“Bakubus” MMC elektrik enerjisi ilə işləyən avtobuslar (BYD) üçün elektrik dolum stansiyalarının alınmasına və Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq ərazisində yerləşən avtobus parkına quraşdırılmasına 1 193 451 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, milyonluq xidməti “Electrify Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti göstərəcək.
Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib, yəni birbaşa satınalma olub.
Qeyd: “Electrify Azerbaijan”nın Nizamnamə kapitalı cəmi 100 AZN-dir. Qanuni təmsilçisi isə Tariyel Nazim oğlu Rüstəmovdur.















