Deputat Elman Nəsirovdan qızının iddialarına cavab .....                     Zabil Qəhrəmanovun döydüyü iddia edilən şəxs danışdı .....                     Əmək mübahisələrinin həlli üçün müxtəlif yollar və qurumlar... .....                     İlkin Süleymanovun vəkili maşın yuyanı belə döyüb .....                     “Həkimlər doğuşu əlcəksiz icra edib, uşağım infeksiyaya yoluxub” .....                     Bakının yük tranziti ilə bağlı İrəvana jestindən sonra... .....                     “Buzdağı” MMC adi suyu “filtrli” adı ilə müştərilərə satır? .....                     “Avromed” uşaq qidalarının qiymətini qaldırdı YENİ QİYMƏTLƏR .....                     Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ərəfəsində Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil edilib .....                     Bakı metrosunda İNSİDENT .....                     LDU-da MÜƏMMALI TƏYİNATLAR... .....                     Zabil Qəhrəmanov bu maddə üzrə ittiham olunur .....                     Zəngəzur- “Tramp” yolu Sülh Sazişi imzalanmamış açıla bilərmi?.. .....                     Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Şeyx Əbdüldən yeni açıqlama .....                     Məcburi köçkün olan rejissor xanımı yataqxanadakı otağından Təhsil Nazirliyi çıxartdırdı?.. .....                     İrəvanda daşnak liderin oğlu separatçı "prezident"lərdən birinin bağışladığı tapança ilə özünü güllələdi... .....                     “Emin Əmrullayev və Elnur Əliyev ölkə təhsilini xaosa sürükləyiblər” .....                     Qubadlı – Qarabağın dirçələn incisi .....                     Ramiz Mehdiyevə görə ONLAR İSTİNTAQA CƏLB OLUNUB... .....                     Bakının boğazındakı KAL ARMUD... .....                     “Rahat market”in mühafizəçisi yaşlı müştərini döyüb .....                     Hökməlidə Güləhməd özünə GÜL KİMİ dövran qurub... .....                     Azərbaycanın tranzit qadağasını götürməsi Rusiyanı qane edirmi? .....                     Azərbaycanın baş diplomatından Ermənistan rəhbəri ilə bağlı ilginc açıqlama .....                     Ağdam Rayon Mərkəzi Xəstəxanasının növbəti mərhələ üzrə tikintisinə 9,5 milyon manat sərf ediləcək .....                     Calaq proletariat .....                     Şəhərdə 250 rus hərbçisi var, vəziyyət son dərəcə kritikdir .....                     “360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? .....                     Nəbiyev nə bilsin "Azparkıng"in pulu hara gedir .....                     Təhsil Nazirliyində QARA-QURA İŞLƏR... .....                     "Yaşıllaşdırma"nın əməkdaşları "Jurnalistlər binası" sakininin maşınına zərər vurublar .....                     Çoxuşaqlı anlayışı 5-dən 3-ə endirilməlidir .....                     "Xərçəng xəstəliyinin müalicəsini qəsdən rəsmi protokollara daxil etmirlər" .....                     Nizamidə başçıya söykənən TİKİNTİ XAOSU .....                     AQTA işinin öhdəsindən gələ bilmir... .....                     Son 3 ildə ilk dəfə Rusiyanın hərbi istehsalı azaldı: 10 dəfə... .....                     Hərbi hissənin işçisi qəza törədib ARADAN ÇIXDI... .....                     DAHA BİR SÜBUT: 'AZƏRİQAZ'ın imtahanları boş bir şeydir... .....                     İşçi və işəgötürənlər məcburdurlar ki... .....                     "Bu gün kimsə Moskva ilə hesablaşmır" .....                 

Azərbaycanın baş diplomatından Ermənistan rəhbəri ilə bağlı ilginc açıqlama - “İstəyirsiniz ki, məni öldürsünlər?”
Tarix: Bu gün, 09:02 | Çap et

“Nikol Paşinyan Ermənistandan qaçacaq”. Tribunainfo.az xəbər verir ki, bunu hərbi ekspert Hayk Nahapetyan deyib. O iddia edib ki, Ermənistan müxalifətinin bunun üçün imkanı var.

Nahapetyan maraqlı fikir də səsləndirib. O deyib ki, əgər Paşinyan qaçsa, onun komandasında olan məmurları həbs etməyəcəklər. “Biz onları və Paşinyanın yaxın adamlarını Azərbaycana təhvil verib, əvəzində Bakıda saxlanılan erməniləri alacağıq”.

Erməni revanşistin bu sərsəm fikirləri ciddi şəkildə tirajlanır. Ermənistanda seçki yaxınlaşdıqca ən idbar və banal fikirlər də səslənəcək. Müxalif qüvvələr indidən hakimiyyəti təhdid edir. Bununla demək istəyirlər ki, Paşinyan və komandası Ermənistana guya xəyanət edib, ona görə devriləndən sonra məmurları Bakıya təhvil verəcəklər. Bu azmış kimi, erməni ekspert sayıqlayaraq deyib ki, əvəzində Bakıdakı hərbi caniləri geri alacaqlar.

Amma Paşinyanın məmurlarından fərqli olaraq, Bakıda mühakimə olunan terrorçular ağır cinayətlər törədib, ərazilərimizdə xunta rejiminə rəhbərlik edib, qətliamlar həyata keçiriblər. Ona görə də erməni revanşistlərin bu “ideya”nı ağlından keçirməsi utopiyadan başqa bir şey deyil.

“Nikol Paşinyan mövqeyini tam dəyişir və cənab Prezidentə belə bir ritorik sual da verir: Siz istəyirsiniz ki, məni öldürsünlər?”

Bunu isə “Təmas xətti” verilişinin qonağı olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Verilişin tam versiyası yaxın günlərdə “İctimai TV”də efirə gedəcək (Modern.az).

Paşinyanın bu sözləri sülh müqaviləsinin imzalanması perspektivindən dolayı üzləşdiyi risklər kontekstində söyləməsi ehtimalı böyükdür. Dəqiqini hər halda az sonra biləcəyik.

Bəs mümkün risk və təhdidlər Paşinyana nə vəd edir? Ermənistanda çevriliş üçün zəmin varmı? Nikol Paşinyanın seçdiyi sülh yolu nə dərəcədə təhlükəlidir?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a şərhində Ermənistanda tarixi boyu sui-qəsdlər, terror olduğunu xatırlatdı. Onun sözlərinə görə, 1999-cu ildə silahlı şəxslərin parlamentə daxil olub baş naziri, spikeri qətlə yetirməsi buna ən bariz nümunədir. Ç. Qənizadə yada saldı ki, Ermənistanda müxtəlif adlarda - ASALA, Hnçak, Armenakan və s. terror qrupları fəaliyyət göstərib: “Təbii ki, onlarla yanaşı Daşnaksütyünun adını da çəkmək lazımdır. Bu gün həmin terror təşkilatları aktiv fəaliyyət göstərməsələr də, bu ideyanı daşıyanlar, fərqli destruktiv və radikal qruplar, beyni zəhərlənmiş marginal dəstələrin olması istisna deyil. Hətta spiker Simonyan bir zamanlar, xüsusən Rusiya ilə əlaqələrin kəskin dövründə 1999-cu il hadisələrinin təkrarlanma riskinin olduğunu dilə gətirmişdi. Ona görə də ermənilərin terror və sui-qəsdə meyilli olduğunu nəzərə alsaq, Paşinyan hakimiyyəti üçün həmişə təhlükə var. Sadəcə, ABŞ və Qərb kəşfiyyatı onu qoruyur. Bu kəşfiyyat Ermənistanda ciddi şəkildə işləyir. Onlar diplomatik missiya adı ilə yerləşiblər”.

Ç.Qənizadə digər bir riskin seçkilərlə əlaqəli olduğunu açıqladı: “Gələn il parlament seçimlərində Paşinyanın partiyası qələbə qazanacaq. Xalqın müxalif partiyaların namizədlərinə üstünlük verəcəyinə inanmıram. Məsələ onda deyil ki, Paşinyan xalq üçün idealdır, sadəcə, ondan daha yaxşısı yoxdur. Bu günün müxalifət qüvvələri iqtidarda olub. Xalq onları da tanıyır. Odur ki, müxalifətin parlamenti seçki yolu ilə götürəcəyinə inanmıram. Üstəlik, Paşinyan xalqa bir sülh hədiyyə edib, Azərbaycanın tranzit qadağası da aradan qalxıb, yəni hakimiyyət erməni cəmiyyətinə real nəticələr təqdim edir, bəs müxalifət, ona dəstək verən çirkin kilsə xadimləri nə vəd edir? Onlar yenə köləlik, Rusiyanın vassalı olmaq, Cənubi Qafqazda müharibə, gərginlik, qeyri-sabit həyat, korrupsiya vəd edir. Ona görə də Paşinyan üçün qalan risk seçkinin nəticələrindən sonra müxalifətin xalqı meydanlara çıxara biləcəyi məsələsidir. Çünki bu dəfə həbsdə olan milyarder Samvel Karapetyanın komandası ciddi işləyir, kilsə də keşişlərin həbsinə görə üsyan həddindədir, Köçəryan və Daşnaksütyun partiyasına yaxın qüvvələr də gözləmə mövqeyində dayanıblar, bu baxımdan çətinlik olacağını söyləmək lazımdır”.

Hüquq müdafiəçisi qeyd etdi ki, Karapetyanın yaratdığı hərəkat seçkilərə hazırlıq görür və prosesə Rusiya dəstək verir: “Bu artıq yeni qüvvədir. Köhnə və revanşist müxalifət deyil. Paşinyan ona görə də həbslər aparır ki, seçkiyə qədər müqaviməti qırsın. Bizə də onun iqtidarda qalması sərf edir. Azərbaycan Ermənistanın revanşist və Moskvadan himayə olunan qüvvələrini iqtidarda görmək istəmir. Çünki Paşinyanla sülh prosesini yekunlaşdırmaq olar. Zənnimcə, Nikol və onun komandası ağır, gərgin proses olsa da, ondan qalib çıxacaq. Azərbaycan da siyasi dəstəyini davam etdirəcək. Biz ilk dəfə Ermənistanda iqtidarla eyni mövqeyi bölüşürük, bu da regionda dayanıqlı sülhün təmin olunması naminədir. Düşünürəm ki, həm Qərbin, həm Türkiyə və Azərbaycanın Paşinyana dəstəyi, onun mühafizə olunması, həm də özünün erməni xalqı qarşısına performansı seçkidə qələbəni təmin edəcək. Bundan sonra dəhlizin açılması və bir sıra anlaşmaların icrasına başlanacaq. Erməni xalqı da görür ki, Paşinyanın öldürülməsi və ya devrilməsi onlara xoşbəxtlik gətirməyəcək”.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov APA-ya bildirib ki, Köçəryan və Sərkisyan şəxsi ədavət, sarsılmış eqo və itirilmiş imtiyazların təsiri altında hələ də hakimiyyətə qayıda biləcəklərinə inanaraq, yeni reallıqları qəbul etmədən “tarixi missiya” illüziyası ilə yaşayırlar.

Politoloq qeyd edib ki, onlar Paşinyanı şəxsi düşmən hesab edir və nəyin bahasına olursa-olsun, ondan intiqam almağa çalışırlar: “Bu, sırf şəxsi ədavət və düşmənçilikdir. Onlar hələ də öz eqolarını boğa bilmirlər və görürlər ki, erməni cəmiyyəti artıq onları deyil, Nikol Paşinyanı seçir - bunu qəbul edə bilmirlər. Çünki erməni tarixində onlar özlərini qəhrəman, sərkərdə və mahir siyasətçi kimi görmək istəyiblər. Paşinyanın hakimiyyətə gəlməsi isə bu illüziyanı tamamilə dağıtdı. İndi artıq hamıya aydındır ki, Cənubi Qafqazda yeni reallıqlar yaranıb və bu, Ermənistanda ənənəvi daşnak ideologiyasının, militarist düşüncənin və ”Böyük Ermənistan" xülyalarının birdəfəlik dəfninə gətirib çıxara bilər".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputat Elman Nəsirovdan qızının iddialarına cavab - "Böhtandır"
Bu gün, 12:38
Zabil Qəhrəmanovun döydüyü iddia edilən şəxs danışdı - VİDEO
Bu gün, 12:32
Əmək mübahisələrinin həlli üçün müxtəlif yollar və qurumlar... - Ekspert İZAHI
Bu gün, 12:25
İlkin Süleymanovun vəkili maşın yuyanı belə döyüb - ŞOK VİDEO
Bu gün, 12:18
“Həkimlər doğuşu əlcəksiz icra edib, uşağım infeksiyaya yoluxub” - GİLEY
Bu gün, 12:16
Bakının yük tranziti ilə bağlı İrəvana jestindən sonra... - qardaş ölkə də addım ata bilərmi?
Bu gün, 12:14
“Buzdağı” MMC adi suyu “filtrli” adı ilə müştərilərə satır? - BU NƏDİ BELƏ?
Bu gün, 11:29
“Avromed” uşaq qidalarının qiymətini qaldırdı YENİ QİYMƏTLƏR - SİYAHI
Bu gün, 11:24
Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ərəfəsində Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil edilib
Bu gün, 11:02
Bakı metrosunda İNSİDENT - həbs edilənlər var
Bu gün, 10:41
LDU-da MÜƏMMALI TƏYİNATLAR... - İTTİHAM VAR...
Bu gün, 10:39
Zabil Qəhrəmanov bu maddə üzrə ittiham olunur - DETALLAR
Bu gün, 10:27
Zəngəzur- “Tramp” yolu Sülh Sazişi imzalanmamış açıla bilərmi?.. - Analitikdən izahat
Bu gün, 10:22
Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Şeyx Əbdüldən yeni açıqlama - "Beş il əvvəl..."
Bu gün, 10:20
Məcburi köçkün olan rejissor xanımı yataqxanadakı otağından Təhsil Nazirliyi çıxartdırdı?.. - FOTO
Bu gün, 10:18
İrəvanda daşnak liderin oğlu separatçı "prezident"lərdən birinin bağışladığı tapança ilə özünü güllələdi... - Ermənistan KİV
Bu gün, 10:16
“Emin Əmrullayev və Elnur Əliyev ölkə təhsilini xaosa sürükləyiblər” - NƏ ETMƏLİ?
Bu gün, 10:03
Qubadlı – Qarabağın dirçələn incisi - MƏQALƏ
Bu gün, 09:53
Ramiz Mehdiyevə görə ONLAR İSTİNTAQA CƏLB OLUNUB... - GƏLİŞMƏ
Bu gün, 09:51
Bakının boğazındakı KAL ARMUD... - Ekspert deyir ki...
Bu gün, 09:45
“Rahat market”in mühafizəçisi yaşlı müştərini döyüb - TƏFƏRRÜAT
Bu gün, 09:36
Hökməlidə Güləhməd özünə GÜL KİMİ dövran qurub... - ÖZBAŞINALIQ...
Bu gün, 09:27
Azərbaycanın tranzit qadağasını götürməsi Rusiyanı qane edirmi? - İNCƏLƏMƏ
Bu gün, 09:12
Azərbaycanın baş diplomatından Ermənistan rəhbəri ilə bağlı ilginc açıqlama - “İstəyirsiniz ki, məni öldürsünlər?”
Bu gün, 09:02
Ağdam Rayon Mərkəzi Xəstəxanasının növbəti mərhələ üzrə tikintisinə 9,5 milyon manat sərf ediləcək
Bu gün, 08:55
Calaq proletariat – İdarəetmə sistemimizin alaq otları
Bu gün, 08:49
Şəhərdə 250 rus hərbçisi var, vəziyyət son dərəcə kritikdir
Bu gün, 08:03
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Bu gün, 07:54
Nəbiyev nə bilsin "Azparkıng"in pulu hara gedir - Bu sualın cavabı yoxdur
Bu gün, 07:51
Təhsil Nazirliyində QARA-QURA İŞLƏR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:47
"Yaşıllaşdırma"nın əməkdaşları "Jurnalistlər binası" sakininin maşınına zərər vurublar - Birlikdən isə... (VİDEO, FOTO)
Bu gün, 07:42
Çoxuşaqlı anlayışı 5-dən 3-ə endirilməlidir - ÇAĞIRIŞ
Bu gün, 07:35
"Xərçəng xəstəliyinin müalicəsini qəsdən rəsmi protokollara daxil etmirlər" - Onkoloqdan sensasion AÇIQLAMA
Bu gün, 07:28
Nizamidə başçıya söykənən TİKİNTİ XAOSU - NARAZILIQ VAR...
Bu gün, 07:25
AQTA işinin öhdəsindən gələ bilmir... - HƏR ŞEY BU QƏDƏR SADƏ...
Bu gün, 07:18
Son 3 ildə ilk dəfə Rusiyanın hərbi istehsalı azaldı: 10 dəfə... - TƏFƏRRÜAT
Bu gün, 07:13
Hərbi hissənin işçisi qəza törədib ARADAN ÇIXDI... - İNDİ İSƏ ...
Bu gün, 07:10
DAHA BİR SÜBUT: 'AZƏRİQAZ'ın imtahanları boş bir şeydir... - AXI NİYƏ?..
Bu gün, 06:59
İşçi və işəgötürənlər məcburdurlar ki... - Ekspert İZAHI
Bu gün, 06:44
"Bu gün kimsə Moskva ilə hesablaşmır" - partiya sədri
Bu gün, 06:39
Moskva və Tehran arasında: “Şimal–Cənub” dəhlizi Bakıya lazımdırmı? - AKTUAL
Bu gün, 06:37
"Mənə elə gəlir ki, onlar böyüyəndə mənimlə fəxr edəcəklər"
Bu gün, 06:34
ABŞ və Rusiyanın ortaq fəaliyyəti mümkünsüzdür - ÇÜNKİ...
Bu gün, 06:29
Bakcell-in meqa lotereyasında 3-cü avtomobil udulub - FOTO
Bu gün, 00:17
“Bakubus” elektrik dolum stansiyalarının alınmasına 1.1 milyon xərcləyəcək – TENDERSİZ
Dünən, 17:46
Samux Mərkəzi Xəstəxanasının "tibbi tullantıların" daşınmasına ayırdığı 3,4 milyonluq tenderi... - BU NƏDİ BELƏ?
Dünən, 17:42
Metrologiya İnstitutunun rəhbərliyinə təyinat olub - BUNDAN SONRA
Dünən, 17:37
“Dövlət dəstəyini kəsmək vətəndaşı əlavə yük altına salır” -Elçin Rüstəmli
Dünən, 17:19
Serj Sarkisyan şahmatı nərd səviyyəsində oynayır - Erməni spiker
Dünən, 17:17
General-mayor İlqar Abbasov vəzifəsindən azad edildi - SƏRƏNCAM
Dünən, 17:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru