"Hətta olan iş yerləri belə bağlandı..." - Naxçıvanda "XAN"a şükür oxuyurlar...
Tarix: 6-05-2024, 09:32 |
Çap et
"Naxçıvanın sosial iqtisadi inkişafına dair 2023-2027 dövlət proqramı qəbul olunub. Bu proqram qəbul olunanda Naxçıvanlılar sevinirdi ki, iş yerləri açılacaq işləyəcəyik. Hətta Türkiyədə və Bakıda yaşayan naxçıvanlılar belə sevinirdilər ki Naxçıvanda iş yeri o qədər çox olacaq ki hamımız qayıdıb Naxçıvanda işləyib, öz evimizdə-eşiyimizdə yaşayacağıq...." diaaz.space bildirir ki, bütün bunlar Naxçıvandan olan narazı sakinlərin müraciətlərində yer alıb.
Sakinlər daha sonra yazır: "Lakin bu proqramın imzalanmasından bir ilə yaxın müddət keçməsinə baxmayaraq Naxçıvanda sosial-iqtisadi sahədə nəinki irəliləyiş oldu, hətta olan iş yerləri belə bağlandı... İnsanlar iş üçün Türkiyəyə Bakıya üz tutdular və nəticədə köçüb gedənlərin sayı Xan rejimində köçənlərin sayından da çox oldu.
Biz Naxçıvanda iş tapmaq üçün demək olar ki, qapısını döymədiyimiz dövlət orqanı, nazirlik qalmayıb... Hansına gediriksə, deyirlər, iş yoxdur.
"Xan"ın hakimiyyəti dövründə yenə iş tapmaq olurdu... indi isə iş tapmaq çox müşkül məsələdir..."