“Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov qohum-əqrəbasına, tanışlarına vəzifələr paylayıb. Hazırda bu qurumun tabeliyində olan “Azərsu” və digər strukturlarda Mikayılovun qardaşı, onun həyat yoldaşı, qardaşının oğlu, bacanağı, kirvəsi, kirvəsinin oğlu, saxladığı qızın əri və əksər qohumları vəzifələrə yerləşdirilib. Bu da prezidentə qarşı aparılan siyasətdir”.
Anxeber.Az bildirir ki, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. H.Hacıyev “Prime Tv” efirində bu haqda danışıb. Həmçinin yay mövsümündə Bakıda günlərlə yaşanmış susuzluq probleminin hansı səbəbdən yarandığı indiyə qədər açıqlanmayıb. H.Hacıyev bu mövzuya da toxunaraq deyib ki, araşdırma aparılsa, ortaya ciddi nəticələr çıxacaq.
Ümumiyyətlə, Zaur Mikayılov ADSEA sədri olandan bəri iki məsələ ilə yadda qalıb: qohum-əqrəbaya vəzifə vermək və hər yay paytaxtda susuzluq məşəqqəti.
Birincisi, qohumlar məsələsinə diqqət edək: Əsəd Şirinov Zaur Mikayılovun vəzifəyə təyin etdiyi ikinci qudasıdır. bundan əvvəl də digər qudası Fuad Quliyevi özünə müşavir təyin etmişdi.
Zaur Mikayılov təkcə qohumcanlı deyil, eyni zamanda keçmişini unutmayan, "dostcanlı" mehriban insandır. Onun bu keyfiyyətlərinin bariz nümunəsi elə əvvəllər özünün işlədiyi "Bravo" marketlər şəbəkəsinin bir neçə çalışanlarını savad səviyyəsinin azlığına, çoxluğuna baxmadan əvvəl "Melorasiya və Su Təsərrüfatı" ASC -nə, indi də Dövlət Su Ehtiyatları Agentliyinə daşımasıdır.
1. Nəzarət Ölçü Cihazları İdarəsinin (ən gəlirli idarə hesab olunur) rəisi Eyvaz Hüseynov vəzifəsindən azad edilib, onun yerinə Zaur Mikayılovun qudasının 1996 ci il təvəllüdlü yaxın qohumu gətirilib. Xatırladaq ki, Eyvaz Hüseynov keçmiş "Azərsu" ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun qardaşı oğludur.
2. Su Tikinti idarəsinə 1992 - ci il il təvəllüdlü (qudanın qohumu olduğu deyilən) Orxan İmanlı
təyin olunub. Mənbənin məlumatına görə bu şəxs hər kəslə kobud davrandığı və söyüşlə danışdığı üçün bütün işçilər ondan narazıdır.
3. Yasamal rayon Sukanal idarəsinə 1988 - ci il təvəllüdlü Orucov Sərxan təyinat alıb.
4. Nəqliyyat idarəsinə 1996-cı təvəllüdlü, "Bravo" supermarketlər şəbəkəsindən gələn Sabir Cabrayılov təyin olunub.
5. Keçmiş "Azərsu" ASC sədri Qorxmaz Hüseynovu 3 il əvəz edən Köçərli Həsənovu "İri Şəhərlarin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinin rəhbər təyin edib. Halbuki Köçərli Həsənovun adı bir zamanlar korrupsiyada hallanırdı.
Belə ki, Qaradağ rayonunda milyon manatlıq dəyəri olan qalın stendli böyük borunun satışında Köçərli Həsənovun da adının keçdiyi deyilirdi. Amma, nə hikmətsə, bu məsələdə günahlandırılıb işdən çıxarılan Qaradağ rayon Sukanal idarəsinin rəisi Elnur Əliyev oldu.
O ki qaldı, paytaxtın yayda üzləşdiyi su fəlakətinə, qurum hələ də düz-əməlli izah verməyib, səbəb göstərməyib. Çox təəssüflər olsun ki, kütləvi informasiya vasitələrində “Qudalar agentliyi” adlandırılan ADSEA-nın fəaliyyəti haqqında çox sayda neqativ informasiya dolaşır. Bu iddiaları Google vasitəsi ilə hər bir oxucu tapa bilər. Dünyada su ehtiyyatları strateji mahiyyət daşıyır və Azərbaycanın bu sahədə təbii problemləri var.
Ancaq diplomunun rəsmən tanınmadığı barədə iddialar səslənən adamlara qohumluq zəminində vəzifə verməklə Zaur Mikayılovun dövlətin idarəçilik strategiyasını heçə sayması bu problemlərin həllini daha da mürəkkəbləşdirir.
Odur ki, Zaur Mikayılov dövlət idarəçiliyinin əsasında dayanan şəffaflıq prinsipinə uyğun olaraq, ictimaiyyət önünə çıxmalı, özü və qohumları barədə, klanının sahibkarlıq fəaliyyəti ilə bağlı səslənən iddialara cavab verməlidir, günlərlə su olmamasının səbəblərinə aydınlıq gətirməlidir.
Habelə Bakıda müxtəlif MTK-lar bu qurumla problem yaşayır. Məsələn, Yeni Günəşlidə yerləşən “Sahil-S İnşaat”ın binası. Sakinlərin dəfələrlə xahişi də, müraciəti də olub, amma hələ də problem tam həllini tapmayıb. Axı Mikayılov üçün 165 mənzildən ibarət bir binanın məsələsini həll etmək nə çətin şeydir axı...?!