Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb .....                     KƏRƏ YAĞI MAFİYASI İŞ BAŞINDA: yeni bahalaşma dalğası... .....                     Üç ərazinin adı çəkildi, vəziyyət qarışdı: .....                     Putinin üzr istəməsi: bu, başlanğıcdır, sonra... .....                     Cənubi Koreyada bütün uçuşlar ləğv edilib .....                     Ekipaj üzvlərinin cənazələri vida mərasimi üçün hava limanına gətirildi .....                     Bankdan yox... işçidən NARAZILIQ .....                     Azərbaycanda yeddigünlük bayram tətili başlayır .....                     Əgər rəhbərlik belə göstəriş verməyibsə... .....                     Qara fəhlənin QARA DÜNYASI: 4-cü ildir ki, eyni maaşa işləyəcəyik... .....                     Vardanyan ömürlük həbs edilə bilər .....                     Rusiya ABŞ ilə silahlara nəzarət üzrə heç bir danışıqlar aparmayacaq .....                     Rusiya XİN rəhbəri Ukrayna ilə danışıqların şərtini açıqlayıb .....                     Kollecin sabiq direktoru köməkçi təyin olunub .....                     Təyyarəmiz vurulduqdan dərhal sonra Kadırovun dəhşətli əmri… .....                     Rusiya da razılaşdı: Əliyevin bu şərti qəbul edilir .....                     Kadırovdan QUDURĞAN TƏHDİD: Təyyarənin vurulmasına görə məni ittiham edənləri... .....                     Gürcüstanın yeni prezidentinin inauqurasiyası keçiriləcək .....                     ABŞ-dən Gürcüstanla bağlı ŞOK ADDIM .....                     Rusiya ilə BUNDAN SONRA NƏ EDƏK? .....                     Elsevər Ağayev hələ də səhiyyə sistemindən PUL QAZANIR .....                     Əmlak xidməti qanunları necə çeynəyir .....                     “Nar”ın dəstəyi ilə debat forum keçirildi .....                     Türkiyə və İsrail arasında: Azərbaycan körpü ola biləcəkmi? .....                     Baydendən Kiyevlə bağlı daha bir addım: Pentaqona əmr verildi .....                     "Səmimi bir şəkildə "bağışla" deməkdən çəkinməyin..." .....                     Keşiş Baqrat "səhvlərini" etiraf edib .....                     Çeçenistanda qəhrəmanlığı terrorla səhv salırlar .....                     Ermənistanın növbəti təxribat planı fiaskoya uğradı .....                     “Azərbaycan Dəmir Yolları” bir ildə 100 milyon zərər edib .....                     Putinin üzrxahlığının PƏRDƏARXASI: .....                     "Qarabağ" razılaşdı, Juninyo "Sevilya"ya gedir .....                     “Burada gecələyəcəyəm” .....                     Qazaxıstanda təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi Bakıya gətirilib .....                     4 fenomen saxlanıldı, 3-ü isə axtarılır .....                     “Rusiya həlak olanların və yaralıların ailəsinə kompensasiya ödəməlidir” .....                     Bakı "qara qutu"nu necə açdı: .....                     "Heç bir güzəştdən söhbət gedə bilməz" .....                     Daha 24 cənazə Azərbaycana gətirilir .....                     Putin üzr istədi, bəs sonra: Günahkarlar cəzalanacaqmı, kompensasiya ödənəcəkmi .....                 

Göydə uçan təyyarə biletləri - Fantastik bahalaşmanın pərdəarxası
Tarix: 13-09-2018, 11:18 | Çap et
Göydə uçan təyyarə biletləri
Azərbaycanda hava nəqliyyatının fantastik qiymətə olması heç kəsə sirr deyil.

Hava nəqliyyatı o qədər baha başa gəlir ki, Azərbaycandan Avropaya uçmaq istəyən şəxslər, Tiflisə getməyə üstünlük verirlər.

Qiymətlərin baha olması bir yana, sərnişinlər təyyarələrin köhnə olmasından və xidmətdən da şikayətçidirlər.

Faktiki olaraq, İstanbul və Moskva ən çox səfərlərin edildiyi yerlərdir. Bu reyslerdə onsuz da müştəri olur deyə, köhnə təyyarələr uçuşa buraxılır. Qiymət uçuş kilometrinə görə, ABŞ və Avropaya uçmaqla təxminən eynidir. Təkcə AZAL deyil, “Türk Hava Yolları” da həm bahadır, həm də Avropa uçuşlarında göstərdiyi xidmətin onda birini Azərbaycan üçün etmir. Qiymətin baha olması təbii ki, turistlərin ölkəyə gəlişinə də əngəl yaradır.

Hava nəqliyyatının baha qiyməti və bunun səbəbləri barədə iqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlama verib.

Natiq Cəfərli bildirib ki, istər “Türk Hava Yolları”nın, istərsə də, digər xarici şirkətlərin sərnişindaşıma xidmətini baha qiymətə həyata keçirməsinin əsas günahkarı AZAL-dır:

“AZAL birgə reyslərin olmasında israrlıdır. Həmin reyslərdən böyük payı və gəliri var. Bundan başqa bizim hava limanında xidmət haqqı kifayət qədər bahadır. Heydər Əliyev adına hava limanı dünyanın ən baha xidmət göstərən hava limanlarından biridir. İstər təhlükəsizlik xidməti olsun, istər təmizlik xidməti, istərsə də təyyarələrin yanacaqla doldurulması kifayət qədər bahadır. Xidmət haqqının baha olması qiymətlərə də təsir göstərir. “Türk Hava Yolları”na məxsus təyyarələr Tiflis-İstanbul reysini Bakı-İstanbul reysindən 2-3 dəfə ucuz qiymətə həyata keçirir. Bu da Tiflis hava limanı xidmətlərinin Bakıya nisbətən ucuz olmasının nəticəsidir”.

AZAL-a gəldikdə isə ekspert bildirib ki, AZAL yeganə, hegemon, inhisarçı şirkətdir:

“AZAL digər şirkətlərin Azərbaycana gəlməsinə imkan vermir. AZAL inhisarçılıq mövqeyindən istifadə edərək, qiymətləri diqtə edir. Qiymətlərin baha olmasının ən böyük səbəbi rəqabətsizlik mühitidir. Nə qədər ki ölkədə, əsasən də, hava daşımacılığında rəqabət mühiti yoxdur, turistlərin Azərbaycana gəlməsinə və Azərbaycan vətəndaşlarının xaricə səfər etməsinə şərait yaranmayacaq. Gürcüstanda aparılan araşdırma onu göstərdi ki, son 5 ildə Gürcüstan hava limanlarının daha ucuz şərtlərlə işləməsi və dünyaca məşhur 12 şirkətin Gürcüstan bazarında iştirakına hökumətin icazə verməsi turistlərin sayında kəskin artıma səbəb olub. 5 il öncə ildə 3 milyon turist qəbul edən Gürcüstan hazırda artıq 7 milyon turist qəbul edir. Hətta bu il turist sayının 8 milyon olacağı gözlənilir. Gürcüstan dünyada turist qəbulunun ən çox artdığı 5 ölkədən biri olub. Bu da hava limanının işləmə qaydalarından və Gürcüstan hökumətinin rəqabətli mühitin yaradılmasında maraqlı olmasından irəli gəlir. Azərbaycanda turizmin ləng inkişaf etməsinin əsas səbəblərindən biri məhz AZAL-ın inhisarçı mövqedə olmasıdır. Ona görə də, bu aviaşirkət biletləri kifayət qədər baha qiymətlərlə satır”.

AZAL-ın bu qədər baha qiymətə bilet satmasına rəğmən hələ də ziyanla işləməsinə gəldikdə isə Natiq Cəfərli bunları deyib:

“Şəffaflığın olmaması, xidmətlərin, satınalmaların şişirdilməsi, korrupsiya faktları ehtimalının yüksək olması maya dəyərinə təsir göstərir və şişirdilmiş maya dəyəri də şirkətin ziyanla işləməsinə səbəb olur. Əslində isə AZAL dövlətdən ən çox dəstək görən şirkətlərdən biridir. Həm təyyarələrin alışı və təmiri, həm də hava limanının tikinti və təmiri dövlət büdcəsi hesabına aparılır. AZAL-ın tez-tez vergi və kommunal borcları silinir. Bütün bunlara baxmayaraq, AZAL rəsmi rəqəmlərə görə, hələ də ziyanla işləyən şirkətlərdən biridir. Bu da AZAL-da idarəetmənin kökündən pis olduğunun bariz sübutlarından biridir”.

Hazırkı durumdan çıxış yolu barədə danışan ekspert qeyd edib ki, bazara müstəqil oyunçular və sayılıb-seçilən şirkətlərin daxil olmasına, onların burada çalışmasına imkan verilməlidir:

“Azərbaycana bir neçə şirkətlər gəlib, ancaq AZAL-ın inhisarçılığına və qiymətlərə görə ölkədən getməyə məcbur olublar. Bazar tam açılmalıdır. Hava limanının xidməti AZAL-dan alınmalı və tamamilə ayrı şirkətin nəzdində olmalıdır ki, rəqabət yaransın, nəticədə keyfiyət dəyişikliyi baş versin”.

AZAL-ın özəlləşdirilməli olduğunu deyən Natiq Cəfərli bildirib ki, şirkət dövlətin belində ağır yük kimi qalıb:

“AZAL həm dövlətdən böyük həcmdə vəsait alır, həm də qeyri-effektiv fəaliyyət göstərir. AZAL-ın özəlləşdirilməsi sadaladığım digər məsələlərlə birgə paralel aparılsa, 1-2 ildən sonra Azərbaycanda rəqabətli bir mühit yarana və Azərbaycan vətəndaşlarının Gürcüstan üzərindən xaricə uçmasının qarşısı alına bilər”.

Qeyd edək ki, rəsmi rəqəmlərə görə il ərzində Gürcüstandan xaricə səfər edənlərin 15-20%-ni Azərbaycan vətəndaşları təşkil edir.

Əlavə olaraq bildirək ki, prezident İlham Əliyev də AZAL-da bilet qiymətlərinin baha olmasını vurğulayaraq, bunları deyib:
“Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır”.
www.yenicag.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Bu gün, 10:26
KƏRƏ YAĞI MAFİYASI İŞ BAŞINDA: yeni bahalaşma dalğası... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:24
Üç ərazinin adı çəkildi, vəziyyət qarışdı: - Dünya üçün kritik ANONS
Bu gün, 10:19
Putinin üzr istəməsi: bu, başlanğıcdır, sonra... - Naumov
Bu gün, 10:17
Cənubi Koreyada bütün uçuşlar ləğv edilib
Bu gün, 10:15
Ekipaj üzvlərinin cənazələri vida mərasimi üçün hava limanına gətirildi - VİDEO
Bu gün, 09:52
Bankdan yox... işçidən NARAZILIQ - MÜRACİƏT
Bu gün, 09:47
Azərbaycanda yeddigünlük bayram tətili başlayır - Sabahdan
Bu gün, 09:42
Əgər rəhbərlik belə göstəriş verməyibsə... - GİLEY
Bu gün, 09:41
Qara fəhlənin QARA DÜNYASI: 4-cü ildir ki, eyni maaşa işləyəcəyik... - NARAZILIQ VAR...
Bu gün, 09:27
Vardanyan ömürlük həbs edilə bilər - DETALLAR
Bu gün, 09:14
Rusiya ABŞ ilə silahlara nəzarət üzrə heç bir danışıqlar aparmayacaq - Lavrov
Bu gün, 09:10
Rusiya XİN rəhbəri Ukrayna ilə danışıqların şərtini açıqlayıb
Bu gün, 08:46
Kollecin sabiq direktoru köməkçi təyin olunub - İcra başçısı bacanağını vəzifədən azad edib
Bu gün, 08:18
Təyyarəmiz vurulduqdan dərhal sonra Kadırovun dəhşətli əmri… - "İctimai rəyi başqa istiqamətə yönəltməyə çalışdılar..."
Bu gün, 08:14
Rusiya da razılaşdı: Əliyevin bu şərti qəbul edilir - AKTUAL
Bu gün, 08:11
Kadırovdan QUDURĞAN TƏHDİD: Təyyarənin vurulmasına görə məni ittiham edənləri... - Bu küçük sahibinə güvənib hürür...
Bu gün, 08:08
Gürcüstanın yeni prezidentinin inauqurasiyası keçiriləcək - Bu gün
Bu gün, 08:04
ABŞ-dən Gürcüstanla bağlı ŞOK ADDIM - “Gürcü arzusu” hökuməti TANINMAYACAQ
Bu gün, 02:26
Rusiya ilə BUNDAN SONRA NƏ EDƏK? - AKTUAL
Bu gün, 02:21
Elsevər Ağayev hələ də səhiyyə sistemindən PUL QAZANIR - DETALLAR
Bu gün, 02:18
Əmlak xidməti qanunları necə çeynəyir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 02:11
“Nar”ın dəstəyi ilə debat forum keçirildi - FOTO
Bu gün, 02:02
Türkiyə və İsrail arasında: Azərbaycan körpü ola biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 01:59
Baydendən Kiyevlə bağlı daha bir addım: Pentaqona əmr verildi - GƏLİŞMƏ
Bu gün, 01:57
"Səmimi bir şəkildə "bağışla" deməkdən çəkinməyin..."
Bu gün, 01:55
Keşiş Baqrat "səhvlərini" etiraf edib - KİV
Bu gün, 01:53
Çeçenistanda qəhrəmanlığı terrorla səhv salırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:50
Ermənistanın növbəti təxribat planı fiaskoya uğradı - Novella Cəfəroğlu
Bu gün, 01:47
“Azərbaycan Dəmir Yolları” bir ildə 100 milyon zərər edib - HESABAT
Bu gün, 00:04
Putinin üzrxahlığının PƏRDƏARXASI: - Kremlin planı nədir?
Bu gün, 00:02
"Qarabağ" razılaşdı, Juninyo "Sevilya"ya gedir - İspan KİV
Dünən, 23:59
“Burada gecələyəcəyəm” - Zurabişvili
Dünən, 23:58
Qazaxıstanda təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi Bakıya gətirilib
Dünən, 23:55
4 fenomen saxlanıldı, 3-ü isə axtarılır
Dünən, 21:17
“Rusiya həlak olanların və yaralıların ailəsinə kompensasiya ödəməlidir” - Başqa cür ola da bilməz...
Dünən, 21:13
Bakı "qara qutu"nu necə açdı: - Əliyevin qətiyyəti geopolitik böhranı blokladı
Dünən, 21:08
"Heç bir güzəştdən söhbət gedə bilməz" - deputat
Dünən, 19:04
Daha 24 cənazə Azərbaycana gətirilir
Dünən, 18:57
Putin üzr istədi, bəs sonra: Günahkarlar cəzalanacaqmı, kompensasiya ödənəcəkmi - AKTUAL
Dünən, 18:53
Azərbaycanda polis generalı təqaüdə göndərilib - ƏMR
Dünən, 18:50
Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib
Dünən, 18:00
Təyyarə qəzası ilə bağlı ballistik ekspertiza təyin edilib, 17 beynəlxalq ekspert cəlb olunub - Qazaxıstan hökuməti
Dünən, 17:59
AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb
Dünən, 17:58
Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzr istəyib
Dünən, 17:57
Zelenski İlham Əliyevə zəng edib
Dünən, 17:54
Təzyiqlərin heç bir nəticəsi olmayacaq -ŞƏRH
Dünən, 14:02
Paşinyan niyə keçmişə qayıdır? - İNCƏLƏMƏ
Dünən, 14:00
“Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? - TƏFƏRRÜAT
Dünən, 12:05
Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Dünən, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru