Hacı Qalib dövlət məmurlarına hücum çəkdi - Bilgəhdə qovğa
Tarix: 15-11-2018, 10:29 | Çap et
 Sabiq deputat Qalib Salahzadənin Bakının Bilgəh qəsəbəsində 35 vətəndaşın yolunu kəsməsi barədə məlumat vermişdik. Azərbaycanın Baş Prokurorluğu, Bakı Şəhər İcra Hakimiyyəti, Sabunçu Rayon İcra Hakimiyyəti həmin yolun açılması üçün hərəkətə keçiblər. Yolun açılması üçün dövlət qurumlarına verilən vaxt bu gün - noyabrın 15-də bitir.
Bu qalmaqallı olayla bağlı aylardır ki, istintaq gedir. Ötən gün Daxili İşlər Nazirliyi İstintaq İdarəsinin Ağır Cinayətlərin İstintaqı İdarəsinin qrupu Bilgəhə yollanıb. Məqsəd ərazidə istintaq hərəkətləri aparmaq olub. Lakin Hacı Qalib Salahzadənin müdaxiləsi istintaqçıların işlərini sona çatdırmağa imkan verməyib. Bu haqda “Yeni Müsavat”a iş üzrə zərərçəkən statusunda olan Azərbaycan vətəndaşı Seymur Quliyev məlumat verib.
“Bilgəhə, bizim bağ evinin yaxınlığında Hacı Qalibin quraşdıraraq yolu bağladığı darvazanın qarşısına getdik. İqtintaq qrupunun rəhbəri Anar Dəmirçiyev, Şamxal adlı əməkdaş əlində kamera ilə çəkirdi. Mən zərərçəkən kimi öz mülkiyyətimə, qapımın qarşısına gəlmişdim. Dövlət Reyestr Xidmətindən 2 əməkdaş dəvət olunmuşdu. İstintaq hərəkəti aparıb bir daha əlimdə olan kupçaya əsasən yolu bağlı ərazinin mənə məxsusluğunu sənədləşdirib cinayət işinə əlavə edəcəkdilər. Yolun bağlanması məsələsi araşdırıldı. Dövlət Reyestr Xidmətindən dəvət olunan əməkdaşlar bunun üçün xüsusi ”GPS" cihazı da özləri ilə götürmüşdülər. İstintaq qrupunun rəhbəri mənim və qonşum Nurid Əliyevin evinə gedən yolla bağlı istintaq hərəkətlərinə başladı. Yanındakı əməkdaş videoçəkiliş aparmağa başladı. Dəmirçiyev dedi ki, biz çəkiliş aparacağıq, bundan sonra zəng edəcəyəm, adamlar gəlib qapını açacaqlar. Həmin dəqiqələrdə əraziyə ağ rəngli “cip” gəldi, maşından Hacı Qalib düşüb yanımıza gəldi. Söyüş söyürdü, əraziyə niyə gəldiyimizi soruşurdu.
Əmlak Komitəsinin işçilərinə qarşı kobudluq edirdi. Komitə əməkdaşlarından birinin əlində olan istintaqın dəvət məktubunu da əllərindən aldı. Anar Dəmirçiyev onu sakitliyə dəvət etdi, məktubu geri qaytarmasını tələb elədi. Anar Dəmirçiyevin israrından sonra Hacı Qalib məktubu qaytarmaq məcburiyyətində qaldı. İstintaq qrupunun rəhbəri Hacı Qalibdən tələb etdi ki, ərazidən uzaqlaşsın, istintaq hərəkətlərinə mane olmasın. Hacı Qalib də dedi ki, bəs bura mənimdir. Anar Dəmirçiyev də sənədlə ərazinin mənə məxsus olduğunu dedi, bildirdi ki, mülkiyyətçi Seymur Quliyevdir. Hacı Qalibə sual etdi ki, sizin hansı sənədləriniz var. O dedi ki, ərazi ailəmə məxsusdur, Xatirə Salahzadənin adınadır. Hacı Qalibdən sənəd istədi. Bu dəfə də dedi ki, ərazi oğlum Əlabbasındır. Yenə də sənəd təqdim edə bilmədi. Başladı deməyə ki, bura mənlikdir. Hacı Qalib hərəkətləri ilə Azərbaycanın Konstitusiyasını tanımadığını, Azərbaycan qanunlarına tabe olmadığını bir daha sübut etdi. Ona izah olundu ki, istintaq hərəkətlərinin aparılmasına mane olur. Ona hakimiyyət nümayəndələrinin işinə müdaxilə olunduğu izah edildi. Hacı Qalıb sona qədər imkan vermədi ki, evimə gedən qapı açılsın, istintaq hərəkətləri aparılsın".
Seymur Quliyev deyir ki, Hacı Qalib onun 2 evinin sökülməsini, əraziyə iri darvaza qoyub öz mülkiyyətinə buraxmamasını inkar etmir: “Açıq deyir ki, bura mənlikdir, mən istəsəm qapını açaram, istəsəm açmaram. Mən sizi bura buraxmıram. Anar Dəmirçiyev ona dedi ki, dövlətin yolunu qanunsuz olaraq bağlayıb. Hacı Qalib də dedi ki, istəyərəm qapını açaram, istəmərəm açmaram. O, sona qədər istintaq hərəkətlərinə mane oldu, imkan vermədi ki, ərazidə Dövlət Reyestr Xidmətinin əməkdaşları işlərini görsünlər. Onlara hucum edib əllərindən ”GPS" cihazı almağa çalışdı".
Seymur Quliyev məsələ ilə bağlı istintaqın növbəti addımlar atacağını gözlədiyini də bildirdi. “Yeni Müsavat”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İşçiyə bu halda əlavə əmək haqqı verilir... - DİQQƏT
Bu gün, 07:51 |
|
|
|
| • Niyazi Bayramov gethagetdə də Gəncəni satır... - VİDEOFAKT
Bu gün, 07:36 |
|
|
|
| • Bakının inanılmaz inadı və Paşinyan hökumətinin seçim olmayan yolu... - NƏ BAŞ VERİR?
Bu gün, 07:01 |
|
|
|
| • BİRBANK: Yardın... BATDIN! - BU, AÇIQ-AŞKAR QARƏTDİR!
Bu gün, 06:59 |
|
|
|
| • Bakıda evlər niyə belə bahadır axı... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:37 |
|
|
|
| • “Keçmiş elita artıq ölüm-dirim savaşına başlayıb” - Görünəni odur ki...
Bu gün, 06:34 |
|
|
|
| • Ermənistan Konstitusiyasına dəyişikliklə bağlı vədinə əməl etsə... - AKTUAL
Bu gün, 06:27 |
|
|
|
| • Oliqarx rektorun ŞÜBHƏLİ TENDERLƏRİ - Bir araşdıran olsa...
Bu gün, 06:23 |
|
|
|
| • Binəqədi bizim yox, başçının evidir... - istəsə satar, istəsə də...
Bu gün, 06:19 |
|
|
|
| • Vüsal Abdulla qəssabdır, YOXSA?.. - BU NƏDİ BELƏ?
Bu gün, 06:11 |
|
|
|
| • Moskva Türk birliyinə qarşı planlar qurur - GƏLİŞMƏ
Bu gün, 06:02 |
|
|
|
| • "Siz Azərbaycan mədəniyyətinin ləyaqəti, iradəsi və gözəlliyisiniz"
Bu gün, 05:57 |
|
|
|
| • Səhiyyə Nazirliyi Fuad Abdullayevə görə “New Med” klinikasını cərimələyib - Fuad Abdullayev isə... -
Bu gün, 05:52 |
|
|
|
| • Azərbaycan İsraillə niyə dost olmasın ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:48 |
|
|
|
| • ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır - Uolts
Bu gün, 05:44 |
|
|
|
| • Gənclərin Bakıya axınını təbii şəkildə necə dayandırmaq olar?
Dünən, 18:03 |
|
|
|
| • Sabah Bakıda Ermənistandan olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcək
Dünən, 17:59 |
|
|
|
| • İran generalları Azərbaycana dronla narkotik daşınmasına susqunluq göstərir - Deputat ilginc səbəbləri açıqladı
Dünən, 17:50 |
|
|
|
| • Rusiyanın Moldovadakı səfirinə etiraz notası təqdim edilib – Dron insidenti
Dünən, 17:39 |
|
|
|
| • ABŞ-ın sülh planı sanki Moskvada yazılıb - ATƏT sədri
Dünən, 17:33 |
|
|
|
| • Nazir müşavirini departament müdiri təyin etdi - FOTO
Dünən, 17:31 |
|
|
|
| • Rəqsanə üçün 100 min manat ödədi
Dünən, 17:24 |
|
|
|
| • Aİ Cənubi Qafqazdakı proseslərdə rolunu gücləndirməyə çalışır - Hipper
Dünən, 17:20 |
|
|
|
| • “Rusiya yönümlü qüvvələr” TƏHLÜKƏSİ - Paşinyan Qazaxıstanda sülh üçün DƏSTƏK AXTARIR
Dünən, 17:17 |
|
|
|
| • "Mən hakimiyyətə gələn kimi onu öldürdülər" - Pezeşkian
Dünən, 17:12 |
|
|
|
| • "Zəngəzur dəhlizinin açılması regionda bu ölkələrin təsirini azaldacaq" — ŞƏRH
Dünən, 16:56 |
|
|
|
| • Vüqar Behbudov Agentlik üçün bacısının ofisini icarələdi, 262 min manat ödədi - Azərbaycanda kuryoz olay
Dünən, 16:52 |
|
|
|
| • “A+A Şirkətlər Qrupu” nizamnamə kapitalından 5 milyon manat geri götürdü
Dünən, 16:48 |
|
|
|
| • 2026-cı il son şansdır: Davamlı sülh ehtimalı yüksəkdir - İNCƏLƏMƏ
Dünən, 16:46 |
|
|
|
| • Yumurtanı öz vətəndaşımıza BAHA.. xariciyə ucuz satırıq... - QOY, DESİNLƏR... ALVERDƏYİK!
Dünən, 16:42 |
|
|
|
| • Elxan Allahverdiyev KİMDƏN GÜC ALIR Kİ... - ÖZBAŞINA QALIB...
Dünən, 16:29 |
|
|
|
| • Məşhur ekspert Ziya Məmmədovun 100 milyon manatlıq cinayətindən yazdı - SENSASİON DETALLAR
Dünən, 16:24 |
|
|
|
| • Həyəcanlanmayın: Huker bunu Bakıda da etdi – Badalyan
Dünən, 16:04 |
|
|
|
| • Külli miqdarda mənimsəmədə ittiham olunan sabiq birlik sədrinə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
| • Kərə yağı niyə bahalaşır? - ARAŞDIRMA
Dünən, 15:02 |
|
|
|
| • İran dronları və qaranlıq məqamlar... - AKTUAL
Dünən, 14:59 |
|
|
|
| • “Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı
Dünən, 14:57 |
|
|
|
| • İsrail XİN rəhbəri Azərbaycana səfər edəcək - KİV
Dünən, 14:54 |
|
|
|
| • Naxçıvandakı bankomatların 92%-i 2 banka məxsusdur
Dünən, 14:52 |
|
|
|
| • BSU-nun sabiq rektorunun Ramiz Mehdiyevlə bağlı dedikləri SENSASİYA YARATDI - VİDEO
Dünən, 14:49 |
|
|
|
| • Vəzifəli şəxsin təhsilsiz olması iddiasına TƏBİB rəhbərindən - Cavab
Dünən, 14:39 |
|
|
|
| • Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı - "Qızınız Kama xanım mənə…"
Dünən, 14:35 |
|
|
|
| • Cəlilabadda icra başçısı ƏMRLƏRİ KİMDƏN ALIR? - QALMAQAL
Dünən, 14:12 |
|
|
|
| • Mehdiyevin villa, Qalinanın torpaq məsələsi Şabranı qarışdırdı – başçı bu dəfə də xüsusi ittihamla çıxış etdi
Dünən, 13:25 |
|
|
|
| • Qalmaqallı psixoloq bu dəfə “arvadağız” kişilərdən danışdı - "O, artıq milyonlara çıxmaq istəyir..."
Dünən, 13:14 |
|
|
|
| • Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Dünən, 13:10 |
|
|
|
| • Tanınmış iş adamı Fuad Allahverdiyev yenidən məhkəmə qarşısına çıxarıldı
Dünən, 13:00 |
|
|
|
| • Demilitarizasiya olmadan sülh mümkün görünmür - ŞƏRH
Dünən, 12:56 |
|
|
|
| • Əmrullayev təhsilə ayrılan pulları israf edir – Dosent
Dünən, 12:53 |
|
|
|
| • Əli Həsənova məxsus köşklər yığışdırılır? – Foto
Dünən, 12:49 |
|
|
|
|