Buraların AĞASI BƏLLİDİR... - İTTİHAM VAR!
Tarix: 25-06-2023, 10:51 | Çap et
 Lənkəran şəhəri, Füzuli küçəsi-75 ünvanında fəaliyyət göstərən 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində tüğyan edən məmur özbaşınalığına, məhz bu gün də son qoyulmur. Niyə? Bu haqda kimlərsə məlumatsız olsa da, tam əksəriyyət bilir ki, bu dövlət qurumuna rəhbərlik edən Şakir Quliyevin idarəçiliyi, artıq dözülməz həddə çatıb. Məsələn, 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə rəhbərlik edən Şakir Quliyev bu gün də vəzifə səlahiyyətlərindən sui-istifadə edir və məqsədli şəkildə cənub bölgəsinin sakinlərinə amansız divan tutur. Hətta o, yerli sakinlərə çox yuksək həddə, şişirdilmiş məbləğdə cərimələr tərtib etdirir. Baxmayaraq ki, bir cox sakinlərin heç bir əsas olmadan cərimələnmələri məhkəmə qaydasında sübuta yetirilmiş və həmin şəxslərin barəsində qaldırılan iddialar, cıxarılan qərarlar qəti şəkildə rədd edilmişdir. Yəni, bütün bunlarla bağlı yetərincə məhkəmə qətnamələri var. Redaksiyamıza daxil olan bəzi məlumatlarda bildirilir ki, Şakir Quliyev vətəndaşları haqsız cərimələtdiyinə ğörə məhkəmə qaydasında tənbeh olunmuş və ona nazirlik tərəfindən töhmət də verilmişdir. Qeyd edək ki, cənub bölgəsinin sakinləri Şakir Quliyevin “ərşə qalxan” zülmündən aidiyyatı dövlət qurumlarına dəfələrlə müraciətlər etsələr də, nədənsə bu şəxsə “qaşın üstə qara var” deyən tapılmır. O halda sual oluna bilər ki, bu gün ölkəmizin cənub bölgəsində kifayət qədər peşəkar, savadlı, xalqına, dövlətinə bağlı olan şəxslər olsa da, səbəb nədir ki, nazirlik Şakir Quliyevə etimad göstərir və ona bu mühüm vəzifə həvalə olunur? Bu şəxsin birdən-birə rəis əvəzi vəzifəyə təyin olunması, sanki Puşkinin “balıq və balıqçının nağılı”nı xatırladır. Yaxşı olardı ki, Şakir Quliyev bu nağılı bircə dəfə oxusun və özü üçün bir nəticə cıxartsın. Hələ ki, gec deyil!. Hal-hazırda həm 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin kollektivi, həm də cənub bölgəsinin sakinləri tərəfindən Şakir Quliyevə qarşı baş qaldıran narazılıqlar durmadan artmaqda davam edir. Baxmayaraq ki, insan yaşa dolduqca səmimi, mehriban və qayğıkeşliyi olur. Amma, bu şəxs isə qetdikcə ammansızlaşır. Elə bil ki, bu şəxsin əsas məqsədi yalnız kimlərdənsə qisas almaqdır. Görəsən nazirlik Şakir Quliyevi 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə rəis əvəzi vəzifəyə təyin edərkən, bu şəxsin keçmişini niyə araşdırmayıb? Cox güman ki, cənab Muxtar Babayevin baş verən olaylardan heçbir halda xəbəri yoxdur. Əgər cənab Nazir Şakir Quliyevin kimliyinin araşdırılması yöndə lazımi tapşırığını verərsə, o halda onun hansı əməl sahibi olduğunu biləcək və dərhal bu şəxslə bağlı lazımi ölçü də götürəcək. Cənub bölgəsinin sakinləri bildirirlər ki, Şakir Quliyev onlarla cox kobud şəkildə davranır və elə hallar da olur ki, o, etik davranış qaydalarını pozur və bəzi şəxslərə təhqiramiz ifadələr də işlədir. Bir cox sakinlər bu şəxsin psixoloji durumunun yerində olmadığını da iddia edirlər. Biz isə müəyyən səbəblərə görə, hələlik bu barədə heç bir açıqlama vermək niyyətində deyilik. Əldə etdiyimiz məlumatlara görə, son vaxtlar Şakir Quliyev mövqelərini möhkəmləndirilmək ücün yeni taktiki addımlarını atır. Məsələn, bu şəxs hər zaman nazirliyə öz "sadiqliyini" və “işgüzarlığını” çatdırmağa çalışır və o, bu məqsədilə cərimə planını uc qat yerinə yetirmək öhdəliyini öz üzərinə götürür. El arasında belə bir zərb-məsəl var: “zülm ilə abad olanın axırı bərbad olur”. Hal-hazırda Şakir Quliyev cənub bölgəsində “at oynadıb meydan sulayır”. Kimsə cəsarət edib ona “ayranın turşdur” deyə bilməz. Görünür ki, bu xəmir hələ cox su aparacaq. Bəzi məlumatlara görə, bu şəxs öz mövqelərini möhkəmləndirmək üçün “ağlı dabanında olan” jurnalistlərin olmayan nüfuzundan da yararlanmağa çalışır. Amma, bu şəxs onu unudur ki, zamanı çatanda adını-soyadını yazmağı bacarmayan həmin jurnalistlər, heç bir halda ona kömək ola bilməyəcəklər. Növbəti yazımızda Şakir Quliyevin Lənkəran şəhəri, Ləj kənd sakini Rzayev Ramis Muxtar oğluna qarşı etdiyi haqsızlıqlardan bəhs edəcəyik. Bizi izləməyi unutmayın.
Z. Həbiboğlu, AJB-nin üzvü GundemXeber.Az


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Bu, baş versə idi, Ermənistan olmayacaqdı” – Paşinyan
Bu gün, 00:11 |
|
|
|
| • Xaricdə yaşayan Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov Baş Prokurorluğa çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 00:08 |
|
|
|
| • Xarici borcumuz silah alışı hesabına artıb - Paşinyan ETİRAF ETDİ
Dünən, 18:00 |
|
|
|
| • Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə... - MƏQALƏ
Dünən, 17:57 |
|
|
|
| • Azərbaycan kinosu: film çəkməyə doğrudanmı pul yoxdur? - AKTUAL
Dünən, 17:44 |
|
|
|
| • Şərurlu İsfəndiyardan ölkəni tərk etmək istəməsi ilə bağlı iddialara CAVAB
Dünən, 17:39 |
|
|
|
| • Şabranın icra başçısı 2 yerli sakini məhkəməyə verdi - Arpanı alıb, pulunu vermir
Dünən, 17:36 |
|
|
|
| • “Düşdü qəzetlər hörmətdən...” - AXI NİYƏ?
Dünən, 17:32 |
|
|
|
| • “Mahnılarımı oğurlayıb oxuyurlar, mənimsəyirlər” - Xalq artistindən ETİRAZ
Dünən, 17:28 |
|
|
|
| • 8 saatlıq iş vaxtı necə olacaq və maaşlara nə qədər ƏLAVƏ OLUNACAQ? - Müəllimlərin iş rejimi DƏYİŞİR
Dünən, 17:24 |
|
|
|
| • Ermənistan TŞ-nin katibi Cənubi Kiprə səfər edəcək
Dünən, 17:20 |
|
|
|
| • Fuad Nəcəfov Naxçıvanı eləcə... sakitcə... TƏRK EDƏ BİLƏCƏKMİ? - MÜMKÜN DEYİL!
Dünən, 17:17 |
|
|
|
| • Nazirin BÖYÜK-KİÇİK SÖHBƏTİ... - İNKİŞAF HARDADIR?
Dünən, 17:08 |
|
|
|
| • İsa Qəmbər - Etibar Məmmədov razılaşması: Onu kim necə pozdu? -Pənah Hüseyn açıqladı
Dünən, 17:04 |
|
|
|
| • Azərbaycanda məmur həbsi niyə toy-bayrama çevrilir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:01 |
|
|
|
| • “Kiyev Rusiyanın milyardlarını gözləyir” - Poitico
Dünən, 16:58 |
|
|
|
| • Bu dəfə də Elman Nəsirovun oğlu... - FOTO
Dünən, 16:56 |
|
|
|
| • Ramiz Mehdiyevə görə hədəfə çevrildilər – Araşdırmalar başlaya bilər
Dünən, 16:54 |
|
|
|
| • Bu Paşinyanın mənəvi prinsiplərə verdiyi önəmi göstərir - ŞƏRH
Dünən, 16:50 |
|
|
|
| • Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil - AKTUAL
Dünən, 16:45 |
|
|
|
| • “Məni əxlaqsız kimi tanıtmaq istədi” - Model videoya aydınlıq gətirdi
Dünən, 16:41 |
|
|
|
| • Hərbi prokurora böyük köməkçi təyin edildi - ƏMR
Dünən, 16:37 |
|
|
|
| • Paşinyan– Köçəryan insidenti - Gərginlik yox idi, siz sadəcə başlıq axtarırsınız
Dünən, 16:32 |
|
|
|
| • Şahin Bağırov PLANI DOLDURA BİLMİR... - Maliyyə Nazirliyi məlumat yayıb
Dünən, 16:27 |
|
|
|
| • Ermənistanda 10-a yaxın din xadimi istintaqa çağırılıb - Ermənistan KİV
Dünən, 16:26 |
|
|
|
| • Bir çox ağır cinayətlərdə ittiham edilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 16:21 |
|
|
|
| • Mədəniyyət Nazirliyi 248 min manatlıq gül alır - SİYAHI
Dünən, 15:16 |
|
|
|
| • "Bakı Ticarət Mərkəzi" nizamnamə kapitalını 2,5 milyon manat azaldır
Dünən, 15:11 |
|
|
|
| • Prezidentin “mərkəzdə oturan bəzi məmurlar” ifadəsi kimə aiddir? - “Dərin dövlət qurmuşdu”
Dünən, 15:09 |
|
|
|
| • Diplomları saxta çıxan həkimin nazir olmaq arzusu - REPLİKA
Dünən, 15:05 |
|
|
|
| • Azərbaycanın icmal büdcəsinin 10 aylıq profisiti 8 milyard manatı ötüb
Dünən, 14:57 |
|
|
|
| • Zaqatala sakini "Nar"dan avtomobil qazanıb - FOTO
Dünən, 14:51 |
|
|
|
| • Təqaüdə göndərilən general yenidən xidmətə qayıtdı - BUNDAN SONRA...
Dünən, 14:48 |
|
|
|
| • “Azercell” bu paketləri səssizcə bağlayır – Abunəçilər xəbərsizdir
Dünən, 14:45 |
|
|
|
| • `Siyəzənneft`in RƏHBƏR üçlüyü ilə bağlı Prezidentə MÜRACİƏT - "Ata-babalarımızın çəkdiyi zəhmət boşa gedəcək..."
Dünən, 14:40 |
|
|
|
| • Ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət dayanır - MƏQALƏ
Dünən, 14:32 |
|
|
|
| • Hər bir rəhbər şəxs üçün əsas meyarlar xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır - İsrafil Kərimovun yazısı
Dünən, 14:31 |
|
|
|
| • Azərbaycanda kino sektorundakı adamların əksəriyyəti kasıbdır - "Ata ocağı" serialının rejissoru
Dünən, 13:29 |
|
|
|
| • Azərbaycandan Rusiyaya ekstradisiya olunan azərbaycanlı Ukraynada həlak olub - SON 10 İLDİR Kİ, BURADA YAŞAYIRDI
Dünən, 13:10 |
|
|
|
| • "Premium Bank"ın sədri işdən çıxıb - BUNDAN SONRA...
Dünən, 13:05 |
|
|
|
| • Fuad Nəcəflinin işdən çıxarılmasının səbəbi məlum oldu - belə deyirlər...
Dünən, 13:04 |
|
|
|
| • Saxlanılan nazir, icra başçıları milyonlarla vəsaiti haradan oğurlayırlar? – Tahir Rzayev
Dünən, 13:02 |
|
|
|
| • Bankların HƏDİYYƏ ŞOUSU: "YeloBank" və "UniBank" şəhid ailələrini aciz qoyur" - İTTİHAM VAR...
Dünən, 13:00 |
|
|
|
| • Küçədə yararsız vəziyyətdə qalan “AA” seriyalı avtomobil kimindir? - FOTOLAR
Dünən, 12:50 |
|
|
|
| • İcra başçısından yeni təyinat - BUNDAN SONRA...
Dünən, 12:44 |
|
|
|
| • Komitə gömrük postlarını ildırımdan qorumaq üçün 17,5 min xərcləyəcək
Dünən, 12:42 |
|
|
|
| • Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq
Dünən, 12:37 |
|
|
|
| • Generalın direktor qudası məhkəməyə verildi - Peşə Təhsil Mərkəzində tələbəni təhqir edib
Dünən, 12:35 |
|
|
|
| • Tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov həlak olub - TƏFƏRRÜAT
Dünən, 12:31 |
|
|
|
| • Bəşir Hacıyevin “ARCRİSE” MMC-nə xüsusi qayğısı nədəndir?! - İcazə verin şübhələnək...
Dünən, 12:28 |
|
|
|
|