`Umico`da aldığı malı geri qaytardı... PULU QAYTARMIRLAR... - "Nəyi araşdırır? Özü də bilmir..."
Tarix: 24-06-2023, 10:55 |
Çap et
DİA.AZ: - " `Umico` vasitəsi ilə "Texnomart"dan məhsul almışdım". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Nicat Şərifzadə adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Məhsul həm uyğun deyildi, həm də işləmirdi...
Geri qaytarma etdim, dedilər, qəbul etdik... Ödənişi edəcəyik...
Az qala 2 ay olur... hələ də geri ödəniş yoxdur. "Umico" hər gqn deyi,r araşdırırıq... Nəyi araşdırır? Özü də bilmir... "Texnomart" da araşdırır...
Hər gün deyrlər ki, həll olunacaq... amma ortada 2 aydır pul yoxdur...."
İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...