"Bakı Ticarət Mərkəzi" MMC 12.11.2025-ci il tarixdən nizamnamə kapitalının 2,5 milyon manat azaldıldığını elan edir.
"DİA-AZ" xəbər verir ki, nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlardan bir ay ərzində öz tələblərini Bakı şəhəri Nizami rayonu, B.Nuriyev küçəsi, ev 30, mənzil 67 ünvanına bildirə bilərlər.
MMC-nin buna qədər nizamnamə kapitalı isə 4 milyon 600 min 110 manat idi.
Qeyd edək ki, "Bakı Ticarət Mərkəzi" MMC 11 iyun 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Rəhimov Araz Nüsrət oğludur.








