Neçə müddətdir ki, onun barəsində mətbuatda və xüsusən də sosial şəbəkələrdə müxtəlif rəylər formalaşdırılır. Sanki bir dirijor çubuğu ilə hərəkət edirmiş kimi... kimlərinsə göstərişi ilə (bu danılmazdır) müəyyən bir qrup... - xüsusən də xaricdən idarə olunan və yaxud da xaricdə olan... əsas məşğuliyyətləri və hədəfləri isə daha çox ölkədə çaxnaşma yaratmaq məqsədi güdən müəyyən bir qrup xüsusi canfəşanlıqla "Şərurlu İsfəndiyar" kimi tanıdığımız iş adamı İsfəndiyar Axundovu az qala "XALQ DÜŞMƏNİ" kimi təqdim etməyə çalışdı.
Səbəbini hər kəs xatırlayar. "Şərurlu İsfəndiyar" uzun müddətdən sonra mətbuata danışmışdı və həmin məlum müsahibəsində neçə-neçə alimi yüksək maaşla işlə təmin etdiyini demişdi. Sanki bu da onun qaranlıq qüvvələrin hədəfinə çevrilməsi üçün bəhanə oldu...
Fürsətcillər hərəkətə keçdi, bu fikri kontekstdən çıxararaq özünün bisavad olduğunu deyən "Şərurlu İsfəndiyar"ın ALİMLƏRİ ƏLİNİN ALTINDA İŞLƏTMƏSİ görüntüsünü yaradaraq bundan əslində hakimiyyətə qarşı istifadə etməyə çalışdılar. Yəni niyyət gün kimi aydın idi. Çünki "Şərurlu İsfəndiyar"ı hədəfə alan qrupun xüsusən xaricdə oturması, xaricdəki ənənəvi antiiqtidar qüvvələri olması faktı təsdiqləyirdi ki, burada "Şərurlu İsfəndiyar"ın müsahibəsi sadəcə onlar üçün NÖVBƏTİ MALZƏMƏ əhəmiyyətindədir və onların niyyəti hakimiyyəti nüfuzdan salmaqdır. Bu gün kimi aydın idi. Yəni onlar "bu hakimiyyət Azərbaycanı elə bir vəziyyətyə salıb ki, savadsız bir şəxs alimləri idarə edir" rəyini formalaşdıraraq növbəti antiiqtidar yürüyüşlərini etməkdə ikən bəzi özünü hakimiyyətə yandaş sayan MEDİA quruluşları da bu tələyə asanlıqla düşdülər... və əslində antimilli qüvvələrin əlində hakimiyətə qarşı istifadə resursuna çevrildilər. Hətta günü bu gün də eyni səngərdə olduqlarının belə fərqində deyillər.
Amma fakt ortada idi və İsfəndiyar Axundov əslində məlum müsahibəsində alimlərə, elm adamlarına məhz DÖVLƏTİ DƏSTƏKLƏYƏN bir iş adamı olaraq DÖVLƏT NAMİNƏ sahibləndiyini demişdi... onları işlə təmin etdiyini bildirmişdi. Təbii ki, bunu etməyə də bilərdi... hətta deməyə də bilərdi...
Və mənim fikrimcə İsfəndiyar Axundovun bunu etməməsi mükünsüzdür. Yəni onun şəxsi keyfiyyətləri imkan vermir ki, o, yaxşı sayıla biləcək əməldən imtina etsin... Amma bu barədə danışmaqdan nimtina etməli idi. Bu da mənim qənaətimdir. Çünki fürsətcillərin marıqda yatdığını və\istənilən bir xoş niyyəti, fikri belə konteksindən çıxarıb fərqli müstəvidə manipulyasiya etməyə hazır olduğu çoxdan bəllidir.
Amma maləsəf ki, bu baş verdi və bunun ardından da eynən bəzi media quruluşları kimi, bəzi səlahiyyətlilər də qeyd etdiyimiz fürsətcillərin felinə uyaraq onların maraqlarına xidmət etmiş oldular. Bu gün də buna şahidlik edirik və əslində "Şərurlu İsfəndiyar"ın adının hansısa saxta ittihamlı məhkəmədə hallanması məhz həmin antimilli qüvvələrin planlarının tərkib hissəsi və yaxud da davamı kimi görünə bilər... Unutmayın ki, həmin o işarə etdiyim məhkəmənin iddiaçı tərəfi hesab olunan şəxsin özü hazırda dələduzluq ittihamı ilə həbsdədir. Yəni kimin sözü ilə kimə ittiham oxumağa çalışırlar...
İndi isə gələk "Şərurlu İsfəndiyar"ın şəxsi keyfiyyəti barədə... Bu barədə əslində, kiminsə özü danışmaz... əməlləri danışar. Dəfələrlə yaxşı əməllərini eşitdiyim İsfəndiyar Axundovun bir yaxşılığına da şəxsən araçılıq etmişəm. Bu günlərdə Ali Təhsil hüququ qazanmış bir yeniyetmə Azərbaycan vətəndaşı məhz ailəsindəki maddi çətinliklərdən dolayı ciddi problemlə üz-üzə idi. Təhsilhaqqını ödəyə bilmədiyindən tələbə adını ala bilməyəcəkdi və bu da bir gəncimizin xəyallarının, həm də elə həyat planlarının alt-üst olması demədkri ki, bunu kimsə inkar edə bilməz. Və deyim ki, həmin gəncimiz bu gün mətbuatda az qala XEYRİYYƏ MƏLƏYİ kimi sırıdılan bir nneçə nüfuzlu iş adamına da müraciət etmişdi. Amma ona sahiblənən bir kimsə yox... məhz elə alimlərə sahiblənən, onları küçədə qalmaqdan, ehtiyac içində yaşamaqdan qurtaran "Şərurlu İsfəndiyar" sahibləndi. Gəncimizin təhsilhaqqısını ödəməsi bir yana, bu barədə danışmaması da bir örnəkdir.
Mən isə bunu üstündən keçəndən sonra yazdım ki, cəmiyyətimizin qulaqları heç olmasa... ara-sıra olsa da... həqiqətləri də eşitsin... Daha kimlərinsə təfriqələri naminə uydurulan nağılları dinləmək əvəzinə, gözləri gerçəkliklər üçün də açmaq lazımdır...
Bilin ki, ölkəmizi qarışdırmaq istəyənlər... hər zaman ayıqdırlar və ayaqdadırlar...
Diqqətli və ehtiyatlı olmaq zorundayıq... Həm də AZƏRBAYCANLI İSFƏNDİYARIN olan Azərbaycanımız naminə...
Məhəmməd ƏRSOY - "DİA-AZ"








