"Balamın tamam iflic olmaması üçün 2 ay vaxtımız var" - Müraciət
Tarix: 12-03-2018, 10:49 | Çap et
 Qazax rayonunda ötən ayın əvvəllərində mətbuatda ölüm xəbəri yayılan Elçin İsgəndərovun yaxınları bildiriblər ki, hadisənin KİV-lərdə yazıldığı kimi baş verməyib. Yəni Elçin özünü suvarma kanalına atmayıb.
Yaxınları onu da vurğulayıblar ki, E.İsgəndərov ölməyib, boynu qırılıb və sinir sistemi iflic olub. Həmçinin bu hadisədə bir çox müəmmaların olduğu da iddia
Elçinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan atası Elşən İsgəndərov hadisə baş verən gün, yəni fevralın 3-də oğlunun dostlarından birinin "ciyər axşamı” məclisinə getdiyini və hadisənin də orada baş verdiyini deyib.
"Son dəfə danışanda axşam saat 8 olardı. Zəng edib dedi ki, toya geyinməyə filan paltarımı hazırlayın. Nə vaxt gələcəyini soruşduq, yarım saata gələcəyini dedi. Aradan 20 dəqiqə keçməmiş mobil telefonuma zəng gəldi ki, Elçin özünü körpüdən atıb. Mən hadisə yerinə çatanda artıq təcili yardım gəlmişdi. Soruşdum nə olub, dedilər ki, Elçin özünü kanala atıb. Mən də təcili yardıma mindim. Ayıq idi, soruşdum nə olub, dedi: "xatırlamıram, deyirlər özümü kanala atmışam” — deyə atası danışıb.
Yataq vəziyyətində olan zərərçəkmişin özü isə hadisəni belə xatırlayır: "Gün ərzində toy evində olduq. Müəyyən işlərə kömək edirdim. Axşama doğru bir az içmişdim. Uşaqlardan biri mənə dedi ki, gedək, kanalın qırağında siqaret çəkək. Yola çıxdığım yadımdadır. Sonra isə bircə boynumun ağrısını xatırlayıram. Məni çıxaranlardan nə olduğunu soruşanda, "özünü kanala atıbsan” dedilər. Sonra yenə ağrıdan özümdən getmişəm”.
Söhbət zamanı E.İsgəndərov son bir ilədək hərbçi olduğunu, heç vaxt özünə qəsd haqqında fikirləşmədiyini vurğulayıb.
Elçinin anası Mehparə İsgəndərova övladının hadisə baş verəndən bir gün sonra Bakıya aparıldığını, 1 ay orda müalicə olunduğunu bildirib. Anasının sözlərinə görə, Elçinin iki boyun fəqərəsi qırıldığından boyun hissəsinə titan mil qoyulub. Onurğa beyni zədələndiyindən sinir sistemi iflic olub. Əllərini qismən hərəkət etdirə bilsə də, ayaqlarında cüzi hissiyyat var.
M.İsgəndərova deyib ki, Elçini müalicəsini Bakıda davam etdirməyə imkanları olmadığı üçün Qazaxa qaytarıblar. Həkimlər isə ailəyə bildirib ki, əgər iki ay ərzində lazım olan müalicə kursunu keçməsə, ayaqlarında olan hissiyyatın tamamilə itəcək və o, ömürlük yataq xəstəsi qalacaq.
"Həkimlər sağ olsunlar, əllərindən gələn köməkliyi göstərdilər. İki ay ərzində ev şəraitində müalicə almalı, masaj edilməli olduğunu dedilər. Lakin masaj etmək üçün lazım olan "Qalantamin” dərmanı heç yerdə tapılmır. Gürcüstandan da soraqlamışıq. Deyirlər, ancaq Rusiyadan tapa bilərsiz. Ora ilə da əlaqəmiz yoxdur ki, bizə bir istiqamət göstərsinlər” — deyib çarəsiz ana.
M.İsgəndərova həyat yoldaşının övladının müalicəsi üçün kənd sakinlərindən borc istəyini də bildirib: "Atası "Balamın tamam iflic olmaması üçün 2 ay vaxtımız var, imkanlı şəxslərdən yardım istəyirik” — deyə hər kəsdən kömək istəyir”.
Onu da bildirək ki, hadisə ilə bağlı Qazax Rayon Prokurorluğunda 125.1 (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Lakin valideynlərin iddiasına əsasən, cinayət işinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə dəyişdiriləcəyi bildirilir. \\sputnik.az\\ 


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Gənclərin Bakıya axınını təbii şəkildə necə dayandırmaq olar?
Dünən, 18:03 |
|
|
|
| • Sabah Bakıda Ermənistandan olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcək
Dünən, 17:59 |
|
|
|
| • İran generalları Azərbaycana dronla narkotik daşınmasına susqunluq göstərir - Deputat ilginc səbəbləri açıqladı
Dünən, 17:50 |
|
|
|
| • Rusiyanın Moldovadakı səfirinə etiraz notası təqdim edilib – Dron insidenti
Dünən, 17:39 |
|
|
|
| • ABŞ-ın sülh planı sanki Moskvada yazılıb - ATƏT sədri
Dünən, 17:33 |
|
|
|
| • Nazir müşavirini departament müdiri təyin etdi - FOTO
Dünən, 17:31 |
|
|
|
| • Rəqsanə üçün 100 min manat ödədi
Dünən, 17:24 |
|
|
|
| • Aİ Cənubi Qafqazdakı proseslərdə rolunu gücləndirməyə çalışır - Hipper
Dünən, 17:20 |
|
|
|
| • “Rusiya yönümlü qüvvələr” TƏHLÜKƏSİ - Paşinyan Qazaxıstanda sülh üçün DƏSTƏK AXTARIR
Dünən, 17:17 |
|
|
|
| • "Mən hakimiyyətə gələn kimi onu öldürdülər" - Pezeşkian
Dünən, 17:12 |
|
|
|
| • "Zəngəzur dəhlizinin açılması regionda bu ölkələrin təsirini azaldacaq" — ŞƏRH
Dünən, 16:56 |
|
|
|
| • Vüqar Behbudov Agentlik üçün bacısının ofisini icarələdi, 262 min manat ödədi - Azərbaycanda kuryoz olay
Dünən, 16:52 |
|
|
|
| • “A+A Şirkətlər Qrupu” nizamnamə kapitalından 5 milyon manat geri götürdü
Dünən, 16:48 |
|
|
|
| • 2026-cı il son şansdır: Davamlı sülh ehtimalı yüksəkdir - İNCƏLƏMƏ
Dünən, 16:46 |
|
|
|
| • Yumurtanı öz vətəndaşımıza BAHA.. xariciyə ucuz satırıq... - QOY, DESİNLƏR... ALVERDƏYİK!
Dünən, 16:42 |
|
|
|
| • Elxan Allahverdiyev KİMDƏN GÜC ALIR Kİ... - ÖZBAŞINA QALIB...
Dünən, 16:29 |
|
|
|
| • Məşhur ekspert Ziya Məmmədovun 100 milyon manatlıq cinayətindən yazdı - SENSASİON DETALLAR
Dünən, 16:24 |
|
|
|
| • Həyəcanlanmayın: Huker bunu Bakıda da etdi – Badalyan
Dünən, 16:04 |
|
|
|
| • Külli miqdarda mənimsəmədə ittiham olunan sabiq birlik sədrinə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
| • Kərə yağı niyə bahalaşır? - ARAŞDIRMA
Dünən, 15:02 |
|
|
|
| • İran dronları və qaranlıq məqamlar... - AKTUAL
Dünən, 14:59 |
|
|
|
| • “Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı
Dünən, 14:57 |
|
|
|
| • İsrail XİN rəhbəri Azərbaycana səfər edəcək - KİV
Dünən, 14:54 |
|
|
|
| • Naxçıvandakı bankomatların 92%-i 2 banka məxsusdur
Dünən, 14:52 |
|
|
|
| • BSU-nun sabiq rektorunun Ramiz Mehdiyevlə bağlı dedikləri SENSASİYA YARATDI - VİDEO
Dünən, 14:49 |
|
|
|
| • Vəzifəli şəxsin təhsilsiz olması iddiasına TƏBİB rəhbərindən - Cavab
Dünən, 14:39 |
|
|
|
| • Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı - "Qızınız Kama xanım mənə…"
Dünən, 14:35 |
|
|
|
| • Cəlilabadda icra başçısı ƏMRLƏRİ KİMDƏN ALIR? - QALMAQAL
Dünən, 14:12 |
|
|
|
| • Mehdiyevin villa, Qalinanın torpaq məsələsi Şabranı qarışdırdı – başçı bu dəfə də xüsusi ittihamla çıxış etdi
Dünən, 13:25 |
|
|
|
| • Qalmaqallı psixoloq bu dəfə “arvadağız” kişilərdən danışdı - "O, artıq milyonlara çıxmaq istəyir..."
Dünən, 13:14 |
|
|
|
| • Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Dünən, 13:10 |
|
|
|
| • Tanınmış iş adamı Fuad Allahverdiyev yenidən məhkəmə qarşısına çıxarıldı
Dünən, 13:00 |
|
|
|
| • Demilitarizasiya olmadan sülh mümkün görünmür - ŞƏRH
Dünən, 12:56 |
|
|
|
| • Əmrullayev təhsilə ayrılan pulları israf edir – Dosent
Dünən, 12:53 |
|
|
|
| • Əli Həsənova məxsus köşklər yığışdırılır? – Foto
Dünən, 12:49 |
|
|
|
| • Bakı rayonlarının icra başçıları: Məmurlar tərcümeyi-hallarını niyə gizlədirlər? - AKTUAL
Dünən, 12:47 |
|
|
|
| • "Gileyliyəm, bu gün heç nə yoxdur"
Dünən, 12:42 |
|
|
|
| • Yekaterinburqda Dağıstandan olan kriminal avtoritetə hökm oxundu
Dünən, 12:41 |
|
|
|
| • Havanın 21 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:37 |
|
|
|
| • Azərbaycanda ŞOK OLAY: Sevdiyi qızın 13 yaşlı bacısını hamilə qoydu - TƏFƏRRÜAT
Dünən, 12:26 |
|
|
|
| • “Kommunal pulu” adı ilə yığılan milyardlar... hara gedir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:10 |
|
|
|
| • Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur? - İLGİNC
Dünən, 12:07 |
|
|
|
| • “Neft Fondundan büdcəyə transferti 1,7 milyard azaltmaqdansa, həmin məbləği maaşlara, “uşaqpulu”na yönəltmək daha doğru olardı” - Tahir Kərimli
Dünən, 11:57 |
|
|
|
| • Təcili Tibbi Yardım Mərkəzi yeni təcili yardım avtomobillərinə də ehtiyyat hissələri alır - İcazə verin, şübhələnək...
Dünən, 11:50 |
|
|
|
| • Əliyev daha bir ölkəni dağıdıcı müharibədən xilas edir – Kritik gəlişmə
Dünən, 11:44 |
|
|
|
| • Eks-bankir Zal Yusifovun oğlu yenidən həbs edildi: Bir milyondan çox ziyan var - TƏFƏRRÜAT
Dünən, 11:38 |
|
|
|
| • BU NƏDİ BELƏ: Yumurta bahalaşdı... - BELƏ HARA GEDİRİK?
Dünən, 11:34 |
|
|
|
| • 11 min manatı ələ keçirilən həkim Aytən Səfərova imiş - TƏFƏRRÜAT
Dünən, 11:29 |
|
|
|
| • Müəllimini aldadıb ona 355 min “atdı” - Atası bulvarda intihar etmişdi...
Dünən, 11:27 |
|
|
|
| • Məcnun müəllim üçün vacib məlumat... - Bəlkə də bilir...
Dünən, 11:23 |
|
|
|
|