Azərbaycanda ŞOK OLAY: Sevdiyi qızın 13 yaşlı bacısını hamilə qoydu .....                     “Kommunal pulu” adı ilə yığılan milyardlar... hara gedir? .....                     Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur? .....                     “Neft Fondundan büdcəyə transferti 1,7 milyard azaltmaqdansa, həmin məbləği maaşlara, “uşaqpulu”na yönəltmək daha doğru olardı” .....                     Təcili Tibbi Yardım Mərkəzi yeni təcili yardım avtomobillərinə də ehtiyyat hissələri alır .....                     Əliyev daha bir ölkəni dağıdıcı müharibədən xilas edir .....                     Eks-bankir Zal Yusifovun oğlu yenidən həbs edildi: Bir milyondan çox ziyan var .....                     BU NƏDİ BELƏ: Yumurta bahalaşdı... .....                     11 min manatı ələ keçirilən həkim Aytən Səfərova imiş .....                     Müəllimini aldadıb ona 355 min “atdı” .....                     Məcnun müəllim üçün vacib məlumat... .....                     Konstitusiya dəyişikliyi Paşinyana risklər yaradır .....                     Nura Suri jurnalistlərdən Baş prokurora şikayət etdi .....                     Hansı dövlət qurumları ləğv olunacaq? .....                     Əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun ailəsi ilə görüş .....                     "Tələsirik deyə edilən səhv geridönüşü olmayan nəticə yaradır" .....                     “Üzbəüz gələndə əldən-ayaqdan gedirlər, boynuma sarılırlar, amma həyatda əsl aktyordurlar” .....                     YAP-ın yubiley tədbirində Veysəloğlu Şirkətlər Qrupu mükafata layiq görüldü .....                     Təməlinə haram qatılmış ev: “Yasamal 33 İnşaat Konstruksiyaları”... .....                     Ət idxalında KƏSKİN AZALMA .....                     NDU-nun dosenti suriyalı alimin elmi məqaləsini OĞURLADI... .....                     “Zaur Baxşəliyevlə barışmaq istəyirəm, vicdan əzabı çəkirəm... .....                     "Ərzaq köhnələndə onu camaata "sırımaq" üçün endirimə qoyurlar..." .....                     Türkiyə ilə əlaqələrin tam tənzimlənməsi Azərbaycanla normallaşmaya müsbət təsir göstərə bilər .....                     “Deputat hədə-qorxu gəldi, maşınımı vurmaq istədilər, üstümə hücum çəkdilər” .....                     Məmur arvadını və ustanı öldürən ömürlük məhkum .....                     Paşinyanın qarşısını alan qüvvələrin ADLARI AÇIQLANDI .....                     Laçında xuliqanlıq edən iki nəfər həbs edildi .....                     Gəncədə işıqlandırma işləri ilə bağlı 2,2 milyon manatlıq tender .....                     Rəqsanə İsmayılova ilə bağlı cinayət işinə xitam verilə bilər? .....                     Ermənistanın yaratdığı AĞRI(DAĞI)LI ƏNGƏL... .....                     Mərkəzi Bankın avtomobillərini bu şirkət sığortalayacaq .....                     Vaşinqton və Moskva "TRİİP" layihəsində anlaşa bilər .....                     Tibb bacısının əri həkimi döydü .....                     Abid Şərifov ölkə gündəmindən danışmaq istəmədi .....                     Ata qızı ilə birgə kürəkəni öldürməkdə ittiham olunur .....                     Azərbaycanlıların Rusiyadan ayağı “kəsilir” .....                     Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır .....                     Gəncədə Prezident sərəncamı niyə icra olunmur? .....                     Parisdən Azərbaycana böyük pislik .....                 

Konstitusiya dəyişikliyi Paşinyana risklər yaradır - onun əvəzinə yeni saziş imzalana bilərmi?
Tarix: Bu gün, 11:19 | Çap et

“Hazırda masada olan diplomatik həll bir neçə fərqli variant təklif etdiyi üçün konstitusiya dəyişikliyinin zəruri olduğu fikri ilə tam razı deyiləm”.

Bunu Musavat.com-a açıqlamasında təqaüddə olan amerikalı fəlsəfə doktoru, Atlantik Şurasının geosiyasi analitiki Riç Outzen deyib.

Onun fikrincə, daha ağıllı və daha real həll yolu ABŞ-nin Ermənistanı konstitusiyaya uyğun şəkildə və onunla ziddiyyət təşkil etməyən, açıq şəkildə ərazi iddialarının olmadığını və irredentizmin tamamilə rədd edildiyini göstərən ayrıca bir saziş hazırlamağa təşviq etməsi ola bilər: “Çünki bir dövləti konstitusiyasını dəyişməyə məcbur etmək çox çətin addımdır və açığı, Paşinyan üçün ciddi siyasi risk yaradar”.

Analitik hesab edir ki, ABŞ-nin müsbət rolu Paşinyanı və onun ətrafındakıları konstitusiya ilə eyni hüquqi gücə malik, Ermənistan qanunvericiliyinin bir hissəsinə çevriləcək, qonşulara qarşı ərazi iddialarının olmayacağına təminat verən yaradıcı hüquqi sənəd üzərində düşünməyə həvəsləndirmək ola bilər: “Məncə, belə bir razılaşma realdır. Konstitusiyanın dəyişdirilməsini mütləq şərt kimi irəli sürmək isə ümumi prosesi tamamilə poza bilər. Buna görə də alternativ, lakin hüquqi cəhətdən qüvvədə olan bir saziş və təminat mexanizmi üzərində çalışmaq ABŞ-nin həm edə biləcəyi, həm də etməli olduğu bir addımdır”.

Ekspertə görə, seçkilərə qədərki aylarda görülə biləcək çox iş var: “Məncə, Nikol Paşinyan sülh istiqamətində irəliləməyə çalışmaqla müəyyən siyasi riskə gedib. Əgər irəliləyiş olmazsa, yeni iqtisadi layihələr başlamazsa, resurs axını baş verməzsə və yerində real dəyişikliklər görünməzsə, o, Ermənistanda seçicilər qarşısında çox zəif duruma düşəcək. Əksinə, əgər gözləntilər belə olsa ki, əldə olunacaq razılaşma Ermənistan xalqı üçün real iqtisadi fayda gətirəcək, o zaman bu, Paşinyanın seçki baxımından xeyrinə olacaq. Odur ki, beynəlxalq və regional tərəfdaşların etməli olduğu prosesi mümkün qədər sürətləndirməkdir. Düşünürəm ki, Tramp administrasiyası artıq bu istiqamətdə, Ermənistana bu sülhdən real iqtisadi faydaların düşəcəyini göstərən layihələr üzərində çalışır”.

Amerikalı analitikin təklifi reallaşa bilərmi? Konstitusiya dəyişikliyi əvəzinə hansısa əlavə sazişin imzalanması ilə Bakının əsas şərtinin təmin olunması mümkündürmü? Azərbaycanı bu variant nə dərəcədə qane edə bilər?

Hüquqşünas Qulamhüseyn Əlibəyli Paşinyan üçün risklər olduğu ilə razıdır. Onun fikrincə, təklif olunan variant ilk baxışda cəlbedici görünə bilər, lakin bu, mövcud problemi həll etmir və məqbul sayıla bilməz. “Mahiyyət etibarilə bu, Azərbaycana qarşı konkret ərazi iddialarına əsas verən Ermənistan Konstitusiyasının müddəalarının, habelə Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisinin Ermənistana birləşdirilməsi haqqında Ermənistan Ali Sovetinin qərarının və Ermənistanın müstəqillik bəyannaməsının həmin qərara istinad edərək orada göstərilənləri erməni xalqının milli hədəflərindən biri kimi elan edən müddəalarının qüvvədə qalması deməkdir. Həm də nəzərə alınmalıdır ki, Ermənistan Konstitusiyasında təkcə Azərbaycana qarşı deyil, qardaş Türkiyəyə qarşı da ərazi iddialarına əsas verən müddəalar var”.

Q.Əlibəylinin fikrincə, Ermənistan Konstitusiyasının hazırkı mətninin və göstərilən sənədlərin qüvvədə qalması revanşistlərin öz maraqlarına uyğun irredentizm siyasəti üçün həmişə hüquqi əsas yaradır: “Çünki istənilən saziş konstitusiyaya bərabər tutula və ya konstitusiyadan üstün hüquqi qüvvəyə malik ola bilməz. Ermənistan hökuməti və revanşistlər istənilən zaman həmin sazişi konstitusiyaya zidd hesab edib, Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb təcavüzkar siyasətlərini davam etdirə bilərlər”.

Onun sözlərinə görə, digər tərəfdən, erməni cəmiyyətində Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması əleyhinə rəy üstünlük təşkil edir, Paşinyan da bunu başa düşdüyü üçün konstitusiya dəyişikliklərinə tələsmir: “Regionda sülh və təhlükəsizliyə, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığa nail olmaq üçün Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının hüquqi əsas yaradan maddələrinin Ermənistan qanunvericiliyindən çıxarılmasını təşviq etmək Tramp administrasiyasının edə biləcəyi, həm də etməli olduğu bir addım hesab oluna bilər”.

Siyasi şərhçi Əli Zülfüqaroğlu isə bildirib ki, Azərbaycan sülhün dayanıqlı olmasına və gələcək riskləri minimuma endirməyə çalışır: “Ona görə də Ermənistanın konstitusiya dəyişikliyinə getməsi və Azərbaycana qarşı rəsmi ərazi iddialarının aradan qaldırılması vacibdir. Ermənistanda vəziyyət kökündən dəyişərsə, o zaman Rusiyaya bağlı revanşist qüvvələr, ümumiyyətlə, Azərbaycanla sülh sazişi imzalamaqdan boyun qaçıra bilər. Təbii ki, bu, Ermənistan üçün fəlakət ssenarisi olsa da, bölgənin qeyri-sabit vəziyyətə sürüklənməsi üçün yetərlidir. Nəzərə alaq ki, Paşinyana qarşı Rusiyadan təlimat alan kilsə və revanşist siyasi qüvvələr çox ciddi şəkildə hərəkətə keçiblər. Bu da mənzərəni daha aydın təsəvvür etməyə imkan verir”.

Təhlilçi hesab edir ki, ABŞ-dəki vəziyyət də ciddi şəkildə nəzərə alınmalıdır: “Trampa qarşı təzyiq var. Xüsusilə qlobal imperializmin rıçaqları Tramp hakimiyyəti üçün ciddi təhlükə yaradır, hər cür şantaja, qaralama kampaniyalarına əl atırlar. Epşteynlə bağlı proses də bu qəbildəndir və bəlli məqsədlərə hesablanıb. Onu da nəzərə almalıyıq ki, Epşteynin Rusiya kəşfiyyatı ilə əlaqələri ilə bağlı iddialar da ABŞ mediasında sürətlə yayılır. Təbii ki, Trampın da əks arqumentləri var. Amma istənilən halda ABŞ-də vəziyyət daha gərgin xarakter almağa başlayır. Tramp hökuməti ilə yaxın münasibətlərə malik ölkə olduğumuz nəzərə alınmalıdır. ABŞ mürəkkəb idarəçilik sisteminə malikdir və orada iki qlobal gücün savaşının bütün dünyaya təsir edəcəyi qaçılmazdır. Buna görə də, Azərbaycan Paşinyanın mövqelərinin güclənməsinə çalışmalıdır”.

Ə.Zülfüqaroğluna görə, Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi və Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasının yekun sülh sazişindən sonraya saxlanılması uyğun variant ola bilər: “Təbii ki, Ermənistan bunu edəcəyi ilə bağlı üzərinə rəsmi öhdəlik götürməlidir. Bununla da Paşinyanın üzərində təzyiqlər azala, sülh sazişi imzalanmaqla onun mövqeləri daha da möhkəmlənə, beləliklə də revanşistlərə ciddi zərbə vurula bilər”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda ŞOK OLAY: Sevdiyi qızın 13 yaşlı bacısını hamilə qoydu - TƏFƏRRÜAT
Bu gün, 12:26
“Kommunal pulu” adı ilə yığılan milyardlar... hara gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:10
Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur? - İLGİNC
Bu gün, 12:07
“Neft Fondundan büdcəyə transferti 1,7 milyard azaltmaqdansa, həmin məbləği maaşlara, “uşaqpulu”na yönəltmək daha doğru olardı” - Tahir Kərimli
Bu gün, 11:57
Təcili Tibbi Yardım Mərkəzi yeni təcili yardım avtomobillərinə də ehtiyyat hissələri alır - İcazə verin, şübhələnək...
Bu gün, 11:50
Əliyev daha bir ölkəni dağıdıcı müharibədən xilas edir – Kritik gəlişmə
Bu gün, 11:44
Eks-bankir Zal Yusifovun oğlu yenidən həbs edildi: Bir milyondan çox ziyan var - TƏFƏRRÜAT
Bu gün, 11:38
BU NƏDİ BELƏ: Yumurta bahalaşdı... - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:34
11 min manatı ələ keçirilən həkim Aytən Səfərova imiş - TƏFƏRRÜAT
Bu gün, 11:29
Müəllimini aldadıb ona 355 min “atdı” - Atası bulvarda intihar etmişdi...
Bu gün, 11:27
Məcnun müəllim üçün vacib məlumat... - Bəlkə də bilir...
Bu gün, 11:23
Konstitusiya dəyişikliyi Paşinyana risklər yaradır - onun əvəzinə yeni saziş imzalana bilərmi?
Bu gün, 11:19
Nura Suri jurnalistlərdən Baş prokurora şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 11:16
Hansı dövlət qurumları ləğv olunacaq? - Plan hazırlandı
Bu gün, 11:12
Əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun ailəsi ilə görüş - FOTOLAR
Bu gün, 11:10
"Tələsirik deyə edilən səhv geridönüşü olmayan nəticə yaradır" - Rövşən Tağıyev
Bu gün, 11:07
“Üzbəüz gələndə əldən-ayaqdan gedirlər, boynuma sarılırlar, amma həyatda əsl aktyordurlar” - Namiq Mənadan Vüqara CAVAB
Bu gün, 11:03
YAP-ın yubiley tədbirində Veysəloğlu Şirkətlər Qrupu mükafata layiq görüldü - FOTO
Bu gün, 10:49
Təməlinə haram qatılmış ev: “Yasamal 33 İnşaat Konstruksiyaları”... -Rauf Əliyev ölkədə ev tikən yox, ev yıxan kimi tanınır
Bu gün, 10:45
Ət idxalında KƏSKİN AZALMA – Qiymətlər daha da YÜKSƏLƏCƏK?
Bu gün, 10:41
NDU-nun dosenti suriyalı alimin elmi məqaləsini OĞURLADI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:39
“Zaur Baxşəliyevlə barışmaq istəyirəm, vicdan əzabı çəkirəm... - anam da deyir ki...”
Bu gün, 10:33
"Ərzaq köhnələndə onu camaata "sırımaq" üçün endirimə qoyurlar..." - NARAZILIQ VAR...
Bu gün, 10:32
Türkiyə ilə əlaqələrin tam tənzimlənməsi Azərbaycanla normallaşmaya müsbət təsir göstərə bilər - Mirzoyan
Bu gün, 10:23
“Deputat hədə-qorxu gəldi, maşınımı vurmaq istədilər, üstümə hücum çəkdilər” - parodist-aktyor Ramil Abdullayevdən ETİRAF
Bu gün, 10:20
Məmur arvadını və ustanı öldürən ömürlük məhkum yenidən məhkəmə qarşısında
Bu gün, 10:18
Paşinyanın qarşısını alan qüvvələrin ADLARI AÇIQLANDI - NƏ BAŞ VERİR?
Bu gün, 10:15
Laçında xuliqanlıq edən iki nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:09
Gəncədə işıqlandırma işləri ilə bağlı 2,2 milyon manatlıq tender - DETALLAR
Bu gün, 10:07
Rəqsanə İsmayılova ilə bağlı cinayət işinə xitam verilə bilər? - AÇIQLAMA
Bu gün, 10:06
Ermənistanın yaratdığı AĞRI(DAĞI)LI ƏNGƏL... - İNCƏLƏMƏ
Bu gün, 10:00
Mərkəzi Bankın avtomobillərini bu şirkət sığortalayacaq - ŞİRKƏT, QALİB
Bu gün, 09:56
Vaşinqton və Moskva "TRİİP" layihəsində anlaşa bilər - ONA GÖRƏ DƏ...
Bu gün, 09:53
Tibb bacısının əri həkimi döydü – GƏNCƏDƏ HADİSƏ
Bu gün, 09:52
Abid Şərifov ölkə gündəmindən danışmaq istəmədi - "Canımın hayındayam..."
Bu gün, 09:48
Ata qızı ilə birgə kürəkəni öldürməkdə ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 09:44
Azərbaycanlıların Rusiyadan ayağı “kəsilir” - AKTUAL
Bu gün, 09:40
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır - MƏQALƏ
Bu gün, 09:33
Gəncədə Prezident sərəncamı niyə icra olunmur? - MÜRACİƏT
Bu gün, 09:04
Parisdən Azərbaycana böyük pislik - 40 təşkilatın “artsax” həyasızlığı
Bu gün, 08:50
Həmkarsız qalan SOCAR işçiləri... - Amma qanun deyir ki...
Bu gün, 07:42
Ramiz Mehdiyev və Rəqsanə AYRICALIĞI... - AXI NİYƏ?..
Bu gün, 07:35
Qəzetlərin dəfninə niyə belə tələsirik ki?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:24
Virtual təhlükəsizlik məsələsi... - HƏLƏ DƏ...
Bu gün, 07:21
"Kapital Bank"ın kartından 7 min manat yoxa çıxdı - 5 aydır vətəndaş qapılarda qalıb
Bu gün, 07:18
Endirim arxasındakı təhlükə: Vaxtı keçmiş məhsulların gizli satışı - NƏ ETMƏLİ?
Bu gün, 07:09
ADSEA Zaur Mikayılovun DƏDƏ MALIDIR - FAKT BUDUR!
Bu gün, 07:07
Qalmaqallı kolleclə bağlı daha bir iddia - BU NƏDİ BELƏ?
Bu gün, 07:02
Talıbovların keçmiş ortağı Dövlət Agentliyinə 60 min manatlıq qum-qırmadaş satacaq - TƏFƏRRÜAT
Bu gün, 06:57
İran Xəzərin hüquqi statusu haqqında konvensiyanı ratifikasiya etməyib - ŞƏRH
Bu gün, 06:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru