Mədəniyyət Nazirliyi 248 min manatlıq gül alır .....                     "Bakı Ticarət Mərkəzi" nizamnamə kapitalını 2,5 milyon manat azaldır .....                     Prezidentin “mərkəzdə oturan bəzi məmurlar” ifadəsi kimə aiddir? .....                     Diplomları saxta çıxan həkimin nazir olmaq arzusu .....                     Azərbaycanın icmal büdcəsinin 10 aylıq profisiti 8 milyard manatı ötüb .....                     Zaqatala sakini "Nar"dan avtomobil qazanıb .....                     Təqaüdə göndərilən general yenidən xidmətə qayıtdı .....                     “Azercell” bu paketləri səssizcə bağlayır .....                     `Siyəzənneft`in RƏHBƏR üçlüyü ilə bağlı Prezidentə MÜRACİƏT .....                     Ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət dayanır .....                     Hər bir rəhbər şəxs üçün əsas meyarlar xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır .....                     Azərbaycanda kino sektorundakı adamların əksəriyyəti kasıbdır .....                     Azərbaycandan Rusiyaya ekstradisiya olunan azərbaycanlı Ukraynada həlak olub .....                     "Premium Bank"ın sədri işdən çıxıb .....                     Fuad Nəcəflinin işdən çıxarılmasının səbəbi məlum oldu .....                     Saxlanılan nazir, icra başçıları milyonlarla vəsaiti haradan oğurlayırlar? .....                     Bankların HƏDİYYƏ ŞOUSU: "YeloBank" və "UniBank" şəhid ailələrini aciz qoyur" .....                     Küçədə yararsız vəziyyətdə qalan “AA” seriyalı avtomobil kimindir? .....                     İcra başçısından yeni təyinat .....                     Komitə gömrük postlarını ildırımdan qorumaq üçün 17,5 min xərcləyəcək .....                     Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq .....                     Generalın direktor qudası məhkəməyə verildi .....                     Tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov həlak olub .....                     Bəşir Hacıyevin “ARCRİSE” MMC-nə xüsusi qayğısı nədəndir?! .....                     Qəzetlər HƏFTƏLİK OLUR? .....                     Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhidlərimizin əziz xatirəsi anılıb .....                     Ali Məhkəmə Əziz Orucovla bağlı qərar verib .....                     “Mədəniyyət Nazirliyindəki qoçular ...” .....                     Fazil Mustafaya qarşı sui-qəsd cəhdinə görə ömürlük həbs cəzası alan .....                     Ermənistan bu kəndləri də qaytarır? .....                     Bayır şəhərdə tarixi binaların əksəriyyəti qəzalı olduğundan bərpası kifayət qədər çətindir .....                     `Şərurlu İsfəndiyar`dan JEST: Maddi çətinlik içində olan tələbəyə DƏSTƏK OLDU .....                     Dəyişiklik sırası bir gün Binəqədiyə də çatar: YOXSA GEC OLAR... .....                     Paşinyan qəzəbləndi, zalı tərk etdi .....                     Dələduzluqda təqsirləndirilən maşın alverçiləri həbs edildi .....                     Paşinyan "sabiqlər"ə qarşı: İrəvanın çıxış yolu realizmdir .....                     Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti... .....                     Nikah ər və ya arvadın xəbəri olmadan pozula bilərmi? .....                     Nazirlik işçisini küçədə ölümcül döyən ata və oğulları ilə bağlı .....                     Uğursuz əməliyyatlara səbəb olan Nigar Məhəmmədova iş başındadır... .....                 

Hər bir rəhbər şəxs üçün əsas meyarlar xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır - İsrafil Kərimovun yazısı
Tarix: Bu gün, 14:31 | Çap et

Noyabrın 12-də ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsi, Göyçay, Göygöl, Balakən, Qax, Kürdəmir və Bakı şəhəri Nəsimi Rayonlarının icra hakimiyyətlərinə başçılar təyin olunnub. Həmin gün dövlət başçısı təyin edilən icra başçıları ilə görüşərək onlara yeni vəzifəyə təyinatla bağlı tövsiyə və tapşırıqlarını verib.
Qeyd edilib ki, yeni təyinat icra başçılarına böyük etimadın göstərilməsidir. Bu təyinatlar öz növbəsində böyük məsuliyyət və böyük işlər tələb edir. Dövlət başçısının təyin etdiyi hər bir rəhbər şəxs üçün əsas meyarlar ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq olmalıdır.
Cənab Prezidentin dövlət məmurlarının qarşısına qoyduğu əsas tələblərdən biri ölkənin hər bir bölgəsində vətəndaş məmnunluğunun, məmur-vətəndaş münasibətlərinin dayanıqlı inkişafın təmin edilməsidir və bu bütün dövrlərdə prioritet məsələ kimi öndə dayanıb və dayanır.
İlk növbədə rəhbər vəzifədə çalışan hər bir şəxs təvazökar olmalıdır. Prezidentin bildirdiyi kimi: “həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir”.
Dövlət başçısı İlham Əliyev qəbul zamanı onu da qeyd etdi ki, bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Dövlət, dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Bir neçə regional inkişaf proqramının icrası uğurla nəticələnib. Əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb. Təbii ki, köhnəlmiş infrastrukturun təzələnməsi, təmiri məsələləri var. Ancaq bu problem artıq ciddi problem kimi mövcud deyil. Bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun qurulması güclü potensial yaratmışdır. Magistral yollar tamamilə müasir standartlara cavab verir. Şəhərlərarası yollar təmirlidir. Kənd yollarının tikintisi üçün hər il lazımi vəsait ayrılır. Deyə bilmərəm, hələ ki, biz istənilən 100 faiz nəticəyə çatmışıq, ancaq bir çox bölgələrdə kənd yollarının təqribən 70-80 faizi təmirlidir və keyfiyyətlidir.
O da qeyd edildi ki, bütün şəhərlərdə içməli su layihələri icra edilir. Kəndlərdə də içməli su ilə bağlı lazımi tədbirlər görülür, suvarma layihələri icra edilir, yeni su anbarlarının, su kanallarının tikintisi və suvarma ilə bağlı vəziyyət, ümumiyyətlə, müsbətə doğru dəyişir: “Bütün digər infrastruktur layihələri, o cümlədən sosial infrastruktur layihələri, məktəb tikintisi, xəstəxanalar, idman obyektləri. Yəni, bu gün Azərbaycanın bölgələrində bütün bu məsələlər öz həllini tapır. Hər bir şəhərdə müasir xəstəxana fəaliyyət göstərir və bütün bunlar, əlbəttə ki, həm böyük vəsait, həm də gündəlik diqqət tələb edir. Yenə də deyirəm, biz bu məsələləri dövlət xətti ilə, dövlət büdcəsi hesabına regionların sosial-iqtisadi inkişafı proqramlarının icrası nəticəsində həll etmişik.”
Dövlət başçısı İlham Əliyev görüşdə bir daha bu çağırışı etdi ki, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapmalıdır. Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb.
Dövlət başçısı İlham Əliyevin sözügedən görüşdə diqqət göstərdiyi əsas məsələlərdən biri məhz bəzi məmurların qanunsuz hərəkətləri oldu. “Ancaq mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, o adamlar haqqında ciddi ölçülər götürüləcək.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mədəniyyət Nazirliyi 248 min manatlıq gül alır - SİYAHI
Bu gün, 15:16
"Bakı Ticarət Mərkəzi" nizamnamə kapitalını 2,5 milyon manat azaldır
Bu gün, 15:11
Prezidentin “mərkəzdə oturan bəzi məmurlar” ifadəsi kimə aiddir? - “Dərin dövlət qurmuşdu”
Bu gün, 15:09
Diplomları saxta çıxan həkimin nazir olmaq arzusu - REPLİKA
Bu gün, 15:05
Azərbaycanın icmal büdcəsinin 10 aylıq profisiti 8 milyard manatı ötüb
Bu gün, 14:57
Zaqatala sakini "Nar"dan avtomobil qazanıb - FOTO
Bu gün, 14:51
Təqaüdə göndərilən general yenidən xidmətə qayıtdı - BUNDAN SONRA...
Bu gün, 14:48
“Azercell” bu paketləri səssizcə bağlayır – Abunəçilər xəbərsizdir
Bu gün, 14:45
`Siyəzənneft`in RƏHBƏR üçlüyü ilə bağlı Prezidentə MÜRACİƏT - "Ata-babalarımızın çəkdiyi zəhmət boşa gedəcək..."
Bu gün, 14:40
Ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət dayanır - MƏQALƏ
Bu gün, 14:32
Hər bir rəhbər şəxs üçün əsas meyarlar xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır - İsrafil Kərimovun yazısı
Bu gün, 14:31
Azərbaycanda kino sektorundakı adamların əksəriyyəti kasıbdır - "Ata ocağı" serialının rejissoru
Bu gün, 13:29
Azərbaycandan Rusiyaya ekstradisiya olunan azərbaycanlı Ukraynada həlak olub - SON 10 İLDİR Kİ, BURADA YAŞAYIRDI
Bu gün, 13:10
"Premium Bank"ın sədri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 13:05
Fuad Nəcəflinin işdən çıxarılmasının səbəbi məlum oldu - belə deyirlər...
Bu gün, 13:04
Saxlanılan nazir, icra başçıları milyonlarla vəsaiti haradan oğurlayırlar? – Tahir Rzayev
Bu gün, 13:02
Bankların HƏDİYYƏ ŞOUSU: "YeloBank" və "UniBank" şəhid ailələrini aciz qoyur" - İTTİHAM VAR...
Bu gün, 13:00
Küçədə yararsız vəziyyətdə qalan “AA” seriyalı avtomobil kimindir? - FOTOLAR
Bu gün, 12:50
İcra başçısından yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:44
Komitə gömrük postlarını ildırımdan qorumaq üçün 17,5 min xərcləyəcək
Bu gün, 12:42
Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq
Bu gün, 12:37
Generalın direktor qudası məhkəməyə verildi - Peşə Təhsil Mərkəzində tələbəni təhqir edib
Bu gün, 12:35
Tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov həlak olub - TƏFƏRRÜAT
Bu gün, 12:31
Bəşir Hacıyevin “ARCRİSE” MMC-nə xüsusi qayğısı nədəndir?! - İcazə verin şübhələnək...
Bu gün, 12:28
Qəzetlər HƏFTƏLİK OLUR? - AÇIQLAMA
Bu gün, 12:23
Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhidlərimizin əziz xatirəsi anılıb - FOTO
Bu gün, 12:12
Ali Məhkəmə Əziz Orucovla bağlı qərar verib - TƏFƏRRÜAT
Bu gün, 11:59
“Mədəniyyət Nazirliyindəki qoçular ...” – Rejissoru boşanmağa nə vadar edib?
Bu gün, 11:57
Fazil Mustafaya qarşı sui-qəsd cəhdinə görə ömürlük həbs cəzası alan Səricanovun oğluna hökm oxundu
Bu gün, 11:56
Ermənistan bu kəndləri də qaytarır? - gözlənti
Bu gün, 11:54
Bayır şəhərdə tarixi binaların əksəriyyəti qəzalı olduğundan bərpası kifayət qədər çətindir - Dövlət Xidmətinin rəisi
Bu gün, 11:52
`Şərurlu İsfəndiyar`dan JEST: Maddi çətinlik içində olan tələbəyə DƏSTƏK OLDU - Özü isə bu barədə susur...
Bu gün, 11:48
Dəyişiklik sırası bir gün Binəqədiyə də çatar: YOXSA GEC OLAR... - Başçının satmadığı yer qalmayıb...
Bu gün, 11:20
Paşinyan qəzəbləndi, zalı tərk etdi - Bu gün Ermənistan parlamentində nə baş verib?
Bu gün, 11:03
Dələduzluqda təqsirləndirilən maşın alverçiləri həbs edildi
Bu gün, 11:00
Paşinyan "sabiqlər"ə qarşı: İrəvanın çıxış yolu realizmdir - AKTUAL
Bu gün, 10:56
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti... - Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı?
Bu gün, 10:52
Nikah ər və ya arvadın xəbəri olmadan pozula bilərmi? - AÇIQLAMA
Bu gün, 10:43
Nazirlik işçisini küçədə ölümcül döyən ata və oğulları ilə bağlı QƏRAR
Bu gün, 10:41
Uğursuz əməliyyatlara səbəb olan Nigar Məhəmmədova iş başındadır... - Ölüm saçan “MedAura” klinikası
Bu gün, 10:39
Rusiyanın Ermənistanda yeni siyasi qüvvə tapmaq imkanları məhduddur - ÇÜNKİ...
Bu gün, 10:34
Ev sahibini döyüb qızını qaçırdan "elektrik şəbəkəsi"nin işçilərindən birinin cəzası azaldıldı
Bu gün, 10:32
Kəmalə Quliyevanın rəhbəri olduğu 260 saylı məktəb niyə nəzarətsiz qalıb? - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 10:23
"Paşinyan Bakıdakı hərbi parada dəvət olunmadığı üçün əsəbi ola bilər" - Mikoyan
Bu gün, 10:11
DSMF bir ildə 1.5 milyona 30 ədəd xidməti avtomobil alıb - ARAŞDIRMA
Bu gün, 10:10
Göygölün yeni icra başçısı bu yüksək vəzifəli məmurun oğludur - DOSYE
Bu gün, 10:07
Rəşid Behbudovun kürəkəni Polad Bülbüloğlunu İTTİHAM ETDİ
Bu gün, 10:05
Ermənistanda Sarkisyanın müsahibə verdiyi podkastın müəllifləri saxlanılıb - “Sputnik Armenia”
Bu gün, 10:01
Paşinyan komanda yoldaşlarına boşanmağı qadağan etdi
Bu gün, 09:49
“Bunu mənə Allah dedirtdi, 3 gün sonra öz övladım şəhid oldu” - FOTO
Bu gün, 09:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru