Məşhur generalın yarım milyonluq evi hərraca çıxarıldı .....                     Putin Əliyevlə görüşə hansı məqsədlə gəlir ki?.. .....                     AZƏRİQAZ-da AYRISEÇKİLİK: Kimin arxasında adamı varsa... .....                     Bakıda parkda söyüş söyən iş adamı HƏBS OLUNDU .....                     Rusiyanın QƏBƏLƏ QISQANCLIĞI... .....                     Zəhərlənmələr baş verə bilər .....                     "Bakı Kristal Zalı" ötən il 2 milyon manatdan çox zərər edib .....                     BU NƏDİ BELƏ: Naxçıvanda fərdi tikintilər dayandırılıb... .....                     “Prokurorluqda oğlanlarımın adını çəkmisən” deyərək tanışını döydü .....                     “İnterpol”un həbs etdiyi Ədilovun cinayət dosyesi .....                     Kişi başqa oğlanla söhbət edən sevgilisini döydü, sərnişin avtobusunu qaçırdı .....                     Sevindik Hətəmov xanım müavinini işdən çıxardı .....                     Kreml Putin və Azərbaycan liderinin görüşünə nikbin baxır .....                     Məhkəmə “Kapital Bank”ın vəzifəli şəxsi ilə bağlı .....                     “Yelo Bank”dan narazılıqlar ARTIR .....                     Makron ölkəsini “qaranlıq tunelə” salıb .....                     Bakı metrosunda tender hərləyən KİMDİR Kİ?.. .....                     Ermənistan və ABŞ TRIPP layihəsinin həyata keçirilməsini müzakirə edib .....                     Şamaxı Xəstəxanasının direktoru Natiq Əliyevin arxasında kim durur... .....                     Dünya yeni “Türk NATO”su ilə üz-üzədir .....                     `Naxçıvan dovğası` adı ilə... NƏBİLİMNƏ... .....                     Putinin qeyri-rəsmi həyat yoldaşı Azərbaycana təşəkkür etdi .....                     Bizi gözləyən İÇMƏLİ SU BÖHRANI... .....                     Döyülən uşağın SON HALI: “Müəllim məni yenə döyəcək” .....                     Paşinyanın impiçmenti məsələsi Ermənistan parlamentinin gündəmindədir .....                     Bakı İrəvana əlavə şərt qoyub? .....                     “Arkoz İnşaat Şirkəti”nin vergi borcu 225 min manatı ötüb .....                     “Kontakt Home” və “Baku Elektroniks”ə boykot çağırışı .....                     “Pilgrim Education”la bağlı İLGİNC İDDİALAR... .....                     Üç liderin Ağ Evdə təsdiqlədiyi sənədlərlə bağlı axmaq iddia... .....                     İlham Əliyev 22 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib .....                     Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur .....                     Naxçıvanda pensiya HOQQASI: pulu banka qoyub faiz götürürlər? .....                     Ukraynadan sonra Cənubi Qafqaz hədəfdədir .....                     Türk xalqları bir-birilə danışmağa DİL TAPMALIDIR... .....                     Bu tibb ocağında nə işlər çevrilir... .....                     Dövlətin puluna YAĞI MÜNASİBƏTİ... .....                     Təhsil Nazirliyində əsas qruplaşma rəhbəri... .....                     Nə vaxta qədər Rusiya ayı kimi davranacaqsa... .....                     Türk dövlətlərinin BİRGƏ HƏRBİ TƏLİMİ: Niyə də olmasın ki... .....                 

Ukraynadan sonra Cənubi Qafqaz hədəfdədir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Tarix: Bu gün, 07:37 | Çap et

"Moskva hazırda Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların olmamasından məmnundur. Lakin təklif olunan "Tramp marşrutu"nun həyata keçirilməsi ciddi şübhələr yaradır". Bunu Rusiya Federasiya Şurası komitəsinin sədr müavini Vladimir Cabarov deyib. Cabarov həmçinin əlavə edib ki, Trampın planı o qədər də asan həyata keçirilməyəcək. Xüsusilə, Tramp administrasiyasının bölgədən minlərlə kilometr aralıda yerləşdiyini nəzərə alsaq, bu istiqamətdə çoxlu suallar yaranır: "Rusiya, Türkiyə və İran bu regiondadır. Ona görə də sözügedən marşrut bütün tərəflər, o cümlədən Ermənistan və Azərbaycan sülh və əməkdaşlıq marşrutuna çevrilməlidir. Bütün tərəflərin faydalanmasını təmin etmək üçün maraqlar balansı yaradılmalıdır. Cənubi Qafqazda sabitliyin təmin edilməsində Rusiyanın rolu əsas olaraq qalır". O bildirib ki, Ermənistanla Azərbaycan arasındakı problemləri Rusiyanın iştirakı olmadan həll etmək mümkün deyil: "Rusiya həm Ermənistan, həm də Azərbaycanla dostluq münasibətlərində maraqlı olub və belə də qalır. Bu yol üçüncü ölkələrin maraqlarına deyil, adıçəkilən dövlətlərin inkişafına xidmət etməlidir. Tramp öz missiyasını yerinə yetirib və artıq regionda baş verənlərlə maraqlanmır". Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həllinə dair birgə bəyannamə imzalayıblar.
 
Politoloq Sülhəddin Əkbər "Sherg.az"a açıqlamasında deyib ki, Rusiyanın geopolitik hədəfi müasir dövrdə imperiyanı bərpa etməkdir. Ekspertin sözlərinə görə, bu, keçmiş SSRİ sərhədlərində, Rusiya imperiyası sərhədlərində də mümkündür: 
"Rusiya öz müstəqilliyi dövründə heç zaman bu hədəfindən vaz keçməyib. Moskvanın strateji niyyəti budur. SSRİ dağılarkən Rusiya düşünürdü ki, zəifləyib, güc itirib, amma müəyyən vaxt keçəndən, yəni gücünü toplayandan sonra imperiyanı bərpa edə bilər. Bu müddət ərzində Rusiya ordusunu modernləşdirdi, Qərbə təsir rıçaqları yaratdı, xüsusən Avropa Birliyinin enerji sahəsində asılılığını təmin etdi. Yəni enerjini silaha çevirdi. Eyni zamanda hibrid müharibə metodlarını mənimsədilər. 2008-ci ildə Buxarest sammitində Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünə razılığın verilməməsi Rusiyaya hərəkətə keçmək üçün "yaşıl işıq" yandırdı. Məhz həmin ilin avqustunda Rusiya Gürcüstana təcavüzə başladı, bir sıra ərazilərini işğal və ilhaq etdi. 2014-cü ildə Krım və Donbasın bir hissəsini işğal etdi, nəhayət, 2022-ci ildə irimiqyaslı işğala, imperialist müharibəyə başladı. Bunların hamısı imperiyanın bərpasına hesablanmış addımlar idi. Bir faktı da diqqətə çatdırım ki, 2008-ci ilin avqust ayında Rusiyanın enerji daşıyıcılarından gəliri ən pik həddə idi. Rusiya sadəcə Buxarest sammitindən çıxan qərara görə yox, həmçinin, özünün hazırlığını tamamladığı üçün işğala başlamışdı. Əslində, savaş 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransında Kreml rəhbərinin çıxışı ilə başlamışdı. Putin o zaman Qərbi təhdid edərək, öz mesajlarını vermişdi".
 
Analitik hesab edir ki, Cabarovun çıxışı bu prosesin davam etdiyini göstərir:
"Rusiyada Ukrayna strateji tələyə düşüb. Rus strateqləri də bunu anlayırlar. Amma bu o demək deyil ki, Rusiya imperiyanı bərpa etmək planından asanlıqla vaz keçəcək. Rusiya bu gün zəifləyib, müəyyən bölgələrdə mövqelərini itirib. Lakin Kreml hesab edir ki, Cənubi Qafqaz yüzillərdir Rusiyanın oyun məkanıdır. Bu bölgəni Qərbdən, Avropadan daha yaxşı tanıdığını iddia edir. Düşünürlər ki, əgər ABŞ-də, Avropada istədikləri namizədi hakimiyyətə gətirə bilirlərsə, Gürcüstanda vəziyyəti dəyişirlərsə, niyə Azərbaycan və Ermənistanda bunu edə bilməsinlər?! SSRİ-nin dağıldığı dövrdə olduğu kimi Rusiya iqtisadi-hərbi sferada yenə uduzur, amma xüsusi xidmət orqanları sahəsində öndə olduqlarını zənn edirlər. Ona görə də Avropa Birliyi və NATO ilə müharibəyə hazırlaşırlar. Almaniya kəşfiyyatının rəsmi məlumatına əsasən, Rusiya NATO ilə müharibəyə hazırlıq görür".
 
S.Əkbər vurğulayıb ki, yeni dünya nizamının qurulması böyük savaş olmadan mümkünsüzdür:
"Dünyada analitiklər iki qisimdir. Bir hissəsi hesab edir ki, yeni nizamın formalaşması savaşsız da mümkündür. Ancaq digər qisim bunun əksini düşünür. Mən də o fikirdəyəm. Böyük güclər böyük iddialardan heç zaman vaz keçməzlər. Hər güc öz gücünün sərhədini görənədək irəliləyəcək, öz xoşuna durmayacaq. Savaş artıq yeni mərhələyə keçib, kosmik səviyyəyə qalxıb. Quruda, suda, havada, kosmosda və kiberməkanda savaş gedir. Bu da gec-tez əvvəlcə hərbi toqquşmalara, lokal savaşlara və böyük müharibələrə gətirib çıxaracaq. Ola bilsin, tərəflər bir müddət bundan qaçsınlar. Amma nəzərə alaq ki, Rusiya artıq NATO ölkəsinin hava məkanını pozur. Üç rus hərbi təyyarəsi Estoniya hava məkanında 12 dəqiqə hərəkət edib. Dronlar Avropa ölkələri üzərində uçur. Vəziyyətin ciddi olduğunu düşünürəm və daha pis varianta hazırlaşmağın tərəfdarıyam. Arxayın olmamalıyıq".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur generalın yarım milyonluq evi hərraca çıxarıldı - DETALLAR
Bu gün, 11:22
Putin Əliyevlə görüşə hansı məqsədlə gəlir ki?.. - AKTUAL
Bu gün, 11:19
AZƏRİQAZ-da AYRISEÇKİLİK: Kimin arxasında adamı varsa... - "Yaşlı nəsildən olan işçiləri atırlar əraziyə..."
Bu gün, 11:15
Bakıda parkda söyüş söyən iş adamı HƏBS OLUNDU
Bu gün, 11:03
Rusiyanın QƏBƏLƏ QISQANCLIĞI... - QƏRƏZ ORTADADIR...
Bu gün, 11:01
Zəhərlənmələr baş verə bilər - İSTEHLAKÇILARA XƏBƏRDARLIQ
Bu gün, 10:54
"Bakı Kristal Zalı" ötən il 2 milyon manatdan çox zərər edib
Bu gün, 10:48
BU NƏDİ BELƏ: Naxçıvanda fərdi tikintilər dayandırılıb... - səbəbi isə ODUR Kİ...
Bu gün, 10:34
“Prokurorluqda oğlanlarımın adını çəkmisən” deyərək tanışını döydü - CƏZA
Bu gün, 10:30
“İnterpol”un həbs etdiyi Ədilovun cinayət dosyesi - "Zavodu satıb yoxa çıxdı"
Bu gün, 10:28
Kişi başqa oğlanla söhbət edən sevgilisini döydü, sərnişin avtobusunu qaçırdı - TƏFƏRRÜAT
Bu gün, 10:26
Sevindik Hətəmov xanım müavinini işdən çıxardı - FOTO
Bu gün, 10:25
Kreml Putin və Azərbaycan liderinin görüşünə nikbin baxır
Bu gün, 10:13
Məhkəmə “Kapital Bank”ın vəzifəli şəxsi ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:11
“Yelo Bank”dan narazılıqlar ARTIR – Bank müştərilərin etimadını necə İTİRDİ?
Bu gün, 10:09
Makron ölkəsini “qaranlıq tunelə” salıb - ŞƏRH
Bu gün, 10:08
Bakı metrosunda tender hərləyən KİMDİR Kİ?.. - TƏFƏRRÜAT
Bu gün, 10:04
Ermənistan və ABŞ TRIPP layihəsinin həyata keçirilməsini müzakirə edib
Bu gün, 10:00
Şamaxı Xəstəxanasının direktoru Natiq Əliyevin arxasında kim durur... – Vüqar Qurbanov, Teymur Musayev, yoxsa…
Bu gün, 09:59
Dünya yeni “Türk NATO”su ilə üz-üzədir - GƏLİŞMƏ
Bu gün, 09:50
`Naxçıvan dovğası` adı ilə... NƏBİLİMNƏ... - GİLEY
Bu gün, 09:43
Putinin qeyri-rəsmi həyat yoldaşı Azərbaycana təşəkkür etdi - BUNA GÖRƏ...
Bu gün, 09:31
Bizi gözləyən İÇMƏLİ SU BÖHRANI... - NƏ ETMƏLİ?
Bu gün, 09:25
Döyülən uşağın SON HALI: “Müəllim məni yenə döyəcək” - Valideynləri narahatdır...
Bu gün, 09:22
Paşinyanın impiçmenti məsələsi Ermənistan parlamentinin gündəmindədir - KİV
Bu gün, 09:18
Bakı İrəvana əlavə şərt qoyub? - Mirzoyan ziddiyyətli danışdı
Bu gün, 09:14
“Arkoz İnşaat Şirkəti”nin vergi borcu 225 min manatı ötüb
Bu gün, 09:10
“Kontakt Home” və “Baku Elektroniks”ə boykot çağırışı - Camaatı BOĞAZA YIĞIBLAR...
Bu gün, 09:01
“Pilgrim Education”la bağlı İLGİNC İDDİALAR... - NARAZILIQ VAR...
Bu gün, 08:59
Üç liderin Ağ Evdə təsdiqlədiyi sənədlərlə bağlı axmaq iddia... - BAKIDAN REAKSİYA
Bu gün, 08:55
İlham Əliyev 22 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Bu gün, 08:51
Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı
Bu gün, 08:49
Naxçıvanda pensiya HOQQASI: pulu banka qoyub faiz götürürlər? - Bəs niyə vaxtında verilmir?
Bu gün, 07:51
Ukraynadan sonra Cənubi Qafqaz hədəfdədir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:37
Türk xalqları bir-birilə danışmağa DİL TAPMALIDIR... - AKTUAL
Bu gün, 07:33
Bu tibb ocağında nə işlər çevrilir... - İTTİHAM VAR...
Bu gün, 07:30
Dövlətin puluna YAĞI MÜNASİBƏTİ... - BU NƏDİ BELƏ?
Bu gün, 07:19
Təhsil Nazirliyində əsas qruplaşma rəhbəri... – “Eşqi Bağırovu da vəzifəsindən azad etdirəcək”
Bu gün, 07:00
Nə vaxta qədər Rusiya ayı kimi davranacaqsa... - AKTUAL
Bu gün, 06:55
Türk dövlətlərinin BİRGƏ HƏRBİ TƏLİMİ: Niyə də olmasın ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51
Məşhur tikinti şirkəti DƏLƏDUZ ÇIXDI - İTTİHAM VAR...
Bu gün, 06:49
Rusiyanın Köçəryan kartı effektiv olacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 06:45
Penitensiar xidmətdə NƏ(LƏR) BAŞ VERİR? - Konvoy Taboru YEYİNTİ YUVASINA ÇEVRİLİB
Bu gün, 06:43
“Yazıçılar Birliyində Moşu Gəyəzənli adında kimsə olub...” - illər sonra ETİRAF
Bu gün, 06:20
Türk dövlətlərinin ortaq SAVAŞ TƏDARÜKÜ qərarı... - Deputat deyir ki...
Bu gün, 06:11
Koçaryan Rusiya üçün önəmli fiqurdur, amma... - GƏLİŞMƏ
Bu gün, 06:07
Netanyahu razılaşmanı təsdiqləmək üçün Nazirlər Kabinetinin iclasını çağıracaq - KİV
Bu gün, 06:03
"Nar" Azərbaycanın iqtisadi imkanlarını əks etdirən analitik nəşrə dəstək verib
Dünən, 19:24
Cəlilabadda müəllimlər dərsə görə əlbəyaxa oldular - TƏFƏRRÜAT
Dünən, 19:19
Misir Mərdanov, yoxsa Əli Abbasov: İki keçmiş nazirə bir vəzifə var - İLGİNC
Dünən, 18:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru