Əsas Səhifə > Güney Press > “Bakubus” elektrik dolum stansiyalarının alınmasına 1.1 milyon xərcləyəcək
“Bakubus” elektrik dolum stansiyalarının alınmasına 1.1 milyon xərcləyəcəkDünən, 17:46 |
|
“Bakubus” MMC elektrik enerjisi ilə işləyən avtobuslar (BYD) üçün elektrik dolum stansiyalarının alınmasına və Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq ərazisində yerləşən avtobus parkına quraşdırılmasına 1 193 451 AZN xərcləyəcək. Pravda.az-ın xəbərinə görə, milyonluq xidməti “Electrify Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti göstərəcək. Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib, yəni birbaşa satınalma olub. Qeyd: “Electrify Azerbaijan”nın Nizamnamə kapitalı cəmi 100 AZN-dir. Qanuni təmsilçisi isə Tariyel Nazim oğlu Rüstəmovdur. Geri qayıt |