“İdeal-İ İnşaat”la bağlı yeni faktlar... - İDDİA
Tarix: 30-01-2016, 12:50 | Çap et
 Bu dəqiqələrdə В«Balansinfo.azВ»a daxil olan məlumata görə son günlər adı qalmaqallarda hallanan В«İdeal-İ-İnşaatВ» MMC-nin direktoru İsa Məmmədov və onun yaxın qohumu və şəriki Məmmədov Çingiz Əkbər oğlu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bu gün saxlanılıb. Buna səbəb adı çəkilən podratçı MMC-nin 10 ilə yaxındır sifarişçi “Baku Qrup” adlı MMC ilə bağladığı müqavilə şərtlərini yerinə yetirməməsi, sifarişçinin xəbəri olmadan Bakı şəhəri, Xocalı prospekti k. 29 ünvanında (keçmiş Şüşə zavodunun yerləşdiyi ərazidə) yerləşən yaşayış binasındakı mənzilləri satıb pulunu mənimsəməsidir. Məlumatlı mənbə bildirir ki, hər iki məsul şəxs barədə artıq bir müddət imiş ki, həm binanın sifarişçisi “Baku Qrup” adlı MMC-nin, həm də həmin binada pulunu tam ödəsə də mənzillərinə köçə bilməyən vətəndaşların İsa və Çingiz Məmmədovların qanunsuz əməlləri ilə bağlı Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova şikayət ərizəsi göndərilibmiş. Həbsin təfsilatı barədə əlavə məlumat veriləcək. *** Qeyd edək ki, İsa Məmmədovun qanunsuz əməlləri barədə В«TəzadlarВ» qəzeti son saylarında vətəndaşların şikayəti əsasında geniş yazı dərc edib. Şikayət məktubunda deyilirdi: В«Biz aşağıda imza edən bir qrup Azərbaycan Respublikasının vətəndaşları, Bakı şəhəri, Xocalı prospekti k.29 ünvanında (keçmiş Şüşə zavodunun yerləşdiyi ərazidə) “İdeal-İ İnşaat” MMC-nin tikdiyi yaşayış binasından mənzil almaq üçün bundan təqribən 10 il əvvəl bu MMC ilə müqavilə bağlamışıq və mənzil tikintisinə görə bu MMC-yə mənzilimizin dəyərinı tam ödəmişik. Lakin “İdeal-İ İnşaat” MMC-nin təsisçisi və əvvəlki direktoru Məmmədov İsa Əli oğlu artıq 8 ilə yaxındır ki, bizim binamızı tikib bizə təhvil vermir. Dəfələrlə mənzilimizin nə zaman bizə təhvil verilməsi ilə əlaqədar İsa Məmmədovla əlaqə saxlamaq istəmişik. Məlum olmuşdur ki, İsa Məmmədov məsuliyyətdən yayınmaq üçün formal olaraq В«direktorluqdan çıxaraqВ» özünün “İdeal-İ İnşaat” MMC-sinə yaxın qohumu Məmmədov Çingiz Əkbər oğlunu В«direktorВ» təyin etmişdir. Bu qohumlar isə birləşərək, bizim mənzil tikintisinə görə onlara verdiklərimiz pulları öz keflərinə xərcləyirlər, yaşayış binasını isə heç vaxt tikib qurtarmaq niyyətində deyillər. Bizə verilən məlumata görə keçmiş Şüşə zavodunun olduğu bu ərazidə tikilən binalarımızın yerləşdiyi torpaq sahəsi “Baku Qrup” adlı MMC-yə məxsusdur, lakin binaların tikintisi isə, В«Baku QrupВ»la bağlanmış podrat müqaviləsi əsasında İsa Məmmədov və onun “İdeal-İ İnşaat” MMC-si tərəfindən tikilir və bizim mənzil tikintisinə dair müqavilələrimiz də həmin bu “İdeal-İ İnşaat” MMC ilə bağlanmışdır. Mənzillərimizin pullarını da biz bu “İdeal-İ İnşaat” MMC-yə vermişik. “İdeal-İ İnşaat” MMC-nin müdriyyəti isə hər dəfə bizə yalançı vədlər verərək binaları tikib qurtarmır. Bizə verilən məlumatlara görə böyük ehtimal var ki, İsa Məmədov və onun qohumları bizim mənzillərimizi bir neçə dəfə digər vətəndaşlara da sataraq onlardan aldıqları pulları da öz şəxsi keflərinə və uşaqlarının adlarına obyektlər almağa xərcləmişlər. Hazırkı şikayət məktubumuzla biz, halal zəhmətlə qazandığımız pullar İsa Məmədov və onun qohumları tərəfindən dələduzluq yolu ilə aldadılaraq əlindən alınmış vətəndaşlar, В«TəzadlarВ» qəzeti vasitəsilə xahiş edirik ki, bu məsələni araşdırmaqda bizə köməklik göstərilsin. İsa Məmmədov və onun “İdeal-İ İnşaat” MMC-si barəsində bu binalardan mənzillər almış və bununla da bizim kimi aldadılmış digər vətəndaşları da qəzetdə bu haqda yazılar dərc etməklə ayıltmaq lazımdır. Çünki sonra gec olacaq. Məktubumuzun surətlərinin ünvanlandığı digər hüqüq mühafizə orqanlarından isə xahiş edirik ki, bizi aldadaraq pullarımızı mənimsəyən İsa Məmmədov, onun qohumları və “İdeal-İ İnşaat” MMC-nin digər məsul işçiləri barədəsində lazımi tədbirlər görərək onların cəzalandırılması üçün zəruri addımlar atılsın. Hörmətlə, Şikayətçılər: Hüseynova Ülviyyə, Abdullayeva Gülarə, Şirəliyeva Firəngiz, Uğurluyev Salman, Rəhimova Aygün, Mirzəzadə Dilşad, Həsənov Rüstəm, Novruzova Sədəf və başqalarıВ». *** Hazırda "Təzadlar"ın Araşdırma Qrupu İsa Məmmədovun vaxtilə həbs olunduöunu təsdiqləyən cinayət işi materiallarını əldə edib. Həmin material çapa hazırlanır... Az sonra təqdim ediləcək... Bizi izləyin... "Təzadlar"


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyə bankı Mehdiyevlə əlaqədə? - Deyilənə görə...
Bu gün, 07:40 |
|
|
|
| • İcra başçısının balıqları tələf oldu,düyü biznesinə keçdi - İLGİNC FAKTLAR
Bu gün, 07:25 |
|
|
|
| • ABŞ Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün yeni məxfi plan hazırlayır - "Axios"
Bu gün, 07:19 |
|
|
|
| • Şantaj necə müəyyən edilir? - VƏKİLDƏN AÇIQLAMA
Bu gün, 07:17 |
|
|
|
| • Mədəniyyət Nazirliyi hələ də İZ AZDIRIR - "8 milyon məsələsini unutdurmağa çalışır..."
Bu gün, 07:11 |
|
|
|
| • “Rəsul Quliyev tövsiyə etdi ki, Ramiz Mehdiyevə yazdığın açıq məktubu olduğu kimi Prezidentə və 1-ci Xanıma da yolla...” - SƏN DEMƏ...
Bu gün, 06:58 |
|
|
|
| • Şagird sayı az olan məktəblər bağlanacaq - Bəs müəllim və təhsil alanların taleyi necə olacaq?
Bu gün, 06:52 |
|
|
|
| • Nigar Camal və Fərqanə Qasımova arasında qalmaqal - "Məhkəməyə müraciət ola bilər..."
Bu gün, 06:45 |
|
|
|
| • Azərbaycan dəyişir, artıq əvvəlki kimi ola bilmir... - İNCƏLƏMƏ
Bu gün, 06:40 |
|
|
|
| • "Mənzər xanımla heç bir şəxsi problemim olmasa da..." - QALMAQAL
Bu gün, 06:37 |
|
|
|
| • Bakıda qadın təlimçi iki nəfəri sürücülük vəsiqəsi almaq adı ilə aldadıb - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
| • "Meyxanada heç kim mən gördüyüm işləri görməyib"
Bu gün, 06:32 |
|
|
|
| • Sərt cərimələr olmazsa, məsuliyyətsizlik davam edəcək - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:30 |
|
|
|
| • ABŞ Səudiyyə Ərəbistanına F-35 təyyarələri və təxminən 300 tank satacaq - AÇIQLAMA
Bu gün, 06:27 |
|
|
|
| • Naxçıvan səhiyyəsində NƏ BAŞ VERİR? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:24 |
|
|
|
| • Ermənistan Prezidenti sabah Gürcüstana səfər edəcək
Dünən, 20:10 |
|
|
|
| • Ermənistan və Aİ Azərbaycanla sülh gündəliyi fonunda əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 19:12 |
|
|
|
| • Niderland Azərbaycana yeni səfir müavini təyin edib
Dünən, 17:24 |
|
|
|
| • Bakı metrosunda dəhşətli anlar: sərnişin qatar relsinə belə düşdü - VİDEO
Dünən, 17:07 |
|
|
|
| • İnsult keçirən Əhməd Orucun EVİ QARƏT OLUNDU - hamı xəstəxanada imiş
Dünən, 17:04 |
|
|
|
| • "Qanın içində maşına apardıq, yolda can verdi" - Yasamaldakı dəhşətli qətlin şok təfərrüatı
Dünən, 17:02 |
|
|
|
| • Azərbaycanda buğda istehsalı niyə azalır - ƏKSİ OLMALI İDİ...
Dünən, 16:57 |
|
|
|
| • Bu tədbirlərlə bağlı xərc normaları artırıldı
Dünən, 16:49 |
|
|
|
| • ABŞ Azərbaycanla münasibətləri strateji xətt kimi qəbul edir - AKTUAL
Dünən, 16:46 |
|
|
|
| • “Aztelekom” bir ildə eyni şirkətlə 2.4 milyonluq müqavilə bağlayıb
Dünən, 16:41 |
|
|
|
| • Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir? - İLGİNC
Dünən, 16:35 |
|
|
|
| • Ermənistan Arutyunyanın ekstradisiyasını tələb edəcək - KİV
Dünən, 16:19 |
|
|
|
| • Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda bəzi saytlara giriş məhdudlaşıb - Cloudflare-də qlobal nasazlıq
Dünən, 16:18 |
|
|
|
| • ETSN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib - QƏRAR
Dünən, 16:16 |
|
|
|
| • Əli Həsənov ailəsi haqda bu faktı niyə açmadı? – İslamı qəbul edən erməni qayınana…
Dünən, 16:14 |
|
|
|
| • "Onlar ya sənədlərini düzəldə bilmirlər, ya müxtəlif dövlət qurumlarından sənədlərini keçirə bilmirlər" - deputat
Dünən, 16:08 |
|
|
|
| • Qriqoryan AB-nin xüsusi nümayəndəsi ilə görüşdü
Dünən, 16:00 |
|
|
|
| • Gəncə Avtomobil Zavodu FHN-ə bir yanğınsöndürən maşını 468 min manata satacaq
Dünən, 15:58 |
|
|
|
| • Lizinq şirkətinə 1,2 milyon manatlıq avtomobil satdı - TENDER NƏTİCƏSİ
Dünən, 15:55 |
|
|
|
| • “Hüquqşünasların bir çoxu ixtisası üzrə işləmirlər” -ƏKRƏM HƏSƏNOV
Dünən, 15:52 |
|
|
|
| • Badamdardakı restoranda insident – Dava salan şirkət əməkdaşı həbs edildi
Dünən, 15:46 |
|
|
|
| • Sabah icra başçısının şikayətinə baxılacaq – ŞABRANDA BORC QALMAQALI
Dünən, 15:45 |
|
|
|
| • Veysəloğlu Mərkəzi Sınaq Laboratoriyası ISO/IEC 17025 akkreditasiyasını əldə etdi – keyfiyyət və etibarlılıqda yeni mərhələ
Dünən, 15:33 |
|
|
|
| • 2008-ci ildə Qarabağdakı qoşunlar bura girib? – Virabyan
Dünən, 15:27 |
|
|
|
| • Rusiyada 6 yaşlı oğlunu öldürüb, başını kəsib gölə atan 31 yaşlı qadın həbs edilib
Dünən, 15:25 |
|
|
|
| • Ermənilərlə görüşən Azərbaycan deputatları KİMLƏRDİ...
Dünən, 14:53 |
|
|
|
| • "Azərbaycanın aparıcı dövlətlərin sırasına daxil olmasının vaxtı çatıb" - ÇÜNKİ...
Dünən, 14:49 |
|
|
|
| • Masallıda icra başçısı DAĞA DIRMAŞDI: Hamı HEYRAN QALDI... - İŞİNİ DƏ BELƏ GÖRSƏYDİ...
Dünən, 14:46 |
|
|
|
| • İrandan iki ölkəyə müharibə mesajı - Danışıqlar üçün zəmin yoxdur
Dünən, 14:40 |
|
|
|
| • Sosial Xidmətlər Agentliyi aylığı 22 minə ofis icarəyə götürür
Dünən, 14:33 |
|
|
|
| • Mqer Qriqoryan Maqdalena Qrono ilə kommunikasiyaların açılmasını müzakirə edib
Dünən, 14:30 |
|
|
|
| • "Quli" tərəfdarlarının ABŞ-də cinayət əməlləri - Həm restoranda işləyir, həm də...
Dünən, 14:19 |
|
|
|
| • Hacı Qalib Ramiz Mehdiyevi “topa” tutdu – hakim, “peşka”, general və milyarder haqda sərt danışdı
Dünən, 14:16 |
|
|
|
| • Bakıda məktəblinin 15 yaşlı Hikməti öldürməsinin - TƏFƏRRÜATI
Dünən, 14:14 |
|
|
|
| • Ermənistan sabiq baş prokurorun ekstradisiyası üçün Rusiyaya müraciət edəcək - KİV
Dünən, 14:13 |
|
|
|
|