Keçən həftə işdən çıxarılan başçıya vəzifə verilə bilər... - İDDİA
Tarix: 8-10-2018, 12:07 |
Çap et
DİA.AZ: - Keçən həftə Beyləqan rayon icra hakimiyyətinin başçısı postundan alınan Vaqif Abdullayevə yenidən etimad göstərilə bilər. Bu barədə DİA.AZ-a mötəbər mənbələrdən daxil olan informasiyada deyilir. Xəbəri verən mənbə iddia edir ki, Vaqif Abdullayev hazırda boş qalan icra başçısı postlarından birinə təyin olunacaq.
Mənbənin diaaz.space-a söylədikləri: "Hazırda Mingəçevir şəhərinə və Bakının Səbail rayonuna təyinat məsələsi gündəmdədir. Ola bilsin ki, Vaqif Abdullayev yenidən vəzifəyə gətirilsin. Bu iki postdan birinə..."
Xatırladaq ki, buna qədər hər iki posta hazırda Daşkəsənə rəhbərlik edən Əhəd Abıyevin və Lənkəran RİH rəhbəri Taleh Qaraşovun da adları namizəd olaraq hallandırılıb.