"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" PHŞ elan etdiyi satınalmanın nəticələrini açıqlayıb.
"DİA-AZ" xəbər verir ki, layihədə Xocavənd rayonunun Quzumkənd kəndində fərdi yaşayış evlərinin (40 ev - 6732 m2) təmir işlərinin satın alınması nəzərdə tutulur.
Tenderin qalibi “Bəyaz İnşaat” MMC (VÖEN: 2001329971) olub.
Qalib şirkətə 2 355 267 manat ödəniş ediləcək.
Qeyd edək ki, satınalma bir mənbədən alınma metodu ilə keçirilib.
Qeyd edək ki, “Bəyaz İnşaat” MMC 2008-ci ildə yaradılıb, nizamnamə kapitalı 2.318.708 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yusif Yusifli Eldar oğludur. Hüquqi ünvanı AZ0113, Abşeron rayonu, Görədil, N.Salayevi küçəsi, ev 8 ünvanında yerləşir.








