Gənclərin Bakıya axınını təbii şəkildə necə dayandırmaq olar? .....                     Sabah Bakıda Ermənistandan olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcək .....                     İran generalları Azərbaycana dronla narkotik daşınmasına susqunluq göstərir .....                     Rusiyanın Moldovadakı səfirinə etiraz notası təqdim edilib .....                     ABŞ-ın sülh planı sanki Moskvada yazılıb .....                     Nazir müşavirini departament müdiri təyin etdi .....                     Rəqsanə üçün 100 min manat ödədi .....                     Aİ Cənubi Qafqazdakı proseslərdə rolunu gücləndirməyə çalışır .....                     “Rusiya yönümlü qüvvələr” TƏHLÜKƏSİ .....                     "Mən hakimiyyətə gələn kimi onu öldürdülər" .....                     "Zəngəzur dəhlizinin açılması regionda bu ölkələrin təsirini azaldacaq" .....                     Vüqar Behbudov Agentlik üçün bacısının ofisini icarələdi, 262 min manat ödədi .....                     “A+A Şirkətlər Qrupu” nizamnamə kapitalından 5 milyon manat geri götürdü .....                     2026-cı il son şansdır: Davamlı sülh ehtimalı yüksəkdir .....                     Yumurtanı öz vətəndaşımıza BAHA.. xariciyə ucuz satırıq... .....                     Elxan Allahverdiyev KİMDƏN GÜC ALIR Kİ... .....                     Məşhur ekspert Ziya Məmmədovun 100 milyon manatlıq cinayətindən yazdı .....                     Həyəcanlanmayın: Huker bunu Bakıda da etdi .....                     Külli miqdarda mənimsəmədə ittiham olunan sabiq birlik sədrinə hökm oxunub .....                     Kərə yağı niyə bahalaşır? .....                     İran dronları və qaranlıq məqamlar... .....                     “Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı .....                     İsrail XİN rəhbəri Azərbaycana səfər edəcək .....                     Naxçıvandakı bankomatların 92%-i 2 banka məxsusdur .....                     BSU-nun sabiq rektorunun Ramiz Mehdiyevlə bağlı dedikləri SENSASİYA YARATDI .....                     Vəzifəli şəxsin təhsilsiz olması iddiasına TƏBİB rəhbərindən .....                     Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı .....                     Cəlilabadda icra başçısı ƏMRLƏRİ KİMDƏN ALIR? .....                     Mehdiyevin villa, Qalinanın torpaq məsələsi Şabranı qarışdırdı .....                     Qalmaqallı psixoloq bu dəfə “arvadağız” kişilərdən danışdı .....                     Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi .....                     Tanınmış iş adamı Fuad Allahverdiyev yenidən məhkəmə qarşısına çıxarıldı .....                     Demilitarizasiya olmadan sülh mümkün görünmür .....                     Əmrullayev təhsilə ayrılan pulları israf edir .....                     Əli Həsənova məxsus köşklər yığışdırılır? .....                     Bakı rayonlarının icra başçıları: Məmurlar tərcümeyi-hallarını niyə gizlədirlər? .....                     "Gileyliyəm, bu gün heç nə yoxdur" .....                     Yekaterinburqda Dağıstandan olan kriminal avtoritetə hökm oxundu .....                     Havanın 21 dərəcə isti olacağı gözlənilir .....                     Azərbaycanda ŞOK OLAY: Sevdiyi qızın 13 yaşlı bacısını hamilə qoydu .....                 

İran generalları Azərbaycana dronla narkotik daşınmasına susqunluq göstərir - Deputat ilginc səbəbləri açıqladı
Tarix: Bu gün, 17:50 | Çap et

İrandan növbəti dəfə külli miqdarda narkotik vasitənin dron vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alınıb. Hüquq-mühafizə orqanlarının açıqlamasına görə, tutulmuş narkotiklərin ümumi çəkisi 33 kiloqram olub.

Musavat.com xəbər verir ki, siyasi şərhçilər bu hadisəni dəyərləndirərkən bir neçə ciddi sual səsləndirirlər.

Əvvəla, İrandan az qala hər həftə dronlar vasitəsilə Azərbaycana narkotik maddələr keçirilməyə çalışılır. Maraqlıdır ki, İranda narkotiklərin yetişdirilməsinə və daşınmasına görə ölüm hökmü mövcuddur, lakin bu cəza İrandakı narkotik ticarəti iştirakçılarını dayandırmaq üçün yetərli deyil.

Bu isə sual doğurur: ölüm hökmü bu işlə məşğul olanları qorxutmur, yoxsa qonşu ölkədə narkotik kuryerlərin əhatə dairəsi çox genişdir?

İkinci diqqət çəkən məsələ dronların əldə olunmasıdır. İranda narkotik daşımaçılığı ilə məşğul olanlar bu qədər dronu necə əldə ediblər? Kustar üsulla hazırlamaq mümkündürmü, yoxsa narkokuryerlər dövlətin istehsal etdiyi dronlardan istifadə edirlər?

Hər halda, bu sualların cavabı sərhədlərə cavabdeh olan iranlı generallar və məmurlar tərəfindən izah olunmalıdır. Çünki qonşu ölkədə belə hadisələrin davam etməsi, həm regional təhlükəsizlik, həm də Azərbaycan-İran münasibətləri üçün ciddi risklər yaradır.

Deputat Arzu Nağıyev Musavat.com-a deyib ki, markobiznesdə ağlasığmaz dərəcədə böyük pullar dövr edir və bu, cinayətkar şəbəkələri ayaqda saxlayan əsas məqamdır:

"Dron almaq, onu kustar üsulla yağdırmaq narkoşəbəkələr üçün o qədər problemli məsələ deyil. Mübarizə sərtləşdikcə, yeni mübarizə metodları tətbiq olunduqca, narkomafiyalar da əllərini sallayıb oturmurlar. Narkotik daşınmasında yeni-yeni üsullar axtarıb tapırlar. Bu baxımdan dron texnologiyalarının inkişafı bütün dünyada narkoticarətlə məşğul olanların işinə yarıyıb. Qanunsuz narkotik dövriyyəsini durdurmaq mümkünsüzdür.

Bu dövriyyəni kiçiltmək, miqyasının genişlənməsinin qarşısını almaq olar. Həbsxanalara, qapalı ərazilərə dronla narkotik daşınması halları qeydə alınmaqdadır. Hazırda bu, çox aktual və mühüm bir məsələyə çevrilib. Çünki dron texnologiyaları sərhədləri tanımır. Buna görə də qonşu ölkələrlə əməkdaşlıq, ortaq monitorinq sistemləri və məlumat paylaşımı çox vacibdir. Bu gün dünyada dron aşkarlama sistemlərindən, yeni texnologiyalardan istifadə olunur”.

Deputat bildirib ki, dron aşkarlama, radar sistemləri ilə dronların uçuşunu izləmək olur:

“Bundan başqa, akustik sensorlar quraşdırmaqla dronların səsini müəyyən etmək və zərərsizləşdirmək olar. RF (Radio Frequency) detektorlarından da istifadə oluna bilər. Bu detektorlar dronların istifadə etdiyi radio siqnallarını aşkar edir, belə cihazlarla nəzarət imkanı yaradır. Dron əleyhinə müdafiə texnologiyalarından istifadə etməklə sərhəd zonalarından dronların uçuşlarını məhdudlaşdırmaq olar. “Jammer” cihazları dronların siqnallarını pozur, onları idarəolunmaz vəziyyətə gətirir. Bundan başqa, narkotik daşıyan, sərhəd pozucusu olan dronları xüsusi tor atan və ya digər dronlarla tutmaq da mümkündür.

Hətta bəzi hallarda müdafiə dronları – qanunsuz dronu izləyən və zərərsizləşdirən dronlar da istifadə olunur. Belə dron zərərsizləşdirən texnologiyaları sərhədlər, həbsxanalar və strateji obyektlərdə yerləşdirmək vacibdir. Sərhəd zonalarında narkotiklərin dronla daşınmasının İran tərəfdən qarşısının alınmaması, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının birtərəfli şəkildə mübarizəsi göz önündədir.

Sərhədyanı ərazilər narkotik qaçaqmalçıları üçün hər zaman aktual olub. İndi isə narkoqaçaqçılıqda dronlardan istifadəyə geniş yer verilir. Dronlar çox sürətli və gizli çatdırma vasitəsidir. Qarşı tərəf müvafiq addımlar atmağa həvəsli görünmür. Ona görə də sərhəd zonalarında dronla narkotik daşınmasına qarşı tədbirlər görülməsi zəruridir. Dron aşkarlama sistemlərinin sərhədboyu qurulması vacibdir”.

Deputatın sözlərinə görə, nə qədər ki, narkotiklərdən istifadə edən insanlar var, o qədər də həmin narkotikləri əkib-becərən, daşınmasını gerçəkləşdirənlər olacaq:

“Bu gün Əfqanıstanda 400-dən çox narkotik maddə yetişdirən laboratoriya var. Həmin laboratoriyaların mövcudluğundan hamı xəbərdardır. Hazırda dünyada istehsal edilən narkotik vasitələrin çəkisi 100 tonlarladır. Dünya əhalisinin yarısından çoxu azı bir dəfə narkotik maddədən istifadə edib. Narkotrafik terrorizmlə də sıx bağlı olan məsələdir. Terrorizmin maliyyə mənbələrindən biri də narkotik vasitələrin satışından əldə edilən pullardır.

Digər tərəfdən, yoxsulluq, işsizlik problemləri də aradan qaldırılmasa, bu məsələ həllini tapmayacaq. Azərbaycan bütün ümumbəşəri problemlərin vaxtında həll olunmasının tərəfdarı olduğunu, o cümlədən dünyada bütün insanlar üçün böyük təhlükə olan narkomaniya və narkobizneslə mübarizədə daim ön sıralarda gedəcəyini dəfələrlə bəyan etsə də, bir çox hallarda obyektiv səbəblərdən neqativ hallarla mübarizədə çətinliklər yaranır.

Artıq ölkə ərazisindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni nəql olunması nəinki Azərbaycanın, hətta regionun çərçivəsindən çıxaraq böyükmiqyaslı bir problemə çevrilməkdədir. 1 qram heroinin “qara bazar”da qiyməti 100 dollardır. Azərbaycan yerləşdiyi coğrafi məkan baxımından narkotiklərin daşındığı yolun bir hissəsidir. Qaçaqmal narkotik daşınması, silah alveri sərhədlərin açıq və qapalı olmasına rəğmən, bir an belə dayanmır.

Transmilli cinayətkar şəbəkələr üçün pandemiya, xüsusi sərhəd rejimi qaydaları yoxdur. Bu şəbəkələr daim öz cinayətkar əməllərini davam etdirəcəklər. Tranzit kanallar fəaliyyətdədir. Hüquq-mühafizə orqanlarının səyləri nəticəsində bu cinayətlərin əhəmiyyətli hissəsinin qarşısı alınsa da, sızmalar var. Əsas məqam ondan ibarətdir ki, bu cinayətlər kuryerlər vasitəsilə həyata keçirilir. Kuryer həbs olundu, yeni bir kuryer tapılır. Ağır narkotiklər - kokain Cənubi Amerika ölkələrindədir, Qızıl üçbucaq adlanan ərazi - Vyetnam və digər zona və hamıya bəlli olduğu kimi, Əfqanıstanda isə böyük narkoplantasiyalar mövcuddur.

Bu 3 nöqtədən narkotiklər dünyanın hər tərəfinə daşınır və bu daşımaların marşrutları illərdir ki, əsasən dəyişməz qalır. Əfqanıstandan Avropaya narkotik daşımalarında ən uyğun marşrut ölkəmizin də olduğu marşrutdur. Bu baxımdan Azərbaycan ərazisinə dronla narkotik daşınması qarşıdakı illərdə də azalmayacaq. Müvafiq tədbirlər görülməklə ərazilərimizə dronlardan narkotik “bomba”larının atılmasının qarşısını almaq mümkündür və bu addımlar da atılmaqdadır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gənclərin Bakıya axınını təbii şəkildə necə dayandırmaq olar?
Bu gün, 18:03
Sabah Bakıda Ermənistandan olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcək
Bu gün, 17:59
İran generalları Azərbaycana dronla narkotik daşınmasına susqunluq göstərir - Deputat ilginc səbəbləri açıqladı
Bu gün, 17:50
Rusiyanın Moldovadakı səfirinə etiraz notası təqdim edilib – Dron insidenti
Bu gün, 17:39
ABŞ-ın sülh planı sanki Moskvada yazılıb - ATƏT sədri
Bu gün, 17:33
Nazir müşavirini departament müdiri təyin etdi - FOTO
Bu gün, 17:31
Rəqsanə üçün 100 min manat ödədi
Bu gün, 17:24
Aİ Cənubi Qafqazdakı proseslərdə rolunu gücləndirməyə çalışır - Hipper
Bu gün, 17:20
“Rusiya yönümlü qüvvələr” TƏHLÜKƏSİ - Paşinyan Qazaxıstanda sülh üçün DƏSTƏK AXTARIR
Bu gün, 17:17
"Mən hakimiyyətə gələn kimi onu öldürdülər" - Pezeşkian
Bu gün, 17:12
"Zəngəzur dəhlizinin açılması regionda bu ölkələrin təsirini azaldacaq" — ŞƏRH
Bu gün, 16:56
Vüqar Behbudov Agentlik üçün bacısının ofisini icarələdi, 262 min manat ödədi - Azərbaycanda kuryoz olay
Bu gün, 16:52
“A+A Şirkətlər Qrupu” nizamnamə kapitalından 5 milyon manat geri götürdü
Bu gün, 16:48
2026-cı il son şansdır: Davamlı sülh ehtimalı yüksəkdir - İNCƏLƏMƏ
Bu gün, 16:46
Yumurtanı öz vətəndaşımıza BAHA.. xariciyə ucuz satırıq... - QOY, DESİNLƏR... ALVERDƏYİK!
Bu gün, 16:42
Elxan Allahverdiyev KİMDƏN GÜC ALIR Kİ... - ÖZBAŞINA QALIB...
Bu gün, 16:29
Məşhur ekspert Ziya Məmmədovun 100 milyon manatlıq cinayətindən yazdı - SENSASİON DETALLAR
Bu gün, 16:24
Həyəcanlanmayın: Huker bunu Bakıda da etdi – Badalyan
Bu gün, 16:04
Külli miqdarda mənimsəmədə ittiham olunan sabiq birlik sədrinə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 16:01
Kərə yağı niyə bahalaşır? - ARAŞDIRMA
Bu gün, 15:02
İran dronları və qaranlıq məqamlar... - AKTUAL
Bu gün, 14:59
“Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı
Bu gün, 14:57
İsrail XİN rəhbəri Azərbaycana səfər edəcək - KİV
Bu gün, 14:54
Naxçıvandakı bankomatların 92%-i 2 banka məxsusdur
Bu gün, 14:52
BSU-nun sabiq rektorunun Ramiz Mehdiyevlə bağlı dedikləri SENSASİYA YARATDI - VİDEO
Bu gün, 14:49
Vəzifəli şəxsin təhsilsiz olması iddiasına TƏBİB rəhbərindən - Cavab
Bu gün, 14:39
Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı - "Qızınız Kama xanım mənə…"
Bu gün, 14:35
Cəlilabadda icra başçısı ƏMRLƏRİ KİMDƏN ALIR? - QALMAQAL
Bu gün, 14:12
Mehdiyevin villa, Qalinanın torpaq məsələsi Şabranı qarışdırdı – başçı bu dəfə də xüsusi ittihamla çıxış etdi
Bu gün, 13:25
Qalmaqallı psixoloq bu dəfə “arvadağız” kişilərdən danışdı - "O, artıq milyonlara çıxmaq istəyir..."
Bu gün, 13:14
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Bu gün, 13:10
Tanınmış iş adamı Fuad Allahverdiyev yenidən məhkəmə qarşısına çıxarıldı
Bu gün, 13:00
Demilitarizasiya olmadan sülh mümkün görünmür - ŞƏRH
Bu gün, 12:56
Əmrullayev təhsilə ayrılan pulları israf edir – Dosent
Bu gün, 12:53
Əli Həsənova məxsus köşklər yığışdırılır? – Foto
Bu gün, 12:49
Bakı rayonlarının icra başçıları: Məmurlar tərcümeyi-hallarını niyə gizlədirlər? - AKTUAL
Bu gün, 12:47
"Gileyliyəm, bu gün heç nə yoxdur"
Bu gün, 12:42
Yekaterinburqda Dağıstandan olan kriminal avtoritetə hökm oxundu
Bu gün, 12:41
Havanın 21 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:37
Azərbaycanda ŞOK OLAY: Sevdiyi qızın 13 yaşlı bacısını hamilə qoydu - TƏFƏRRÜAT
Bu gün, 12:26
“Kommunal pulu” adı ilə yığılan milyardlar... hara gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:10
Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur? - İLGİNC
Bu gün, 12:07
“Neft Fondundan büdcəyə transferti 1,7 milyard azaltmaqdansa, həmin məbləği maaşlara, “uşaqpulu”na yönəltmək daha doğru olardı” - Tahir Kərimli
Bu gün, 11:57
Təcili Tibbi Yardım Mərkəzi yeni təcili yardım avtomobillərinə də ehtiyyat hissələri alır - İcazə verin, şübhələnək...
Bu gün, 11:50
Əliyev daha bir ölkəni dağıdıcı müharibədən xilas edir – Kritik gəlişmə
Bu gün, 11:44
Eks-bankir Zal Yusifovun oğlu yenidən həbs edildi: Bir milyondan çox ziyan var - TƏFƏRRÜAT
Bu gün, 11:38
BU NƏDİ BELƏ: Yumurta bahalaşdı... - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:34
11 min manatı ələ keçirilən həkim Aytən Səfərova imiş - TƏFƏRRÜAT
Bu gün, 11:29
Müəllimini aldadıb ona 355 min “atdı” - Atası bulvarda intihar etmişdi...
Bu gün, 11:27
Məcnun müəllim üçün vacib məlumat... - Bəlkə də bilir...
Bu gün, 11:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru