Məşhur generalın yarım milyonluq evi hərraca çıxarıldı .....                     Putin Əliyevlə görüşə hansı məqsədlə gəlir ki?.. .....                     AZƏRİQAZ-da AYRISEÇKİLİK: Kimin arxasında adamı varsa... .....                     Bakıda parkda söyüş söyən iş adamı HƏBS OLUNDU .....                     Rusiyanın QƏBƏLƏ QISQANCLIĞI... .....                     Zəhərlənmələr baş verə bilər .....                     "Bakı Kristal Zalı" ötən il 2 milyon manatdan çox zərər edib .....                     BU NƏDİ BELƏ: Naxçıvanda fərdi tikintilər dayandırılıb... .....                     “Prokurorluqda oğlanlarımın adını çəkmisən” deyərək tanışını döydü .....                     “İnterpol”un həbs etdiyi Ədilovun cinayət dosyesi .....                     Kişi başqa oğlanla söhbət edən sevgilisini döydü, sərnişin avtobusunu qaçırdı .....                     Sevindik Hətəmov xanım müavinini işdən çıxardı .....                     Kreml Putin və Azərbaycan liderinin görüşünə nikbin baxır .....                     Məhkəmə “Kapital Bank”ın vəzifəli şəxsi ilə bağlı .....                     “Yelo Bank”dan narazılıqlar ARTIR .....                     Makron ölkəsini “qaranlıq tunelə” salıb .....                     Bakı metrosunda tender hərləyən KİMDİR Kİ?.. .....                     Ermənistan və ABŞ TRIPP layihəsinin həyata keçirilməsini müzakirə edib .....                     Şamaxı Xəstəxanasının direktoru Natiq Əliyevin arxasında kim durur... .....                     Dünya yeni “Türk NATO”su ilə üz-üzədir .....                     `Naxçıvan dovğası` adı ilə... NƏBİLİMNƏ... .....                     Putinin qeyri-rəsmi həyat yoldaşı Azərbaycana təşəkkür etdi .....                     Bizi gözləyən İÇMƏLİ SU BÖHRANI... .....                     Döyülən uşağın SON HALI: “Müəllim məni yenə döyəcək” .....                     Paşinyanın impiçmenti məsələsi Ermənistan parlamentinin gündəmindədir .....                     Bakı İrəvana əlavə şərt qoyub? .....                     “Arkoz İnşaat Şirkəti”nin vergi borcu 225 min manatı ötüb .....                     “Kontakt Home” və “Baku Elektroniks”ə boykot çağırışı .....                     “Pilgrim Education”la bağlı İLGİNC İDDİALAR... .....                     Üç liderin Ağ Evdə təsdiqlədiyi sənədlərlə bağlı axmaq iddia... .....                     İlham Əliyev 22 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib .....                     Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur .....                     Naxçıvanda pensiya HOQQASI: pulu banka qoyub faiz götürürlər? .....                     Ukraynadan sonra Cənubi Qafqaz hədəfdədir .....                     Türk xalqları bir-birilə danışmağa DİL TAPMALIDIR... .....                     Bu tibb ocağında nə işlər çevrilir... .....                     Dövlətin puluna YAĞI MÜNASİBƏTİ... .....                     Təhsil Nazirliyində əsas qruplaşma rəhbəri... .....                     Nə vaxta qədər Rusiya ayı kimi davranacaqsa... .....                     Türk dövlətlərinin BİRGƏ HƏRBİ TƏLİMİ: Niyə də olmasın ki... .....                 

İlham Əliyev 22 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Tarix: Bu gün, 08:51 | Çap et

Dövlətimizin başçısı İlham Əliyev 22 illik prezidentlik dövründə sadə vətəndaşların, eləcə də veteranların, şəhid ailələrinin, müharibə əlillərinin yanında olub, onlara mütəmadi qayğı və diqqət göstərib. Məhz bunun nəticəsidir ki, ümumxalq məhəbbətini qazanan İlham Əliyev xalqın bütün təbəqələri tərəfindən sevilməkdədir.

Prezident İlham Əliyevin veteranlara, o cümlədən şəhid ailələrinə olan diqqət və qayğısı vətənin müdafiəçilərinə necə böyük önəm verdiyini, onların fədakarlığını necə yüksək qiymətləndirdiyini göstərir.
Son 22 ildə ölkəmizdə veteranlara, şəhid ailələrinə yönəlik sosial layihələrin sayına, bu layihələrin icrasına ayrılan vəsaitlərin miqdarına nəzər salsaq, görərik ki, Prezident İlham Əliyevin həssas kateqoriyadan olan vətəndaşlara göstərdiyi diqqət həqiqətən də misilsizdir. Nümunə üçün qeyd edək ki, yalnız 2022-ci ildə şəhid ailələri və müharibə əlillərinə 1500-dən çox mənzil və fərdi ev verilib. 2020-ci ilin Vətən müharibəsindən bu günədək isə həmin kateqoriyadan olan 4500 vətəndaş mənzillə təmin olunub. Ümumilikdə isə bu günə qədər 13 mindən çox şəhid ailəsi və müharibə veteranı mənzillə təmin olunub ki, bu da çox yüksək göstəricidir. Bu rəqəmlərin özü sübut edir ki, Prezident İlham Əliyev hər zaman şəhid ailələrinin, veteranların, müharibə əlillərinin mənzil-məişət problemini yaxşılaşdırmaq üçün ciddi addımlar atıb, onların hər bir probleminə xüsusi diqqətlə yanaşıb.
“YAŞAT” Fondunun yaradılması, habelə bu Fonda milyonlarla manat vəsaitin ayrılması gerçəyi də ölkə başçısının veteranlara, onların sağlamlığına verdiyi diqqətin göstəricisidir. Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb ki, məqsəd müharibədə yaralanan, sağlamlıq problemi yaşayan veteranların müalicəsini yüksək səviyyədə həyata keçirməkdədir. İndiyədək yüzlərlə veteranın “YAŞAT” Fondu vasitəsi ilə Türkiyə və digər ölkələrdə müalicəsi, respublikamızdakı ən müasir xəstəxanaların, tibbi avadanlıqların imlanlarından yararlanması faktı buna nümunədir. “YAŞAT” Fonduna vətəndaşlarla yanaşı, dövlətimiz tərəfindən də ciddi maliyyə dəstəyi göstərilməkdədir.
Şəhid ailələrinə, müharibə əlilləri və veteranlara Heydər Əliyev Fondu tərəfindən də mütəmadi diqqət göstərilməkdədir. Ölkəmizdə şəhid ailələri, müharibə əlilləri, habelə veteranlarla bağlı mühüm sosial kampaniyalar həyata keçirən qurumlardan biri də Heydər Əliyev Fondudur. Bu günə qədər Heydər Əliyev Fondu tərəfindən minlərlə şəhid ailəsi mənzillə təmin olunub, onların məişət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. 2021-2025-ci illər ərzində Heydər Əliyev Fondu tərəfindən 11 mindən çox şəhid ailəsi və müharibə əlilinin mənzillə təmin olunması nəzərdə tutulur.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına uyğun olaraq Fond tərəfindən 2881 şəhidin ailə üzvləri, həmçinin 3100 yaralı olmaqla, bütövlükdə ümumilikdə 14 min 579 şəxslə görüş keçirilib, onların problemlərinin həlli təmin edilib. Bundan başqa, 89 Vətən müharibəsi qazisinin müxtəlif ölkələrdə yüksək səviyyədə müalicəsi təmin olunub. Bütün bunlar Heydər Əliyev Fondunun timsalında dövlətimizin şəhid ailələrinə, veteranlara olan qayğısını göstərir.
Dövlətimizin başçısı ölkəmizdə veteran hərəkatının da inkişafına böyük töhfə verib, veteranların sosial durumunun, mənzil şəraitinin yaxşılaşması, veteranların təcrübəsindən gənc nəslin faydalanması üçün daha optimal şəraitin yaradılmasını istiqamətində mühüm addımlar atıb. Prezident İlham Əliyev 22 illik fəal siyasi fəaliyyəti dövründə veteranlara da ciddi dəstək verib, onların qayğı və problemlərinin həllini daim diqqət mərkəzində saxlayıb. Bunu təşkilatımıza olan münasibətin timsalında da aydın şəkildə görmək olar.
Bizim üçün qürurvericidir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasının açılışında iştirak edib. Hansı ki, müasir tələblərə yüksək səviyyədə cavab verən bu binada veteranların aktiv ictimai fəaliyyət göstərməsi üçün hər cür imkan mövcuddur. Məhz bizə yaradılan şəraitin nəticəsidir ki, Respublika Veteranlar Təşkilatı kimi binamızda mütəmadi şəkildə ölkənin ictimai-siyasi gündəmini əhatə edən məsələlərlə bağlı mütəmadi tədbirlər təşkil edilir. Binada digər veteranlar təşkilatları da müxtəlif tədbirlərin keçirilməsində iştirak edir, ictimai maarifçilik fəaliyyətlərində Təşkilatımıza yaradılan bu imkandan faydalanırlar. Bütün bunların hamısı Prezident İlham Əliyevin veteranlara, onların məşğulluğuna verdiyi önəmi göstərir.
Prezidentin biz veteranlara olan münasibəti, diqqət və qayğısı bizə böyük mənəvi stimul verir, üzərimizə düşən məsuliyyət hissini artırır. Biz veteran təşkilatı olaraq bir daha bəyan edirik ki, bundan sonra da Prezidentimizi, onun müdrik siyasətini dəstəkləyəcək, hər zaman dövlətimizlə birlik sərgiləyəcək, onun inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik. Respublika Veteranları Təşkilatı 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandanımızın və Ordumuzun yanında olub, erməni faşizminin dezinformasiyalarına qarşı fəal mübarizə aparıb. Müharibə zamanı beynəlxalq tədbirlərdə, habelə, yerli və xarici mediaya verilən məlumatlarda erməni vəhşiliklərini və erməni vandalizmini ifşa edib, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışıb. Bu konkret faktlar, sübutlar əsasında göstərmişik ki, Azərbaycan haqq işi uğrunda mübarizə aparır və bu məsələdə həm hüquqi, həm də mənəvi baxımdan haqlı olan tərəf dövlətimizdir.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

"DİA-AZ"













 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur generalın yarım milyonluq evi hərraca çıxarıldı - DETALLAR
Bu gün, 11:22
Putin Əliyevlə görüşə hansı məqsədlə gəlir ki?.. - AKTUAL
Bu gün, 11:19
AZƏRİQAZ-da AYRISEÇKİLİK: Kimin arxasında adamı varsa... - "Yaşlı nəsildən olan işçiləri atırlar əraziyə..."
Bu gün, 11:15
Bakıda parkda söyüş söyən iş adamı HƏBS OLUNDU
Bu gün, 11:03
Rusiyanın QƏBƏLƏ QISQANCLIĞI... - QƏRƏZ ORTADADIR...
Bu gün, 11:01
Zəhərlənmələr baş verə bilər - İSTEHLAKÇILARA XƏBƏRDARLIQ
Bu gün, 10:54
"Bakı Kristal Zalı" ötən il 2 milyon manatdan çox zərər edib
Bu gün, 10:48
BU NƏDİ BELƏ: Naxçıvanda fərdi tikintilər dayandırılıb... - səbəbi isə ODUR Kİ...
Bu gün, 10:34
“Prokurorluqda oğlanlarımın adını çəkmisən” deyərək tanışını döydü - CƏZA
Bu gün, 10:30
“İnterpol”un həbs etdiyi Ədilovun cinayət dosyesi - "Zavodu satıb yoxa çıxdı"
Bu gün, 10:28
Kişi başqa oğlanla söhbət edən sevgilisini döydü, sərnişin avtobusunu qaçırdı - TƏFƏRRÜAT
Bu gün, 10:26
Sevindik Hətəmov xanım müavinini işdən çıxardı - FOTO
Bu gün, 10:25
Kreml Putin və Azərbaycan liderinin görüşünə nikbin baxır
Bu gün, 10:13
Məhkəmə “Kapital Bank”ın vəzifəli şəxsi ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:11
“Yelo Bank”dan narazılıqlar ARTIR – Bank müştərilərin etimadını necə İTİRDİ?
Bu gün, 10:09
Makron ölkəsini “qaranlıq tunelə” salıb - ŞƏRH
Bu gün, 10:08
Bakı metrosunda tender hərləyən KİMDİR Kİ?.. - TƏFƏRRÜAT
Bu gün, 10:04
Ermənistan və ABŞ TRIPP layihəsinin həyata keçirilməsini müzakirə edib
Bu gün, 10:00
Şamaxı Xəstəxanasının direktoru Natiq Əliyevin arxasında kim durur... – Vüqar Qurbanov, Teymur Musayev, yoxsa…
Bu gün, 09:59
Dünya yeni “Türk NATO”su ilə üz-üzədir - GƏLİŞMƏ
Bu gün, 09:50
`Naxçıvan dovğası` adı ilə... NƏBİLİMNƏ... - GİLEY
Bu gün, 09:43
Putinin qeyri-rəsmi həyat yoldaşı Azərbaycana təşəkkür etdi - BUNA GÖRƏ...
Bu gün, 09:31
Bizi gözləyən İÇMƏLİ SU BÖHRANI... - NƏ ETMƏLİ?
Bu gün, 09:25
Döyülən uşağın SON HALI: “Müəllim məni yenə döyəcək” - Valideynləri narahatdır...
Bu gün, 09:22
Paşinyanın impiçmenti məsələsi Ermənistan parlamentinin gündəmindədir - KİV
Bu gün, 09:18
Bakı İrəvana əlavə şərt qoyub? - Mirzoyan ziddiyyətli danışdı
Bu gün, 09:14
“Arkoz İnşaat Şirkəti”nin vergi borcu 225 min manatı ötüb
Bu gün, 09:10
“Kontakt Home” və “Baku Elektroniks”ə boykot çağırışı - Camaatı BOĞAZA YIĞIBLAR...
Bu gün, 09:01
“Pilgrim Education”la bağlı İLGİNC İDDİALAR... - NARAZILIQ VAR...
Bu gün, 08:59
Üç liderin Ağ Evdə təsdiqlədiyi sənədlərlə bağlı axmaq iddia... - BAKIDAN REAKSİYA
Bu gün, 08:55
İlham Əliyev 22 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Bu gün, 08:51
Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı
Bu gün, 08:49
Naxçıvanda pensiya HOQQASI: pulu banka qoyub faiz götürürlər? - Bəs niyə vaxtında verilmir?
Bu gün, 07:51
Ukraynadan sonra Cənubi Qafqaz hədəfdədir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:37
Türk xalqları bir-birilə danışmağa DİL TAPMALIDIR... - AKTUAL
Bu gün, 07:33
Bu tibb ocağında nə işlər çevrilir... - İTTİHAM VAR...
Bu gün, 07:30
Dövlətin puluna YAĞI MÜNASİBƏTİ... - BU NƏDİ BELƏ?
Bu gün, 07:19
Təhsil Nazirliyində əsas qruplaşma rəhbəri... – “Eşqi Bağırovu da vəzifəsindən azad etdirəcək”
Bu gün, 07:00
Nə vaxta qədər Rusiya ayı kimi davranacaqsa... - AKTUAL
Bu gün, 06:55
Türk dövlətlərinin BİRGƏ HƏRBİ TƏLİMİ: Niyə də olmasın ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51
Məşhur tikinti şirkəti DƏLƏDUZ ÇIXDI - İTTİHAM VAR...
Bu gün, 06:49
Rusiyanın Köçəryan kartı effektiv olacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 06:45
Penitensiar xidmətdə NƏ(LƏR) BAŞ VERİR? - Konvoy Taboru YEYİNTİ YUVASINA ÇEVRİLİB
Bu gün, 06:43
“Yazıçılar Birliyində Moşu Gəyəzənli adında kimsə olub...” - illər sonra ETİRAF
Bu gün, 06:20
Türk dövlətlərinin ortaq SAVAŞ TƏDARÜKÜ qərarı... - Deputat deyir ki...
Bu gün, 06:11
Koçaryan Rusiya üçün önəmli fiqurdur, amma... - GƏLİŞMƏ
Bu gün, 06:07
Netanyahu razılaşmanı təsdiqləmək üçün Nazirlər Kabinetinin iclasını çağıracaq - KİV
Bu gün, 06:03
"Nar" Azərbaycanın iqtisadi imkanlarını əks etdirən analitik nəşrə dəstək verib
Dünən, 19:24
Cəlilabadda müəllimlər dərsə görə əlbəyaxa oldular - TƏFƏRRÜAT
Dünən, 19:19
Misir Mərdanov, yoxsa Əli Abbasov: İki keçmiş nazirə bir vəzifə var - İLGİNC
Dünən, 18:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru