“Bu, baş versə idi, Ermənistan olmayacaqdı” .....                     Xaricdə yaşayan Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov Baş Prokurorluğa çağırılıblar .....                     Xarici borcumuz silah alışı hesabına artıb .....                     Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə... .....                     Azərbaycan kinosu: film çəkməyə doğrudanmı pul yoxdur? .....                     Şərurlu İsfəndiyardan ölkəni tərk etmək istəməsi ilə bağlı iddialara .....                     Şabranın icra başçısı 2 yerli sakini məhkəməyə verdi .....                     “Düşdü qəzetlər hörmətdən...” .....                     “Mahnılarımı oğurlayıb oxuyurlar, mənimsəyirlər” .....                     8 saatlıq iş vaxtı necə olacaq və maaşlara nə qədər ƏLAVƏ OLUNACAQ? .....                     Ermənistan TŞ-nin katibi Cənubi Kiprə səfər edəcək .....                     Fuad Nəcəfov Naxçıvanı eləcə... sakitcə... TƏRK EDƏ BİLƏCƏKMİ? .....                     Nazirin BÖYÜK-KİÇİK SÖHBƏTİ... .....                     İsa Qəmbər - Etibar Məmmədov razılaşması: Onu kim necə pozdu? .....                     Azərbaycanda məmur həbsi niyə toy-bayrama çevrilir... .....                     “Kiyev Rusiyanın milyardlarını gözləyir” .....                     Bu dəfə də Elman Nəsirovun oğlu... .....                     Ramiz Mehdiyevə görə hədəfə çevrildilər .....                     Bu Paşinyanın mənəvi prinsiplərə verdiyi önəmi göstərir .....                     Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil .....                     “Məni əxlaqsız kimi tanıtmaq istədi” .....                     Hərbi prokurora böyük köməkçi təyin edildi .....                     Paşinyan– Köçəryan insidenti .....                     Şahin Bağırov PLANI DOLDURA BİLMİR... .....                     Ermənistanda 10-a yaxın din xadimi istintaqa çağırılıb .....                     Bir çox ağır cinayətlərdə ittiham edilən şəxsə hökm oxunub .....                     Mədəniyyət Nazirliyi 248 min manatlıq gül alır .....                     "Bakı Ticarət Mərkəzi" nizamnamə kapitalını 2,5 milyon manat azaldır .....                     Prezidentin “mərkəzdə oturan bəzi məmurlar” ifadəsi kimə aiddir? .....                     Diplomları saxta çıxan həkimin nazir olmaq arzusu .....                     Azərbaycanın icmal büdcəsinin 10 aylıq profisiti 8 milyard manatı ötüb .....                     Zaqatala sakini "Nar"dan avtomobil qazanıb .....                     Təqaüdə göndərilən general yenidən xidmətə qayıtdı .....                     “Azercell” bu paketləri səssizcə bağlayır .....                     `Siyəzənneft`in RƏHBƏR üçlüyü ilə bağlı Prezidentə MÜRACİƏT .....                     Ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət dayanır .....                     Hər bir rəhbər şəxs üçün əsas meyarlar xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır .....                     Azərbaycanda kino sektorundakı adamların əksəriyyəti kasıbdır .....                     Azərbaycandan Rusiyaya ekstradisiya olunan azərbaycanlı Ukraynada həlak olub .....                     "Premium Bank"ın sədri işdən çıxıb .....                 

Xaricdə yaşayan Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov Baş Prokurorluğa çağırılıblar - TƏFƏRRÜAT
Tarix: Bu gün, 00:08 | Çap et

Xaricdə yaşayan jurnalist Sevinc Osmanqızı Baş Prokurorluğa çağırılıb.

"Report" İctimai Televiziyaya istinadən xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İTV-də yayımlanıb.

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən Sevinc Mirzəyevaya Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.

Məlumatda cinayət prosesini həyata keçirən orqanın adı və ünvanı qeyd olunub.

Təqsirləndirilən şəxs 1969-cu il təvəllüdlü Sevinc Osman qızı Mirzəyevadır.

Ona izah edilir ki, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 20 noyabr 2025-ci il tarixdə 14:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Azərbaycanın Baş Prokurorluğun İstintaq Baş İdarəsinin inzibati binasına gəlməlidir.

Təqsirləndirilən şəxsə münasibətdə ittihamın mahiyyəti ondan ibarətdir ki, 25200606 saylı cinayət işi üzrə 26 fevral 2025-ci il tarixdə Beydulla Manafovun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 281.2 və 283.1-ci maddələri ilə ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaq orqanından qaçaraq Azərbaycanın hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı həmin tarixdə axtarış elan edilib.

Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

18 sentyabr 2025-ci il tarixdə ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 281.2 və 283.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Həmin qərara əsasən, Beydulla Manafov jurnalist Sevinc Osman qızı Mirzəyeva ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməklə 2 sentyabr 2023-cü il və 13 yanvar 2024-cü il tarixlərində Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn qəsdən açıq çağırışlar edilməsinə, bu cür məzmunlu video materealları qrup üzvü Sevinc Mirzəyeva vasitəsilə qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi youtube internet portalında "Sevinc Osmanqızı TV" adlı kanalı vasitəsilə ilə yayılmasına, habelə qeyrisi ilə əlbir olan qrup şəxs halında birləşərək 24 avqust 2024-cü il tarixində aşkar sürətdə Azərbaycan xalqının milli ləyqaətinin alçaldılmasına yönələn hərəkətlər etməsinə və qabaqcadan qeyrisi vasitəsi ilə "AzerFreedom TV Qarabağ" adlı kanalda yeni internet informasiya resursunda yayılmasına əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən şəxsə izah edilir ki, Cinayət-Prosessual Məcəlləsinin 467-13.3-cü maddəsinə əsasən ibtidai istintaqda iştirak etmək, özünün seçimi əsasında müdafiəçi ilə təmin olunmaq və digər prosessual qaydalara malikdir. Müdafiəçidən istifadə etdiyi halda onunla bağlı məlumatları istintaq orqanına göndərməlidir.

Qiyabi icraatın açıla biləcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Beydulla Manafova xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla bilər və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.

Xaricdə yaşayan ictimai fəal Abid Qafarov da Baş Prokurorluğa çağırılıb.

1981-ci il təvəllüdlü Qafarov Abid Abdin oğlu şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 20 noyabr 2025-ci il tarixdə 12:00-da Azərbaycanın Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

Bildirilir ki, Abid Qafarov barəsində Azərbaycan Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Həmin qərara əsasən, Abid Qafarov digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviqi ilə 26 fevral 2024-cü il və 28 aprel 2024-ci il tarixlərində təkrarən hakimiyyəti ələ keçirilməsinə yönələn qəsdən açıq çağırışlar etməsinə, bu cür məzmunlu videomaterialların "AzerFreedom TV" kanallarında yayılmasına, bundan başqa, Mirzəyeva Sevinc Osman qızı və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməklə 26 iyun 2024-cü ildə və 9 dekabr 2024-cü il tarixdə Azərbaycanda təkrarən hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa, zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlara təkrarən açıq çağırışlar etməsinə, bu cür videomaterialları qeyri-məhdud şəxslərin baxa biləcəyi yutub internet portalında "Sevinc Osmanqızı TV" adlı kanal vasitəsilə yayılmasına, bundan əlavə, digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviqi ilə 5 sentyabr 2024-cü il tarixdə hakimiyyətin təkrarən zorla ələ keçirilməsinə yönələn və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa, zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlara təkrarən açıq çağırışlar etməsinə, bu cür videomaterialları qeyri-məhdud şəxslərin baxa biləcəyi youtube internet portalında "AzerFreedom TV" kanalında yayılmasına əsaslı şübhələr müəyyən edilib.

Abid Qafarova xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.

Bundan başqa, xaricdə yaşayan Beydulla Manafov da Baş Prokurorluğa çağırılıb.

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən Beydulla Manafova Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.

Təqsirləndirilən şəxs 20 noyabr 2025-ci il tarixdə 14:00-da Baş Prokurorluğun İstintaq Baş İdarəsinin inzibati binasına gəlməlidir.

18 sentyabr 2025-ci il tarixdə ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 281.2 və 283.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bu, baş versə idi, Ermənistan olmayacaqdı” – Paşinyan
Bu gün, 00:11
Xaricdə yaşayan Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov Baş Prokurorluğa çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 00:08
Xarici borcumuz silah alışı hesabına artıb - Paşinyan ETİRAF ETDİ
Dünən, 18:00
Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə... - MƏQALƏ
Dünən, 17:57
Azərbaycan kinosu: film çəkməyə doğrudanmı pul yoxdur? - AKTUAL
Dünən, 17:44
Şərurlu İsfəndiyardan ölkəni tərk etmək istəməsi ilə bağlı iddialara CAVAB
Dünən, 17:39
Şabranın icra başçısı 2 yerli sakini məhkəməyə verdi - Arpanı alıb, pulunu vermir
Dünən, 17:36
“Düşdü qəzetlər hörmətdən...” - AXI NİYƏ?
Dünən, 17:32
“Mahnılarımı oğurlayıb oxuyurlar, mənimsəyirlər” - Xalq artistindən ETİRAZ
Dünən, 17:28
8 saatlıq iş vaxtı necə olacaq və maaşlara nə qədər ƏLAVƏ OLUNACAQ? - Müəllimlərin iş rejimi DƏYİŞİR
Dünən, 17:24
Ermənistan TŞ-nin katibi Cənubi Kiprə səfər edəcək
Dünən, 17:20
Fuad Nəcəfov Naxçıvanı eləcə... sakitcə... TƏRK EDƏ BİLƏCƏKMİ? - MÜMKÜN DEYİL!
Dünən, 17:17
Nazirin BÖYÜK-KİÇİK SÖHBƏTİ... - İNKİŞAF HARDADIR?
Dünən, 17:08
İsa Qəmbər - Etibar Məmmədov razılaşması: Onu kim necə pozdu? -Pənah Hüseyn açıqladı
Dünən, 17:04
Azərbaycanda məmur həbsi niyə toy-bayrama çevrilir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:01
“Kiyev Rusiyanın milyardlarını gözləyir” - Poitico
Dünən, 16:58
Bu dəfə də Elman Nəsirovun oğlu... - FOTO
Dünən, 16:56
Ramiz Mehdiyevə görə hədəfə çevrildilər – Araşdırmalar başlaya bilər
Dünən, 16:54
Bu Paşinyanın mənəvi prinsiplərə verdiyi önəmi göstərir - ŞƏRH
Dünən, 16:50
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil - AKTUAL
Dünən, 16:45
“Məni əxlaqsız kimi tanıtmaq istədi” - Model videoya aydınlıq gətirdi
Dünən, 16:41
Hərbi prokurora böyük köməkçi təyin edildi - ƏMR
Dünən, 16:37
Paşinyan– Köçəryan insidenti - Gərginlik yox idi, siz sadəcə başlıq axtarırsınız
Dünən, 16:32
Şahin Bağırov PLANI DOLDURA BİLMİR... - Maliyyə Nazirliyi məlumat yayıb
Dünən, 16:27
Ermənistanda 10-a yaxın din xadimi istintaqa çağırılıb - Ermənistan KİV
Dünən, 16:26
Bir çox ağır cinayətlərdə ittiham edilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 16:21
Mədəniyyət Nazirliyi 248 min manatlıq gül alır - SİYAHI
Dünən, 15:16
"Bakı Ticarət Mərkəzi" nizamnamə kapitalını 2,5 milyon manat azaldır
Dünən, 15:11
Prezidentin “mərkəzdə oturan bəzi məmurlar” ifadəsi kimə aiddir? - “Dərin dövlət qurmuşdu”
Dünən, 15:09
Diplomları saxta çıxan həkimin nazir olmaq arzusu - REPLİKA
Dünən, 15:05
Azərbaycanın icmal büdcəsinin 10 aylıq profisiti 8 milyard manatı ötüb
Dünən, 14:57
Zaqatala sakini "Nar"dan avtomobil qazanıb - FOTO
Dünən, 14:51
Təqaüdə göndərilən general yenidən xidmətə qayıtdı - BUNDAN SONRA...
Dünən, 14:48
“Azercell” bu paketləri səssizcə bağlayır – Abunəçilər xəbərsizdir
Dünən, 14:45
`Siyəzənneft`in RƏHBƏR üçlüyü ilə bağlı Prezidentə MÜRACİƏT - "Ata-babalarımızın çəkdiyi zəhmət boşa gedəcək..."
Dünən, 14:40
Ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət dayanır - MƏQALƏ
Dünən, 14:32
Hər bir rəhbər şəxs üçün əsas meyarlar xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır - İsrafil Kərimovun yazısı
Dünən, 14:31
Azərbaycanda kino sektorundakı adamların əksəriyyəti kasıbdır - "Ata ocağı" serialının rejissoru
Dünən, 13:29
Azərbaycandan Rusiyaya ekstradisiya olunan azərbaycanlı Ukraynada həlak olub - SON 10 İLDİR Kİ, BURADA YAŞAYIRDI
Dünən, 13:10
"Premium Bank"ın sədri işdən çıxıb - BUNDAN SONRA...
Dünən, 13:05
Fuad Nəcəflinin işdən çıxarılmasının səbəbi məlum oldu - belə deyirlər...
Dünən, 13:04
Saxlanılan nazir, icra başçıları milyonlarla vəsaiti haradan oğurlayırlar? – Tahir Rzayev
Dünən, 13:02
Bankların HƏDİYYƏ ŞOUSU: "YeloBank" və "UniBank" şəhid ailələrini aciz qoyur" - İTTİHAM VAR...
Dünən, 13:00
Küçədə yararsız vəziyyətdə qalan “AA” seriyalı avtomobil kimindir? - FOTOLAR
Dünən, 12:50
İcra başçısından yeni təyinat - BUNDAN SONRA...
Dünən, 12:44
Komitə gömrük postlarını ildırımdan qorumaq üçün 17,5 min xərcləyəcək
Dünən, 12:42
Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq
Dünən, 12:37
Generalın direktor qudası məhkəməyə verildi - Peşə Təhsil Mərkəzində tələbəni təhqir edib
Dünən, 12:35
Tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov həlak olub - TƏFƏRRÜAT
Dünən, 12:31
Bəşir Hacıyevin “ARCRİSE” MMC-nə xüsusi qayğısı nədəndir?! - İcazə verin şübhələnək...
Dünən, 12:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru