Yaşar Gülər yunan nazirlərin təhdidlərinə cavab verib: - Gözləyirik!
Tarix: 24-07-2024, 14:03 |
Çap et
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Yunanıstanın müdafiə naziri Nikos Dendias və səhiyyə naziri Adonis Georgiadisin təhdidlərinə cavab verib.
“Report”un məlumatına görə, o bu barədə Türkiyə Böyük Millət Məclisində (TBMM) jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Türkiyəyə hər il 60 milyon turist gəlir, gözləyirik. Turist səfəri üçün gözləyirik”, - nazir bildirib.
Qeyd edək ki, daha əvvəl Yunanıstanın müdafiə naziri Nikos Dendias “bir gecə F-35 qırıcıları ilə qəfil Ankaraya gedə biləcəklərini” demişdi.