Gənclərin Bakıya axınını təbii şəkildə necə dayandırmaq olar? .....                     Sabah Bakıda Ermənistandan olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcək .....                     İran generalları Azərbaycana dronla narkotik daşınmasına susqunluq göstərir .....                     Rusiyanın Moldovadakı səfirinə etiraz notası təqdim edilib .....                     ABŞ-ın sülh planı sanki Moskvada yazılıb .....                     Nazir müşavirini departament müdiri təyin etdi .....                     Rəqsanə üçün 100 min manat ödədi .....                     Aİ Cənubi Qafqazdakı proseslərdə rolunu gücləndirməyə çalışır .....                     “Rusiya yönümlü qüvvələr” TƏHLÜKƏSİ .....                     "Mən hakimiyyətə gələn kimi onu öldürdülər" .....                     "Zəngəzur dəhlizinin açılması regionda bu ölkələrin təsirini azaldacaq" .....                     Vüqar Behbudov Agentlik üçün bacısının ofisini icarələdi, 262 min manat ödədi .....                     “A+A Şirkətlər Qrupu” nizamnamə kapitalından 5 milyon manat geri götürdü .....                     2026-cı il son şansdır: Davamlı sülh ehtimalı yüksəkdir .....                     Yumurtanı öz vətəndaşımıza BAHA.. xariciyə ucuz satırıq... .....                     Elxan Allahverdiyev KİMDƏN GÜC ALIR Kİ... .....                     Məşhur ekspert Ziya Məmmədovun 100 milyon manatlıq cinayətindən yazdı .....                     Həyəcanlanmayın: Huker bunu Bakıda da etdi .....                     Külli miqdarda mənimsəmədə ittiham olunan sabiq birlik sədrinə hökm oxunub .....                     Kərə yağı niyə bahalaşır? .....                     İran dronları və qaranlıq məqamlar... .....                     “Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı .....                     İsrail XİN rəhbəri Azərbaycana səfər edəcək .....                     Naxçıvandakı bankomatların 92%-i 2 banka məxsusdur .....                     BSU-nun sabiq rektorunun Ramiz Mehdiyevlə bağlı dedikləri SENSASİYA YARATDI .....                     Vəzifəli şəxsin təhsilsiz olması iddiasına TƏBİB rəhbərindən .....                     Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı .....                     Cəlilabadda icra başçısı ƏMRLƏRİ KİMDƏN ALIR? .....                     Mehdiyevin villa, Qalinanın torpaq məsələsi Şabranı qarışdırdı .....                     Qalmaqallı psixoloq bu dəfə “arvadağız” kişilərdən danışdı .....                     Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi .....                     Tanınmış iş adamı Fuad Allahverdiyev yenidən məhkəmə qarşısına çıxarıldı .....                     Demilitarizasiya olmadan sülh mümkün görünmür .....                     Əmrullayev təhsilə ayrılan pulları israf edir .....                     Əli Həsənova məxsus köşklər yığışdırılır? .....                     Bakı rayonlarının icra başçıları: Məmurlar tərcümeyi-hallarını niyə gizlədirlər? .....                     "Gileyliyəm, bu gün heç nə yoxdur" .....                     Yekaterinburqda Dağıstandan olan kriminal avtoritetə hökm oxundu .....                     Havanın 21 dərəcə isti olacağı gözlənilir .....                     Azərbaycanda ŞOK OLAY: Sevdiyi qızın 13 yaşlı bacısını hamilə qoydu .....                 

Deputatın obyekti əlil qocanı necə aldadıb... - GİLEY
Tarix: 30-05-2018, 11:03 | Çap et
Deputatın obyekti əlil qocanı necə aldadıb...
“88 yaşlı bir kişi Xoşqədəmin göz həkimini tərifləməsindən sonra böyük ümidlə, pulsuz əməliyyat olunmaq arzusu ilə “Xəzər” TV-yə üz tutur


Ona deyirlər ki, gərək ən azı 5 dəfə bizim verilişimizin iştirakçısı olmalısan, sonra Cahid həkimin yanına pulsuz əməliyyata göndərək”.

AzEuroNews.com xəbər verir ki, bu sözləri Rüstəm Rüstəmzadə adlı feysbuk istifadəçisi yazıb.

“Ay dayı, Xoşqədəm səhiyyə naziridir?”

Onun sözlərinə görə, gözləri görməyən kişini hər gün çox çətinliklə Xoşqədəmin verilişinə gətirirlər:

“5 verilişdən sonra kişiyə Cahid həkimin üstünə, Oksigen klinikasına göndəriş (napravleniye) verirlər. Kişi sevinə-sevinə pulsuz əməliyyata gedir.

Cahid həkimin köməkçiləri isə Xoşqədəmin göndərişinə baxıb deyirlər ki, “ay dayı, bu Xoşqədəm səhiyyə naziridir, yoxsa səhiyyə şöbəsidir?

O kimdir ki, üstümüzə “napravleniye” yazır? Bizdən bir ətək pul alıb reklam edir, pulunu ver, əməliyyatını etdir”.

R.Rüstəmzadə qeyd edir ki, həmin yaşlı adam kəfən pulunu Cahid həkimə ödəyir. Əməliyyat üçün 2750 manat alırlar, əlavə 40 manat müayinə, 50 manat da analizə gedir.

“Yarım kub” söhbəti…

Lakin bu, nə Xoşqədəm Hidayətqızının efirində ilk belə fırıldaqdır, nə də “Oksigen”də…

Bir müddət əvvəl yayılan kadrlarda “Səni axtarıram”ın hansı şou quraşdırdığı ifşa edilmişdi. Meydan tv-nin yaydığı kadrlarda Hidayətqızı müsahiblərini yönləndirir.

Hətta efirə çıxarılan itkin düşmüş şəxsin daha yazıq görkəm alması üçün həkimə “tapşırıqlar” verir, “yarım kub iynə vurun getsin” söyləyir.

Sonra ATV-də yayımlanan proqram qapadıldı, çox çəkmədi ki, X.Hidayətqızı bu layihəni “Xəzər” TV-də bərpa elədi.

Ümumiyyətlə, son illərdə klinikalarla telekanalların əlbir olaraq vətəndaşları aldatması, bunun üzərindən qurduqları biznesdən pul qazanması kütləviləşib.

Efirdə reklamı gedən həkimlərə və klinikalara müraciət edən pasientlər soğan qabığı kimi soyulurlar. Əvəzində isə reytinq və reklam qazanan verilişlər işlərini davam edirlər.

Məsələn, elə saxta dərman idxalı və bu şəbəkəyə əlbir olan ginekoloq Natiq Məhərrəmov Zaur Baxşəliyevin “Bizimləsən” verilişində hər gün reklam olunurdu.

Ancaq prokurorluq tərəfindən keçirilən əməliyyatdan sonra onun da bu qanunsuzluqlarda iştirakı təsbit edilmişdi. Bu dəfə isə “Səni axtarıram” proqramı və “Oksigen” klinikası ahıl kişini aldadıb.

Günelin və 2 yaşlı körpənin ölümü

Sözügedən klinikaya gəlincə, sahibi Munir Vəliyev olduğu deyilir. M.Vəliyev keçmiş deputat, “Odlar Yurdu” universitetinin rəhbəri Əhməd Vəliyevin oğludur.

2016-cı ildə Biləsuvar sakini Həsənov Ramil Qabil oğlunun 2 yaşlı övladı həmin klinikada əməliyyat stolunda dünyasını dəyişib. Ailə klinikanı ittiham edirdi.

Binəqədi sakini, 23 yaşlı Günel Vüqar qızı Səfərli də “Oksigen” klinikasının qurbanı olub. O, ginekologiya şöbəsində cərrahi əməliyyat olunub. Əməliyyatdan sonra xəstə komaya düşüb.

Bir aydan artıq komada olan G.Səfərli həmin klinikadan çıxarılaraq Mərkəzi Neftçilər Xəstəxanasına, oradan isə Mərkəzi Klinik Xəstəxansına aparılıb, orada dünyasını dəyişib.

O zaman qeyd olunurdu ki, Günelin ölümünə səbəbkar “Oksigen”in ginekologiya şöbəsinin müdiri İlahə Quliyevadır.

Ləman və övladı da ölür…

Bu da azmış kimi, 2012-ci ilin mayında 25 yaşlı Ləman Əzizli və onun dünyaya gətirdiyi körpəsi həkim səhlənkarlığından tələf olurlar.

Ləman “AzərTurkMed” klinikasında doğuşaqədərki 9 ay müddətində həkim Ərsadiq Turanın nəzarətində olub.

Lakin doğuş vaxtı yetişəndə Ərsadiq Turan “AzərTurkMed” klinikasında doğuş aparmaq üçün lisenziyanın olmamasını səbəb göstərərək “Oksigen” klinikasını təklif edir.

Doğuş günü həkimlər təbii doğuşun mümkün olmamasını bildiriblər və qeysəriyyə əməliyyatı etmək istəyiblər.

Bu barədə L.Əzizlinin atasına məlumat verib, icazə alıblar. Əməliyyatda Günel Səfərlinin ölümünə səbəb olan şəxs kimi adı hallandırılan İlahə Quliyeva, Arzu Məmmədova, Ərsadiq Turan və anestezioloq Tərlan Zeynalov iştirak ediblər.

Lakin razılıq alıb, əməliyata girəndən bir qədər sonra həkimlər uşağı itirdiklərini, Ləmanın həyatını qoruya bildiklərini və reanimasiyada olduğunu deyiblər.

Lakin Ləmanın ailə üzvləri zorla reanimasiya şöbəsinə girəndə gördüklərindən şok olublar. Valideynləri qızın süni nəfəs aparatına qoşulduğunu görüblər.

Ləman elə cərrahiyyə stolunda keçinib. Bu faktlar Azərbaycanın elektron mətbuatı ictimailəşdirilib.

Rauf necə öldü?

Bundan əlavə, Rauf Nəbiyev adlı pasientin də başına müsibət gətirilib. “Oksigen”də müayinə olunduqdan sonra R.Nəbiyevə öd kisəsində problemlərin olduğu deyilərək əməliyyat olunması məsləhət görülüb.

Lakin onun xərçəng xəstəsi olması gizlədilib. Klinikanın cərrahı Mübariz Əliyev tərəfindən əməliyyat olunan xəstənin öd kisəsində daha dərin problemlər ortaya çıxıb.

Xəstənin yaxınları klinikaya 2000 manat ödəyiblər. Amma R.Nəbiyev təkrar əməliyyata cəlb olunub. Bu zaman isə mərhumun yaxınları tərəfindən 4000 manat ödəniş olunub.

Onun xərçəng xəstəsi olmasını yaxınlarından da gizlədiblər. Sonda isə o, dünyasını dəyişir.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən C.Şahbazovun qəbul şöbəsinin əməkdaşı bildirib ki, sözügedən verilişdən onlara göndərişlə gələn xəstələrin heç də hamısı pulsuz müayinə olunmur:

“Əməliyyat olunacaq şəxslər əvvəlcədən araşdırılır. Kimsəsiz körpələr, uşaqlar, tək və köməksiz yaşlılar, övladı olmayan qocalar pulsuz əməliyyat olunur. Ancaq verilişdən hər göndəriş verilən şəxsi pulsuz əməliyyat etməyə heç fiziki baxımdan da imkan yoxdur. Əvvəlcə, əməliyyata alınacaq şəxslərin maddi vəziyyəti araşdırılır. Həqiqətən də əməliyyatı vacib, amma imkanı olmayan kimsəsiz uşaq və yaşlılar var ki, onların təmənnasız əməliyyatı həyata keçirilir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gənclərin Bakıya axınını təbii şəkildə necə dayandırmaq olar?
Dünən, 18:03
Sabah Bakıda Ermənistandan olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcək
Dünən, 17:59
İran generalları Azərbaycana dronla narkotik daşınmasına susqunluq göstərir - Deputat ilginc səbəbləri açıqladı
Dünən, 17:50
Rusiyanın Moldovadakı səfirinə etiraz notası təqdim edilib – Dron insidenti
Dünən, 17:39
ABŞ-ın sülh planı sanki Moskvada yazılıb - ATƏT sədri
Dünən, 17:33
Nazir müşavirini departament müdiri təyin etdi - FOTO
Dünən, 17:31
Rəqsanə üçün 100 min manat ödədi
Dünən, 17:24
Aİ Cənubi Qafqazdakı proseslərdə rolunu gücləndirməyə çalışır - Hipper
Dünən, 17:20
“Rusiya yönümlü qüvvələr” TƏHLÜKƏSİ - Paşinyan Qazaxıstanda sülh üçün DƏSTƏK AXTARIR
Dünən, 17:17
"Mən hakimiyyətə gələn kimi onu öldürdülər" - Pezeşkian
Dünən, 17:12
"Zəngəzur dəhlizinin açılması regionda bu ölkələrin təsirini azaldacaq" — ŞƏRH
Dünən, 16:56
Vüqar Behbudov Agentlik üçün bacısının ofisini icarələdi, 262 min manat ödədi - Azərbaycanda kuryoz olay
Dünən, 16:52
“A+A Şirkətlər Qrupu” nizamnamə kapitalından 5 milyon manat geri götürdü
Dünən, 16:48
2026-cı il son şansdır: Davamlı sülh ehtimalı yüksəkdir - İNCƏLƏMƏ
Dünən, 16:46
Yumurtanı öz vətəndaşımıza BAHA.. xariciyə ucuz satırıq... - QOY, DESİNLƏR... ALVERDƏYİK!
Dünən, 16:42
Elxan Allahverdiyev KİMDƏN GÜC ALIR Kİ... - ÖZBAŞINA QALIB...
Dünən, 16:29
Məşhur ekspert Ziya Məmmədovun 100 milyon manatlıq cinayətindən yazdı - SENSASİON DETALLAR
Dünən, 16:24
Həyəcanlanmayın: Huker bunu Bakıda da etdi – Badalyan
Dünən, 16:04
Külli miqdarda mənimsəmədə ittiham olunan sabiq birlik sədrinə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 16:01
Kərə yağı niyə bahalaşır? - ARAŞDIRMA
Dünən, 15:02
İran dronları və qaranlıq məqamlar... - AKTUAL
Dünən, 14:59
“Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı
Dünən, 14:57
İsrail XİN rəhbəri Azərbaycana səfər edəcək - KİV
Dünən, 14:54
Naxçıvandakı bankomatların 92%-i 2 banka məxsusdur
Dünən, 14:52
BSU-nun sabiq rektorunun Ramiz Mehdiyevlə bağlı dedikləri SENSASİYA YARATDI - VİDEO
Dünən, 14:49
Vəzifəli şəxsin təhsilsiz olması iddiasına TƏBİB rəhbərindən - Cavab
Dünən, 14:39
Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı - "Qızınız Kama xanım mənə…"
Dünən, 14:35
Cəlilabadda icra başçısı ƏMRLƏRİ KİMDƏN ALIR? - QALMAQAL
Dünən, 14:12
Mehdiyevin villa, Qalinanın torpaq məsələsi Şabranı qarışdırdı – başçı bu dəfə də xüsusi ittihamla çıxış etdi
Dünən, 13:25
Qalmaqallı psixoloq bu dəfə “arvadağız” kişilərdən danışdı - "O, artıq milyonlara çıxmaq istəyir..."
Dünən, 13:14
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Dünən, 13:10
Tanınmış iş adamı Fuad Allahverdiyev yenidən məhkəmə qarşısına çıxarıldı
Dünən, 13:00
Demilitarizasiya olmadan sülh mümkün görünmür - ŞƏRH
Dünən, 12:56
Əmrullayev təhsilə ayrılan pulları israf edir – Dosent
Dünən, 12:53
Əli Həsənova məxsus köşklər yığışdırılır? – Foto
Dünən, 12:49
Bakı rayonlarının icra başçıları: Məmurlar tərcümeyi-hallarını niyə gizlədirlər? - AKTUAL
Dünən, 12:47
"Gileyliyəm, bu gün heç nə yoxdur"
Dünən, 12:42
Yekaterinburqda Dağıstandan olan kriminal avtoritetə hökm oxundu
Dünən, 12:41
Havanın 21 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:37
Azərbaycanda ŞOK OLAY: Sevdiyi qızın 13 yaşlı bacısını hamilə qoydu - TƏFƏRRÜAT
Dünən, 12:26
“Kommunal pulu” adı ilə yığılan milyardlar... hara gedir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:10
Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur? - İLGİNC
Dünən, 12:07
“Neft Fondundan büdcəyə transferti 1,7 milyard azaltmaqdansa, həmin məbləği maaşlara, “uşaqpulu”na yönəltmək daha doğru olardı” - Tahir Kərimli
Dünən, 11:57
Təcili Tibbi Yardım Mərkəzi yeni təcili yardım avtomobillərinə də ehtiyyat hissələri alır - İcazə verin, şübhələnək...
Dünən, 11:50
Əliyev daha bir ölkəni dağıdıcı müharibədən xilas edir – Kritik gəlişmə
Dünən, 11:44
Eks-bankir Zal Yusifovun oğlu yenidən həbs edildi: Bir milyondan çox ziyan var - TƏFƏRRÜAT
Dünən, 11:38
BU NƏDİ BELƏ: Yumurta bahalaşdı... - BELƏ HARA GEDİRİK?
Dünən, 11:34
11 min manatı ələ keçirilən həkim Aytən Səfərova imiş - TƏFƏRRÜAT
Dünən, 11:29
Müəllimini aldadıb ona 355 min “atdı” - Atası bulvarda intihar etmişdi...
Dünən, 11:27
Məcnun müəllim üçün vacib məlumat... - Bəlkə də bilir...
Dünən, 11:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru