Bakıda mənzil almaq üçün bu qədər işləmək lazımdır: .....                     Rusiyadan Suriyadakı hərbi bazaları çıxarmaq tələbi .....                     Maaş verilməsində yeni qayda: .....                     Akademik Təşviqdən Saxtakarlığa: Azərbaycanda Elmi Etikanın Deqradasiyası .....                     Saakaşvilidən Merkelə reaksiya: .....                     AQTA-nın tövsiyyə etdiyi məhlul su çənlərini deşib .....                     Paşinyan və Putin arasında telefon danışığı olub .....                     Moskvanı ikinci dəfə məğlub etdi, səssizlik pozuldu .....                     Milyonluq mənimsəmədə ittiham olunan şəxsə hökm oxunub .....                     Bu, Ermənistanda inqilaba səbəb olacaq .....                     66 yaşlı qadın olmayan evini satmaq istədi .....                     ETSN Qobudakı Kərpic Zavodunu `SAĞMAL İNƏYƏ ÇEVİRİB`? .....                     TDT dünya türklərinin güc mərkəzinə çevrilməlidir .....                     Bankların sildiyi 56 milyon kredit KİMİNDİR? .....                     Türk dünyası qlobal gücə doğru inamla yüksəlir .....                     Rəhimovun “politoloqu” Kremlin çirkin təbliğatını aparır .....                     Bakıda yayılan xəstəlik COVID-dir? .....                     HALAL TOYUQ BUDURSA... HARAMINA ŞÜKÜR! .....                     DOST Agentliyi icarəyə götürmək üçün ofis axtarır .....                     XII Zirvə görüşünün Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Əhməd əl-Şaraa Suriya Demokratik Qüvvələrinin lideri ilə görüşüb .....                     Dövlət Statistika Komitəsi əməlli-başlı MƏZƏ ÇIRTLADIR... .....                     Paşinyandan Köçəryana .....                     Ermənistan TŞ sədri Rusiya səfiri ilə regional hadisələri müzakirə edib .....                     Azərbaycanda doğum nisbəti ən aşağı səviyyəyə düşüb .....                     20 manatlıq sement şirkətinin 133,5 min manatlıq vergi borcu var .....                     Azərbaycanda məşhur iş adamı həbsxanada vəfat etdi .....                     “AŞ rəsmilərinin Azərbaycana buraxılması təqdirəlayiq addımdır” .....                     Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi .....                     Dövlət Gömrük Komitəsi Emin Əmrullayevi cərimələtdirdi .....                     Saleh Məmmədovun SEVİMLİSİ... Balakəndə PEYDA OLDU... .....                     Həmidə Ömərovaya AKİ-dən böyük hədiyyə .....                     “Kimsə Azərbaycan daxilinə hansısa digər ölkənin problemlər toplusunu yerləşdirməyə cəhd etməsin, xalqımız məsələləri həll edə bilir” .....                     Bakıda daha bir tarixi binanı YER ÜZÜNDƏN SİLİRLƏR... .....                     “Kontakt Home”, “Baku Elektroniks” qara siyahıda… .....                     Xəritəyə baxın, Azərbaycan... .....                     AZAL-ın 45 yaşlı idarə rəisi vəfat etdi .....                     "5 manat gəliri olana 6 manat borc verilməməlidir" .....                     Zahidə Günəşin boşanma SƏBƏBİ .....                     Rusiya NATO ilə müharibəyə hazırlığın birinci mərhələsindədir .....                 

Rəhimovun “politoloqu” Kremlin çirkin təbliğatını aparır - ŞOK VİDEO
Tarix: Bu gün, 15:51 | Çap et

Bu günlərdə ARB kanalı hansısa “arxivdən” tapdığı Azad Məsiyev adlı bir nəfəri “politoloq” adı ilə efirə çıxarıb. “Ukrayna” sözünü belə düz-əməlli tələffüz edə bilməyən bu başabəla “politoloq” sözügedən kanalın efirində səsi titrəyə-titrəyə, dili topuq vura-vura (görünür, haqsız olduğunu bildiyi üçün) Rusiyanın Ukrayna ərazilərini işğal etməsinə haqq qazandırır, Vladimir Putini “göylərə qaldırır”, onu “dünyada öz sözünün sahibi olan nadir lider” adlandırır.

"DİA-AZ" azpolitika.info-ya istinadən xəbər verir ki, adam, demək olar ki, Rusiyaya işləyən və buna görə hazırda vətənə xəyanət maddəsilə həbsdə yatan Nəzakət Məmmədovanın kişi variantıdır.

Bu da təəccüblü deyil. Çünki həmin bu Məsiyev “Putinin dostu”, milyarder İlham Rəhimovun rəsmi köməkçisidir. Bundan əvvəl Ədalət Partiyasının sədri, mərhum İlyas İsmayılovun köməkçisi olub. Rəhimovla İsmayılovun münasibətləri korlananda isə öz sədrinə üz çevirərək, İlham Rəhimovun yanına gedib. Məsiyevin Putinə “ülvi məhəbbəti”nin, qatı rusiyapərəst şərhlərinin və ARB-nin efirinə çıxarılmasının da arxasında Rəhimovun kölgəsi aydın görünür…

Afrikaya “Afirqa” deyən, bildiyi və bilmədiyi məsələlərdən ağzı köpüklənə-köpüklənə danışan Məsiyev iddia edir ki, guya Rusiyanın Ukraynadakı müharibəsi özünümüdafiə xarakteri daşıyır: “Rusiya “ən yaxşı müdafiə hücumdur” prinsipini tətbiq edir və Ukraynada öz gücünü göstərir… Rusiya Prezidentinin bir sözü var: “Neynirəm o dünyanı ki, orada “Rassiya” yoxdur?” Putin lazım olsa, mütləq nüvə silahı addımına da gedəcək…”

Və bütün bu cəfəngiyyat Azərbaycan kanalının efirinə verilir…

Adam Ukraynanın işğalına, dinc əhalinin qırılmasına, beynəlxalq hüququn, ədalətin vəhşicəsinə pozulmasına, Rusiyanın törətdiyi hərbi cinayətlərə qırmızı-qırmızı haqq qazandırır. Hansı ki, əsrlər boyu rus işğalından, son 30 ildə isə Rusiya dəstəyilə erməni işğalından əziyyət çəkmiş bir dövlətin – Azərbaycanın vətəndaşının bütün bunları dilə gətirməyə nə şüuru, nə insanlığı, nə də vicdanı yol verməməlidir. Əgər təbii ki, o adamda bunlar varsa…

Məsiyevin “rus sevgisi” deyəsən, gözlərini də kor edib. Yəqin, ona görə iddia edir ki, guya “Rusiyada müharibə hiss olunmur” və rus ordusu Ukraynanı uğurla işğal edir, irəliləyir və sair. Hansı ki, hazırda gündə bir neft emalı zavodu yanan, benzin növbələri günbəgün artan, iqtisadiyyatı kiçilən, dünya bazarlarındakı yerini itirən, Milli Rifah Fondu əriyən, Ukraynada bir milyona yaxın itki verən yaramaz bir hakimiyyətin yaratdığı bu rəzaləti heç Kremlin ən qızğın, başıpozuq təbliğatçıları belə Məsiyev kimi həyasızcasına “ört-basdır” etmirlər.

Məsiyev isə şefi “Putin İlham”-ın şərəfinə “Papadan artıq katoliklik edir”. Fəxrlə Rusiya ordusunun irəliləməsindən danışan bu “Rusiya aşiqinə” biriləri həm də desin ki, həmin bu ordu 4 ildir Donbas bataqlığından çıxa bilmir və hazırda tutduğu ərazi 3 il bundan əvvəl işğal etdiyi ərazidən kiçikdir…

Qərbin guya parçalandığına və bunun Putinin siyasi qələbəsi olduğuna dair iddialara gəlincə, əksinə, bu işğalçılıq müharibəsi Qərbi birləşdirdi və hərbi potensialını artırmağa məcbur etdi.

Ukrayna xalqının şəffaf, azad seçiminə də dil uzadan Məsiyev Zelenskini “Ukrayna üçün bəla” adlandırır, ən primitiv politoloqa belə yaraşmayan şəkildə hər şeyi onun – yəni, bir nəfərin üzərinə atır. Sonra yenə işğala haqq qazandıraraq, “müharibənin ilkin səbəblərinin” olduğunu deyir. Bununla da Kremlin mənfur narrativlərini olduğu kimi təkrarlayır.

Adam iddia edir ki, guya Ukrayna müharibəsinin başlamasının səbəbi NATO-nun Ukrayna vasitəsilə Rusiya sərhədlərinə yaxınlaşmasıdır. Tamamilə saxta arqument və bəhanə olduğu milyon dəfələrlə sübut olunan bu iddiadan fərqli olaraq, Rusiyanın özündə “Z-patriotlar” müharibənin başlanmasında əsas məqsədin işğalçılıq və SSRİ-nin bərpası olduğunu etiraf edir və bunu fəxrlə bəyan edirlər. Digər yandan, Rusiya zatən 4 yandan NATO ilə əhatə olunmuşdu, Pribaltika ölkələri 20 ildən çoxdur NATO-dadır və onlardan Moskvaya, Sankt-Peterburqa məsafə daha yaxındır, nəinki Ukraynadan. Müharibə başlayandan sonra isə əlavə olaraq Kremlin “qulağının dibindəki” Finlandiya və İsveç də Alyansa qoşulub.

Ölkəmizin əsas təbii strateji tərəfdaşı – qardaş Türkiyənin də NATO dövləti olduğunu, Azərbaycanın öz ordusunu Türkiyə standartlarına uyğunlaşdırdığını gözardı edən bu adam Alyansı şər qüvvə kimi təqdim edir. Baxmayaraq ki, bu təşkilat sırf müdafiə xarakterlidir və yarandığı gündən Rusiyadan fərqli olaraq, kiməsə hücum etməyib və kimsəni işğal etməyib.

Məsiyev açıq şəkildə ARB-nin efirində solovyovluq, simonyanlıq, skabeyevalıq edir. Aparıcı isə onun bu cəfəngiyyatına qulaq asır. Kremlin “ilkin səbəblər” bəhanəsini təkrarlayan bu “politoloq”a deyən yoxdur ki, Kreml istənilən qonşusuna, o cümlədən Azərbaycana qarşı da müharibəyə başlamaq üçün istədiyi qədər “ilkin səbəb” uydura bilər, necə ki, hazırda uydurur da. Bu gün Mardan, Solovyov və digərləri Azərbaycana dair bu “səbəbləri” artıq səsləndirməkdədirlər – ölkəmizi gah Türkiyə ilə birləşərək, NATO-nu Qafqaza gətirməkdə, gah Dağıstana iddia etməkdə, gah İrana qarşı hücumda İsrailə kömək etməkdə, gah rusofobluqda, gah Ukraynaya hərbi yardımda günahlandırırlar. Və artıq növbəti “SVO”-nun ya Qazaxıstana, ya da Azərbaycana qarşı olacağına dair sərsəm iddialar səsləndirilər. Bəs ARB-nin efirə çıxardığı bu “rusbaş” bunları görmür, eşitmir?

Görünür, Rusiya Azərbaycana qarşı da “ilkin səbəblər” bəhanəsilə təxribat, təcavüz aktı törətsə, bu “politoloq” eyni “uğurla” yenə Kremli müdafiə edəcək. Çünki tapşırıq belə olacaq…

Məyusedici hal həm də budur ki, sözügedən televiziya siyasi savadı və məqsədi, yumşaq desək, şübhə doğuran birisini “politoloq” kimi millətə sırıyır, bu cür idbar, bərbad Kreml təbliğatını Azərbaycan dilində efirə verir, bununla da Azərbaycan cəmiyyəti üçün təhlükə yaradır. Məqsəd nədir?

Axı bu adamın yeri Azərbaycan kanalı yox, Solovyovun, Simonyanın, Skabeyevanın verilişləridir! İlham Rəhimov zəhmət çəkib, bunu nədən Rusiya kanallarına çıxarmır?

Az qala Putin və Medvedev kimi, Rusiyanın dilindən dünyanı nüvə silahı ilə təhdid edən Məsiyev deyir: “Rusiya Ptrezidenti Putinlə zarafat eləməsinlər. O, sözünün və imzasının sahibi olan liderdir…”

Dayazlığın göstəricisi olan bu iddianın əksinə olaraq, misal kimi göstərmək olar ki, Putin dəfələrlə sözünü çeynəmiş, imzasını tapdamış, bir şey deyib, başqa şey edən, bu gün dediyini sabah inkar etmiş birisidir. Hakimiyyətin ilk on ilində bu adam dəfələrlə qəti şəkildə Krımın Ukrayna ərazisi olduğunu demiş, bununla bağlı ikitərəfli sənədlər imzalamış, sonrakı illərdə isə heç vaxt Ukrayna ilə müharibə aparmayacağını bəyan etmişdi. Həmçinin, rusiyalılara müharibələrə, korrupsiyaya, saxtakarlığa, talançılığa və s. son qoyacağına, onları “ağ günə çıxaracağına” söz vermişdi. Buna dair çoxsaylı videokadrlar, əyani sübutlar var. Amma sonradan bütün dediklərinin əksini etdi. Budur “sözünün sahibi” olmaq?

Ən əsası, Azərbaycanla strateji tərəfdaşlığa bərabər “Qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalayan Məsiyevin və Rəhimovun “lider”i – Putin indi həmin imzasının içinə edərək, ölkəmizə, millətimizə qarşı açıq düşmənçilik siyasəti aparmaqla, öz təbliğat tulalarını Azərbaycanın üstünə hürdürməklə məşğuldur. Azərbaycanın Ukraynadakı enerji infrastrukturunu vurduran da, Rusiyadakı azərbaycanlılara qarşı repressiyaları sifariş verən də, Azərbaycanın sərnişin təyyarəsini vurub, saymazlıqla məsuliyyətdən qaçan, özünü axmaqlığa qoyan da, bundan əvvəl Qarabağa “sülhməramlı” adı ilə soxulan da, ermənilərə silah verən də həmin bu “sözünün sahibi olan lider”dir – Putindir!

Bütün bunlardan sonra onu “göylərə qaldırmaq” üçün ya gərək ağıldan kəm, ya da açıq vətən xaini olasan











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda mənzil almaq üçün bu qədər işləmək lazımdır: - Özü də fasiləsiz...
Bu gün, 18:01
Rusiyadan Suriyadakı hərbi bazaları çıxarmaq tələbi AKTUALLAŞIR
Bu gün, 17:46
Maaş verilməsində yeni qayda: - Nəylə nəticələnəcək?
Bu gün, 17:41
Akademik Təşviqdən Saxtakarlığa: Azərbaycanda Elmi Etikanın Deqradasiyası - MALƏSƏF...
Bu gün, 17:34
Saakaşvilidən Merkelə reaksiya: -Eyni şeyi Sarkozi mənə demişdi
Bu gün, 17:30
AQTA-nın tövsiyyə etdiyi məhlul su çənlərini deşib - BU NƏDİ BELƏ?
Bu gün, 17:23
Paşinyan və Putin arasında telefon danışığı olub - KİV
Bu gün, 17:19
Moskvanı ikinci dəfə məğlub etdi, səssizlik pozuldu – Yeni cəbhə anonsu
Bu gün, 17:17
Milyonluq mənimsəmədə ittiham olunan şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 17:00
Bu, Ermənistanda inqilaba səbəb olacaq - Robert Köçəryan
Bu gün, 16:41
66 yaşlı qadın olmayan evini satmaq istədi - Həbs olundu
Bu gün, 16:25
ETSN Qobudakı Kərpic Zavodunu `SAĞMAL İNƏYƏ ÇEVİRİB`? - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 16:22
TDT dünya türklərinin güc mərkəzinə çevrilməlidir - ÇAĞIRIŞ
Bu gün, 16:08
Bankların sildiyi 56 milyon kredit KİMİNDİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:02
Türk dünyası qlobal gücə doğru inamla yüksəlir - MƏQALƏ
Bu gün, 15:53
Rəhimovun “politoloqu” Kremlin çirkin təbliğatını aparır - ŞOK VİDEO
Bu gün, 15:51
Bakıda yayılan xəstəlik COVID-dir? - Yoluxduqda bunları edin...
Bu gün, 15:48
HALAL TOYUQ BUDURSA... HARAMINA ŞÜKÜR! - FOTOFAKT
Bu gün, 15:42
DOST Agentliyi icarəyə götürmək üçün ofis axtarır – 189 min manata
Bu gün, 15:38
XII Zirvə görüşünün Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 15:35
Əhməd əl-Şaraa Suriya Demokratik Qüvvələrinin lideri ilə görüşüb - AFP
Bu gün, 15:32
Dövlət Statistika Komitəsi əməlli-başlı MƏZƏ ÇIRTLADIR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 15:29
Paşinyandan Köçəryana ŞOK SUAL
Bu gün, 15:24
Ermənistan TŞ sədri Rusiya səfiri ilə regional hadisələri müzakirə edib
Bu gün, 13:58
Azərbaycanda doğum nisbəti ən aşağı səviyyəyə düşüb – Dünyada son sıralardayıq
Bu gün, 13:09
20 manatlıq sement şirkətinin 133,5 min manatlıq vergi borcu var
Bu gün, 13:05
Azərbaycanda məşhur iş adamı həbsxanada vəfat etdi
Bu gün, 13:01
“AŞ rəsmilərinin Azərbaycana buraxılması təqdirəlayiq addımdır” - Vəkil Elçin Sadıqov
Bu gün, 12:58
Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 12:51
Dövlət Gömrük Komitəsi Emin Əmrullayevi cərimələtdirdi - DETALLAR
Bu gün, 12:49
Saleh Məmmədovun SEVİMLİSİ... Balakəndə PEYDA OLDU... - İcazə verin, şübhələnək...
Bu gün, 12:44
Həmidə Ömərovaya AKİ-dən böyük hədiyyə - “Çox arzularım var, onları...”
Bu gün, 12:40
“Kimsə Azərbaycan daxilinə hansısa digər ölkənin problemlər toplusunu yerləşdirməyə cəhd etməsin, xalqımız məsələləri həll edə bilir” - deputat
Bu gün, 12:36
Bakıda daha bir tarixi binanı YER ÜZÜNDƏN SİLİRLƏR... - AXI NİYƏ?
Bu gün, 12:32
“Kontakt Home”, “Baku Elektroniks” qara siyahıda… - “Bu şirkətləri baykot edin”
Bu gün, 12:21
Xəritəyə baxın, Azərbaycan... - Robert Köçəryan
Bu gün, 12:15
AZAL-ın 45 yaşlı idarə rəisi vəfat etdi
Bu gün, 12:12
"5 manat gəliri olana 6 manat borc verilməməlidir" - AMB rəsmisi
Bu gün, 12:00
Zahidə Günəşin boşanma SƏBƏBİ - ”Buna görə uzaqlaşdım”
Bu gün, 11:53
Rusiya NATO ilə müharibəyə hazırlığın birinci mərhələsindədir - ISW
Bu gün, 11:49
TDT-yə qoşulmaq istəyənlər var... - ONA GÖRƏ DƏ...
Bu gün, 11:47
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -Ölkəni fəlakətə aparırlar...
Bu gün, 11:44
Dövlət qurumunda rəhbərliyə təyinat olub - ƏMR
Bu gün, 11:37
Bakıda iki məşhur MTK külli miqdarda borca düşüb - TƏFSİLAT
Bu gün, 11:35
Ermənistan artıq Rusiyaya etimad göstərmir, bazanın çıxarılması gündəmdədir
Bu gün, 11:27
Sülh sazişi layihəsində konstitusiyaya dəyişiklik yoxdur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:24
Başqa ölkələrdəki seçkilərə Rusiya müdaxiləsi: uğursuz və uğurlu cəhdlər - TƏFSİLAT
Bu gün, 11:21
İTS məşhur şirkətdən 45 min manatlıq SMS alır
Bu gün, 11:18
Toyda “spirtli içkini çox içmə” deyən bibisi oğlunu bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 11:13
Ekspert Xəzər və Qərbi Kaspi Universitetlərinin saxtakarlığını üzə çıxardı – FOTO
Bu gün, 11:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru