Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də müsbət və konstruktiv telefon danışığı zamanı görüşmək barədə razılığa gəliblər.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O vurğulayıb ki, Kreml görüşə nikbin baxır və prezidentlər problemli məsələləri müzakirə edəcəklər.