Bakı İrəvana əlavə şərt qoyub? .....                     “Arkoz İnşaat Şirkəti”nin vergi borcu 225 min manatı ötüb .....                     “Kontakt Home” və “Baku Elektroniks”ə boykot çağırışı .....                     “Pilgrim Education”la bağlı İLGİNC İDDİALAR... .....                     Üç liderin Ağ Evdə təsdiqlədiyi sənədlərlə bağlı axmaq iddia... .....                     İlham Əliyev 22 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib .....                     Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur .....                     Naxçıvanda pensiya HOQQASI: pulu banka qoyub faiz götürürlər? .....                     Ukraynadan sonra Cənubi Qafqaz hədəfdədir .....                     Türk xalqları bir-birilə danışmağa DİL TAPMALIDIR... .....                     Bu tibb ocağında nə işlər çevrilir... .....                     Dövlətin puluna YAĞI MÜNASİBƏTİ... .....                     Təhsil Nazirliyində əsas qruplaşma rəhbəri... .....                     Nə vaxta qədər Rusiya ayı kimi davranacaqsa... .....                     Türk dövlətlərinin BİRGƏ HƏRBİ TƏLİMİ: Niyə də olmasın ki... .....                     Məşhur tikinti şirkəti DƏLƏDUZ ÇIXDI .....                     Rusiyanın Köçəryan kartı effektiv olacaqmı? .....                     Penitensiar xidmətdə NƏ(LƏR) BAŞ VERİR? .....                     “Yazıçılar Birliyində Moşu Gəyəzənli adında kimsə olub...” .....                     Türk dövlətlərinin ortaq SAVAŞ TƏDARÜKÜ qərarı... .....                     Koçaryan Rusiya üçün önəmli fiqurdur, amma... .....                     Netanyahu razılaşmanı təsdiqləmək üçün Nazirlər Kabinetinin iclasını çağıracaq .....                     "Nar" Azərbaycanın iqtisadi imkanlarını əks etdirən analitik nəşrə dəstək verib .....                     Cəlilabadda müəllimlər dərsə görə əlbəyaxa oldular .....                     Misir Mərdanov, yoxsa Əli Abbasov: İki keçmiş nazirə bir vəzifə var .....                     Əvvəl Ərdoğan, indi də Tokayev .....                     Mənə 15 il də həbs verə bilərlər .....                     SDQ-nin ya silahları təhvil verməsi, ya da Suriyanın şimalını tərk etməsi gözlənilir .....                     “AAA Construction” MMC-nin dövlətə 650 min manatdan çox vergi borcu var .....                     Banklarda kimin pulu çoxdur, azərbaycanlıların, ermənilərin, yoxsa gürcülərin? .....                     Yardımlıda müəllimin şagirdini döydüyü iddiası ilə bağlı araşdırma aparılır .....                     Deputat oğlunun məşhur şirkəti haqqında araşdırma başlayıb .....                     THE BDU rektorunun beynəlxalq əməkdaşlıqlar barədə müsahibəsini dərc edib .....                     Dövlət qurumunun 3 tenderinə 3 iştirakçı tapılmadı .....                     Efir anarxiyası: Dəyərlər reytinqə necə qurban gedir? .....                     Efirdə maraqlı an .....                     “Ziyarətinə getmişəm, zindanda olsa da…” .....                     Bakıda FACİƏ: kişi 9-cu mərtəbədən yıxılıb öldü .....                     Biləsuvar gömrüyündə şok maxinasiyalar .....                     Ermənistanda şirkət 25 min dollar cərimələnib .....                 

Rusiyanın Köçəryan kartı effektiv olacaqmı? - İNCƏLƏMƏ
Tarix: Bu gün, 06:45 | Çap et

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın oktyabrın 7-də keçirdiyi mətbuat konfransında verdiyi açıqlamalar 2026-cı ildə gözlənilən parlament seçkiləri ilə bağlı siyasi palitranı müəyyənləşdirməyə imkan verir.

Köçəryan öz komandası ilə 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb.

“2021-ci il seçkiləri göstərdi ki, mənim müəyyən təsir gücüm və seçicilərin bir hissəsini konsolidasiya etmək imkanım var. Təsəvvür edin ki, mən o zaman iştirak etməsəydim... Bizdə artıq 2018-ci ilin dekabr seçkiləri nümunəsi var. Nəticələrə baxın: parlament yaxşılaşıbmı?”, - Köçəryan əlavə edib.

Lakin o, sadəcə seçki kampaniyasında iştirakının yetərli olmadığını bildirib. Sabiq prezident ölkədə real dəyişikliklərə gətirib çıxara biləcək digər siyasi qüvvələrin də meydana çıxacağına ümid etdiyini qeyd edib.

“Mənim komandam seçkilərdə iştirak edəcək”, - Köçəryan vurğulayıb.

Keçmiş prezident seçkilərdə iştirakından danışaraq bildirib ki, daha çox səs toplaya bilsələr, başqa bir namizəd üçün kənara çəkilməyə hazırdır.

Robert Köçəryanın bu açıqlaması onun hakimiyyətə iddiasından geri çəkilmədiyini göstərir. Yəni eks-prezident növbəti seçkilərdə Rusiyanın və kilsənin dəstəklədiyi milyarder Samvel Karapetyana dəstək vermək niyyətində görünmür.

Köçəryan bununla başqa namizədə güzəştə getməyəcəyini və Paşinyana qarşı alternativ olmaq istəyini nümayiş etdirir. Onun başqa namizəd üçün geri çəkilməyə hazır olması barədə dedikləri isə daha çox seçkilərdə başqa müxalifət qruplarını öz tərəfinə çəkmək cəhdidir.

Hətta 2021-ci ildən fərqli olaraq, Köçəryanın bu dəfə mandat qazanarsa, parlamentdə iştirak edəcəyi istisna olunmur. Bu, sabiq prezidentə baş nazirliyə namizədliyini irəli sürmək və həm də toxunulmazlıq statusu qazanmaq üçün lazımdır. Ancaq Köçəryanın Milli Məclisə gedib-getməyəcəyi onun toplayacağı səslərin sayından asılı olacaq.

2021-ci ildə keçirilmiş seçkilərdə Köçəryanın liderlik etdiyi “Ermənistan” bloku 21,4 faiz səslə 29 deputat yeri əldə etmişdi. Son rəy sorğuları isə göstərir ki, seçicilərin 6,4 faizi “Ermənistan” blokuna səs verməyə hazırdır.

Müxalifətin özünün keçirdiyi gizli sorğuda isə Köçəryan cəmi 6 faiz reytinq qazanıb. Bu da 2021-ci ildə keçiriləcək seçkilərdə “Ermənistan” blokunun 7 faizlik seçki barajını aşa biləcəyinə şübhə yaradır. “Ermənistan” blokunda 15 deputata mandatına sahib olan “Daşnaksütyun” Erməni İnqilabi Federasiyasının reytinqi isə 1,1 faizə düşüb. Bu da Köçəryanın qələbə şanslarını azaldan əlavə amilə çevrilib.

Eks-prezident Serj Sarkisyanla Robert Köçəryan arasında həm siyasi, həm də şəxsi ədavət davam edir. Ona görə də Sarkisyanın Köçəryanı dəstəkləməyəcəyi aydındır. Serj Sarkisyanın liderlik etdiyi Ermənistan Respublika Partiyası seçkilərə ayrıca qatılmaq istəyir. Bu konyuktur isə Baş nazir Nikol Paşinyan üçün çox əlverişlidir.

Müxalifət düşərgəsində müşahidə olunan siyasi pərakəndəlik Paşinyana seçkilərdə uğur qazanmağa kömək edəcək başlıca amildir. Xalq Robert Köçəryanın və Serj Sarkisyanın hakimiyyətə qayıtmasını istəmədiyinə görə, eks-prezidentlərin seçkilərdə ciddi uğur qazanacağı ehtimalı çox aşağıdır. Mövcud reytinqlə Köçəryan seçki barajını keçməyi bacarsa, parlamentdə cəmi bir neçə deputat yeri qazana bilər.

Serj Sarkisyanın partiyasına isə ermənilərin 1,8 faizi səs verməyə hazırdır ki, bu göstərici ilə növbəti parlamentdə yer almaq mümkünsüz görünür. Qarşıdan gələn seçkilərdə Paşinyan hakimiyyəti üçün əsas təhlükə Samvel Karapetyanın yaratdığı “Bizim yol” hərəkatıdır. Hazırda Karapetyana səs vermək istəyən erməni seçicilərin sayı 10-13 faiz arasında dəyişir. Bu isə Paşinyan üçün ciddi problem yaratmır.

Baş naziri narahat edən amil müxalifətin Karapetyanın ətrafında biləşməsi ehtimalıdır. Lakin Köçəryanın və Sarkisyanın seçkilərə ayrılıqda qatılmaq istəyini elan etməsi onların Karapetyana dəstək vermək istəmədiyini göstərir. Eyni zamanda, son vaxtlar radikal bəyanatları ilə gündəmə gələn sabiq prezident Levon Ter-Petrosyanın da seçkilərdə ayrılıqda iştirak edəcəyi görünür.

Robert Köçəryan seçkilərdə daxili siyasi resurslar hesabına uğur qazanmağın mümkünsüz olduğunu anladığından ümidini daha çox Rusiyaya bağlayıb. Onun Moskvaya səfər edib Rusiya Prezident Administrasiyasının sədr müavini və Ermənistan üzrə kurator Sergey Kiriyenko ilə görüşdən qayıtdıqdan sonra mətbuat konfransı keçirməsi də bu məqsədə xidmət edir.

Robert Köçəryanın Sergey Kiriyenkoya Ermənistan müxalifətini birləşdirməyə hazır olduğunu, lakin Rusiyanın bu işə pul ayırmasının vacibliyini təklif etdiyi bildirilir. Kiriyenkonun isə Köçəryanı əliboş yola saldığı və ona “Biz sizə yalnız mənəvi dəstək verə bilərik” dediyi haqa məlumatlar var.

Bu baxımdan, Köçəryanın mətbuat konfransında Paşinyanla yanaşı Zəngəzur dəhlizini hədəf seçməsi Rusiyanın dəstəyini əldə etməyə hesablanmış mesajdır.

“8 avqustda Vaşinqtonda imzalanmış sənədlərdən tərəflər nə əldə etdilər? Əvvəla, ABŞ gələcəkdə formalaşacaq dəhliz üzərində konkret nəzarət hüququ qazandı, həmçinin Ermənistan-İran sərhədinə faktiki nəzarət etmək imkanı və nəhayət, Tramp Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək fürsətini əldə etdi”.

“Azərbaycan Ermənistan ərazisindən keçən dəhliz hüququ, ATƏT-in Minsk qrupunun buraxılması və 907 saylı qətnamənin ləğvini aldı. Bəs Ermənistan nə aldı? Düzünü desəm, bu sənədlərdə Ermənistanın nə isə əldə etdiyi barədə konkret bir şey tapmağa çalışdım. Heç nə. Yalnız problemlər. Nəhayət, Nikol Paşinyan nə aldı? Burada artıq konkret bir şey var - o, ABŞ Prezidenti Trampın imzası olan bir şəkil və hüquqi qüvvəsi olmayan bir sənəd aldı.

Bu isə ona bir daha erməni xalqını aldatmaq imkanı verir. İlkin nəticə kimi demək olar ki, Nikol Paşinyan Ağ Evdə sadəcə dekorasiya rolunda idi. Orada masa, stul, tablo, bayraq və Paşinyan vardı”, - deyə Köçəryan qeyd edib.

Açıqlamasından da göründüyü kimi, eks-prezident Rusiyaya onu hakimiyyətə gətirsələr Ermənistanı yenidən Kremlin tabeliyinə qaytaracağı, “Tramp marşrutu” ilə bağlı razılaşmadan və Azərbaycanla sülh sazişindən imtina edəcəyinə dair mesajlar verir.

Ancaq Rusiya Köçəryanın sosial bazasının xeyli zəiflədiyinin fərqində olduğundan ona pul xərcləməkdə maraqlı görünmür. Əslində, Köçəryanın bütün səyləri ən yaxşı halda parlamentdə ana müxalifət yerini saxlamağa hesablanıb ki, bu şans da getdikcə azalır.

Müşfiq Abdulla
“Cebheinfo.az”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı İrəvana əlavə şərt qoyub? - Mirzoyan ziddiyyətli danışdı
Bu gün, 09:14
“Arkoz İnşaat Şirkəti”nin vergi borcu 225 min manatı ötüb
Bu gün, 09:10
“Kontakt Home” və “Baku Elektroniks”ə boykot çağırışı - Camaatı BOĞAZA YIĞIBLAR...
Bu gün, 09:01
“Pilgrim Education”la bağlı İLGİNC İDDİALAR... - NARAZILIQ VAR...
Bu gün, 08:59
Üç liderin Ağ Evdə təsdiqlədiyi sənədlərlə bağlı axmaq iddia... - BAKIDAN REAKSİYA
Bu gün, 08:55
İlham Əliyev 22 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Bu gün, 08:51
Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı
Bu gün, 08:49
Naxçıvanda pensiya HOQQASI: pulu banka qoyub faiz götürürlər? - Bəs niyə vaxtında verilmir?
Bu gün, 07:51
Ukraynadan sonra Cənubi Qafqaz hədəfdədir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:37
Türk xalqları bir-birilə danışmağa DİL TAPMALIDIR... - AKTUAL
Bu gün, 07:33
Bu tibb ocağında nə işlər çevrilir... - İTTİHAM VAR...
Bu gün, 07:30
Dövlətin puluna YAĞI MÜNASİBƏTİ... - BU NƏDİ BELƏ?
Bu gün, 07:19
Təhsil Nazirliyində əsas qruplaşma rəhbəri... – “Eşqi Bağırovu da vəzifəsindən azad etdirəcək”
Bu gün, 07:00
Nə vaxta qədər Rusiya ayı kimi davranacaqsa... - AKTUAL
Bu gün, 06:55
Türk dövlətlərinin BİRGƏ HƏRBİ TƏLİMİ: Niyə də olmasın ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51
Məşhur tikinti şirkəti DƏLƏDUZ ÇIXDI - İTTİHAM VAR...
Bu gün, 06:49
Rusiyanın Köçəryan kartı effektiv olacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 06:45
Penitensiar xidmətdə NƏ(LƏR) BAŞ VERİR? - Konvoy Taboru YEYİNTİ YUVASINA ÇEVRİLİB
Bu gün, 06:43
“Yazıçılar Birliyində Moşu Gəyəzənli adında kimsə olub...” - illər sonra ETİRAF
Bu gün, 06:20
Türk dövlətlərinin ortaq SAVAŞ TƏDARÜKÜ qərarı... - Deputat deyir ki...
Bu gün, 06:11
Koçaryan Rusiya üçün önəmli fiqurdur, amma... - GƏLİŞMƏ
Bu gün, 06:07
Netanyahu razılaşmanı təsdiqləmək üçün Nazirlər Kabinetinin iclasını çağıracaq - KİV
Bu gün, 06:03
"Nar" Azərbaycanın iqtisadi imkanlarını əks etdirən analitik nəşrə dəstək verib
Dünən, 19:24
Cəlilabadda müəllimlər dərsə görə əlbəyaxa oldular - TƏFƏRRÜAT
Dünən, 19:19
Misir Mərdanov, yoxsa Əli Abbasov: İki keçmiş nazirə bir vəzifə var - İLGİNC
Dünən, 18:06
Əvvəl Ərdoğan, indi də Tokayev – Türk liderlərin seçdiyi məşhur azərbaycanlının SİRRİ
Dünən, 18:04
Mənə 15 il də həbs verə bilərlər - Şərurlu İsfəndiyar
Dünən, 17:59
SDQ-nin ya silahları təhvil verməsi, ya da Suriyanın şimalını tərk etməsi gözlənilir - AKTUAL
Dünən, 17:57
“AAA Construction” MMC-nin dövlətə 650 min manatdan çox vergi borcu var
Dünən, 17:54
Banklarda kimin pulu çoxdur, azərbaycanlıların, ermənilərin, yoxsa gürcülərin? - DURUM ACINACAQLIDIR...
Dünən, 17:52
Yardımlıda müəllimin şagirdini döydüyü iddiası ilə bağlı araşdırma aparılır - RƏSMİ
Dünən, 17:49
Deputat oğlunun məşhur şirkəti haqqında araşdırma başlayıb - BUNA GÖRƏ...
Dünən, 17:45
THE BDU rektorunun beynəlxalq əməkdaşlıqlar barədə müsahibəsini dərc edib
Dünən, 17:39
Dövlət qurumunun 3 tenderinə 3 iştirakçı tapılmadı - TENDERLƏR LƏĞVƏ GETDİ
Dünən, 17:37
Efir anarxiyası: Dəyərlər reytinqə necə qurban gedir? - Zaur Nəbioğlu HƏDƏFDƏ
Dünən, 17:32
Efirdə maraqlı an - Duet ortağının barmağına üzük taxdı
Dünən, 17:28
“Ziyarətinə getmişəm, zindanda olsa da…” – Pərviz Bülbülə Rəşad Dağlıdan danışdı
Dünən, 17:22
Bakıda FACİƏ: kişi 9-cu mərtəbədən yıxılıb öldü - TƏFƏRRÜAT
Dünən, 17:21
Biləsuvar gömrüyündə şok maxinasiyalar - İTTİHAM VAR...
Dünən, 17:13
Ermənistanda şirkət 25 min dollar cərimələnib - KİV
Dünən, 17:09
Nəticəsiz işə “yenilik” demək ayıbdır... - Ekspertdən AYNA-ya sərt reaksiya
Dünən, 17:08
Ermənistanda ara qarışır: Cənubi Qafqazda yeni geosiyasi mübarizə başlayır - GƏLİŞMƏ
Dünən, 17:04
Buyruq qulunun hakimiyyət iddiası və: Kremlin Ermənistan planları - GƏLİŞMƏ
Dünən, 16:43
Azərbaycanda ən çox bu market cərimələnir
Dünən, 16:42
Yol Polisi İdarəsinin rəis müavini rüşvətə görə tutuldu - FOTO
Dünən, 16:39
“Müəllim yumruqla uşağımın üzünə vurdu, gözlərində problem yarandı” - TƏFƏRRÜAT
Dünən, 16:32
Azərbaycan Prezidentindən Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar - MƏQALƏ
Dünən, 16:24
Rusiyada 100-ə yaxın azərbaycanlı hava limanında saxlanılıb – Bağlı otağa salınıblar
Dünən, 16:22
Baku TV yeni televiziya layihəsinin yayımına start verir - DİQQƏT
Dünən, 16:16
Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək
Dünən, 16:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru