Zaqatala meşələrində təbiətə çox böyük ziyan vurulur. Meşədə ağacların özbaşına kəsilməsi faktları aşkarlanıb. Bunun la bağlı Şəki Regional Ekologiya idarəsinin əməkdaşı və Şəki Regional Ekologiya idarəsinin rəhbəri ilə əlaqə saxladıq. Bizə bildirildiki, bu haqda məlumatımız yoxdur. Belə bir hadisənin olmadığını bildirdilər. Şəki Regional Ekologiya idarəsinin rəhbrəliyinə bütün faktları video halında göndərdik. O isə göndərilən videonun ona çatmadığını bildirdi.
Bir başqa mənbədən aldığımız məlumata görə həmin ərazi Muxağ kənd bələdiyyəsinə aiddi. Bələdiyyə sədri isə Elvin adlı bir şəxsdi.
Elvin müəllim ilə əlaqə saxladıq. Bizə bildirdiki bu yalan məlumatdı. Baxmayaraq ki, əlimizdə foto və video materiallar var. Bir neçə mənbəyə məlumat verdikdən sonra bizə məlumat çatdıkı Mühafizə orqanları tərəfindən meşədə ağacların kəsilməsi ilə əlaqədar olaraq, həmin ərazi nəzarətə götürülüb. Aldığımız məlumata görə o bölgədə bir neçə parket sexləri fəaliyyət göstərir.
Ekologiya biznesi ilə məşğul olan kimlərdi?
Bununla bağlı araşdırmamız davam edir.
Bizi izləyin... Ardı olacaq
Dogrusoztv.az
İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...