"Naxçıvan dovğası adı ilə dovğa satılır. Qiyməti də digərlərindən bahadır...." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Üstünə yalandan yazılıb ki, tərkibində noxud var. Amma qətiyyən noxud yoxdur. Heç düyü də yoxdur.
Amma yalandan üstünə yazılıb.
Tamamilə istehsalçı fırıldağı bir məhsuldur. Almayın..."
"DİA-AZ" bildirir ki, bu gileyə sosial şəbəkələrdə maraqlı rəylər yazılıb. Onlardan birini təqdim edirik:
"Mən bir dəfə bunlara zəng edib, qeyd etdim ki, sizin noxudlu dovğa məhsulunuzdan uduş udmuşam... hara gəlib yaxınlaşıb, götürüm.
Dedilər, elə bir uduş yoxdur bizdə... dedim, bəs noxudlu dovğanın içindən noxud tapana hədiyyə düşür, qeyd etmisiniz.
Dedi, harda qeyd edilib... dedim üstünə "noxudlu dovğa" yazıb, içindən noxud çıxmayan dovğa məhsulunuzun üstünə..."