yoxa çıxdı - 5 aydır vətəndaş qapılarda qalıb
Bu gün, 07:18
Endirim arxasındakı təhlükə: Vaxtı keçmiş məhsulların gizli satışı - NƏ ETMƏLİ?
Bu gün, 07:09
ADSEA Zaur Mikayılovun DƏDƏ MALIDIR - FAKT BUDUR!
Bu gün, 07:07
Qalmaqallı kolleclə bağlı daha bir iddia - BU NƏDİ BELƏ?
Bu gün, 07:02
Talıbovların keçmiş ortağı Dövlət Agentliyinə 60 min manatlıq qum-qırmadaş satacaq - TƏFƏRRÜAT
Bu gün, 06:57
İran Xəzərin hüquqi statusu haqqında konvensiyanı ratifikasiya etməyib - ŞƏRH
Bu gün, 06:44
Trampın sanksiya zərbəsi Rusiya nəhəngini Azərbaycanı da tərk etməyə məcbur edib - Görünəni odur ki...
Bu gün, 06:40
Rəqsanənin borclu olduğu şəxs danışdı - "Onu biz buraxdırdıq"
Bu gün, 06:34
2026-cı il üçün “vahiməli ssenari” – Əhalini nələr gözləyir?
Bu gün, 06:32
ABŞ-Çin yaxınlaşması Kremlə təzyiqi artırır - GƏLİŞMƏ
Bu gün, 06:28
"33 yaşım var, 25 yaşlı oğlana ərə getmək istəyirəm"
Dünən, 18:27
Elm və Təhsil Nazirliyi “Bestcomp Group” şirkəti ilə 2,1 milyonluq alqı-satqı müqaviləsi bağlayıb
Dünən, 18:15
Əli kəsilmiş Xaçmaz sakini ona əlilliyin təyin olunmadığını iddia edir - VİDEO
Dünən, 18:07
Ermənistan Rusiyanın bu qətnamə layihəsinin lehinə səs verdi
Dünən, 18:05
TRAMP YOLU planı olan dövlətin QURU SƏRHƏDLƏRİ bağlı olmamalıdır... - AKTUAL
Dünən, 17:58
ABŞ və Rusiya tezliklə Ukrayna ilə bağlı çərçivə sazişini razılaşdıra bilər - KİV
Dünən, 17:56
Ərdoğan Zelenski ilə görüşüb
Dünən, 17:54
Əməkdar artist Vilayət Eyvazova müraciət ünvanladı - "Bu materialın efirə buraxılması..."
Dünən, 17:14
Şirkətlər sakinləri aldadır: Köhnə ənənə yenə “dəbə” düşüb - AKTUAL
Dünən, 17:06
"Əsəbi adamam, fikrimi cəmləşdirə bilmirəm"
Dünən, 16:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru