“Xərçəng cavanlaşıb” ifadəsini demək olar ki, hər gün eşidirik. Təəssüf ki, bu xəstəlik artıq təkcə yaşlı nəsil arasında deyil, gənclər, hətta körpə uşaqlar arasında da geniş yayılıb. Son illərdə tez-tez körpə yaşlı uşaqların belə bu ağır xəstəliyə düçar olması halları artıb.
Bəs xərçəng niyə bu qədər geniş yayılıb və niyə bu qədər “cavanlaşıb”?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim-onkoloq İbrahim Əsədli bildirdi ki, xərçəng xəstəliyinin artması son 30 ildə aparılan siyasətin məntiqi nəticəsidir:
"Beynəlxalq imperialistlər bütün planeti, o cümlədən Azərbaycanı da məhv edirlər. Ona görə də vəziyyət belədir. Mən bu haqda bütün çıxışlarımda danışıram. Xərçənglə bağlı bu gün iki yanaşma var: rəsmi və doğru. Rəsmidə üç üsul var, doğrudasa beş üsul. Rəsmi yanaşmada bütün diqqət törəmənin xaric edilməsinə yönəlib, amma səbəbini bilmirlər, bilmək də istəmirlər. Doğru onkologiyada isə səbəb də bilinir, müalicə də olunur, amma o üsulları qəsdən rəsmi protokollara daxil etmirlər. Qəsdən daxil etmirlər. Ona görə də vəziyyət getdikcə pisləşir. Ümumiyyətlə, hərtərəfli şəkildə bəşəriyyəti məhv edirlər. Ona görə də vəziyyət budur, bir sözlə bərbaddır".















