Dövlətin puluna YAĞI MÜNASİBƏTİ... .....                     Təhsil Nazirliyində əsas qruplaşma rəhbəri... .....                     Nə vaxta qədər Rusiya ayı kimi davranacaqsa... .....                     Türk dövlətlərinin BİRGƏ HƏRBİ TƏLİMİ: Niyə də olmasın ki... .....                     Məşhur tikinti şirkəti DƏLƏDUZ ÇIXDI .....                     Rusiyanın Köçəryan kartı effektiv olacaqmı? .....                     Penitensiar xidmətdə NƏ(LƏR) BAŞ VERİR? .....                     “Yazıçılar Birliyində Moşu Gəyəzənli adında kimsə olub...” .....                     Türk dövlətlərinin ortaq SAVAŞ TƏDARÜKÜ qərarı... .....                     Koçaryan Rusiya üçün önəmli fiqurdur, amma... .....                     Netanyahu razılaşmanı təsdiqləmək üçün Nazirlər Kabinetinin iclasını çağıracaq .....                     "Nar" Azərbaycanın iqtisadi imkanlarını əks etdirən analitik nəşrə dəstək verib .....                     Cəlilabadda müəllimlər dərsə görə əlbəyaxa oldular .....                     Misir Mərdanov, yoxsa Əli Abbasov: İki keçmiş nazirə bir vəzifə var .....                     Əvvəl Ərdoğan, indi də Tokayev .....                     Mənə 15 il də həbs verə bilərlər .....                     SDQ-nin ya silahları təhvil verməsi, ya da Suriyanın şimalını tərk etməsi gözlənilir .....                     “AAA Construction” MMC-nin dövlətə 650 min manatdan çox vergi borcu var .....                     Banklarda kimin pulu çoxdur, azərbaycanlıların, ermənilərin, yoxsa gürcülərin? .....                     Yardımlıda müəllimin şagirdini döydüyü iddiası ilə bağlı araşdırma aparılır .....                     Deputat oğlunun məşhur şirkəti haqqında araşdırma başlayıb .....                     THE BDU rektorunun beynəlxalq əməkdaşlıqlar barədə müsahibəsini dərc edib .....                     Dövlət qurumunun 3 tenderinə 3 iştirakçı tapılmadı .....                     Efir anarxiyası: Dəyərlər reytinqə necə qurban gedir? .....                     Efirdə maraqlı an .....                     “Ziyarətinə getmişəm, zindanda olsa da…” .....                     Bakıda FACİƏ: kişi 9-cu mərtəbədən yıxılıb öldü .....                     Biləsuvar gömrüyündə şok maxinasiyalar .....                     Ermənistanda şirkət 25 min dollar cərimələnib .....                     Nəticəsiz işə “yenilik” demək ayıbdır... .....                     Ermənistanda ara qarışır: Cənubi Qafqazda yeni geosiyasi mübarizə başlayır .....                     Buyruq qulunun hakimiyyət iddiası və: Kremlin Ermənistan planları .....                     Azərbaycanda ən çox bu market cərimələnir .....                     Yol Polisi İdarəsinin rəis müavini rüşvətə görə tutuldu .....                     “Müəllim yumruqla uşağımın üzünə vurdu, gözlərində problem yarandı” .....                     Azərbaycan Prezidentindən Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar .....                     Rusiyada 100-ə yaxın azərbaycanlı hava limanında saxlanılıb .....                     Baku TV yeni televiziya layihəsinin yayımına start verir .....                     Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək .....                     Azərbaycan Fələstinlə bağlı əsassız iddiaların hədəfidir .....                 

Efir anarxiyası: Dəyərlər reytinqə necə qurban gedir? - Zaur Nəbioğlu HƏDƏFDƏ
Tarix: Dünən, 17:32 | Çap et

Televiziya cəmiyyətin aynasıdır və biz bəzən dəvət etmədiyimiz “qonaq”la , yəni televiziya verilişləri ilə hər gün baş-başa qalırıq.

KONKRET.az Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli ilə Azərbaycan efirlərindəki vəziyyəti, reytinq naminə yayımlanan qalmaqalları və televiziya mədəniyyətinin tənəzzülünü müzakirə edib.

– ATV-də Zaur Nəbioğlunun verilişləri bəzən “efir anarxiyası”na çevrilir. Sizcə, bu, məqsədli şəkildə reytinq naminə atılan addımdır, yoxsa nəzarətsizliyin nəticəsi?

– Azərbaycan efirlərində son zamanlar qeyri-etik söhbətlərin, süni qalmaqalların, bir-birinə söz atan müğənnilərin çoxaldığını görürük. Bunlar əvvəldən planlaşdırılmış, reytinq xatirinə qurulmuş səhnələrdir. Tamaşaçı artıq ağı qaradan ayırd edə bilir, saxtalığı hiss edir. Təəssüf ki, bəzi verilişlər hələ də bu köhnəlmiş üsullardan əl çəkmir və “reytinq naminə” bayağı söhbətləri efirə daşıyırlar. Bu isə tamaşaçını iyrəndirir və televiziyaya olan inamı zədələyir.

– Efirdə qonaqların bir-birinə qarşı qızışdırılması və təhqir hallarının baş verməsi tamaşaçının zövqünə və etik dəyərlərinə zidd deyilmi?

– Əlbəttə ziddir. Efirdə insanların bir-birinə qarşı qızışdırılması, təhqir və etikadan kənar ifadələrin işlədilməsi televiziyanın ciddiliyinə xələl gətirir. Tamaşaçı bunu artıq dərk edir və belə səhnələr onu uzaqlaşdırır. Təəssüf ki, bəzi aparıcılar və prodüserlər hələ də bu yoldan əl çəkmirlər.

– Reytinq xətrinə efiri şouya çevirmək televiziya peşəkarlığı ilə nə dərəcədə uzlaşır?

– Bu, peşəkarlıqdan çox kommersiya maraqlarına xidmət edir. Hansı verilişin reytinqi yüksəkdirsə, ora daha çox reklam gəlir. Buna görə də özəl kanallar reytinq cədvəllərində önə çıxmaq üçün bəzən dəyərləri qurban verirlər. Amma bu, cəmiyyətin və televiziyanın günahıdır. Cəmiyyət bayağı verilişləri izləməsə, onların da ömrü uzun olmaz.

– ATV rəhbərliyi niyə bu kimi hallara müdaxilə etmir? Bu, “sifarişli reytinq siyasəti” ola bilərmi?

– Bəzi hallarda bu, nəzarətsizlikdən qaynaqlanır, bəzən isə məqsədli olur. Amma istənilən halda, efirlərə nəzarət güclənməlidir. Milli-mənəvi dəyərlərə zidd fikirlər səslənirsə, mütləq tədbir görülməlidir. Yalnız reytinqə görə hər şeyi efirə buraxmaq yolverilməzdir.

– Belə hallar televiziya jurnalistikasına necə zərər vurur?

– Əlbəttə. Qeyri-etik və bayağı məzmun tamaşaçının mediaya inamını azaldır. Əslində efirdə səslənən hər fikirə görə aparıcı da, kanal rəhbərliyi də məsuliyyət daşıyır. Əgər efirdə təhqir, böhtan və etikadan kənar fikir səslənirsə, o, yayımlanmamalıdır. Əks halda, həm aparıcı, həm də kanal məsuliyyətə cəlb oluna bilər.

– MTRŞ bu hallara qarşı necə davranmalıdır?

– Milli Televiziya və Radio Şurası artıq belə verilişlərlə bağlı bəzi tədbirlər görür, cərimələr tətbiq edir, hətta yayımı müvəqqəti dayandırır. Amma yalnız qanun pozuntusuna reaksiya vermək kifayət deyil. Efir mədəniyyətinə zidd, cəmiyyəti qıcıqlandıran verilişlərə qarşı mənəvi nəzarət də olmalıdır. Əsas məsələ etik çərçivəni qorumaq və mənəvi dəyərləri ön planda tutmaqdır.

– Aparıcının məsuliyyəti harada başlayır və harada bitir?

– Aparıcı efirdə səslənən bütün fikirlərə görə məsuliyyət daşıyır. Kimi efirə dəvət etdiyini bilməli, onların səviyyəsinə bələd olmalıdır. Təəssüf ki, bəzən dəyərli sənətkarları aşağılayan, səviyyəsiz suallar verən aparıcılarla da qarşılaşırıq. Bu, həm onların, həm də televiziya mühitinin səviyyəsini aşağı salır.

– Tamaşaçını cəlb etmək üçün qalmaqal yaratmaq artıq normaya çevrilib. Bu, televiziya mədəniyyətinin tənəzzülüdürmü?

– Bəli, bu, tənəzzül əlamətidir. Efirdə təhqir və vulqar ifadələrin səslənməsi, sonra səsin azaldılması və ya musiqi ilə kəsilməsi tamaşaçıya hörmətsizlikdir. Bu, həm də həmin qonaqların və aparıcıların efir mədəniyyətindən uzaq olduqlarını göstərir.

– Belə efirlər gənclərə necə təsir edir?

– Bu, çox təhlükəli tendensiyadır. Bayağı insanların “uğurlu” kimi təqdim olunması gənc nəsildə yanlış düşüncələr formalaşdırır. Gənclər artıq zəhmətlə yox, qalmaqalla tanınmağı uğur saymağa başlayırlar. Bu, cəmiyyət üçün mənəvi riskdir.

– ATV bir vaxtlar ailəvi kanal imici daşıyırdı. Bu gün bu imic hansı səviyyədədir?

– Hər kanal özünə “ailəvi” imici verməməlidir, bu adı tamaşaçı verir. Əgər bu gün tənqid olunurlarsa, deməli, problem özlərindədir. Bayağı insanları efirə çıxarmaq, pul müqabilində tanımadığı müğənnini “ulduz” kimi təqdim etmək kanala hörmət qazandırmır, əksinə, imicini zədələyir. Televiziya cəmiyyətin mədəni səviyyəsini formalaşdıran güclü vasitədir. Əgər efirdə bayağılıq, saxtalıq və qalmaqal üstünlük təşkil edirsə, bu, təkcə media üçün deyil, cəmiyyətin mənəvi sağlamlığı üçün də təhlükədir.”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlətin puluna YAĞI MÜNASİBƏTİ... - BU NƏDİ BELƏ?
Bu gün, 07:19
Təhsil Nazirliyində əsas qruplaşma rəhbəri... – “Eşqi Bağırovu da vəzifəsindən azad etdirəcək”
Bu gün, 07:00
Nə vaxta qədər Rusiya ayı kimi davranacaqsa... - AKTUAL
Bu gün, 06:55
Türk dövlətlərinin BİRGƏ HƏRBİ TƏLİMİ: Niyə də olmasın ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51
Məşhur tikinti şirkəti DƏLƏDUZ ÇIXDI - İTTİHAM VAR...
Bu gün, 06:49
Rusiyanın Köçəryan kartı effektiv olacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 06:45
Penitensiar xidmətdə NƏ(LƏR) BAŞ VERİR? - Konvoy Taboru YEYİNTİ YUVASINA ÇEVRİLİB
Bu gün, 06:43
“Yazıçılar Birliyində Moşu Gəyəzənli adında kimsə olub...” - illər sonra ETİRAF
Bu gün, 06:20
Türk dövlətlərinin ortaq SAVAŞ TƏDARÜKÜ qərarı... - Deputat deyir ki...
Bu gün, 06:11
Koçaryan Rusiya üçün önəmli fiqurdur, amma... - GƏLİŞMƏ
Bu gün, 06:07
Netanyahu razılaşmanı təsdiqləmək üçün Nazirlər Kabinetinin iclasını çağıracaq - KİV
Bu gün, 06:03
"Nar" Azərbaycanın iqtisadi imkanlarını əks etdirən analitik nəşrə dəstək verib
Dünən, 19:24
Cəlilabadda müəllimlər dərsə görə əlbəyaxa oldular - TƏFƏRRÜAT
Dünən, 19:19
Misir Mərdanov, yoxsa Əli Abbasov: İki keçmiş nazirə bir vəzifə var - İLGİNC
Dünən, 18:06
Əvvəl Ərdoğan, indi də Tokayev – Türk liderlərin seçdiyi məşhur azərbaycanlının SİRRİ
Dünən, 18:04
Mənə 15 il də həbs verə bilərlər - Şərurlu İsfəndiyar
Dünən, 17:59
SDQ-nin ya silahları təhvil verməsi, ya da Suriyanın şimalını tərk etməsi gözlənilir - AKTUAL
Dünən, 17:57
“AAA Construction” MMC-nin dövlətə 650 min manatdan çox vergi borcu var
Dünən, 17:54
Banklarda kimin pulu çoxdur, azərbaycanlıların, ermənilərin, yoxsa gürcülərin? - DURUM ACINACAQLIDIR...
Dünən, 17:52
Yardımlıda müəllimin şagirdini döydüyü iddiası ilə bağlı araşdırma aparılır - RƏSMİ
Dünən, 17:49
Deputat oğlunun məşhur şirkəti haqqında araşdırma başlayıb - BUNA GÖRƏ...
Dünən, 17:45
THE BDU rektorunun beynəlxalq əməkdaşlıqlar barədə müsahibəsini dərc edib
Dünən, 17:39
Dövlət qurumunun 3 tenderinə 3 iştirakçı tapılmadı - TENDERLƏR LƏĞVƏ GETDİ
Dünən, 17:37
Efir anarxiyası: Dəyərlər reytinqə necə qurban gedir? - Zaur Nəbioğlu HƏDƏFDƏ
Dünən, 17:32
Efirdə maraqlı an - Duet ortağının barmağına üzük taxdı
Dünən, 17:28
“Ziyarətinə getmişəm, zindanda olsa da…” – Pərviz Bülbülə Rəşad Dağlıdan danışdı
Dünən, 17:22
Bakıda FACİƏ: kişi 9-cu mərtəbədən yıxılıb öldü - TƏFƏRRÜAT
Dünən, 17:21
Biləsuvar gömrüyündə şok maxinasiyalar - İTTİHAM VAR...
Dünən, 17:13
Ermənistanda şirkət 25 min dollar cərimələnib - KİV
Dünən, 17:09
Nəticəsiz işə “yenilik” demək ayıbdır... - Ekspertdən AYNA-ya sərt reaksiya
Dünən, 17:08
Ermənistanda ara qarışır: Cənubi Qafqazda yeni geosiyasi mübarizə başlayır - GƏLİŞMƏ
Dünən, 17:04
Buyruq qulunun hakimiyyət iddiası və: Kremlin Ermənistan planları - GƏLİŞMƏ
Dünən, 16:43
Azərbaycanda ən çox bu market cərimələnir
Dünən, 16:42
Yol Polisi İdarəsinin rəis müavini rüşvətə görə tutuldu - FOTO
Dünən, 16:39
“Müəllim yumruqla uşağımın üzünə vurdu, gözlərində problem yarandı” - TƏFƏRRÜAT
Dünən, 16:32
Azərbaycan Prezidentindən Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar - MƏQALƏ
Dünən, 16:24
Rusiyada 100-ə yaxın azərbaycanlı hava limanında saxlanılıb – Bağlı otağa salınıblar
Dünən, 16:22
Baku TV yeni televiziya layihəsinin yayımına start verir - DİQQƏT
Dünən, 16:16
Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək
Dünən, 16:15
Azərbaycan Fələstinlə bağlı əsassız iddiaların hədəfidir - Aqil Ələsgər ATƏT-in media dinləmələrində çıxış etdi
Dünən, 15:01
Nazirlik MDB oyunları davam edərkən olimpiya komplekslərini təmir edib? – Müəmmalı müqavilə
Dünən, 14:55
Azərbaycanda maşın sürmək üçün etibarnamə ləğv olunur? - RƏSMİ CAVAB
Dünən, 14:49
Saxlanıldıqları deyilən müğənnilər Türkiyədə yoxdurlar
Dünən, 14:47
“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı - DİQQƏT
Dünən, 14:44
Bakı və İrəvana xəbərdarlıq: Yeni SSRİ planında ilk qurban bilindi - NƏ BAŞ VERİR?
Dünən, 14:41
Məşhur fabrikə Əsgərovun xanımının adı verildi
Dünən, 14:39
Moskvanın Jukovski hava limanında saxlanılan Azərbaycan vətəndaşları səfirliyin nəzarətindədir - AÇIQLAMA
Dünən, 14:37
Baş İdarə onlayn qumar şəbəkəsinə qarşı əməliyyat keçirib, saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 14:35
41 alimə qarşı həqarət... - Təhsil eksperti ilə universitet arasında QALMAQAL
Dünən, 13:08
Estetik əməliyyatına pul verməyən kişinin başını əzən qadınla bağlı QƏRAR
Dünən, 13:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru