"Siyəzənnfet Neft Qaz Çıxartma İdarəsinin (NQÇİ) ilk quysu 1939-cu ildə qazılıb. Yəni bu idarənin 86 yaşı var və bu illər ərzində Azərbaycan iqtisadiyyatına "qara qızıl" istehsalı baxımından öz töhfələrini verib..." "DİA-AZ" xəbər verir ki, bunu ölkə rəhbərliyinə müraciətində SOCAR əməkdaşı Zamiq Əliyev qeyd edib.
O müraciətinə daha sonra belə dvam edir: "Siyəzən rayon sakinlərinin əksər hissəsi öz ailəsini bu NQÇİ-də işləməklə saxlayıb. Mənim babam da ,atam da burda işləyib, əksər işçilərin də durumu belədir.
İndiki dövrə qədər bu idarədə çox rəhbər fəaliyyət göstərib, lakin indiki bu məlum "üçlük" qədər sərişdəsiz... idarənin mənfətini düşünməyən, işlə maraqlanmayıb başqa mövzulardan dəm vuran, öz vəzifə standartının haqqını verməyən, bir sözlə, neft hasilatı vecinə olmayan rəhbər şəxlər gəlməməişdir.
Öz fəaliyyətsizlikləri ilə artıq idarəni bitirirlər... Az müddət sonra buranı "Əmirovneft"ə birləşdirəcək... "Siyəzənnfet" adı bu üçlüyün sayəsində tarixə qarışacaq... Ata-babalarımızın çəkdiyi zəhmət boşa gedəcək.
Bu idarə Siyəzən rayonunun adı ilə bağlıdır və Siyəzənin birbaşa simasıdır. Bura sənayə şəhəridir, bu idarəyə qarşı göstərilən ögey münasibət birbaşa Siyəzənə qarşı bir hörmətsizlikdir və təxribatdır. Bu davranış yenə "Siyəzənnfet" NQÇİ-nin şəhid nefçilərinin ruhuna hörmətsizlikdir.
Hazırki rəhbərlərin dəyişilməsinə, bu idarəyə yaxşı mütəxəssislərin təyin olunmasına ehtiyac var.
Şəhid ailəsi olaraq ölkə rəhbərliyindən xahiş edirəm? Heç olmasa, bundan sonra idarənin mənffəti üçün addım atılsın..."








