“Xəzər-2011” MMC riskli vergi ödəyicisi siyahısına daxil edilib
“Xəzər-2011” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Vergi Məcəlləsini pozub.
32gun.az xəbər verir ki, bunun üçün şirkət iqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən riskli vergi ödəyicisi kimi qeydə alınıb.
Şirkətin qanuni təmsilçisi Mübariz İsayev Rəhman oğlu, nizamnamə kapitalı 50 manatdır. Şirkətin ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Mikrorayon 7, ev 3A, mənzil 106.
Mediada gedən məlumatlara görə “Xəzər-2011” MMC “Aztelekom” MMC-nin tabeliyində olan bəzi rayonlarda ATS-lərin təmir-tikinti işlərini həyata keçirib. Ümumilikdə şirkətin hesabına təxminən 250.000 manat vəsait köçürülüb. Bu məbləğin 18 faizi əlavə dəyər vergisi, 0,5 faizi isə bank xidmət haqqı kimi çıxılıb. Bankdan nağdlaşdırılan vəsaitin böyük hissəsi Vilayət Səlimova verilib, iş həcmlərinin dəyərinin şişirdilməsi nəticəsində isə 308.087 manat əlavə vəsait əldə olunub. Həmin pulun 200.000 manatı Vilayət Səlimov vasitəsilə “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova göndərilib.