Milli Məclisin deputatı Elman Nəsirovun birinci evliliyindən olan qızı Laləzar Əliyeva (Nəsirova) atasının onunla maraqlanmadığına dair iddialarını böhtan adlandırıb.
O, Teleqraf-a açıqlamasında şər-böhtana şərh vermək istəmədiyini deyib.
Deputat müxalifətin barəsində iftira atdığını və başqa şəxslərdən istifadə etdiyini söyləyib.
Qeyd edək ki, deputatın ilk nikahından olan qızı Laləzər Əliyeva (Nəsirova) özünün sosial şəbəkə hesabında paylaşımında iddia edib ki, atası Elman Nəsirov heç vaxt onunla maraqlanmayıb.
Onun sözlərinə görə, 9 yaşında atasını görmək üçün gedəndə analığı, Elman Nəsirovun ikinci həyat yoldaşını tələbi ilə anasının yanına göndərilib.
Laləzər Əliyeva bildirib ki, hazırda ailə qurub, iki azyaşlı övladı var, buna baxmayaraq, içki düşkünü olan qayınatası onu təhqir edir, söyür və evdən də çölə atıb.
Xaricdə yaşayan dayısının birotaqlı evinə sığındığını vurğulayan xanım atasının onun telefonlarını bloka atdığını, ondan qaçdığını iddia edib və kömək istəyib.
O, həmçinin xatırladıb ki, heç vaxt atası haqda nəsə deməyib, onun adına və nüfuzuna ziyan gəlməsini istəməyib, ancaq indi çarəsiz durumdadır.















