Üç icra başçısı ilə bağlı QƏRAR HAZIRDIR... - ADLAR
Tarix: 13-12-2021, 10:29 |
Çap et
DİA.AZ: - Üç rayonun icra hakimiyyətinin başçısı ilə bağlı qərar hazırdır. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib.
Xəbəri verən qaynaq iddia edir ki, yeni ilin ilk günlərindən etibarən RİH rəhbərləri əlaqədar yeni ələmə dalğasına start veriləcək və ilk hədəflər sırasında məhz bu üç icra başçısının adı var.
Mənbənin diaaz.space-a söylədikləri: "Söhbət Yardımlı, Astara və Qusar rayonlarının başçılarından gedir. Hər üçü yetərincə narazılıq yaradan, şikayətlərə səbəb olan icra başçısı kimi bu günə qədər hətta rəsmi dairələrin dili ilə də ifadə olunublar".
Mənbə diaaz.space-a bildirir ki, yeni ildən start götürəcək prosesdə köhnədən qalan heyətin əksəriyyətinə "əlvida" deyiləcək".
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...