Bakıda mənzil almaq üçün bu qədər işləmək lazımdır: .....                     Rusiyadan Suriyadakı hərbi bazaları çıxarmaq tələbi .....                     Maaş verilməsində yeni qayda: .....                     Akademik Təşviqdən Saxtakarlığa: Azərbaycanda Elmi Etikanın Deqradasiyası .....                     Saakaşvilidən Merkelə reaksiya: .....                     AQTA-nın tövsiyyə etdiyi məhlul su çənlərini deşib .....                     Paşinyan və Putin arasında telefon danışığı olub .....                     Moskvanı ikinci dəfə məğlub etdi, səssizlik pozuldu .....                     Milyonluq mənimsəmədə ittiham olunan şəxsə hökm oxunub .....                     Bu, Ermənistanda inqilaba səbəb olacaq .....                     66 yaşlı qadın olmayan evini satmaq istədi .....                     ETSN Qobudakı Kərpic Zavodunu `SAĞMAL İNƏYƏ ÇEVİRİB`? .....                     TDT dünya türklərinin güc mərkəzinə çevrilməlidir .....                     Bankların sildiyi 56 milyon kredit KİMİNDİR? .....                     Türk dünyası qlobal gücə doğru inamla yüksəlir .....                     Rəhimovun “politoloqu” Kremlin çirkin təbliğatını aparır .....                     Bakıda yayılan xəstəlik COVID-dir? .....                     HALAL TOYUQ BUDURSA... HARAMINA ŞÜKÜR! .....                     DOST Agentliyi icarəyə götürmək üçün ofis axtarır .....                     XII Zirvə görüşünün Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Əhməd əl-Şaraa Suriya Demokratik Qüvvələrinin lideri ilə görüşüb .....                     Dövlət Statistika Komitəsi əməlli-başlı MƏZƏ ÇIRTLADIR... .....                     Paşinyandan Köçəryana .....                     Ermənistan TŞ sədri Rusiya səfiri ilə regional hadisələri müzakirə edib .....                     Azərbaycanda doğum nisbəti ən aşağı səviyyəyə düşüb .....                     20 manatlıq sement şirkətinin 133,5 min manatlıq vergi borcu var .....                     Azərbaycanda məşhur iş adamı həbsxanada vəfat etdi .....                     “AŞ rəsmilərinin Azərbaycana buraxılması təqdirəlayiq addımdır” .....                     Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi .....                     Dövlət Gömrük Komitəsi Emin Əmrullayevi cərimələtdirdi .....                     Saleh Məmmədovun SEVİMLİSİ... Balakəndə PEYDA OLDU... .....                     Həmidə Ömərovaya AKİ-dən böyük hədiyyə .....                     “Kimsə Azərbaycan daxilinə hansısa digər ölkənin problemlər toplusunu yerləşdirməyə cəhd etməsin, xalqımız məsələləri həll edə bilir” .....                     Bakıda daha bir tarixi binanı YER ÜZÜNDƏN SİLİRLƏR... .....                     “Kontakt Home”, “Baku Elektroniks” qara siyahıda… .....                     Xəritəyə baxın, Azərbaycan... .....                     AZAL-ın 45 yaşlı idarə rəisi vəfat etdi .....                     "5 manat gəliri olana 6 manat borc verilməməlidir" .....                     Zahidə Günəşin boşanma SƏBƏBİ .....                     Rusiya NATO ilə müharibəyə hazırlığın birinci mərhələsindədir .....                 

Rusiyadan Azərbaycanla bağlı SƏRSƏM ÇAĞIRIŞ - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 10:15 | Çap et

Rusiyada özünü “hüquq müdafiəçisi” adlandıran, amma əslində Kremlin ideoloji aparatının sadiq təmsilçisi olan Kirill Kabanov növbəti dəfə Azərbaycanı hədəfə alıb. Musavat.com-un xəbərinə görə, “The Duran” adlı verilişdə çıxış edən Kabanov açıq şəkildə bildirib ki, Rusiya artıq Azərbaycanı “düşmən dövlət” kimi tanımalı, ölkədəki azərbaycanlı diasporlarını dağıtmalı, hətta Azərbaycana aid bütün abidələri sökməlidir.

O, sərsəm və nifrət dolu çıxışında iddia edib ki, guya Azərbaycan Ukraynaya qırıcı təyyarələr göndərir və orada rus əsgərlərini öldürür.

“Doğrudanmı, insanlar iqtisadiyyatdan daha az önəmlidir?” - deyə Kabanov etiraz edib.

Kabanov bununla da kifayətlənməyib, Rusiyadakı Azərbaycan diasporunu açıq şəkildə hədəfə alaraq “mədəniyyətlə məşğul olun, siyasətə qarışmayın, çünki onlar başqa dövlətlərin maraqlarını müdafiə edirlər” kimi ifadələrlə millətimizi aşağılayıb.

Bu açıqlama tək bir şəxsin emosional bəyanatı deyil, bu, Kreml ideoloqlarının planlı xəttidir. Kabanovun çıxışı, Rusiyanın daxilində getdikcə güclənən anti-Azərbaycan ritorikasının bir parçasıdır.

Əslində Kabanovun bu ritorikası Moskvanın təbliğat maşınının bir parçasıdır. Bu tip “vətənpərvər” görünüşlü ideoloqlar birbaşa Kremlin daxili siyasət və ideoloji müharibə kuratoru Sergey Kiriyenko tərəfindən yönləndirilir. Məqsəd aydındır - Azərbaycan dövlətinə qarşı informasiya təzyiqini artırmaq, ictimai rəyə təsir göstərmək və Moskvanın gələcək düşmənçilik addımlarına zəmin hazırlamaq.

Bu, artıq təkcə söz müharibəsi də deyil. Kabanov kimi şəxslərin ritorikası ilə eyni vaxtda Rusiyada Azərbaycan diasporunun nümayəndələrinə qarşı hüquqi və inzibati təqiblər güclənib. Bir çox tanınmış diaspor təmsilçiləri qanunsuz saxlanılır, biznesləri müsadirə olunur, bəziləri isə - Səfərov qardaşlarının timsalında - fiziki zorakılıq və qətlə qədər uzanan təzyiqlərə məruz qalır.

Bu hadisələr Moskvanın Azərbaycana qarşı yeni tipli ideoloji müharibəsinin tərkib hissəsidir. Məqsəd həm diaspora institutunu sarsıtmaq, həm də ölkə daxilində Azərbaycanla bağlı mənfi rəy formalaşdırmaqdır.

2024-cü ilin dekabrında Rusiyanın Müdafiə Nazirliyinə tabe qüvvələrin Qroznı üzərində Azərbaycan Mülki Aviasiyasına məxsus təyyarəni vurması iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. O hadisə Moskvanın münasibətindəki maskanı tam çıxardı: üzr istəmək, kompensasiya ödəmək, günahkarları cəzalandırmaq əvəzinə, Kreml, əksinə, anti-Azərbaycan ritorikasını sərtləşdirməyi seçdi.

Bu da o deməkdir ki, Rusiya artıq təkcə diplomatik münasibətləri pozmur, Azərbaycanı bütövlükdə hədəf kimi müəyyənləşdirib. Kabanovun çıxışları həmin xəttin ideoloji ifadəsidir - bu, Rusiyanın “yeni siyasəti”nin səsini daşıyır.

Kirill Kabanovun bəyanatı tək bir şəxsin dili ilə səslənmiş düşmənlik deyil - bu, Kremlin rəsmi ideoloji kursunun səsidir. Maskalar artıq düşüb. Rusiyanın “faşist hüquq müdafiəçisi” obrazı onun gerçək simasını gizlədə bilmir.

Bu sima 200 ildir eyni qalır - Azərbaycanı təzyiqlə, hədə ilə, ideoloji manipulyasiya ilə əyməyə çalışan bir imperiyanın siması. Amma bu dəfə o imperiya tənəzzül dövründədir.

Azərbaycan isə güclənir, müstəqildir və bu cür qara ritorikalara boyun əyməyəcək qədər təcrübəlidir.

Azərbaycanı “düşmən dövlət” kimi tanımaq çağırışları artıq nədən xəbər verir? Bu çağırışlar prosesin haraya qədər inkişaf edəcəyi ehtimalını yaradır?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Kabanovun bəyanatları Rusiya-Azərbaycan münasibətlərini şərh etməkdən daha çox azərbaycanlılara qarşı etnik nifrətə köklənmiş açıqlamalardır: “Görünür, bunun da müxtəlif səbəbləri ola bilər. Rusiyanın Azərbaycana qarşı hər hansı bir addımı adekvat addımlarla qarşılanacaq. Kabanov isə öz səviyyəsində açıqlamalar verib. Müxtəlif ölkələr arasında münasibətlər kəskinləşə də bilər, yaxşılaşa da bilər, amma bu o demək deyil ki, iki qonşu ölkə öz ərazisində bir-birinin abidələrini dağıtmalıdır, etnik təmizləmə aparmalıdır. Bu, radikalizmin dərin çuxurudur. Bu çuxura yuvarlananlar oradan çıxa bilmirlər. Ona görə də Kabanov hərdən real müstəvidə Rusiya-Azərbaycan münasibətlərinə də baxmalıdır. Bugünlərdə Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana səfər edəcək. Şimal-Cənub dəhlizi ilə bağlı müzakirələr aparılacaq. Elə bu gün Azərbaycanda böyük bir idman hadisəsi - MDB ölkələri idman yarışları həyata keçirilir. Burada rus komandası da iştirak edir. Görünür, azərbaycanlılara qarşı etnik nifrət, ya da rus şovinizmi Kabanovun gözlərini o qədər örtüb ki, bunları görə bilmir”.

Deputat vurğuladı ki, Kabanovun iddiaları tamamilə yalan və yersizdir: “Azərbaycan heç bir ölkəyə qırıcı təyyarə göndərmir. Ukraynaya yalnız humanitar yardım karvanları göndərilir ki, bu da antihumanistlər tərəfindən dərk edilən hadisə deyil. Ona görə də Kabanovun gözünə göndərdiyimiz humanitar yardımlar qırıcı təyyarələr kimi görünür. Düşünürəm ki, bu cür Rusiya-Azərbaycan münasibətlərinə erməni lobbisi eynəyindən, ya da rus şovinizmi eynəyindən baxanların cəzasını elə Rusiyadakı sağlam qüvvələr özləri kəsməlidirlər”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda mənzil almaq üçün bu qədər işləmək lazımdır: - Özü də fasiləsiz...
Bu gün, 18:01
Rusiyadan Suriyadakı hərbi bazaları çıxarmaq tələbi AKTUALLAŞIR
Bu gün, 17:46
Maaş verilməsində yeni qayda: - Nəylə nəticələnəcək?
Bu gün, 17:41
Akademik Təşviqdən Saxtakarlığa: Azərbaycanda Elmi Etikanın Deqradasiyası - MALƏSƏF...
Bu gün, 17:34
Saakaşvilidən Merkelə reaksiya: -Eyni şeyi Sarkozi mənə demişdi
Bu gün, 17:30
AQTA-nın tövsiyyə etdiyi məhlul su çənlərini deşib - BU NƏDİ BELƏ?
Bu gün, 17:23
Paşinyan və Putin arasında telefon danışığı olub - KİV
Bu gün, 17:19
Moskvanı ikinci dəfə məğlub etdi, səssizlik pozuldu – Yeni cəbhə anonsu
Bu gün, 17:17
Milyonluq mənimsəmədə ittiham olunan şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 17:00
Bu, Ermənistanda inqilaba səbəb olacaq - Robert Köçəryan
Bu gün, 16:41
66 yaşlı qadın olmayan evini satmaq istədi - Həbs olundu
Bu gün, 16:25
ETSN Qobudakı Kərpic Zavodunu `SAĞMAL İNƏYƏ ÇEVİRİB`? - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 16:22
TDT dünya türklərinin güc mərkəzinə çevrilməlidir - ÇAĞIRIŞ
Bu gün, 16:08
Bankların sildiyi 56 milyon kredit KİMİNDİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:02
Türk dünyası qlobal gücə doğru inamla yüksəlir - MƏQALƏ
Bu gün, 15:53
Rəhimovun “politoloqu” Kremlin çirkin təbliğatını aparır - ŞOK VİDEO
Bu gün, 15:51
Bakıda yayılan xəstəlik COVID-dir? - Yoluxduqda bunları edin...
Bu gün, 15:48
HALAL TOYUQ BUDURSA... HARAMINA ŞÜKÜR! - FOTOFAKT
Bu gün, 15:42
DOST Agentliyi icarəyə götürmək üçün ofis axtarır – 189 min manata
Bu gün, 15:38
XII Zirvə görüşünün Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 15:35
Əhməd əl-Şaraa Suriya Demokratik Qüvvələrinin lideri ilə görüşüb - AFP
Bu gün, 15:32
Dövlət Statistika Komitəsi əməlli-başlı MƏZƏ ÇIRTLADIR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 15:29
Paşinyandan Köçəryana ŞOK SUAL
Bu gün, 15:24
Ermənistan TŞ sədri Rusiya səfiri ilə regional hadisələri müzakirə edib
Bu gün, 13:58
Azərbaycanda doğum nisbəti ən aşağı səviyyəyə düşüb – Dünyada son sıralardayıq
Bu gün, 13:09
20 manatlıq sement şirkətinin 133,5 min manatlıq vergi borcu var
Bu gün, 13:05
Azərbaycanda məşhur iş adamı həbsxanada vəfat etdi
Bu gün, 13:01
“AŞ rəsmilərinin Azərbaycana buraxılması təqdirəlayiq addımdır” - Vəkil Elçin Sadıqov
Bu gün, 12:58
Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 12:51
Dövlət Gömrük Komitəsi Emin Əmrullayevi cərimələtdirdi - DETALLAR
Bu gün, 12:49
Saleh Məmmədovun SEVİMLİSİ... Balakəndə PEYDA OLDU... - İcazə verin, şübhələnək...
Bu gün, 12:44
Həmidə Ömərovaya AKİ-dən böyük hədiyyə - “Çox arzularım var, onları...”
Bu gün, 12:40
“Kimsə Azərbaycan daxilinə hansısa digər ölkənin problemlər toplusunu yerləşdirməyə cəhd etməsin, xalqımız məsələləri həll edə bilir” - deputat
Bu gün, 12:36
Bakıda daha bir tarixi binanı YER ÜZÜNDƏN SİLİRLƏR... - AXI NİYƏ?
Bu gün, 12:32
“Kontakt Home”, “Baku Elektroniks” qara siyahıda… - “Bu şirkətləri baykot edin”
Bu gün, 12:21
Xəritəyə baxın, Azərbaycan... - Robert Köçəryan
Bu gün, 12:15
AZAL-ın 45 yaşlı idarə rəisi vəfat etdi
Bu gün, 12:12
"5 manat gəliri olana 6 manat borc verilməməlidir" - AMB rəsmisi
Bu gün, 12:00
Zahidə Günəşin boşanma SƏBƏBİ - ”Buna görə uzaqlaşdım”
Bu gün, 11:53
Rusiya NATO ilə müharibəyə hazırlığın birinci mərhələsindədir - ISW
Bu gün, 11:49
TDT-yə qoşulmaq istəyənlər var... - ONA GÖRƏ DƏ...
Bu gün, 11:47
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -Ölkəni fəlakətə aparırlar...
Bu gün, 11:44
Dövlət qurumunda rəhbərliyə təyinat olub - ƏMR
Bu gün, 11:37
Bakıda iki məşhur MTK külli miqdarda borca düşüb - TƏFSİLAT
Bu gün, 11:35
Ermənistan artıq Rusiyaya etimad göstərmir, bazanın çıxarılması gündəmdədir
Bu gün, 11:27
Sülh sazişi layihəsində konstitusiyaya dəyişiklik yoxdur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:24
Başqa ölkələrdəki seçkilərə Rusiya müdaxiləsi: uğursuz və uğurlu cəhdlər - TƏFSİLAT
Bu gün, 11:21
İTS məşhur şirkətdən 45 min manatlıq SMS alır
Bu gün, 11:18
Toyda “spirtli içkini çox içmə” deyən bibisi oğlunu bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 11:13
Ekspert Xəzər və Qərbi Kaspi Universitetlərinin saxtakarlığını üzə çıxardı – FOTO
Bu gün, 11:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru