Bakcell “Bakutel 2015” stendində gənclər üçün imkanlar nümayiş etdirir
Tarix: 7-12-2015, 09:43 | Çap et
 Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Bakutel 2015” sərgisinə gələn və öz gələcəyini telekommunikasiya sektorunda görən gənclər üçün yaratdığı imkanları nümayiş etdirir.
Şirkətdən Trend-ə verilən məlumata görə, “Bakcell”in stendində “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən “AppLab” innovativ mobil developer layihəsinə həsr olunmuş xüsusi güşə yaradılıb. Burada “AppLab”ın indiyə qədərki məzunları - “Bethclip” və xərcim.az layihələrinin rəhbərləri mobil developer proqramları ilə maraqlanan gənclərə ətraflı məlumat verir, öz təcrübələrini onlarla bölüşürlər.
Bundan başqa, onlar Bakcell stendində quraşdırılmış son model 3D printerinin işləmə mexanizmi ilə bağlı maraqlananlara məlumat verir, “Bakcell”in loqosu ilə 3D printerində çap olunmuş müxtəlif əşyaları sərgi ziyarətçilərinə hədiyyə edirlər.
Bakcell şirkəti Azərbaycanda mobil proqram tərtibatı sahəsinin zəruri şəraitlə təmin olunması istiqamətində əlindən gələni edir. Məqsəd mobil proqram tərtibatçılarının öz həmkarları ilə təcrübə mübadiləsi apara biləcəyi lazımi mühit yaratmaqdır. Bununla yanaşı, Bakcell şirkəti mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin edir. ***
“Bakcell”in stendində “Smart Start” təcrübə proqramına həsr olunmuş guşə də gənclərin sərgidə ən çox baş çəkdikləri yerlərdən biridir. Bakcell şirkətinin insan resursları departamentinin əməkdaşları, eyni zamanda “Smart Start” proqramının ötən ilki məzunları öz gələcəklərini telekommunikasiya sektorunda görən və “Bakcell”də təcrübə keçmək arzusunda olan gənclərə proqram haqqında məlumat verirlər.
Akademik həyatdan karyeraya doğru addımlamaq imkanlarını asanlaşdıran “Smart Start” təcrübə proqramı sayəsində təcrübəçilər Azərbaycanın ən böyük şirkətlərindən birində təcrübə keçmək, biznes etikası, karyera inkişafı təlimlərində iştirak etmək və “Bakcell”də peşəkar mühitlə tanış olmaq imkanı əldə edirlər.
***
Bakcell şirkəti “Bakutel 2015” sərgisinə gələn bütün ziyarətçiləri öz stendinə dəvət edir və onlara xoş və əyləncəli mühitdə ən son texnologiyalardan istifadə etmək imkanı vəd edir.
***
Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. 5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin 93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir. Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İşçiyə bu halda əlavə əmək haqqı verilir... - DİQQƏT
Bu gün, 07:51 |
|
|
|
| • Niyazi Bayramov gethagetdə də Gəncəni satır... - VİDEOFAKT
Bu gün, 07:36 |
|
|
|
| • Bakının inanılmaz inadı və Paşinyan hökumətinin seçim olmayan yolu... - NƏ BAŞ VERİR?
Bu gün, 07:01 |
|
|
|
| • BİRBANK: Yardın... BATDIN! - BU, AÇIQ-AŞKAR QARƏTDİR!
Bu gün, 06:59 |
|
|
|
| • Bakıda evlər niyə belə bahadır axı... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:37 |
|
|
|
| • “Keçmiş elita artıq ölüm-dirim savaşına başlayıb” - Görünəni odur ki...
Bu gün, 06:34 |
|
|
|
| • Ermənistan Konstitusiyasına dəyişikliklə bağlı vədinə əməl etsə... - AKTUAL
Bu gün, 06:27 |
|
|
|
| • Oliqarx rektorun ŞÜBHƏLİ TENDERLƏRİ - Bir araşdıran olsa...
Bu gün, 06:23 |
|
|
|
| • Binəqədi bizim yox, başçının evidir... - istəsə satar, istəsə də...
Bu gün, 06:19 |
|
|
|
| • Vüsal Abdulla qəssabdır, YOXSA?.. - BU NƏDİ BELƏ?
Bu gün, 06:11 |
|
|
|
| • Moskva Türk birliyinə qarşı planlar qurur - GƏLİŞMƏ
Bu gün, 06:02 |
|
|
|
| • "Siz Azərbaycan mədəniyyətinin ləyaqəti, iradəsi və gözəlliyisiniz"
Bu gün, 05:57 |
|
|
|
| • Səhiyyə Nazirliyi Fuad Abdullayevə görə “New Med” klinikasını cərimələyib - Fuad Abdullayev isə... -
Bu gün, 05:52 |
|
|
|
| • Azərbaycan İsraillə niyə dost olmasın ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:48 |
|
|
|
| • ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır - Uolts
Bu gün, 05:44 |
|
|
|
| • Gənclərin Bakıya axınını təbii şəkildə necə dayandırmaq olar?
Dünən, 18:03 |
|
|
|
| • Sabah Bakıda Ermənistandan olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcək
Dünən, 17:59 |
|
|
|
| • İran generalları Azərbaycana dronla narkotik daşınmasına susqunluq göstərir - Deputat ilginc səbəbləri açıqladı
Dünən, 17:50 |
|
|
|
| • Rusiyanın Moldovadakı səfirinə etiraz notası təqdim edilib – Dron insidenti
Dünən, 17:39 |
|
|
|
| • ABŞ-ın sülh planı sanki Moskvada yazılıb - ATƏT sədri
Dünən, 17:33 |
|
|
|
| • Nazir müşavirini departament müdiri təyin etdi - FOTO
Dünən, 17:31 |
|
|
|
| • Rəqsanə üçün 100 min manat ödədi
Dünən, 17:24 |
|
|
|
| • Aİ Cənubi Qafqazdakı proseslərdə rolunu gücləndirməyə çalışır - Hipper
Dünən, 17:20 |
|
|
|
| • “Rusiya yönümlü qüvvələr” TƏHLÜKƏSİ - Paşinyan Qazaxıstanda sülh üçün DƏSTƏK AXTARIR
Dünən, 17:17 |
|
|
|
| • "Mən hakimiyyətə gələn kimi onu öldürdülər" - Pezeşkian
Dünən, 17:12 |
|
|
|
| • "Zəngəzur dəhlizinin açılması regionda bu ölkələrin təsirini azaldacaq" — ŞƏRH
Dünən, 16:56 |
|
|
|
| • Vüqar Behbudov Agentlik üçün bacısının ofisini icarələdi, 262 min manat ödədi - Azərbaycanda kuryoz olay
Dünən, 16:52 |
|
|
|
| • “A+A Şirkətlər Qrupu” nizamnamə kapitalından 5 milyon manat geri götürdü
Dünən, 16:48 |
|
|
|
| • 2026-cı il son şansdır: Davamlı sülh ehtimalı yüksəkdir - İNCƏLƏMƏ
Dünən, 16:46 |
|
|
|
| • Yumurtanı öz vətəndaşımıza BAHA.. xariciyə ucuz satırıq... - QOY, DESİNLƏR... ALVERDƏYİK!
Dünən, 16:42 |
|
|
|
| • Elxan Allahverdiyev KİMDƏN GÜC ALIR Kİ... - ÖZBAŞINA QALIB...
Dünən, 16:29 |
|
|
|
| • Məşhur ekspert Ziya Məmmədovun 100 milyon manatlıq cinayətindən yazdı - SENSASİON DETALLAR
Dünən, 16:24 |
|
|
|
| • Həyəcanlanmayın: Huker bunu Bakıda da etdi – Badalyan
Dünən, 16:04 |
|
|
|
| • Külli miqdarda mənimsəmədə ittiham olunan sabiq birlik sədrinə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
| • Kərə yağı niyə bahalaşır? - ARAŞDIRMA
Dünən, 15:02 |
|
|
|
| • İran dronları və qaranlıq məqamlar... - AKTUAL
Dünən, 14:59 |
|
|
|
| • “Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı
Dünən, 14:57 |
|
|
|
| • İsrail XİN rəhbəri Azərbaycana səfər edəcək - KİV
Dünən, 14:54 |
|
|
|
| • Naxçıvandakı bankomatların 92%-i 2 banka məxsusdur
Dünən, 14:52 |
|
|
|
| • BSU-nun sabiq rektorunun Ramiz Mehdiyevlə bağlı dedikləri SENSASİYA YARATDI - VİDEO
Dünən, 14:49 |
|
|
|
| • Vəzifəli şəxsin təhsilsiz olması iddiasına TƏBİB rəhbərindən - Cavab
Dünən, 14:39 |
|
|
|
| • Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı - "Qızınız Kama xanım mənə…"
Dünən, 14:35 |
|
|
|
| • Cəlilabadda icra başçısı ƏMRLƏRİ KİMDƏN ALIR? - QALMAQAL
Dünən, 14:12 |
|
|
|
| • Mehdiyevin villa, Qalinanın torpaq məsələsi Şabranı qarışdırdı – başçı bu dəfə də xüsusi ittihamla çıxış etdi
Dünən, 13:25 |
|
|
|
| • Qalmaqallı psixoloq bu dəfə “arvadağız” kişilərdən danışdı - "O, artıq milyonlara çıxmaq istəyir..."
Dünən, 13:14 |
|
|
|
| • Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Dünən, 13:10 |
|
|
|
| • Tanınmış iş adamı Fuad Allahverdiyev yenidən məhkəmə qarşısına çıxarıldı
Dünən, 13:00 |
|
|
|
| • Demilitarizasiya olmadan sülh mümkün görünmür - ŞƏRH
Dünən, 12:56 |
|
|
|
| • Əmrullayev təhsilə ayrılan pulları israf edir – Dosent
Dünən, 12:53 |
|
|
|
| • Əli Həsənova məxsus köşklər yığışdırılır? – Foto
Dünən, 12:49 |
|
|
|
|