Bakıda sosial ev almaq istəyənlərin başına OYUN GƏLDİ .....                     Avropa Məhkəməsinin “yenidən bax” dediyi işə Azərbaycan məhkəməsi barmaqarası baxır .....                     Afiyəddin İsgəndərov niyə işdən çıxıb? .....                     General İlqar Abbasov niyə işdən çıxarılıb? .....                     Ramiz Mehdiyev “91”lərə qısqanclıqla yanaşıb .....                     Kremldən Paşinyana son xəbərdarlıq .....                     Xalq artisti Şahnaz Haşımova əməliyyat olunub .....                     Deputat Elman Nəsirovdan qızının iddialarına cavab .....                     Zabil Qəhrəmanovun döydüyü iddia edilən şəxs danışdı .....                     Əmək mübahisələrinin həlli üçün müxtəlif yollar və qurumlar... .....                     İlkin Süleymanovun vəkili maşın yuyanı belə döyüb .....                     “Həkimlər doğuşu əlcəksiz icra edib, uşağım infeksiyaya yoluxub” .....                     Bakının yük tranziti ilə bağlı İrəvana jestindən sonra... .....                     “Buzdağı” MMC adi suyu “filtrli” adı ilə müştərilərə satır? .....                     “Avromed” uşaq qidalarının qiymətini qaldırdı YENİ QİYMƏTLƏR .....                     Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ərəfəsində Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil edilib .....                     Bakı metrosunda İNSİDENT .....                     LDU-da MÜƏMMALI TƏYİNATLAR... .....                     Zabil Qəhrəmanov bu maddə üzrə ittiham olunur .....                     Zəngəzur- “Tramp” yolu Sülh Sazişi imzalanmamış açıla bilərmi?.. .....                     Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Şeyx Əbdüldən yeni açıqlama .....                     Məcburi köçkün olan rejissor xanımı yataqxanadakı otağından Təhsil Nazirliyi çıxartdırdı?.. .....                     İrəvanda daşnak liderin oğlu separatçı "prezident"lərdən birinin bağışladığı tapança ilə özünü güllələdi... .....                     “Emin Əmrullayev və Elnur Əliyev ölkə təhsilini xaosa sürükləyiblər” .....                     Qubadlı – Qarabağın dirçələn incisi .....                     Ramiz Mehdiyevə görə ONLAR İSTİNTAQA CƏLB OLUNUB... .....                     Bakının boğazındakı KAL ARMUD... .....                     “Rahat market”in mühafizəçisi yaşlı müştərini döyüb .....                     Hökməlidə Güləhməd özünə GÜL KİMİ dövran qurub... .....                     Azərbaycanın tranzit qadağasını götürməsi Rusiyanı qane edirmi? .....                     Azərbaycanın baş diplomatından Ermənistan rəhbəri ilə bağlı ilginc açıqlama .....                     Ağdam Rayon Mərkəzi Xəstəxanasının növbəti mərhələ üzrə tikintisinə 9,5 milyon manat sərf ediləcək .....                     Calaq proletariat .....                     Şəhərdə 250 rus hərbçisi var, vəziyyət son dərəcə kritikdir .....                     “360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? .....                     Nəbiyev nə bilsin "Azparkıng"in pulu hara gedir .....                     Təhsil Nazirliyində QARA-QURA İŞLƏR... .....                     "Yaşıllaşdırma"nın əməkdaşları "Jurnalistlər binası" sakininin maşınına zərər vurublar .....                     Çoxuşaqlı anlayışı 5-dən 3-ə endirilməlidir .....                     "Xərçəng xəstəliyinin müalicəsini qəsdən rəsmi protokollara daxil etmirlər" .....                 

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ərəfəsində Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil edilib
Tarix: Bu gün, 11:02 | Çap et

Oktyabrın 23-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tədbirlər Planına uyğun olaraq “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” - müharibə iştirakçılarının gənclərlə görüşü təşkil edilib.

Qazax Ədəbiyyat Muzeyində təşkil olunmuş görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan kapitan Samir Çobanov və şöbənin böyük məsləhətçisi əsgər Məhəmməd Xəlilli, ehtiyatda olan polkovnik-leytenant İsgəndər Mustafayev, mayor Xəyyam Əliyev, polkovnik-leytenant Valeh Mustafayev, polkovnik-leytenant Amil Göyüşov, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova və şura üzvləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, KİV nümayəndələri iştirak ediblər.

Görüş iştirakçıları əvvəlcə Muzeyin foyesində igid Vətən oğullarının xatirəsini əbədiləşdirən kitablardan ibarət sərgi ilə tanış olublar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla ehtiramla yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək gəncləri və şanlı tarix yazan, canlı əfsanəyə çevrilmiş müharibə iştirakçılarını salamlayıb, 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev başda olmaqla, xalqımızı təbrik edib. Vətən müharibəsinin iştirakçıları ilə təşkil olunmuş görüşün əhəmiyyətindən söz açıb, səmimi ürək sözlərini bölüşüb. 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ərəfəsində gənclərlə görüşdüklərinə görə qəhrəman müharibə iştirakçılarına razılığını ifadə edib. İcra başçısı 8 Noyabr – Zəfər Gününün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı bahasına qazanıldığını, bu günün Azərbaycan xalqının yaddaşına və hərb tariximizə qızıl hərflərlə yazıldığını bildirib. İcra başçısı qeyd edib ki, Azərbaycanın haqq savaşı, Vətən müharibəsi 2020-ci ilin 27 sentyabrında başladı və 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatdı. Bu, elə bir tarixi Qələbə oldu ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında biz xalq olaraq şanlı Ordumuzun cəbhədə qazandıqları uğurlu nailiyyətlərlə, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələrlə, azad etdikləri yaşayış məntəqələri ilə bütün dünyaya dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirdik. Rayon rəhbəri “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir!” söyləyən, 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuzun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisasını aldığını, onların qanının yerdə qalmadığını söyləyib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhərlərinin separatçılardan təmizləndiyini, Azərbaycan dövlətinin suverenliyini tam bərpa etdiyini vurğulayıb. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağının dalğalandığını qeyd edib. İcra başçısı bildirib ki, bu gün hər birimiz ölkə vətəndaşı olaraq bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şəhidlərimizə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə bir ömür boyu minnətdar olmalıyıq. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. "Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, Birinci vitse-prezident Mehriban xanım qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu, hər bir dövlət məmuru üçün nümunə olmalıdır", - deyən icra başçısı Qazaxda bütün şəhidlərimizin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. “Əziz gənclər sizlərə hər zaman vətənpərvər olmağı arzu edirik”, - deyən icra başçısı müharibə iştirakçıları ilə olan bugünkü görüşün onların bu ruhda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 44 günlük Vətən müharibəsinin iştirakçısı, qazisi kimi səmimi ürək sözlərini çatdırıb. S.Çobanov bildirib ki, 27 sentyabr 2020-ci ildə başlamış 44 günlük Vətən müharibəsi Şanlı tariximizə qızıl hərflərlə yazılıb. Bu müharibə Azərbaycan xalqının əzmkarlığının bir daha böyük nümunəsi oldu. Xalqımızın öz Vətəninə bağlılığını, Vətəni, torpağı üçün öz şirin canlarından keçən, sağlamlığını itirən gənclər yetişdirdiyini bütün dünyaya döyüş meydanında bəyan etdi. Bu gənclər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövründə yetişən gənclik idi. Ümummilli Lider Heydər Əliyevin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizin yerləşdiyi çətin geosiyasi, coğrafi mövqeyinə baxmayaraq düzgün planlaşdırılmış siyasət yeridərək məğrur xalqımızı dünya arenasında tanıtdı və zəfərlərə apardı. Bu siyasətin arxasında xalq və Ulu Öndər Heydər Əliyevin siyasi irsi dayanır. Ümummilli Lider Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüuru ilə həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tapıb. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. S.Çobanov bildirib ki, hələ sovetlər dönəmində Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil gələcəyi haqqında düşünür və vacib addımlar atırdı. Bu addımlardan biri də Ulu Öndərin sovetlər dönəmində böyük maneələrə baxmayaraq 1971-ci ildə İnternat məktəbinin bazasında yaratmış olduğu bugünkü Cəmşid Naxçıvanski adına hərbi liseydir. Hansı ki, bu lisey Azərbaycan Ordusuna peşəkar zabit kadrlarının hazırlanmasında böyük rol oynayır. Liseyin məzunları Birinci və İkinci Qarabağ müharibəsində böyük şücaətlər göstərmişdir. C.Naxçıvanski adına Hərbi Liseyin məzunlarından 1000 nəfəri göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuş, 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 19 nəfəri isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Natiq Cəmşid Naxçıvanski adına hərbi liseyin 2004-2007-ci illər və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 2007-2011-ci illər üzrə məzunu olduğunu söyləyib. Heydər Əliyəv ideyalarını yaşadan hərbi məktəblərdə təhsil aldığı üçün qürur duyduğunu diqqətə çatdırıb. S.Çobanov bildirib ki, bu ideyaları rəhbər tutaraq 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mənfur düşməni torpaqlarımızdan qovduq. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu, Azərbaycan xalqı dəmir yumuruq tək Ali Baş Komandanın ətrafında sıx birləşdi və zəfərimizin başlanğıcı olan 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin Tovuz döyüşlərində və nəhayət 27 sentyabr 2020-ci ildə başlamış 44 günlük Vətən müharibəsində hiyləgər düşmən üzərində qələbə qazandı. Hiyləgər düşmən öz təxribatlarından əl çəkmədi qanunsuz silahlı birləşmələr yaradaraq Qarabağ iqtisadi rayonunda təxribatlar və mülki əhalinin təhlükəsizliyinə ciddi maneələr yaradırdı. Bunları nəzərə alaraq 19-20.09.2023-cü il tarixlərində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusu və güc strukturları qarşılıqlı əlaqə ilə Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Suverenliyi tam olaraq bərpa edildi. S.Çobanov vurğulayıb ki, Qazax rayonunun 348 nəfər şəhidi vardır. Bunlardan 289 nəfəri Birinci Qarabağ müharibəsi, 49 nəfəri 44 günlük Vətən müharibəsi şəhidi, 2 nəfər müharibədən sonra xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş, 3 nəfər 2022-ci il sentyabr ayının 12-dən 13-ə keçən gecə düşmən təxribatının qarşısını alan zaman şəhid olmuş və 5 nəfər hərbi qulluqçumuz isə 19-20.09.2023-cü il tarixlərində Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuşdur. Birinci Qarabağ müharibəsi zamanı Qazax rayonu üzrə 7 nəfər şəhidimiz Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Qazax rayonu üzrə 44 günlük Vətən müharibəsi, 2022-ci ilin Sentyabr döyüşləri zamanı və Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçular isə Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 2 nəfər “Qarabağ” ordeni, 8 nəfər “Azərbaycan Bayrağı” ordeni, 5 nəfər 3-cü dərəcəli “Rəşadət” ordeni, 14 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, habelə 58 nəfər şəhid müxtəlif adda 226 ədəd orden və medalla təltif edilmişdir. Qazax rayonu üzrə Vətən müharibəsi zamanı 246 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli xəsarət almışdır ki, həmin şəxslərdən 74 nəfərə əlillik dərəcəsi təyin edilmişdir. Xəsarət almış 250 nəfər hərbi qulluqçu ümumilikdə, müxtəlif adda 617 ədəd orden və medallarla (onlardan 1 nəfər “Azərbaycan Bayrağı” ordeni, 1 nəfər 3-cü dərəcəli “Rəşadət” ordeni, 3 nəfəri isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə) təltif olunmuşlar. O cümlədən, Respublika Prezidentinin müvafiq sərəncamına əsasən Qazax rayonu üzrə hazırda hərbi xidmətini davam etdirən 1 nəfər hərbi qulluqçumuz polkovnik-leytenant Nicad Bədəlov Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. S.Çobanov Qazax rayonunda şəhidlərin adının əbədiləşdirilməsi üçün “Qanları ilə dastan yazanlar”, “Vətəni canından əziz bilənlər”, “Şanlı Vətən Oğulları” kitablarının çap edildiyini, “Qarabağ Azərbaycandır!” Abidə Kompleksinin inşa olunduğunu, Qazax Tarix-Diyarşünaslıq Muzeyində, Bakı Dövlət Universitetinin Qazax filialında Xatirə guşəsinin yaradıldığını, Qazax Şəhidlər xiyabanına isə şəhidlərin şəkilləri əks olunan mərmər lövhələrin vurulduğunu bildirib.

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, ehtiyatda olan polkovnik-leytenant İsgəndər Mustafayev çıxış edərək gəncləri salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi ürək sözlərini bölüşüb. Gələcəyimiz olan gənclərlə təşkil olunmuş görüşə görə əziyyəti olan insanlara razılıq edib. Natiq çıxışı zamanı 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı zəfərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, düşünülmüş siyasəti sayəsində şəhidlərimizin canı, qazilərimizin sağlamlığı bahasına mümkün olduğunu söyləyib.

Vətən müharibəsi iştirakçısı, ölkə başçısının müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi əsgər Məhəmməd Xəlilli çıxış edərək gəncləri salamlayıb, şanlı zəfərin 5 illiyi ərəfəsində gənclərlə olan bugünkü görüşə görə təşkilatçılara razılığını ifadə edib. 44 günlük Vətən müharibəsi başlayanda bir Azərbaycan gənci olaraq ölkə başçısının səfərbərliklə bağlı çağırışına səs verərək döyüşlərə qatıldığını, 44 gün davam edən döyüşlərin ilk günündən sonuna kimi iştirakçısı olduğu üçün bu gün də qürur duyduğunu söyləyib.

3-cü dərəcəli Vətən müharibəsi əlili, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş polkovnik-leytenant Valeh Mustafayev çıxış edərək gənclərə səmimi ürək sözlərini, dəyərli fikirlərini çatdırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində hərbçilərimizin döyüş meydanında tarixi qələbə qazanmasında xalqımızın da böyük rolunun olduğunu vurğulayıb. 44 günlük haqq savaşında xalqımızın ordumuzun ətrafında bir yumuruq tək birləşdiklərini, bu birlik sayəsində qələbə qazandığımızı qeyd edib.

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Suqovuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş polkovnik-leytenant Amil Göyüşov çıxış edərək şanlı zəfərimizin 5 illiyi ərəfəsində gənclərlə olan bugünkü görüşdə iştirak etdiyi üçün məmnun olduğunu söyləyib. 44 günlük haqq savaşında əldə etdiyimiz tarixi qələbənin memarının Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun ətrafında sıx birləşərək canlarını Vətən yolunda fəda edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz olduğunu bildirib.

2-ci dərəcəli Vətən müharibəsi əlili, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş mayor Xəyyam Əliyev çıxış edərək 8 Noyabr - Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. Natiq şanlı zəfərimizin öz başlanğıcını 2020-ci ilin 27 sentyabrında götürdüyünü, 8 noyabrda Şuşanın azad olunması ilə haqq savaşına son qoyulduğunu, torpaqlarımızın işğaldan azad olunduğunu söyləyib.

Diskusiya formatında davam edən görüşdə müharibə iştirakçıları gənclərin suallarını cavablandırıb, döyüş xatirələrini onlarla bölüşüb, gənclərə vətənpərvər olmağı, peşəsindən, kimliyindən asılı olmayaraq vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək qalib Azərbaycanın adını hər zaman uca tutmağı tövsiyə ediblər.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda sosial ev almaq istəyənlərin başına OYUN GƏLDİ - 90 minlik DƏLƏDUZLUQ
Bu gün, 13:24
Avropa Məhkəməsinin “yenidən bax” dediyi işə Azərbaycan məhkəməsi barmaqarası baxır - "Gilan"ın toxunulmazlıq DOSYESİ
Bu gün, 13:21
Afiyəddin İsgəndərov niyə işdən çıxıb? - öz ərizəsi ilə...
Bu gün, 13:19
General İlqar Abbasov niyə işdən çıxarılıb? - Səttar Möhbalıyevin oğlu və s...
Bu gün, 13:17
Ramiz Mehdiyev “91”lərə qısqanclıqla yanaşıb - Məşhur YAP-çıdan AÇIQLAMA
Bu gün, 13:14
Kremldən Paşinyana son xəbərdarlıq - Bu “qırmızı xətt”dir
Bu gün, 13:12
Xalq artisti Şahnaz Haşımova əməliyyat olunub
Bu gün, 13:10
Deputat Elman Nəsirovdan qızının iddialarına cavab - "Böhtandır"
Bu gün, 12:38
Zabil Qəhrəmanovun döydüyü iddia edilən şəxs danışdı - VİDEO
Bu gün, 12:32
Əmək mübahisələrinin həlli üçün müxtəlif yollar və qurumlar... - Ekspert İZAHI
Bu gün, 12:25
İlkin Süleymanovun vəkili maşın yuyanı belə döyüb - ŞOK VİDEO
Bu gün, 12:18
“Həkimlər doğuşu əlcəksiz icra edib, uşağım infeksiyaya yoluxub” - GİLEY
Bu gün, 12:16
Bakının yük tranziti ilə bağlı İrəvana jestindən sonra... - qardaş ölkə də addım ata bilərmi?
Bu gün, 12:14
“Buzdağı” MMC adi suyu “filtrli” adı ilə müştərilərə satır? - BU NƏDİ BELƏ?
Bu gün, 11:29
“Avromed” uşaq qidalarının qiymətini qaldırdı YENİ QİYMƏTLƏR - SİYAHI
Bu gün, 11:24
Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ərəfəsində Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil edilib
Bu gün, 11:02
Bakı metrosunda İNSİDENT - həbs edilənlər var
Bu gün, 10:41
LDU-da MÜƏMMALI TƏYİNATLAR... - İTTİHAM VAR...
Bu gün, 10:39
Zabil Qəhrəmanov bu maddə üzrə ittiham olunur - DETALLAR
Bu gün, 10:27
Zəngəzur- “Tramp” yolu Sülh Sazişi imzalanmamış açıla bilərmi?.. - Analitikdən izahat
Bu gün, 10:22
Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Şeyx Əbdüldən yeni açıqlama - "Beş il əvvəl..."
Bu gün, 10:20
Məcburi köçkün olan rejissor xanımı yataqxanadakı otağından Təhsil Nazirliyi çıxartdırdı?.. - FOTO
Bu gün, 10:18
İrəvanda daşnak liderin oğlu separatçı "prezident"lərdən birinin bağışladığı tapança ilə özünü güllələdi... - Ermənistan KİV
Bu gün, 10:16
“Emin Əmrullayev və Elnur Əliyev ölkə təhsilini xaosa sürükləyiblər” - NƏ ETMƏLİ?
Bu gün, 10:03
Qubadlı – Qarabağın dirçələn incisi - MƏQALƏ
Bu gün, 09:53
Ramiz Mehdiyevə görə ONLAR İSTİNTAQA CƏLB OLUNUB... - GƏLİŞMƏ
Bu gün, 09:51
Bakının boğazındakı KAL ARMUD... - Ekspert deyir ki...
Bu gün, 09:45
“Rahat market”in mühafizəçisi yaşlı müştərini döyüb - TƏFƏRRÜAT
Bu gün, 09:36
Hökməlidə Güləhməd özünə GÜL KİMİ dövran qurub... - ÖZBAŞINALIQ...
Bu gün, 09:27
Azərbaycanın tranzit qadağasını götürməsi Rusiyanı qane edirmi? - İNCƏLƏMƏ
Bu gün, 09:12
Azərbaycanın baş diplomatından Ermənistan rəhbəri ilə bağlı ilginc açıqlama - “İstəyirsiniz ki, məni öldürsünlər?”
Bu gün, 09:02
Ağdam Rayon Mərkəzi Xəstəxanasının növbəti mərhələ üzrə tikintisinə 9,5 milyon manat sərf ediləcək
Bu gün, 08:55
Calaq proletariat – İdarəetmə sistemimizin alaq otları
Bu gün, 08:49
Şəhərdə 250 rus hərbçisi var, vəziyyət son dərəcə kritikdir
Bu gün, 08:03
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Bu gün, 07:54
Nəbiyev nə bilsin "Azparkıng"in pulu hara gedir - Bu sualın cavabı yoxdur
Bu gün, 07:51
Təhsil Nazirliyində QARA-QURA İŞLƏR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:47
"Yaşıllaşdırma"nın əməkdaşları "Jurnalistlər binası" sakininin maşınına zərər vurublar - Birlikdən isə... (VİDEO, FOTO)
Bu gün, 07:42
Çoxuşaqlı anlayışı 5-dən 3-ə endirilməlidir - ÇAĞIRIŞ
Bu gün, 07:35
"Xərçəng xəstəliyinin müalicəsini qəsdən rəsmi protokollara daxil etmirlər" - Onkoloqdan sensasion AÇIQLAMA
Bu gün, 07:28
Nizamidə başçıya söykənən TİKİNTİ XAOSU - NARAZILIQ VAR...
Bu gün, 07:25
AQTA işinin öhdəsindən gələ bilmir... - HƏR ŞEY BU QƏDƏR SADƏ...
Bu gün, 07:18
Son 3 ildə ilk dəfə Rusiyanın hərbi istehsalı azaldı: 10 dəfə... - TƏFƏRRÜAT
Bu gün, 07:13
Hərbi hissənin işçisi qəza törədib ARADAN ÇIXDI... - İNDİ İSƏ ...
Bu gün, 07:10
DAHA BİR SÜBUT: 'AZƏRİQAZ'ın imtahanları boş bir şeydir... - AXI NİYƏ?..
Bu gün, 06:59
İşçi və işəgötürənlər məcburdurlar ki... - Ekspert İZAHI
Bu gün, 06:44
"Bu gün kimsə Moskva ilə hesablaşmır" - partiya sədri
Bu gün, 06:39
Moskva və Tehran arasında: “Şimal–Cənub” dəhlizi Bakıya lazımdırmı? - AKTUAL
Bu gün, 06:37
"Mənə elə gəlir ki, onlar böyüyəndə mənimlə fəxr edəcəklər"
Bu gün, 06:34
ABŞ və Rusiyanın ortaq fəaliyyəti mümkünsüzdür - ÇÜNKİ...
Bu gün, 06:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru