Ölkəmizin penitensiar sistemində neqativ olaylar cərəyan etməkdədir. "DİA-AZ" xəbər verir ki, bu barədə ağır ittihamlar səsləndirən hüquq müdafiəçisi Samir Zeynalov "Hürriyyət TV"-nin efirində tükürpədici faktları ictimailəşdirib.
Hüquq müdafiəçisinin dediklərindən belə məlum olur ki, penitensiar xidmətin Konvoy Taboru hal-hazırda qanunsuzluq yuvasına çevrilib.
"DİA-AZ" xəbər verir ki, S.Zeynalov konkret olaraq aşağıdakı ittihamları səsləndirərək əlaqədar qurum və şəxslərdən hesabat tələb edib. Beləliklə, Penitensiar Xidmətin Konvoy Taborunda;
- Korrupsiya baş alıb gedir,
- Əməkdaşların əksəriyyəti intihar həddinə çatdırılıb,
- İşdən çıxmış keçmiş konvoyların adı altında pullar mənimsənilir,
- Konvoy Taboruna aid avtomobillərin ehtiyat hissələri maşın bazarında satılaraq qazanc əldə olunur və s.
"DİA-AZ" bildirir ki, ittiham hədəfinə çevrilən penitensiar xidmət hal-hazırda Mirsaleh Seyidovun nəzarəti altındadır və "DİA-AZ" olaraq cənab Seyidovun özbaşınalıqları ilə bağlı çox ciddi faktları təqdim etmişik.
Bu dəfə isə danışan hüquq müdafiəçisi Samir Zeynalov ilginc iddialar səsləndirir. Daha ətraflı aşağıdakı videoda: