ABB-də (Azərbaycan Beynəlxalq Bankı) yeni təyinat olub.
Banker.az xəbər verir ki, Nurxan Babayev ABB-nin İnsan resurslarının idarə edilməsi departamentinin direktor müavini vəzifəsinə təyin olunub.
O, 2021-ci ilin mart ayından indiyə kimi ABB-nin Daxili kommunikasiya şöbəsinin müdiri kimi çalışıb.
N.Babayev ABB-yə 2020-ci ilin mayında gəlib.
O, 2019-cu ilin oktyabrından 2020-ci ilin mayına qədər isə “Bank VTB (Azərbaycan)” QSC-nin İşçi heyətinin inkişafı, təlimi və motivasiyası şöbəsinin müdiri idi.