Bakının inanılmaz inadı və Paşinyan hökumətinin seçim olmayan yolu... .....                     BİRBANK: Yardın... BATDIN! .....                     Bakıda evlər niyə belə bahadır axı... .....                     “Keçmiş elita artıq ölüm-dirim savaşına başlayıb” .....                     Ermənistan Konstitusiyasına dəyişikliklə bağlı vədinə əməl etsə... .....                     Oliqarx rektorun ŞÜBHƏLİ TENDERLƏRİ .....                     Binəqədi bizim yox, başçının evidir... .....                     Vüsal Abdulla qəssabdır, YOXSA?.. .....                     Moskva Türk birliyinə qarşı planlar qurur .....                     "Siz Azərbaycan mədəniyyətinin ləyaqəti, iradəsi və gözəlliyisiniz" .....                     Səhiyyə Nazirliyi Fuad Abdullayevə görə “New Med” klinikasını cərimələyib .....                     Azərbaycan İsraillə niyə dost olmasın ki... .....                     ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır .....                     Gənclərin Bakıya axınını təbii şəkildə necə dayandırmaq olar? .....                     Sabah Bakıda Ermənistandan olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcək .....                     İran generalları Azərbaycana dronla narkotik daşınmasına susqunluq göstərir .....                     Rusiyanın Moldovadakı səfirinə etiraz notası təqdim edilib .....                     ABŞ-ın sülh planı sanki Moskvada yazılıb .....                     Nazir müşavirini departament müdiri təyin etdi .....                     Rəqsanə üçün 100 min manat ödədi .....                     Aİ Cənubi Qafqazdakı proseslərdə rolunu gücləndirməyə çalışır .....                     “Rusiya yönümlü qüvvələr” TƏHLÜKƏSİ .....                     "Mən hakimiyyətə gələn kimi onu öldürdülər" .....                     "Zəngəzur dəhlizinin açılması regionda bu ölkələrin təsirini azaldacaq" .....                     Vüqar Behbudov Agentlik üçün bacısının ofisini icarələdi, 262 min manat ödədi .....                     “A+A Şirkətlər Qrupu” nizamnamə kapitalından 5 milyon manat geri götürdü .....                     2026-cı il son şansdır: Davamlı sülh ehtimalı yüksəkdir .....                     Yumurtanı öz vətəndaşımıza BAHA.. xariciyə ucuz satırıq... .....                     Elxan Allahverdiyev KİMDƏN GÜC ALIR Kİ... .....                     Məşhur ekspert Ziya Məmmədovun 100 milyon manatlıq cinayətindən yazdı .....                     Həyəcanlanmayın: Huker bunu Bakıda da etdi .....                     Külli miqdarda mənimsəmədə ittiham olunan sabiq birlik sədrinə hökm oxunub .....                     Kərə yağı niyə bahalaşır? .....                     İran dronları və qaranlıq məqamlar... .....                     “Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı .....                     İsrail XİN rəhbəri Azərbaycana səfər edəcək .....                     Naxçıvandakı bankomatların 92%-i 2 banka məxsusdur .....                     BSU-nun sabiq rektorunun Ramiz Mehdiyevlə bağlı dedikləri SENSASİYA YARATDI .....                     Vəzifəli şəxsin təhsilsiz olması iddiasına TƏBİB rəhbərindən .....                     Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı .....                 

“Neft daşları”ında neftçilərə baha qiymətə yararsız yemək sırıyan “Xəzər İaşə”... - Yeyinti ittihamı
Tarix: 8-08-2018, 12:47 | Çap et
“Neft daşları”ında neftçilərə baha qiymətə yararsız yemək sırıyan “Xəzər İaşə”...
Bu günlərdə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı “facebook” sosial şəbəkəsində “Neft Daşları” NQÇİ-də çalışan neftçiləri yeməklə təmin edən podratçı şirkət “Xəzər İaşə” MMC barədə bir sıra ciddi ittihamlar irəli sürüb. Hüquq müdafiəçisinin bildirdiyinə görə, uzun illərdir bu şirkət neftçilərə keyfiyyətsiz yemək, içmək üçün yararlı olmayan su satır, üstəlik “Neft Daşları”ına su qablarında spirt daşıyır və neftçilərə satır. Habelə platformalarda bu şirkətə məxsus mağazalarda xəlvəti araq satışı təşkil edilib.

Mirvari Qəhrəmanlının “Facebook”da yazdıqlarından: “Xəzər İaşə” MMC-nin Neft Daşlarındakı yeməkxanasının əbədi və əzəli sahibinə sual: İşçilərə satdığın yeməyin üstünə qoyduğun nazik balıq dilimini niyə 2 manata satırsan? İşçilər yeməyin keyfiyyətindən narazıdırlar. Rəhbər işçilərə yedizdirdiyin yeməyin keyfiyyəti ilə işçiyə yedizdirdiyin yeməyin keyfiyyəti niyə fərqlidir?”.

Qəhrəmanlı daha sonra “Xəzər İaşə”yə məxsus yeməkxanadan fotogörüntü paylaşaraq masanın üstündəki xan arağına diqqət çəkir: “Neftçi dili ilə desək “zavodskoy araq” dənizə hansı vasitələrlə gətirilir? Deyəsən, stolun üstündə balıq da var.Təsadüfən o balıqçı qayıqlarının tutduğu balıq deyil, Xəzər İaşə?”

Qəhrəmanlı növbəti statusunda “Neft Daşları” NQÇİ-nin Mübariz adlı əməkdaşının iyulun 24-də özünü 5-ci mədən 620 saylı meydançadan dənizə atdığını qeyd edərək yazır ki, işçini yaxşı ki, zamanında çıxara biliblər. O, hadisənin spirtli içkinin təsiri altında baş verdiyini istisna etmir.

Bu Facebook qeydləri barədə virtualaz.org saytına danışan Mirvari Qəhrəmanlı deyib ki, ona daxil olan məlumatlara görə “Neft daşları”ında neftçilərə çiy ət də daxil olmaqla kolbasa, sosiska, hazır qidalar və digər ərzaqların gətirilməsi şifahi qadağan olunub. Gün ərzində bir neçə dəfə neftçilərin qaldığı yataqxanalar yoxlanılır, soyuduculardakı yeməklər atılır. Məqsəd isə neftçilərin yalnız “Xəzər İaşə”-dən yemək almağa məcbur edilməsidir. Neftçilər baha, amma keyfiyyətsiz yeməklə qidalanmağa məcburdular.

Qəhrəmanlının sözlərinə görə, dənizdə işləyən neftçilərə gündəlik 15 manat yemək pulu ayrılır. Yeməkxanada 1 dəfə qidalanma 4,5-5 manata başa gəlir. Məsələn, 1 tikə balıq 2 manata satılır. “Çörəyin çəkisi az, dadı xoşagələn deyil. Yeməyin hazırlanmasında istifadə edilən yağın keyfiyyəti pisdir. Təşkilata şikayət edən neftçilər deyirlər ki, yeməkdən sonra mədə qıcqırması, qarın ağrıları olur. Amma heç kim neftçilərin şikayətlərinə əhəmiyyət vermir. Yəqin kütləvi zəhərlənmənin olmasını gözləyirlər”, -hüquq müdafiəçisi əlavə edib.

İttihamlardan biri də neftçilərə verilən içməli suyun tərkibinin həddindən artıq çirkli olmasıilə bağlıdır. Təşkilat rəhbərinin sözlərinə görə, su yığılan çənlər qəsdən təmizlənmir ki, neftçilər “Xəzər İaşə”yə məxsus mağazalardan butulkalarda su alsınlar. Mağazalarda isə adi suyun bir butulkasının qiyməti 1 manat 60 qəpikdən başlayır.

Qəhrəmanlı hesab edir ki, araşdırmaya ehtiyac olan şikayətlərdən biri də adaya gizli yollarla spirtli içki keçirilməsidir. “Təşkilata bunu sübut edən fotogörüntü də təqdim edilib. Rəhbər işçilər yeməkxanada “Xan” arağı içirlər”,- təşkilat sədri söyləyib.

Sayt məsələ ilə bağlı “Neft Daşları” NQÇ-də çalışan neftçilərlə danışıb. İşdən çıxarılmaqdan qorxduğu üçün adını açıqlamayan neftçi bildirib ki, gün ərzində 11-12 saat işləyir, cəmi 1 saat 30 dəqiqə istirahət edirlər. Amma bu vaxtı yeməkxanada yemək növbəsində keçirməli olurlar.

Neftçinin sözlərinə görə, son 3-4 ilə qədər problem olmayıb, evdən ərzaq gətirərək yataqxananın mətbəxtində, yaxud otaqda bişiriblər. “Yataqxanalar təmir edilib, mətbəxtdə hər cür şərait yaradılıb. Əvvəlki illərdən fərqli olaraq soyuducular var, kondinsoner quraşdırılıb. Ərzaqları saxlamağa, yemək bişirməyə şərait yaradılıb. Amma “Xəzər İaşə”nin pul qazanmaq hərisliyi imkan vermir”, -neftçi şikayətlənib.

Digər neftçi isə deyib ki, satılan yemək keyfiyyətli və ucuz olarsa heç kim ağır çanta daşımaz: “Yağsız, ətsiz kələm supunun 100 qramına 50 qəpik veririk. Məsələn, toyuq budunu 3 yerə bölüb, hər parçasını 90 qəpikdən satırlar. Günorta nahar 4 manat 50 qəpik-5 manata başa gəlir. Doymuruq, üstəlik mədəmiz xəstəlik tapıb”.

Neftçilər deyirlər ki, pul olan yerdə adada hər nə istəsən təşkil etmək mümkündür. Məsələn, 24 manat verib 1 litr spirt alıb, araq düzəltmək mümkündür. Otaqlarda ərzaq axtaranlar araq satışının qarşısını ala bilmirlər. ““Xəzər İaşə”nin 2 böyük mağazası var. Mağazada soğan 1 manata, kartof 1 manat 20-1 manat 40 qəpiyə satılır. MMC-nin təyin etdiyi qiymətin üstünə satıcı da əlavə pul qoyur. Çıxılmaz vəziyyətdəyik”,-neftçilər deyirlər.

Qəhrəmanlı isə deyir ki, bir neçə il əvvəl 450 neftçinin imzası ilə şikayət edilib. Bundan sonra komissiya gəlib, neçtçilərin şikayətləri bir müddət həllini tapıb. Neftçilər indi də şikayətlərinə baxılacağına ümid edirlər. Neftçilərə ya keyfiyyətli, ucuz yemək verilsin, ya da onların özlərinə yemək bişirmələrinə şərait yaradılsın.

Qeyd edək ki, “Xəzər İaşə” MMC fəhlə təhcizatı idarəsinin bazasında yaradılıb. MMC ilə bağlı məlumatlarda neftçilərə müxtəlif çeşidli keyfiyyətli qida verildiyi qeyd olunur.

“Xəzər İaşə” MMC Xəzər rayonu, Pirallahı qəsəbəsində yerləşir. Şirkətlə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.


“Neft daşları”ında neftçilərə baha qiymətə yararsız yemək sırıyan “Xəzər İaşə”...
“Neft daşları”ında neftçilərə baha qiymətə yararsız yemək sırıyan “Xəzər İaşə”...
“Neft daşları”ında neftçilərə baha qiymətə yararsız yemək sırıyan “Xəzər İaşə”...
“Neft daşları”ında neftçilərə baha qiymətə yararsız yemək sırıyan “Xəzər İaşə”...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının inanılmaz inadı və Paşinyan hökumətinin seçim olmayan yolu... - NƏ BAŞ VERİR?
Bu gün, 07:01
BİRBANK: Yardın... BATDIN! - BU, AÇIQ-AŞKAR QARƏTDİR!
Bu gün, 06:59
Bakıda evlər niyə belə bahadır axı... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:37
“Keçmiş elita artıq ölüm-dirim savaşına başlayıb” - Görünəni odur ki...
Bu gün, 06:34
Ermənistan Konstitusiyasına dəyişikliklə bağlı vədinə əməl etsə... - AKTUAL
Bu gün, 06:27
Oliqarx rektorun ŞÜBHƏLİ TENDERLƏRİ - Bir araşdıran olsa...
Bu gün, 06:23
Binəqədi bizim yox, başçının evidir... - istəsə satar, istəsə də...
Bu gün, 06:19
Vüsal Abdulla qəssabdır, YOXSA?.. - BU NƏDİ BELƏ?
Bu gün, 06:11
Moskva Türk birliyinə qarşı planlar qurur - GƏLİŞMƏ
Bu gün, 06:02
"Siz Azərbaycan mədəniyyətinin ləyaqəti, iradəsi və gözəlliyisiniz"
Bu gün, 05:57
Səhiyyə Nazirliyi Fuad Abdullayevə görə “New Med” klinikasını cərimələyib - Fuad Abdullayev isə... -
Bu gün, 05:52
Azərbaycan İsraillə niyə dost olmasın ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:48
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır - Uolts
Bu gün, 05:44
Gənclərin Bakıya axınını təbii şəkildə necə dayandırmaq olar?
Dünən, 18:03
Sabah Bakıda Ermənistandan olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcək
Dünən, 17:59
İran generalları Azərbaycana dronla narkotik daşınmasına susqunluq göstərir - Deputat ilginc səbəbləri açıqladı
Dünən, 17:50
Rusiyanın Moldovadakı səfirinə etiraz notası təqdim edilib – Dron insidenti
Dünən, 17:39
ABŞ-ın sülh planı sanki Moskvada yazılıb - ATƏT sədri
Dünən, 17:33
Nazir müşavirini departament müdiri təyin etdi - FOTO
Dünən, 17:31
Rəqsanə üçün 100 min manat ödədi
Dünən, 17:24
Aİ Cənubi Qafqazdakı proseslərdə rolunu gücləndirməyə çalışır - Hipper
Dünən, 17:20
“Rusiya yönümlü qüvvələr” TƏHLÜKƏSİ - Paşinyan Qazaxıstanda sülh üçün DƏSTƏK AXTARIR
Dünən, 17:17
"Mən hakimiyyətə gələn kimi onu öldürdülər" - Pezeşkian
Dünən, 17:12
"Zəngəzur dəhlizinin açılması regionda bu ölkələrin təsirini azaldacaq" — ŞƏRH
Dünən, 16:56
Vüqar Behbudov Agentlik üçün bacısının ofisini icarələdi, 262 min manat ödədi - Azərbaycanda kuryoz olay
Dünən, 16:52
“A+A Şirkətlər Qrupu” nizamnamə kapitalından 5 milyon manat geri götürdü
Dünən, 16:48
2026-cı il son şansdır: Davamlı sülh ehtimalı yüksəkdir - İNCƏLƏMƏ
Dünən, 16:46
Yumurtanı öz vətəndaşımıza BAHA.. xariciyə ucuz satırıq... - QOY, DESİNLƏR... ALVERDƏYİK!
Dünən, 16:42
Elxan Allahverdiyev KİMDƏN GÜC ALIR Kİ... - ÖZBAŞINA QALIB...
Dünən, 16:29
Məşhur ekspert Ziya Məmmədovun 100 milyon manatlıq cinayətindən yazdı - SENSASİON DETALLAR
Dünən, 16:24
Həyəcanlanmayın: Huker bunu Bakıda da etdi – Badalyan
Dünən, 16:04
Külli miqdarda mənimsəmədə ittiham olunan sabiq birlik sədrinə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 16:01
Kərə yağı niyə bahalaşır? - ARAŞDIRMA
Dünən, 15:02
İran dronları və qaranlıq məqamlar... - AKTUAL
Dünən, 14:59
“Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı
Dünən, 14:57
İsrail XİN rəhbəri Azərbaycana səfər edəcək - KİV
Dünən, 14:54
Naxçıvandakı bankomatların 92%-i 2 banka məxsusdur
Dünən, 14:52
BSU-nun sabiq rektorunun Ramiz Mehdiyevlə bağlı dedikləri SENSASİYA YARATDI - VİDEO
Dünən, 14:49
Vəzifəli şəxsin təhsilsiz olması iddiasına TƏBİB rəhbərindən - Cavab
Dünən, 14:39
Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı - "Qızınız Kama xanım mənə…"
Dünən, 14:35
Cəlilabadda icra başçısı ƏMRLƏRİ KİMDƏN ALIR? - QALMAQAL
Dünən, 14:12
Mehdiyevin villa, Qalinanın torpaq məsələsi Şabranı qarışdırdı – başçı bu dəfə də xüsusi ittihamla çıxış etdi
Dünən, 13:25
Qalmaqallı psixoloq bu dəfə “arvadağız” kişilərdən danışdı - "O, artıq milyonlara çıxmaq istəyir..."
Dünən, 13:14
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Dünən, 13:10
Tanınmış iş adamı Fuad Allahverdiyev yenidən məhkəmə qarşısına çıxarıldı
Dünən, 13:00
Demilitarizasiya olmadan sülh mümkün görünmür - ŞƏRH
Dünən, 12:56
Əmrullayev təhsilə ayrılan pulları israf edir – Dosent
Dünən, 12:53
Əli Həsənova məxsus köşklər yığışdırılır? – Foto
Dünən, 12:49
Bakı rayonlarının icra başçıları: Məmurlar tərcümeyi-hallarını niyə gizlədirlər? - AKTUAL
Dünən, 12:47
"Gileyliyəm, bu gün heç nə yoxdur"
Dünən, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru