Təhsil Nazirliyində əsas qruplaşma rəhbəri... .....                     Nə vaxta qədər Rusiya ayı kimi davranacaqsa... .....                     Türk dövlətlərinin BİRGƏ HƏRBİ TƏLİMİ: Niyə də olmasın ki... .....                     Məşhur tikinti şirkəti DƏLƏDUZ ÇIXDI .....                     Rusiyanın Köçəryan kartı effektiv olacaqmı? .....                     Penitensiar xidmətdə NƏ(LƏR) BAŞ VERİR? .....                     “Yazıçılar Birliyində Moşu Gəyəzənli adında kimsə olub...” .....                     Türk dövlətlərinin ortaq SAVAŞ TƏDARÜKÜ qərarı... .....                     Koçaryan Rusiya üçün önəmli fiqurdur, amma... .....                     Netanyahu razılaşmanı təsdiqləmək üçün Nazirlər Kabinetinin iclasını çağıracaq .....                     "Nar" Azərbaycanın iqtisadi imkanlarını əks etdirən analitik nəşrə dəstək verib .....                     Cəlilabadda müəllimlər dərsə görə əlbəyaxa oldular .....                     Misir Mərdanov, yoxsa Əli Abbasov: İki keçmiş nazirə bir vəzifə var .....                     Əvvəl Ərdoğan, indi də Tokayev .....                     Mənə 15 il də həbs verə bilərlər .....                     SDQ-nin ya silahları təhvil verməsi, ya da Suriyanın şimalını tərk etməsi gözlənilir .....                     “AAA Construction” MMC-nin dövlətə 650 min manatdan çox vergi borcu var .....                     Banklarda kimin pulu çoxdur, azərbaycanlıların, ermənilərin, yoxsa gürcülərin? .....                     Yardımlıda müəllimin şagirdini döydüyü iddiası ilə bağlı araşdırma aparılır .....                     Deputat oğlunun məşhur şirkəti haqqında araşdırma başlayıb .....                     THE BDU rektorunun beynəlxalq əməkdaşlıqlar barədə müsahibəsini dərc edib .....                     Dövlət qurumunun 3 tenderinə 3 iştirakçı tapılmadı .....                     Efir anarxiyası: Dəyərlər reytinqə necə qurban gedir? .....                     Efirdə maraqlı an .....                     “Ziyarətinə getmişəm, zindanda olsa da…” .....                     Bakıda FACİƏ: kişi 9-cu mərtəbədən yıxılıb öldü .....                     Biləsuvar gömrüyündə şok maxinasiyalar .....                     Ermənistanda şirkət 25 min dollar cərimələnib .....                     Nəticəsiz işə “yenilik” demək ayıbdır... .....                     Ermənistanda ara qarışır: Cənubi Qafqazda yeni geosiyasi mübarizə başlayır .....                     Buyruq qulunun hakimiyyət iddiası və: Kremlin Ermənistan planları .....                     Azərbaycanda ən çox bu market cərimələnir .....                     Yol Polisi İdarəsinin rəis müavini rüşvətə görə tutuldu .....                     “Müəllim yumruqla uşağımın üzünə vurdu, gözlərində problem yarandı” .....                     Azərbaycan Prezidentindən Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar .....                     Rusiyada 100-ə yaxın azərbaycanlı hava limanında saxlanılıb .....                     Baku TV yeni televiziya layihəsinin yayımına start verir .....                     Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək .....                     Azərbaycan Fələstinlə bağlı əsassız iddiaların hədəfidir .....                     Nazirlik MDB oyunları davam edərkən olimpiya komplekslərini təmir edib? .....                 

Ermənistanda ara qarışır: Cənubi Qafqazda yeni geosiyasi mübarizə başlayır - GƏLİŞMƏ
Tarix: Dünən, 17:04 | Çap et

Ermənistanın daxili siyasi gündəmi yenidən qızışır. Ölkənin ikinci prezidenti, müxalifət liderlərindən biri olan Robert Köçəryan 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak edəcəyini bəyan edib. Onun bu açıqlaması təkcə siyasi ambisiyalarının deyil, həm də mövcud hakimiyyətə – xüsusilə baş nazir Nikol Paşinyana yönəlik ciddi mesaj kimi dəyərləndirilir.

Köçəryan keçirdiyi mətbuat konfransında yalnız öz komandası ilə seçkilərdə iştirak niyyətini bildirməklə kifayətlənməyib, həm də 2021-ci il və 2018-ci il seçkilərinin nəticələrini xatırladaraq Ermənistan parlamentinin vəziyyətini tənqid edib. O, həmçinin, ölkənin gələcəyinə təsir edə biləcək yeni siyasi qüvvələrin meydana çıxmasının vacibliyini vurğulayıb. Ən maraqlısı isə Köçəryanın beynəlxalq nümunələrə istinadla formal və faktiki liderlik arasında fərqi gündəmə gətirməsidir – Gürcüstanda Bidzina İvanişvili və Polşada Yaroslav Kaçinski kimi.

Bütün bu çıxışlar fonunda isə Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan təəccüblü dərəcədə səssiz qalır. Erməni mediasının məlumatına görə, Köçəryanın tənqid və çağırışlarına baxmayaraq, Paşinyan yalnız bir məsələ ilə maraqlanıb – bu da onun siyasi rəqibinin ciddi ritorikasını görməzdən gəlmək niyyətini ortaya qoyur. Bunun fonunda Ermənistan növbəti seçkilərə doğru siyasi qütbləşmə, hakimiyyət-müxalifət qarşıdurması və yeni alyanslar perspektivi ilə irəliləyir.

Köçəryanın bəyanatı siyasi səhnəyə qayıdış siqnalı verməklə yanaşı, qarşıdakı illərdə regionda baş verə biləcək geosiyasi dəyişikliklərə də işarə edir.

Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı Musavat.com-a deyib ki, Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi siyasi səhnədə baş verən canlanma diqqətəlayiqdir:

“Xüsusilə keçmiş prezident Robert Kəçəryanın yenidən fəallaşması və ictimaiyyət qarşısında daha görünən fiqura çevrilməsi, Cənubi Qafqazda geosiyasi mübarizənin yeni mərhələyə qədəm qoyduğuna işarə edir. Bu proses göstərir ki, bölgə hələ də böyük güclərin toqquşma nöqtəsi olaraq qalmaqdadır və Ermənistan daxilində baş verən siyasi dəyişikliklər təkcə yerli məsələlər deyil, həm də beynəlxalq güclərin maraqlarının təzahürüdür. Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə Ermənistanın xarici siyasət xəttində köklü dəyişikliklər baş verdi. 2018-ci ildə “məxməri inqilab”ın nəticəsində hakimiyyətə gələn Paşinyan əvvəlcə daxili islahatlara diqqət yetirsə də, zamanla ölkənin xarici istiqamətini Qərbə doğru yönəltdi. 2020-ci il İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra isə bu proses daha açıq şəkildə görünməyə başladı.

Ermənistanın Rusiya ilə hərbi-siyasi münasibətlərində etimad böhranı yarandı, rus sülhməramlılarının fəaliyyəti və Moskvanın İrəvana münasibəti ictimaiyyətdə ciddi narazılıq doğurdu.

Paşinyan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilidən fərqli olaraq, Rusiyadan kəskin şəkildə ayrılmaq siyasəti yürütmədi. O, daha çox tədrici və balanslaşdırılmış uzaqlaşma siyasəti seçdi — bir tərəfdən Avropa İttifaqı və ABŞ-la münasibətləri inkişaf etdirməyə, digər tərəfdən isə Rusiya ilə tam qarşıdurmadan qaçmağa çalışdı. Bu, Ermənistanın daxili siyasi sabitliyini qorumaq üçün məntiqli bir addım idi. Lakin prosesin uzanması həm Qərbdə, həm də Moskvada narahatlıqla qarşılandı”.

Siyasi şərhçi qeyd edib ki, son aylarda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin maddələrinin razılaşdırılması istiqamətində aparılan diplomatik proseslər regionda yeni siyasi reallıqlar yaradıb:

“Xüsusilə bu danışıqlarda ABŞ və Avropa İttifaqının aktiv iştirakı Rusiyanı ciddi şəkildə narahat edir. Moskva hesab edir ki, Qafqazda onun təsir dairəsi daralır və Ermənistan artıq Qərb orbitinə daxil olur. Bu səbəbdən də Rusiya Ermənistan daxilində öz təsir alətlərini yenidən hərəkətə gətirməyə başlayıb. Bu kontekstdə Robert Köçəryanın yenidən fəallaşması təsadüfi deyil.

O, uzun illərdir Moskvanın etimad göstərdiyi və Rusiyaya yaxın siyasi lider kimi tanınır. Köçəryan prezident olduğu dövrdə Ermənistanı tamamilə Rusiyanın hərbi-siyasi orbitində saxlamış, ölkənin təhlükəsizlik sistemini KTMT və Rusiya ilə birləşmiş strukturlara bağlamışdı. Onun bu gün yenidən siyasi səhnəyə qayıtmaq istəyi yalnız şəxsi ambisiya ilə deyil, həm də Rusiya ilə əlaqəli qüvvələrin aktivləşməsi ilə bağlı görünür”.

Azər Hüseynov bildirib ki, Ermənistanda 2026-cı il seçkiləri əslində təkcə daxili siyasi mübarizə deyil, geosiyasi istiqamət seçimi xarakteri daşıyır:

“Bu seçkilərdə Ermənistan cəmiyyəti qərar verməli olacaq - ölkə Qərbə inteqrasiyanı davam etdirəcəkmi, yoxsa yenidən Rusiyanın təsiri altına qayıdacaqmı? Köçəryan və onu dəstəkləyən qüvvələr ikinci istiqaməti təmsil edir. Lakin Ermənistan cəmiyyəti artıq 2020-ci il müharibəsindən sonra militarist və revanşist ritorikaya əvvəlki kimi meylli deyil. İrəvan ictimaiyyəti daha çox iqtisadi sabitlik, sosial rifah və beynəlxalq təcriddən çıxış axtarır. Bu baxımdan Köçəryanın hakimiyyətə qayıtmaq ehtimalı mövcud olsa da, onun uğur qazanması üçün geniş ictimai dəstək yetərli görünmür. Çünki Ermənistanın gənc nəsli və şəhər əhalisi artıq daha çox Avropa dəyərlərinə, azad iqtisadi münasibətlərə və açıq siyasi sistemə üstünlük verir. Onlar Köçəryan kimi keçmiş nəsil siyasətçiləri “köhnə sistemin siması” kimi görürlər.

Digər tərəfdən, Rusiyanın Ermənistan daxilində siyasi proseslərə təsir imkanları azalsa da, tamamilə aradan qalxmayıb. Rusiya hələ də iqtisadi, enerji və təhlükəsizlik sahələrində İrəvan üçün vacib tərəfdaşdır. Buna görə də Moskva gələcək seçkilərdə öz maraqlarını qorumaq üçün həm Köçəryan, həm də ona yaxın siyasi bloklar vasitəsilə proseslərə təsir göstərməyə çalışacaq. Bir sözlə, 2026-cı il seçkiləri Ermənistan üçün tarixi dönüş nöqtəsi ola bilər.

Əgər Paşinyan və Qərbyönlü qüvvələr qalib gələrsə, bu, Ermənistanın tam şəkildə Avroatlantik sistemə yaxınlaşmasının başlanğıcı olacaq. Əgər Köçəryan və rusiyayönümlü qüvvələr önə çıxarsa, Ermənistan yenidən postsovet orbitinə qayıdacaq. Hər iki halda bu seçkilərin nəticələri təkcə Ermənistanın gələcəyini deyil, həm də Cənubi Qafqazdakı güc balansını müəyyən edəcək. Ancaq bir məsələ aydındır:

Ermənistan artıq 1990-cı illərin və ya 2000-ci illərin cəmiyyəti deyil. Müharibə, iqtisadi çətinliklər və geosiyasi təzyiqlər ölkəni dəyişib. Bu gün erməni cəmiyyəti militarist düşüncədən uzaqlaşıb, reallıqla üzləşib və daha çox sülh, sabitlik və inkişaf istəklərinə yönəlib. Belə bir cəmiyyətin Köçəryan kimi fiqurları yenidən hakimiyyətə gətirməsi ehtimalı reallıqdan çox keçmişin xəyalları ilə bağlıdır”.

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təhsil Nazirliyində əsas qruplaşma rəhbəri... – “Eşqi Bağırovu da vəzifəsindən azad etdirəcək”
Bu gün, 07:00
Nə vaxta qədər Rusiya ayı kimi davranacaqsa... - AKTUAL
Bu gün, 06:55
Türk dövlətlərinin BİRGƏ HƏRBİ TƏLİMİ: Niyə də olmasın ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51
Məşhur tikinti şirkəti DƏLƏDUZ ÇIXDI - İTTİHAM VAR...
Bu gün, 06:49
Rusiyanın Köçəryan kartı effektiv olacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 06:45
Penitensiar xidmətdə NƏ(LƏR) BAŞ VERİR? - Konvoy Taboru YEYİNTİ YUVASINA ÇEVRİLİB
Bu gün, 06:43
“Yazıçılar Birliyində Moşu Gəyəzənli adında kimsə olub...” - illər sonra ETİRAF
Bu gün, 06:20
Türk dövlətlərinin ortaq SAVAŞ TƏDARÜKÜ qərarı... - Deputat deyir ki...
Bu gün, 06:11
Koçaryan Rusiya üçün önəmli fiqurdur, amma... - GƏLİŞMƏ
Bu gün, 06:07
Netanyahu razılaşmanı təsdiqləmək üçün Nazirlər Kabinetinin iclasını çağıracaq - KİV
Bu gün, 06:03
"Nar" Azərbaycanın iqtisadi imkanlarını əks etdirən analitik nəşrə dəstək verib
Dünən, 19:24
Cəlilabadda müəllimlər dərsə görə əlbəyaxa oldular - TƏFƏRRÜAT
Dünən, 19:19
Misir Mərdanov, yoxsa Əli Abbasov: İki keçmiş nazirə bir vəzifə var - İLGİNC
Dünən, 18:06
Əvvəl Ərdoğan, indi də Tokayev – Türk liderlərin seçdiyi məşhur azərbaycanlının SİRRİ
Dünən, 18:04
Mənə 15 il də həbs verə bilərlər - Şərurlu İsfəndiyar
Dünən, 17:59
SDQ-nin ya silahları təhvil verməsi, ya da Suriyanın şimalını tərk etməsi gözlənilir - AKTUAL
Dünən, 17:57
“AAA Construction” MMC-nin dövlətə 650 min manatdan çox vergi borcu var
Dünən, 17:54
Banklarda kimin pulu çoxdur, azərbaycanlıların, ermənilərin, yoxsa gürcülərin? - DURUM ACINACAQLIDIR...
Dünən, 17:52
Yardımlıda müəllimin şagirdini döydüyü iddiası ilə bağlı araşdırma aparılır - RƏSMİ
Dünən, 17:49
Deputat oğlunun məşhur şirkəti haqqında araşdırma başlayıb - BUNA GÖRƏ...
Dünən, 17:45
THE BDU rektorunun beynəlxalq əməkdaşlıqlar barədə müsahibəsini dərc edib
Dünən, 17:39
Dövlət qurumunun 3 tenderinə 3 iştirakçı tapılmadı - TENDERLƏR LƏĞVƏ GETDİ
Dünən, 17:37
Efir anarxiyası: Dəyərlər reytinqə necə qurban gedir? - Zaur Nəbioğlu HƏDƏFDƏ
Dünən, 17:32
Efirdə maraqlı an - Duet ortağının barmağına üzük taxdı
Dünən, 17:28
“Ziyarətinə getmişəm, zindanda olsa da…” – Pərviz Bülbülə Rəşad Dağlıdan danışdı
Dünən, 17:22
Bakıda FACİƏ: kişi 9-cu mərtəbədən yıxılıb öldü - TƏFƏRRÜAT
Dünən, 17:21
Biləsuvar gömrüyündə şok maxinasiyalar - İTTİHAM VAR...
Dünən, 17:13
Ermənistanda şirkət 25 min dollar cərimələnib - KİV
Dünən, 17:09
Nəticəsiz işə “yenilik” demək ayıbdır... - Ekspertdən AYNA-ya sərt reaksiya
Dünən, 17:08
Ermənistanda ara qarışır: Cənubi Qafqazda yeni geosiyasi mübarizə başlayır - GƏLİŞMƏ
Dünən, 17:04
Buyruq qulunun hakimiyyət iddiası və: Kremlin Ermənistan planları - GƏLİŞMƏ
Dünən, 16:43
Azərbaycanda ən çox bu market cərimələnir
Dünən, 16:42
Yol Polisi İdarəsinin rəis müavini rüşvətə görə tutuldu - FOTO
Dünən, 16:39
“Müəllim yumruqla uşağımın üzünə vurdu, gözlərində problem yarandı” - TƏFƏRRÜAT
Dünən, 16:32
Azərbaycan Prezidentindən Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar - MƏQALƏ
Dünən, 16:24
Rusiyada 100-ə yaxın azərbaycanlı hava limanında saxlanılıb – Bağlı otağa salınıblar
Dünən, 16:22
Baku TV yeni televiziya layihəsinin yayımına start verir - DİQQƏT
Dünən, 16:16
Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək
Dünən, 16:15
Azərbaycan Fələstinlə bağlı əsassız iddiaların hədəfidir - Aqil Ələsgər ATƏT-in media dinləmələrində çıxış etdi
Dünən, 15:01
Nazirlik MDB oyunları davam edərkən olimpiya komplekslərini təmir edib? – Müəmmalı müqavilə
Dünən, 14:55
Azərbaycanda maşın sürmək üçün etibarnamə ləğv olunur? - RƏSMİ CAVAB
Dünən, 14:49
Saxlanıldıqları deyilən müğənnilər Türkiyədə yoxdurlar
Dünən, 14:47
“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı - DİQQƏT
Dünən, 14:44
Bakı və İrəvana xəbərdarlıq: Yeni SSRİ planında ilk qurban bilindi - NƏ BAŞ VERİR?
Dünən, 14:41
Məşhur fabrikə Əsgərovun xanımının adı verildi
Dünən, 14:39
Moskvanın Jukovski hava limanında saxlanılan Azərbaycan vətəndaşları səfirliyin nəzarətindədir - AÇIQLAMA
Dünən, 14:37
Baş İdarə onlayn qumar şəbəkəsinə qarşı əməliyyat keçirib, saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 14:35
41 alimə qarşı həqarət... - Təhsil eksperti ilə universitet arasında QALMAQAL
Dünən, 13:08
Estetik əməliyyatına pul verməyən kişinin başını əzən qadınla bağlı QƏRAR
Dünən, 13:06
Türkiyədə azərbaycanlı yeniyetmə tərəfindən qaçırılan qız tapıldı - TƏFƏRRÜAT
Dünən, 13:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru