Azərbaycanda kino sektorundakı adamların əksəriyyəti kasıbdır .....                     Azərbaycandan Rusiyaya ekstradisiya olunan azərbaycanlı Ukraynada həlak olub .....                     "Premium Bank"ın sədri işdən çıxıb .....                     Fuad Nəcəflinin işdən çıxarılmasının səbəbi məlum oldu .....                     Saxlanılan nazir, icra başçıları milyonlarla vəsaiti haradan oğurlayırlar? .....                     Bankların HƏDİYYƏ ŞOUSU: "YeloBank" və "UniBank" şəhid ailələrini aciz qoyur" .....                     Küçədə yararsız vəziyyətdə qalan “AA” seriyalı avtomobil kimindir? .....                     İcra başçısından yeni təyinat .....                     Komitə gömrük postlarını ildırımdan qorumaq üçün 17,5 min xərcləyəcək .....                     Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq .....                     Generalın direktor qudası məhkəməyə verildi .....                     Tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov həlak olub .....                     Bəşir Hacıyevin “ARCRİSE” MMC-nə xüsusi qayğısı nədəndir?! .....                     Qəzetlər HƏFTƏLİK OLUR? .....                     Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhidlərimizin əziz xatirəsi anılıb .....                     Ali Məhkəmə Əziz Orucovla bağlı qərar verib .....                     “Mədəniyyət Nazirliyindəki qoçular ...” .....                     Fazil Mustafaya qarşı sui-qəsd cəhdinə görə ömürlük həbs cəzası alan .....                     Ermənistan bu kəndləri də qaytarır? .....                     Bayır şəhərdə tarixi binaların əksəriyyəti qəzalı olduğundan bərpası kifayət qədər çətindir .....                     `Şərurlu İsfəndiyar`dan JEST: Maddi çətinlik içində olan tələbəyə DƏSTƏK OLDU .....                     Dəyişiklik sırası bir gün Binəqədiyə də çatar: YOXSA GEC OLAR... .....                     Paşinyan qəzəbləndi, zalı tərk etdi .....                     Dələduzluqda təqsirləndirilən maşın alverçiləri həbs edildi .....                     Paşinyan "sabiqlər"ə qarşı: İrəvanın çıxış yolu realizmdir .....                     Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti... .....                     Nikah ər və ya arvadın xəbəri olmadan pozula bilərmi? .....                     Nazirlik işçisini küçədə ölümcül döyən ata və oğulları ilə bağlı .....                     Uğursuz əməliyyatlara səbəb olan Nigar Məhəmmədova iş başındadır... .....                     Rusiyanın Ermənistanda yeni siyasi qüvvə tapmaq imkanları məhduddur .....                     Ev sahibini döyüb qızını qaçırdan "elektrik şəbəkəsi"nin işçilərindən birinin cəzası azaldıldı .....                     Kəmalə Quliyevanın rəhbəri olduğu 260 saylı məktəb niyə nəzarətsiz qalıb? .....                     "Paşinyan Bakıdakı hərbi parada dəvət olunmadığı üçün əsəbi ola bilər" .....                     DSMF bir ildə 1.5 milyona 30 ədəd xidməti avtomobil alıb .....                     Göygölün yeni icra başçısı bu yüksək vəzifəli məmurun oğludur .....                     Rəşid Behbudovun kürəkəni Polad Bülbüloğlunu .....                     Ermənistanda Sarkisyanın müsahibə verdiyi podkastın müəllifləri saxlanılıb .....                     Paşinyan komanda yoldaşlarına boşanmağı qadağan etdi .....                     “Bunu mənə Allah dedirtdi, 3 gün sonra öz övladım şəhid oldu” .....                     BOKT “İnternational”ın vergi borcu artmaqda davam edir .....                 

Bəşir Hacıyevin “ARCRİSE” MMC-nə xüsusi qayğısı nədəndir?! - İcazə verin şübhələnək...
Tarix: Bu gün, 12:28 | Çap et

“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi 12.11.2025-ci ildə dövlət satınalmalarının vahid internet portalında keçirilmədən, yəni birmənbədən satınalma metodu tətbiq etməklə bağladığı satınalma müqavilələri barədə məlumat yayıb.

İstisu qəsəbəsinin layihələndirilməsi xidmətinin satın alınması üzrə 836.620 manat dəyərində müqavilə “Kooplayihə-AHB” firması ilə bağlanılıb.

Kəlbəcər şəhər parkının layihələndirilməsi üzrə 706.820 manat dəyərində satınalma müqaviləsi Bakı Dövlət Layihə İnstitutu ilə bağlanılıb.

Dalqılınclı kəndinin layihələndirilməsi xidmətinin satın alınması üzrə 695.770,48 manat dəyərində satınalma müqaviləsi “ARCRİSE” MMC ilə bağlanılıb.

Bu məlumatlardan da göründüyü kimi Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti layihələndirmə işləri üzrə ümumi dəyəri 2 239 410 manat üç satınalma müqaviləsini birmənbədən satınalma metodu tətbiq etməklə bağlayıb. Bəs qanun hansı hallarda birmənbədən satınalma metodu tətbiq etməyə yol verir?

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qanunun tələblərindən də göründüyü kimi, qəsəbələrin layihələndirilməsi xidmətinin satın alınması məxfi məlumatla əlaqəli satınalma hesab oluna bilməz. Qurumun müqavilə bağladığı şirkətlər də konkret təchizatçı deyillər. Amma Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti satınalma prosedurunu bu şəkildə keçirməsi başa düşülən deyil. Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.

İndi gəlin görək Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birmənbədən satınalma metodu ilə müqavilə bağladığı şirkətlər barədə açıq mənbələrdə nə kimi məlumatlar var.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Kooplayihə-AHB” (VÖEN: 1300434701) firmasının 24.12.2004-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 1000 manat olan firmanın hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, HƏSƏNBƏY ZƏRDABİ PR., ev.78, qanuni təmsilçisi kimi isə Xəlilov Hüseyin Artıx oğlu qeyd olunub. Hazırkı tarixə firmanın 3426.98 manat vergi borcu var.

“Kooplayihə-AHB” firması bundan əvvəl Füzuli rayonu ərazisində yerləşən Qarakollu kənd yaşayış məntəqəsinin işçi layihələrinin optimallaşdırılması üzrə 414.655,96 manat dəyərində və “Füzuli rayonu ərazisində yerləşən Qarakollu kəndinin layihələndirilməsi” üzrə 1.595.478 manat dəyərində tenderləri də birmənbədən satınalma metodu ilə əldə edə bilib.

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birmənbədən satınalma metodu ilə müqavilə bağladığı “ARCRİSE” MMC-yə gəlincə.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ARCRİSE” (VÖEN: 1806808871) Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.09.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, SABUNÇU RAYONU, KÜRDAXANI ŞTQ, VASİF DADAŞ (KÜRDƏXANI QƏS.), ev.8a, m.-, qanuni təmsilçisi kimi isə Mustafayev Sərvər Yusif oğlu qeyd olunub.

Reyestr məlumatlarından da göründüyü kimi MMC cəmi bir il əvvəl yaradılıb. Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “ARCRİSE” MMC siftə tenderi Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən udub, həm də birmənbədən satınalma metodu ilə. Cəmi bir il əvvəl dövlət qeydiyyatına alınmış bir MMC-nin isə birmənbədən satınalma metoduna cəlb edilməsi və 695.770,48 manat dəyərində müqavilə bağlanılması şübhələnməyə ciddi əsaslar verir.

Qeyd edək ki, “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi 10.07.2024-cü ildə Prezident İlham Əliyevin Fərman ilə yaradılıb. Eyni zamanda,“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” və “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib. Müşahidə Şurasının sədri Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəs Bəşir Hacıyevdir.

Üzvləri isə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynovadır.

Nizamnamə kapitalı 500 000 manat olan Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktoru Şolan Emil Fərhad oğludur. Emil Şolanın əvvəlki fəaliyyəti ilə bağlı açıq mənbələrdə heç bir məlumat yoxdur.

aktualinfo.net











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda kino sektorundakı adamların əksəriyyəti kasıbdır - "Ata ocağı" serialının rejissoru
Bu gün, 13:29
Azərbaycandan Rusiyaya ekstradisiya olunan azərbaycanlı Ukraynada həlak olub - SON 10 İLDİR Kİ, BURADA YAŞAYIRDI
Bu gün, 13:10
"Premium Bank"ın sədri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 13:05
Fuad Nəcəflinin işdən çıxarılmasının səbəbi məlum oldu - belə deyirlər...
Bu gün, 13:04
Saxlanılan nazir, icra başçıları milyonlarla vəsaiti haradan oğurlayırlar? – Tahir Rzayev
Bu gün, 13:02
Bankların HƏDİYYƏ ŞOUSU: "YeloBank" və "UniBank" şəhid ailələrini aciz qoyur" - İTTİHAM VAR...
Bu gün, 13:00
Küçədə yararsız vəziyyətdə qalan “AA” seriyalı avtomobil kimindir? - FOTOLAR
Bu gün, 12:50
İcra başçısından yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:44
Komitə gömrük postlarını ildırımdan qorumaq üçün 17,5 min xərcləyəcək
Bu gün, 12:42
Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq
Bu gün, 12:37
Generalın direktor qudası məhkəməyə verildi - Peşə Təhsil Mərkəzində tələbəni təhqir edib
Bu gün, 12:35
Tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov həlak olub - TƏFƏRRÜAT
Bu gün, 12:31
Bəşir Hacıyevin “ARCRİSE” MMC-nə xüsusi qayğısı nədəndir?! - İcazə verin şübhələnək...
Bu gün, 12:28
Qəzetlər HƏFTƏLİK OLUR? - AÇIQLAMA
Bu gün, 12:23
Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhidlərimizin əziz xatirəsi anılıb - FOTO
Bu gün, 12:12
Ali Məhkəmə Əziz Orucovla bağlı qərar verib - TƏFƏRRÜAT
Bu gün, 11:59
“Mədəniyyət Nazirliyindəki qoçular ...” – Rejissoru boşanmağa nə vadar edib?
Bu gün, 11:57
Fazil Mustafaya qarşı sui-qəsd cəhdinə görə ömürlük həbs cəzası alan Səricanovun oğluna hökm oxundu
Bu gün, 11:56
Ermənistan bu kəndləri də qaytarır? - gözlənti
Bu gün, 11:54
Bayır şəhərdə tarixi binaların əksəriyyəti qəzalı olduğundan bərpası kifayət qədər çətindir - Dövlət Xidmətinin rəisi
Bu gün, 11:52
`Şərurlu İsfəndiyar`dan JEST: Maddi çətinlik içində olan tələbəyə DƏSTƏK OLDU - Özü isə bu barədə susur...
Bu gün, 11:48
Dəyişiklik sırası bir gün Binəqədiyə də çatar: YOXSA GEC OLAR... - Başçının satmadığı yer qalmayıb...
Bu gün, 11:20
Paşinyan qəzəbləndi, zalı tərk etdi - Bu gün Ermənistan parlamentində nə baş verib?
Bu gün, 11:03
Dələduzluqda təqsirləndirilən maşın alverçiləri həbs edildi
Bu gün, 11:00
Paşinyan "sabiqlər"ə qarşı: İrəvanın çıxış yolu realizmdir - AKTUAL
Bu gün, 10:56
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti... - Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı?
Bu gün, 10:52
Nikah ər və ya arvadın xəbəri olmadan pozula bilərmi? - AÇIQLAMA
Bu gün, 10:43
Nazirlik işçisini küçədə ölümcül döyən ata və oğulları ilə bağlı QƏRAR
Bu gün, 10:41
Uğursuz əməliyyatlara səbəb olan Nigar Məhəmmədova iş başındadır... - Ölüm saçan “MedAura” klinikası
Bu gün, 10:39
Rusiyanın Ermənistanda yeni siyasi qüvvə tapmaq imkanları məhduddur - ÇÜNKİ...
Bu gün, 10:34
Ev sahibini döyüb qızını qaçırdan "elektrik şəbəkəsi"nin işçilərindən birinin cəzası azaldıldı
Bu gün, 10:32
Kəmalə Quliyevanın rəhbəri olduğu 260 saylı məktəb niyə nəzarətsiz qalıb? - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 10:23
"Paşinyan Bakıdakı hərbi parada dəvət olunmadığı üçün əsəbi ola bilər" - Mikoyan
Bu gün, 10:11
DSMF bir ildə 1.5 milyona 30 ədəd xidməti avtomobil alıb - ARAŞDIRMA
Bu gün, 10:10
Göygölün yeni icra başçısı bu yüksək vəzifəli məmurun oğludur - DOSYE
Bu gün, 10:07
Rəşid Behbudovun kürəkəni Polad Bülbüloğlunu İTTİHAM ETDİ
Bu gün, 10:05
Ermənistanda Sarkisyanın müsahibə verdiyi podkastın müəllifləri saxlanılıb - “Sputnik Armenia”
Bu gün, 10:01
Paşinyan komanda yoldaşlarına boşanmağı qadağan etdi
Bu gün, 09:49
“Bunu mənə Allah dedirtdi, 3 gün sonra öz övladım şəhid oldu” - FOTO
Bu gün, 09:47
BOKT “İnternational”ın vergi borcu artmaqda davam edir - DETALLAR
Bu gün, 09:44
“Bakı Elektroavtomat”ın rəhbərliyi formalaşdırılacaq - YIĞINCAQ
Bu gün, 09:40
Azərbaycanda üç rayonda icra başçısı vəzifəsi boşdur - SİYAHI
Bu gün, 09:38
“Bakı Avtomobil Sənaye” ləğv oluna bilər
Bu gün, 09:36
Generala ağır itki
Bu gün, 09:32
Fuad Nəcəfli barəsində cinayət işi açılıb? - Həbs oluna bilər
Bu gün, 09:30
İnam Kərimovun məhkəmələri vətəndaşın DİZİNİ YERƏ GƏTİRİR - DİQQƏT: TƏHLÜKƏ VAR!!!
Bu gün, 09:27
Müharibə Nazirliyinin nəşri bədnam “907-ci düzəliş”in ləğvi üçün Konqresə çağırış edib - Bakının gözləntisi
Bu gün, 09:15
Köhnə yeni başçılar KÖHNƏ yerlərində YENİLİK ETMİŞDİLƏRMİ? - ONA GÖRƏ DƏ...
Bu gün, 09:11
Ramiz Mehdiyevin ev dustaqlığının bir ayı tamamlanır - 3 ay sonra...
Bu gün, 08:57
Fəzail Ağamalı Ana Vətəni necə dağıdır - qeyri-legitimliyin siyasi səbatsızlıq fəsadları
Bu gün, 07:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru