14.07.2025-ci il tarixdə saat 11:00-da "Gəncə-Çörək" ASC növbəti iclasının keçirilməsini elan edir.
FED.az xəbər verir ki, yığıncaq Gəncə şəhəri, Şəmkir şosesi 1 ünvanında olacaq.
İclasın gündəyilinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin 2024-cü maliyyə ili üzrə hesabatının təqdim edilməsi;
2. Cəmiyyətdə yeni idarəetmənin formalaşdırılması və idarəetmədə səlahiyyətlərin müəyyən edilməsi;
3. Cəmiyyətin direktorunun təyin edilməsi; 4. Müşahidə şurasının səlahiyyətlərinə xitam verilməsi;
5. Cəmiyyətin yeni redaksiyada nizamnaməsinin təsdiq edilməsi;
6. "Gəncə-Çörək" ASC-nin 2025-ci il tarixinə əsas vəsaitlərin inventarlaşdırılması;
7.Qeyd edilən məsələlər ilə əlaqədar qanunvericilikdən irəli gələn məsələlərin müzakirəsi və qəbulu.
Cəmiyyətin növbəti iclasının gündəliyi ilə Gəncə şəhəri, Şəmkir şossesi 1 ünvanında tanış olmaq olar.