Ermənistan və Türkiyə şirkəti arasında razılaşma əldə edildi .....                     Gənclər və İdman Nazirliyində qalmaqal .....                     “Köçəryan hakimiyyətə gəlsə, Azərbaycan onunla eyni masada oturmayacaq” .....                     “QHT işi” üzrə daha bir məhkəmə başlayıb .....                     Mədəniyyət Nazirliyində korrupsiya .....                     "Universitetlərin başı biznesə qarışıb..." .....                     Bakıda 2 nəfəri aldadıb 10 mindən çox pulunu alan tutuldu .....                     Sabiq nazirin universiteti ekspertə “düşük şərbaz” dedi .....                     "Azərikart"ın lisenziyası məhdudlaşdırılıb .....                     “Hadisəni öpməkdən imtina etdi, Murat Boz onu görən kimi qaçdı” .....                     Hansı rayonda insanlar banklara nə qədər əmanət qoyub? .....                     Neft Fondu xaricə yatırımları niyə artırır? .....                     Uzun müddət sonra Cabir İmanovun mərasimində göründü, lakin… .....                     Ermənistan ya məhv olacaq, ya... .....                     "Bir mahnı oxudum, özümə maşın aldım" .....                     Elçin Alıoğluna qarşı sui-qəsd hazırlanıb .....                     Küyə gedib diri balıq uddu, görün nə oldu? .....                     Məşhur generalın yarım milyonluq evi hərraca çıxarıldı .....                     Putin Əliyevlə görüşə hansı məqsədlə gəlir ki?.. .....                     AZƏRİQAZ-da AYRISEÇKİLİK: Kimin arxasında adamı varsa... .....                     Bakıda parkda söyüş söyən iş adamı HƏBS OLUNDU .....                     Rusiyanın QƏBƏLƏ QISQANCLIĞI... .....                     Zəhərlənmələr baş verə bilər .....                     "Bakı Kristal Zalı" ötən il 2 milyon manatdan çox zərər edib .....                     BU NƏDİ BELƏ: Naxçıvanda fərdi tikintilər dayandırılıb... .....                     “Prokurorluqda oğlanlarımın adını çəkmisən” deyərək tanışını döydü .....                     “İnterpol”un həbs etdiyi Ədilovun cinayət dosyesi .....                     Kişi başqa oğlanla söhbət edən sevgilisini döydü, sərnişin avtobusunu qaçırdı .....                     Sevindik Hətəmov xanım müavinini işdən çıxardı .....                     Kreml Putin və Azərbaycan liderinin görüşünə nikbin baxır .....                     Məhkəmə “Kapital Bank”ın vəzifəli şəxsi ilə bağlı .....                     “Yelo Bank”dan narazılıqlar ARTIR .....                     Makron ölkəsini “qaranlıq tunelə” salıb .....                     Bakı metrosunda tender hərləyən KİMDİR Kİ?.. .....                     Ermənistan və ABŞ TRIPP layihəsinin həyata keçirilməsini müzakirə edib .....                     Şamaxı Xəstəxanasının direktoru Natiq Əliyevin arxasında kim durur... .....                     Dünya yeni “Türk NATO”su ilə üz-üzədir .....                     `Naxçıvan dovğası` adı ilə... NƏBİLİMNƏ... .....                     Putinin qeyri-rəsmi həyat yoldaşı Azərbaycana təşəkkür etdi .....                     Bizi gözləyən İÇMƏLİ SU BÖHRANI... .....                 

Şamaxı Xəstəxanasının direktoru Natiq Əliyevin arxasında kim durur... – Vüqar Qurbanov, Teymur Musayev, yoxsa…
Tarix: Bu gün, 09:59 | Çap et

Adlarının hallanmasını hələləik istəməyən Bakı şəhər sakinləri, təmizlik xidmətinin işçiləri hələ sentyabr ayının 18-də redaksiyamıza müraciət edərək üzləşdikləri problemi ictimailəşdirməyimizi, aidiyyatı dövlət qurumlarının diqqətinə çatdıqmağı və Şamaxı rayon Mərkəzi Xəstəxanasında gördəkliri işə görə zəhmət haqqlarının alınmasında köməklik göstərməyimizi istəyirdilər. Bununla bağlı elə sentyabr ayının 18-də aktualinfo.org “Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? – Vüqar Qurbanova sual olunur” başlıqlı məqalə yaydı. Məqalədə göstərilən məlumatlara aydınlıq gətirilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin və TƏBİB-in mətbuat xidmətinə, ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət ünvanladıq. Lakin bu qədər vaxt keçməsinə baxmayaraq hər iki qurum məqalədə göstərilənlərə münasibət bildirmədi. Odur ki, sözügedən məqaləyə bəzi əlavələr edərək bir daha diqqətinizə çatdırırıq.

Xatırladaq ki, şikayətçilər qeyd edirlər ki, bir neçə gün əvvəl (1o-15 sentyabr tarixi aralarında) Şamaxı rayon Mərkəzi Xəstəxanasının fasadının yuyulmasına görə sifarış alıblar. Qaldırıcı yük maşını ilə Bakıdan yola düşərək bir gün səhər saat 7-dən axşam 10-a kimi Xəstəxanın şüşə fasadını yuyublar. İş bitdikdən sonra Xəstəxananın direktoru Natiq Əliyev baxış keçirib və yaxşı yuyulmadığını bəhanə edərək, xidmət üçün əvvəlcədən razılaşdıqları 1200 manatı verməkdən imtina edib. Çox mübahisədən sonra Xəstəxanasının şüşə fasadının ikinci dəfə yuyulmasına razılaşıblar. İki gün sonra isə qaldırıcı yük maşını ilə Bakıdan yola düşərək səhər saat 7-dən axşam 6-ya kimi Xəstəxanın şüşə fasadını yenə yuyublar. Xəstəxananın direktoru Natiq Əliyev yenə baxış keçirib və bu dəfə də bəyənməyərək işçilərin pulunu verməkdən imtina edib. Səbəb isə onu göstərib ki, “mən buranı cibimin pulu ilə yuduzdururam, yaxşı iş görməmisiniz, cibimin pulunu sizə niyə verməliyəm”.

Məsələyə aydınlıq gətirmək məqsədi ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının təsərrüfat şöbəsinin müdiri Ziyadxan adlı şəxslə əlaqə saxladıq. O, qeyd etdi ki, mən bilmirəm o işi direktor özü danışıb, özündən soruşun. Ondan xahiş etdik ki, məsələ ictimailəşmədən öncə direktorun diqqətinə çatdırın.Bir neçə saatdan sonra yenidən əlaqə saxladıqda Ziyadxan müəllim dedi ki, “direktorun diqqətinə çatdırdım, amma heç nə demədi”.

Aktualinfo.org Şamaxı rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyevin fəaliyyəti barədə araşdırma apardı. Məlum oldu ki, Natiq Tahir oğlu Əliyev TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına 2025-ci ilin iyulun 29-da direktor təyin edilib. Natiq Əliyev daha əvvəl Hacıqabul rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edib. Ondan əvvəl isə Mərkəzi Neftçilər Xəstəxanasının Sənaye təbabət bölməsinin müdiri və TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü kimi fəaliyyət göstərib. Natiq Əliyev 02.07.1995-ci ildə Şirvan şəhərində anadan olub, 2012-ci ildə Şirvan şəhər Məftun Osmanov adına 20 saylı orta məktəbi bitirib. 2013 -2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb Fakultəsində təhsil alıb. İxtisasca infeksionist olan Natiq Əliyev gənc həkimdir.

Göründüyü kimi TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Naxçıvan Dövlət Universitetinin Tibb Fakultəsini yeddi il əvvəl bitirmiş bir şəxsi Şamaxı rayon Mərkəzi Xəstəxanasının direktoru təyin edib. (Azərbaycan Tibb Universitetini bitirənlər karyera pillələrini belə sürətlə niyə qalxa bilmir?) TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Natiq Əliyevi hələ 2023-cü ildə, 28 yaşında Hacıqabul rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə çəkmişdir.

Sual yaranır. Tibb sahəsində hansı xidmətlərinə görə?

Mediada yayılmış avtobioqrafiyasında göstərilir ki, 2013-2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində, 2018-2022-ci illər ərzində isə yoluxucu xəstəliklər üzrə rezidentura təhsili alıb. 2019-2020-ci illərdə Türkiyənin “Kocaeli Üniversitesi Araştırma ve Uygulama Hastanesi”ndə infeksion xəstəliklər və klinik mikrobiologiya bölməsində, 2020-2022-ci illər ərzində “Marmara Üniversitesi”ndə təhsilini davam etdirib. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə ikinci ali təhsil alır.

N.Əliyev 2018-2021-ci illərdə Naxçıvan Respublika Gigiyena və Epidemiologiya Mərkəzində həkim-laborant, 2021-2022-ci illərdə sanitar həkim vəzifəsində çalışıb. 2020-2022-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-infeksionist, yeni təyinatınadək isə Sənaye Təbabət bölməsinin müdiri vəzifəsində çalışıb. N.Əliyev 2018-2019-cu illərdə Naxçıvan Tibb Kollecində müəllim, 2023-cü ildən etibarən isə UNEC Biznes Məktəbində (MBA) səhiyyənin idarə edilməsi ixtisası üzrə müəllim vəzifəsində çalışır.

Avtobioqrafiyasından da göründüyü kimi, Natiq Əliyev 2021-2022-ci illərdə sanitar həkim vəzifəsində çalışıb. Bəs necə olub ki, bu sanitar həkim bir ildən sonra Hacıqabul rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyinat alıb? Yenə sual yaranır. Tibb sahəsində hansı xidmətlərinə görə?

Əldə etdiyimiz məlumatlara görə Natiq Əliyevin anası Şirvan şəhərində tanınmış bir həkimdir. Çox güman ki, Natiq Əliyevin karyerasındakı yüksəliş də buradan qaynaqlanır.

Qayıdaq təmizlik xidmətinin işçilərinin pulunun verilməməsi məsələsinə. Qeyd etdiyimiz kimi Şamaxı rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev məsələyə heç bir münasibət bildirmədi. Odur ki, suallarımızı buradan TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanova ünvanlayırıq.

Şamaxı rayon Mərkəzi Xəstəxanası kimi mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-ə tabeli dövlət qurumudur?

TƏBİB-ə tabeli dövlət qurumu olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanası təmizlik kimi xidmətlərin görülməsi üçün nə üçün müqavilə bağlamır?

Satınalmaların portalına yerləşdirilmiş məlumata görə Şamaxı rayon Mərkəzi Xəstəxanası 18.12.2024-cü ildə balansında olan binalarda və həyətyanı sahələrdə cari təmir işlərinin satınalınması üzrə “LOKAL GROUP” MMC ilə 135.606,66 manat məbləğində müqavilə bağlayıb.

Düzdür, bu müqavilə Natiq Əliyevin dövründə bağlanmayıb. Satınalmaların portalına yerləşdirilmiş məlumata görə 04.11.2024-ci ildə başlanan açıq tender 18.12.2024-cü ildə yekunlaşdırılıb. Satınalma müqaviləsi isə çox güman ki, 2025-ci ilin əvvəllərində bağlanılıb. Məlumatlara görə isə sentyabr ayında Şamaxı rayon Mərkəzi Xəstəxanasının texniki işçiləri həyətyanı sahələrdə oturacaqları rəngləyiblər. Xəstəxananın həyətyanı sahələrdə cari təmir işlərinin satınalınmasına ayrılmış 135 min manat haralara xərclənib?

Qeyd edək ki, 26.07.2025-ci ildə isə Şamaxı rayon Mərkəzi Xəstəxanası sanitariya-gigiyena və digər xidmət haqqı xərclərinin (dezinfeksiya işlərinin görülməsi) satınalınması üzrə “ECOMEDİ” QSC ilə 17.886,44 manat məbləğində müqavilə bağlayıb.

Qazanxana və cillerin ehtiyat hissələrinin təmiri xidmətlərinin satınalınması üzrə keçirilmiş kotirovka sorğusu isə 30.09.2025-ci ildə yekunlaşdırılıb və “GUE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 62.279,22 manat məbləğində müqavlə bağlamağı planlaşdırır.

Belə olan halda Natiq Əliyevin direktoru olduğu Şamaxı rayon Mərkəzi Xəstəxanası şüşə fasadın yuyulması üzrə niyə müqavilə bağlamayıb?

Natiq Əliyev Xəstəxanada abadlıq işlərinə niyə cibindən pul xərcləyir? Şamaxı rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev aylıq əmək haqqı nə qədərdir ki, Xəstəxanada abadlıq işlərinə cibinin pulunu xərcləyir?

TƏBİB-ə tabeli dövlət müəssisələrində rəhbər vəzifəli şəxslərin mühafizəçi ştataı varmı? Gənc kadr Natiq Əliyevin yanında gəzdirdiyi mühafizəçilərə maaşı kim verir, TƏBİB, yoxsa direktor?

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanova və Səhiyyə naziri Teymur Musayevə ünvanladığımız suallara cavab verilmədi. Belə çıxır ki, gənc kadrı Natiq Əliyevdi elə onlardan biri himayə edir edir, arxasında dayanır ki, o da bu kimi özbaşınalıqlara yol verir. Müqavilə bağlamadan iş sifariş verir, sifariş etdiyi işin zəhmət haqqını isə ödəmir.

Bir də, əldə etdiyimiz yeni məlumatlara görə Natiq Əliyevin karyerasında belə sürətli yüksəlişə səbəb başqa bir nəfər də var. Onun da yüksək çinli bir məmur olduğu söylənilir. Pandemiya dövründə, Natiq Əliyevin Mərkəzi Neftçilər Xəstəxanasında həkim-infeksionist işlədiyi zaman həmin məmurun yaxının qayğısına çox qaldığı soylənilir. Bu barədə də növbəti yazılarımızda.

Aktualinfo.org











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan və Türkiyə şirkəti arasında razılaşma əldə edildi - KİV
Bu gün, 13:13
Gənclər və İdman Nazirliyində qalmaqal – WRO qalibləri diskvalifikasiya edildi, valideynlər kömək istəyir
Bu gün, 13:05
“Köçəryan hakimiyyətə gəlsə, Azərbaycan onunla eyni masada oturmayacaq” -HƏRBİ EKSPERT
Bu gün, 13:01
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb - TƏFƏRRÜAT
Bu gün, 12:59
Mədəniyyət Nazirliyində korrupsiya - RƏSMİ İFŞA!
Bu gün, 12:55
"Universitetlərin başı biznesə qarışıb..." – REYTİNQ SAXTAKARLIĞI AÇIQLANDI
Bu gün, 12:47
Bakıda 2 nəfəri aldadıb 10 mindən çox pulunu alan tutuldu
Bu gün, 12:43
Sabiq nazirin universiteti ekspertə “düşük şərbaz” dedi - Qalmaqal başladı
Bu gün, 12:36
"Azərikart"ın lisenziyası məhdudlaşdırılıb
Bu gün, 12:32
“Hadisəni öpməkdən imtina etdi, Murat Boz onu görən kimi qaçdı” - azərbaycanlı müğənni illər sonra ETİRAF ETDİ
Bu gün, 12:12
Hansı rayonda insanlar banklara nə qədər əmanət qoyub? - SİYAHI
Bu gün, 12:08
Neft Fondu xaricə yatırımları niyə artırır? – SƏBƏBLƏR
Bu gün, 12:01
Uzun müddət sonra Cabir İmanovun mərasimində göründü, lakin… – Sərt sözlər
Bu gün, 11:57
Ermənistan ya məhv olacaq, ya... - Vigen Avetis
Bu gün, 11:48
"Bir mahnı oxudum, özümə maşın aldım"
Bu gün, 11:31
Elçin Alıoğluna qarşı sui-qəsd hazırlanıb - TƏFƏRRÜAT
Bu gün, 11:27
Küyə gedib diri balıq uddu, görün nə oldu? - ŞOK VİDEO
Bu gün, 11:25
Məşhur generalın yarım milyonluq evi hərraca çıxarıldı - DETALLAR
Bu gün, 11:22
Putin Əliyevlə görüşə hansı məqsədlə gəlir ki?.. - AKTUAL
Bu gün, 11:19
AZƏRİQAZ-da AYRISEÇKİLİK: Kimin arxasında adamı varsa... - "Yaşlı nəsildən olan işçiləri atırlar əraziyə..."
Bu gün, 11:15
Bakıda parkda söyüş söyən iş adamı HƏBS OLUNDU
Bu gün, 11:03
Rusiyanın QƏBƏLƏ QISQANCLIĞI... - QƏRƏZ ORTADADIR...
Bu gün, 11:01
Zəhərlənmələr baş verə bilər - İSTEHLAKÇILARA XƏBƏRDARLIQ
Bu gün, 10:54
"Bakı Kristal Zalı" ötən il 2 milyon manatdan çox zərər edib
Bu gün, 10:48
BU NƏDİ BELƏ: Naxçıvanda fərdi tikintilər dayandırılıb... - səbəbi isə ODUR Kİ...
Bu gün, 10:34
“Prokurorluqda oğlanlarımın adını çəkmisən” deyərək tanışını döydü - CƏZA
Bu gün, 10:30
“İnterpol”un həbs etdiyi Ədilovun cinayət dosyesi - "Zavodu satıb yoxa çıxdı"
Bu gün, 10:28
Kişi başqa oğlanla söhbət edən sevgilisini döydü, sərnişin avtobusunu qaçırdı - TƏFƏRRÜAT
Bu gün, 10:26
Sevindik Hətəmov xanım müavinini işdən çıxardı - FOTO
Bu gün, 10:25
Kreml Putin və Azərbaycan liderinin görüşünə nikbin baxır
Bu gün, 10:13
Məhkəmə “Kapital Bank”ın vəzifəli şəxsi ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:11
“Yelo Bank”dan narazılıqlar ARTIR – Bank müştərilərin etimadını necə İTİRDİ?
Bu gün, 10:09
Makron ölkəsini “qaranlıq tunelə” salıb - ŞƏRH
Bu gün, 10:08
Bakı metrosunda tender hərləyən KİMDİR Kİ?.. - TƏFƏRRÜAT
Bu gün, 10:04
Ermənistan və ABŞ TRIPP layihəsinin həyata keçirilməsini müzakirə edib
Bu gün, 10:00
Şamaxı Xəstəxanasının direktoru Natiq Əliyevin arxasında kim durur... – Vüqar Qurbanov, Teymur Musayev, yoxsa…
Bu gün, 09:59
Dünya yeni “Türk NATO”su ilə üz-üzədir - GƏLİŞMƏ
Bu gün, 09:50
`Naxçıvan dovğası` adı ilə... NƏBİLİMNƏ... - GİLEY
Bu gün, 09:43
Putinin qeyri-rəsmi həyat yoldaşı Azərbaycana təşəkkür etdi - BUNA GÖRƏ...
Bu gün, 09:31
Bizi gözləyən İÇMƏLİ SU BÖHRANI... - NƏ ETMƏLİ?
Bu gün, 09:25
Döyülən uşağın SON HALI: “Müəllim məni yenə döyəcək” - Valideynləri narahatdır...
Bu gün, 09:22
Paşinyanın impiçmenti məsələsi Ermənistan parlamentinin gündəmindədir - KİV
Bu gün, 09:18
Bakı İrəvana əlavə şərt qoyub? - Mirzoyan ziddiyyətli danışdı
Bu gün, 09:14
“Arkoz İnşaat Şirkəti”nin vergi borcu 225 min manatı ötüb
Bu gün, 09:10
“Kontakt Home” və “Baku Elektroniks”ə boykot çağırışı - Camaatı BOĞAZA YIĞIBLAR...
Bu gün, 09:01
“Pilgrim Education”la bağlı İLGİNC İDDİALAR... - NARAZILIQ VAR...
Bu gün, 08:59
Üç liderin Ağ Evdə təsdiqlədiyi sənədlərlə bağlı axmaq iddia... - BAKIDAN REAKSİYA
Bu gün, 08:55
İlham Əliyev 22 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Bu gün, 08:51
Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı
Bu gün, 08:49
Naxçıvanda pensiya HOQQASI: pulu banka qoyub faiz götürürlər? - Bəs niyə vaxtında verilmir?
Bu gün, 07:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru