"Our Orchards" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 7701735151) nizamnamə kapitalının 300 min manat azaldılaraq 1 milyon 400 min manat məbləğində müəyyən edildiyini elan edir.
"DİA-AZ" xəbər verir ki. kreditorlar müvafiq tələblərini bir ay müddətində AZ2732, XAÇMAZ RAYONU, YERGÜC KƏNDİ ünvanına bildirə bilərlər.
Şirkətin buna qədərki nizamnamə kapitalı isə 1 milyon 700 min manat təşkil edir.
Bildirək ki, "Our Orchards" 21 dekabr 2016-cı ildə dövlət qeydiyyatna alınıb. Qanuni təmsilçisi Fuad Mövsümov Qasım oğludur.