Əsas Səhifə > Güney Press > Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq
Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaqBu gün, 12:37 |
|
"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" PHŞ elan etdiyi satınalmanın nəticələrini açıqlayıb. "DİA-AZ" xəbər verir ki, layihədə Xocavənd rayonunun Quzumkənd kəndində fərdi yaşayış evlərinin (40 ev - 6732 m2) təmir işlərinin satın alınması nəzərdə tutulur.Tenderin qalibi “Bəyaz İnşaat” MMC (VÖEN: 2001329971) olub. Qalib şirkətə 2 355 267 manat ödəniş ediləcək. Qeyd edək ki, satınalma bir mənbədən alınma metodu ilə keçirilib. Qeyd edək ki, “Bəyaz İnşaat” MMC 2008-ci ildə yaradılıb, nizamnamə kapitalı 2.318.708 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yusif Yusifli Eldar oğludur. Hüquqi ünvanı AZ0113, Abşeron rayonu, Görədil, N.Salayevi küçəsi, ev 8 ünvanında yerləşir. Geri qayıt |