Gədəbəydə nurçulara qarşı şok əməliyyat - Həbs olunanlar var
Tarix: 29-06-2015, 13:03 | Çap et
 Gədəbəy rayon Mədəniyyət və Turizm Şöbəsinin Söyüdlü kənd diyarşünaslıq evinin direktoru Məmmədov Səbuhi Səbahəddin oğlu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə redaksiyamıza rayondakı mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, Söyüdlü kənd diyarşünaslıq evinin direktoru "nurçu"lara qarşı həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilib: "Aparılan araşdırmalarla diyarşünaslıq evinin direktorunun Fətullah Gülənin "Hizmət" hərəkatına xidmət etdiyi üzə çıxıb. Məlum olub ki, diyarşünaslıq evinin rəhbəri neçə illərdir Gülən tərəfdarıdır və "nurçu"ların ideyalarını dəstəkləyir. Həmçinin Gülən tərəfdarlarının rayonda möhkəmlənməsini təşkil edib. Gədəbəydə son illər gülənçilərin sayının artması məhz diyarşünaslıq evinin müdiri ilə əlaqələndirilib. Hələlik, onun harada və hansı şəraitdə saxlanması barədə heç bir məlumat yoxdur. Yəqin ki, yaxın günlərdə həbslə bağlı bütün detallar açıqlanacaq. Deyilənə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları saxladıqları şəxsin yaşadığı evə baxış keçiriblər. Diyarşünaslıq evinin rəhbərinin yaşadığı mənzildən "Hizmət" hərəkatının təbliğinə yönəlmiş bəzi kitablar aşkarlanaraq götürülüb". Redaksiyamıza daxil olan məlumatlarda həmçinin Gədəbəy rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ramiz Məmmədovun işçisinin həbsindən təşvişə düşdüyü vurğulanır: "Şöbə müdiri ilə həbs olunan diyarşünaslıq evinin rəhbəri yaxın qohum olublar. Deyilənə görə, mədəniyyət və turizm şöbəsinin müdiri həbs olunan qohumunun hansı işlərlə məşğul olmasından əvvəlcədən xəbərdar olub. Lakin ağlına gətirməyib ki, nə vaxtsa Söyüdlü diyarşünaslıq evinin direktoruna qarşı antinurçu əməliyyatı təşkil edilə bilər. Ən maraqlısı odur ki, Ramiz Məmmədov həbs olunan işçisi ilə bağlı qanunsuz sənəd hazırlayıb. Səbuhi Məmmədovun həbs olunduğu gündən bir gün əvvəlki tarixə guya onun işdən könüllü şəkildə çıxması barədə ərizə hazırlanıb. Yəni bu o deməkdir ki, diyarşünaslıq evinin direktoru həbs olunan vaxt mədəniyyət və turizm şöbəsinin işçisi olmayıb. Amma aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları həmin ərizəni araşdırsalar görərlər ki, ora çəkilən imza Səbuhi Məmmədovun deyil. Xətt ekspertizası təyin edib bunu aydınlaşdırmaq olar. Bu həbs rayonun mədəniyyət və turizm şöbəsində çalışan şəxsləri əməlli-başlı şoka salıb. Gədəbəydə "nurçu"larla əlaqəsi olan digər şəxslərin saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Söyüdlü diyarşünaslıq evinin direktorunun həbsi ilə bağlı şöbə müdiri Ramiz Məmmədovun da istintaqa cəlb olunması gözlənilir. Bunu hiss edən şöbə müdiri artıq bəzi şəxslərə minnətçi düşüb". Məlumatı dəqiqləşdirmək üçün şöbə müdiri ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı. Yaxın günlərdə bu məsələ ətrafında araşdırma aparıb təfərrüatları açıqlayacağıq. Bizi izləməyi unutmayın. \\ gundelik-baku.com \\


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Daha bir müəllimin şok səs yazısı yayıldı: Rüşvət iddiası - AUDİO
Bu gün, 07:24 |
|
|
|
• 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi İTTİHAM OLUNUR - MÜRACİƏT
Bu gün, 07:22 |
|
|
|
• Vətəndaş İlqar Abbasovun umrunda da deyil... - BU DA FAKT...
Bu gün, 07:19 |
|
|
|
• “Aslanoğulları”nın Azərbaycandakı filialının vergi borcu üzə çıxıb - FOTO
Bu gün, 07:07 |
|
|
|
• Evi plana düşənlərin nəzərinə – Bunları mütləq bilməlisiniz
Bu gün, 07:06 |
|
|
|
• Britaniyadan Rusiyaya xəbərdarlıq - Birbaşa qarşıdurma ola bilər
Bu gün, 07:04 |
|
|
|
• 200 minlik şirkət DVX-nin "qara siyahı"sında - “GNI Software” qanunvericiliyi pozub
Bu gün, 07:03 |
|
|
|
• Kriminal aləmə biət edən təhsilimiz... - dərslər 1 həftədir başlayıb, amma...
Bu gün, 06:50 |
|
|
|
• Bəzi Reabilitasiya mərkəzlərində İŞGƏNCƏ VƏ QANUNSUZLUQ - VƏKİLDƏN AÇIQLAMA
Bu gün, 06:46 |
|
|
|
• Səhiyyə sisteminin əvəzsiz TENDERYEYƏNİ - indi də Naxçıvanda milyonları xırıd edir
Bu gün, 06:44 |
|
|
|
• Naftalanda icra hakimiyyətinin 3 tenderinə RƏDD CAVABI - TƏFƏRRÜAT
Bu gün, 06:39 |
|
|
|
• “ “FSB” gəmisinin Bakıya yan alması Rusiyanın güc nümayiş etdirmək istəyidir...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:33 |
|
|
|
• “Vergi cənnəti” bitir - AKTUAL
Bu gün, 06:31 |
|
|
|
• Həqiqət anı: Rusiya Moldovada ikinci cəbhə hazırlayır - NƏ ETMƏLİ?
Bu gün, 06:29 |
|
|
|
• "4-5 yaşıma kimi elə bilirdim ki, ata və ana eyni insandır"
Bu gün, 06:24 |
|
|
|
• Babək xəstəxanası nəzarətsiz qalıb... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:21 |
|
|
|
• Qarabağ qazisi yenə də DAVADADIR - Bu dəfə Mədəniyyət Nazirliyinə qarşı...
Bu gün, 06:18 |
|
|
|
• Kürdəmir sakini DOST-dan gileylənir - "Heç bir xəbərdarlıq etmədən..."
Bu gün, 06:16 |
|
|
|
• Avropa dövlətləri Fələstinin müstəqilliyini tanıyıblar
Bu gün, 06:10 |
|
|
|
• Əmrullayevin gizli "kitab oyunu" - "Körpü" nəşriyyatı ilə "işbirliyinin" PƏRDƏARXASI
Bu gün, 00:21 |
|
|
|
• Ağadadaş Ağayev imicini dəyişdi – FOTO
Dünən, 18:01 |
|
|
|
• Rüşvətlə mühakimə olunan eks komissarın işində şahidlər ifadə verdi: "Dedi, Şükürova çatacaq" - MƏHKƏMƏ
Dünən, 17:59 |
|
|
|
• Ankara-Bakı reysinin kapitanı təyyarədə həyəcan siqnalı barədə aeroporta sorğu göndərib, siqnalın əsassız olduğu müəyyənləşib - TƏFƏRRÜAT
Dünən, 17:56 |
|
|
|
• “Patron”un yer fıstığından qurd çıxdı - VİDEO
Dünən, 17:53 |
|
|
|
• AKİA-ya yeni sədr müavini təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:51 |
|
|
|
• Ağdamda 9 milyon manata evlər tikiləcək - QALİB ŞİRKƏT AÇIQLANDI
Dünən, 17:48 |
|
|
|
• “Bu görüş Putinin ad günündə baş verə bilər” – Bakı - Moskva münasibətlərində nə gözlənilir?
Dünən, 17:38 |
|
|
|
• Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib - FOTO
Dünən, 17:22 |
|
|
|
• Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi - 12 min manat...
Dünən, 17:19 |
|
|
|
• Gənclər və İdman Nazirliyi 3.5 milyonluq idman geyimləri alır
Dünən, 17:04 |
|
|
|
• Nazirliyin QADAĞASINA MƏHƏL QOYULMUR – Məktəbdə “Fond pulu” davası
Dünən, 17:02 |
|
|
|
• Müğənni KİMƏ SƏSLƏNDİ? –“Kimsə mənə bir “meşok” pul verəcək, mən də...”
Dünən, 16:59 |
|
|
|
• “Bundan sonra “Xalq artisti” adı verilməyəcək” – Rasim Balayev açıqladı
Dünən, 16:54 |
|
|
|
• Azərbaycanlı alim: Guya yalnız iki fəsil olacaq, yalandır, bu, o halda olar ki... - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• Şirkət 9 milyon manatlıq sifariş aldı – Ağdam şəhərində bina tikəcək
Dünən, 16:42 |
|
|
|
• İlin sonuna qədər Azərbaycan-Rusiya münasibətləri qaydaya düşəcək - Cümşüd Nuriyev BELƏ DEYİR...
Dünən, 16:40 |
|
|
|
• Azərbaycan regional iqtisadi siyasətin strateji mərkəzinə çevrilib -ŞƏRH
Dünən, 16:38 |
|
|
|
• Əvvəllər Heydərovlara bağlı olan məşhur şirkətin 83 min manat vergi borcu yaranıb - DETALLAR
Dünən, 16:37 |
|
|
|
• Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin şagirdi bıçaqlanıb - TƏFƏRRÜAT
Dünən, 16:36 |
|
|
|
• “Dördüncü Respublika” erməniləri ikiyə BÖLDÜ - GƏLİŞMƏ
Dünən, 16:35 |
|
|
|
• "Bank Avrasiya"nın Müşahidə Şurası yenidən formalaşdırılacaq - TOPLANTI
Dünən, 16:34 |
|
|
|
• Partiyadakı səs paylanması Paşinyanın arzuladığı formada olmayıb - ONA GÖRƏ DƏ...
Dünən, 16:27 |
|
|
|
• Dövlət Xidməti tender keçirmədən Xocalıdakı evlərin təmirini bu şirkətə həvalə edib - TƏFƏRRÜAT
Dünən, 16:23 |
|
|
|
• Daxili İşlər Nazirliyində əməliyyat müşavirəsi keçirildi - FOTO
Dünən, 16:19 |
|
|
|
• Aİ humanitar minatəmizləmə fəaliyyətinə 23 milyon avro ayırır
Dünən, 16:16 |
|
|
|
• Tanınmış xanəndənin ailəsi buna görə dağılıb
Dünən, 16:14 |
|
|
|
• Ermənistanın dövlət borcu 14 milyard dollara yaxınlaşır
Dünən, 16:09 |
|
|
|
• “Qarabağa köçən vətəndaşlara müxtəlif işlər təklif edilir, təəssüf ki, heç də insanların hamısı işləmək istəmirlər” - Deputat
Dünən, 15:26 |
|
|
|
• Ter-Petrosyan hirsləndi: - Paşinyanın həyasızlığının həddi yoxdur!
Dünən, 15:22 |
|
|
|
• Sülh yaxınlaşdıca, təxribatçılar artır - Hüquqdan bixəbər Bekker
Dünən, 15:21 |
|
|
|
|